bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Hadisə və hekayə qıtlığı

Rafiq Hunaltay Rafiq Hunaltay
Sərbəst
11 Sentyabr 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
44512222 10218027982156952 7592370511280078848 o
Paylaş

O gün işə gələndə qəfil qarşımda bir avtomobilin bardürlərin üstündən, yolun qarşı tərəfinə «tullandığını» gördüm. Hadisə çox ani baş verdiyindən, tam olaraq nə olduğunu anlamadım. Ancaq işə çatandan sonra, avtomobilimin kamerasından həmin görüntüyə baxdım və məlum oldu ki, qoca kişi sürət həddi 100 olan, piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyibmiş. Avtomobil də onu vurmamaq üçün manevr edib, amma idarəetməni itirərək qarşı yola çıxıbmış. Allahdan avotmobildən başqa xəsarət alan olmamışdı. Bəndəniz bu videonu kəsib öz şəxsi facebook profilinə yerləşdirəndən sonra aramsız olaraq şərhlər gəlməyə başladı, baxış sayı sürətlə artdı. Hətta indi baxıram təkcə öz profilimdə 29000-ə yaxın izlənmə, 200 paylaşım, 250 şərh var.

Mövzum bu deyil, sadəcə bir cümlə də bu hadisə haqqında yazıb keçirəm mətləbə. Deməli, bu videonu ilk olaraq baku.ws səhifəmdən götürüb müəllif hüququnu qorumaqla paylaşdı, amma digər bütün saytlar, aralarında ölkənin ən tanınmış xəbər saytları da olmaqla, özlərinə məxsus şəkildə montaj edib, müəllifi göstərməməklə paylaşdılar. Təbii ki, belə bir hadisə ilə yadda qalmaq istəməzdim, amma əgər mediada gedirsə, müəllif hüququ qorunmalıdır. Onun qorunmaması isə bir daha göstərdi ki, bizim media öz işinə nə qədər «peşəkar» yanaşır. Hətta bizimyol.info saytı hansısa müəllifin adını yazıb, utanmaz-utanmaz qabağında copyright işarəsi də qoymuşdu. Bu heç, bu hala artıq alışmış və barışmışıq. «Düzələr» deyib keçək.

Bu mövzunu “kadim dostlarım”dan biri ilə müzakirə edirdim ki, «bax görürsən, adi qəza videosu təkcə öz profilimdə 30 min, saytlarda isə ümumi 150 mindən çox izləndi, amma bir maarifləndirici yazının oxunması, videonun baxılması 5000-ə çatar ya çatmaz». O da çox qəşəng bir izah verdi ki, «əslində normaldır, çünki ölkədə HADİSƏ YOXDUR».

Ədiblər demiş «bu söz aldı məni götürdü uzaqlara». Papağımı qabağıma qoyub bir xeyli düşündüm və gördüm ki, adam, əslində, düz deyir. O saat ölkə gündəminin son 5-6 aylıq mənzərəsi gözümün önündən keçdi. Hamısı də bəsit-bəsit şeylər. İtdən, pişikdən, 10 əsr əvvəldən, 10 il sonradan, əlqərəz nədən desən çox dayaz mövzular gündəm olur. Samiraldokimilərin səviyyəsiz videoları, mənasız mashuplar, dünən çıxan müğənnilərin soyunması, soyunaraq nəsə virtuoz mesaj ötürməsi, şəklin başına fəlsəfi şərhləri və s. gündəm olur. Maksimum ciddiyə yaxın mövzularda isə, əsl səbəbi göstərməyə cürət etməyənlər, onu hansısa formada dilə gətirən ictimai şəxsi linç edirlər. Atalar belə hallarda əla deyib – «eşşəyə gücü çatmır, palanı döyür».

Qısası ölkədə CİDDİ HADİSƏ qıtlığı var. Hadisə deyərkən qarmaqarışıqlıq, özbaşınalıq və s. kimi hərəkətlənmələri nəzərdə tutmuram. Bunu başqa yerə yozmaq lazım deyil. Sadəcə ölkə gündəmi yaradıcı, düşündürücü, öyrədici mövzular, hadisələr baxımından çox boz görünür. Gündəmimiz bombozdur. Enerji də bilirsiniz ki, təbiətən insanda var və bir formada üzə çıxmalıdır. Yuxarıda yazdığım formada mövzular gündəm olmadığından və ya olmasına yumşaq desək icazə verilmədiyindən millətimiz enerjisini mənasız mövzulara xərcləyir. Bu, iqtisadiyyatda da, siyasətdə də, mədəniyyətdə də, bir çox sahələrdə özünü göstərir. Məsələn, xaricdə filan debatlara baxırsan, mədəni, siyasi sahədə müzakirə və mübahisələrə baxırsan, adama xoş gəlir, insan futboldakı kimi özündən asılı olmadan tərəf olur, kiminsə udmasını, uduzmasını istəyir. O hadisələr olmadıqca, bizdə hələ çox müddət pişiyin başına butulka keçirilməsi, ağacın qışda çiçək açması, istənilən növ qəza videoları kimi bəsit, eyni zamanda «hər fəsildə çiçək aça bilən», 100 il dəyişməyən mövzular və bu mövzuları açanlar gündəm olacaq. Belə gündəmləri olan yer haqqında da deyirlər ki, «neynəyək, camaata bu maraqlıdır».

Bu fikir kimi yalan, qeyri-səmimi, haqsız, ədalətsizinə rast gəlmək olmaz. Camaat, məsələn, Taleh Yüzbəyovun «Zəhər tuluğu”nu 1.5 milyon izləyə bilir. Ağlı başında olan adam «camaat belə istəyir» sözünü bir daha dilinə gətirməməlidir. Hadisə haqqında bu qədər. Hadisə həm də ictimai- sosial mövzudur. Onun olması böyük kütləni maraqlandırdığından həmin hadisəyə reaksiya da böyük olur.

Bir də var HEKAYƏ. Hekayə isə biznes mühitində daha məşhur sözdür. Dünyanın məşhur şirkət və brendlərinin əksəri bu tip hekayələrlə məşhurlaşır. Adətən, bu brend hekayələrinin də bir çoxu uydurma olur. Ay nə bilim, Marlboro maraq çəkmək üçün göydən vertolyotla boş qutu atıb, ay filan brendi uzaq avstraliyada yaşayan alim çöldə yağış yağarkən qarşılaşdığı hadisəsinin təsirilə kəşf edib və s.

Bu yaxınlarda bir kitabda belə kəşflər haqqında oxudum ki, hamımızın bildiyi məşhur brendin hekayəsi əslində yumşaq desək gopdur. Amma nə olsun, «zato nəsə var». Biznesdə şirkət və brendlərin hekayəsinin olması vacibdir, lakin bundan vacibi də hekayələrin inandırıcılığıdır. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, iqtisadi mühitimizdə də belə real və ya formalaşdırılmış hekayəsi olan çox az sayda şirkət var. Şirkət və bizneslərimizin hekayəsinin niyə az olmasının səbəbləri də təbii ki, var.

Məmurlara bağlılığı olan bizneslər var ki, çox da üzdə olmaq istəmirlər. Yeni yarananı var ki, hələ deməyə elə də ciddi sözü yoxdur. Uzun illərdir vergidən yayınanı var ki, çox da danışıb özünü gözə soxmaq, diqqət çəkmək istəmir ki, «vergi vurar». Bu siyahını nə qədər istəsən uzatmaq olar. Bütün bunların fonunda dişi-dırnağı ilə, min-bir əziyyətlə ən çətin şəraitdə qurulan, inkişaf edən, bu gün də öz sözünü deyən şirkət və brendlərimiz də var. Hətta bir az daha dərinə getsəm, daha çox şirkətlərimiz var, nəinki brendlərimiz. Çünki brend yaratmaq dəyərdir, dəyər isə elə qısa və asan əldə edilmir. Xüsusən lokal müstəvidən kənara çıxa bilmirsə, brend olmağı da çətinləşir.

Yazımın qısa xülasəsi də budur ki, çalışıb daha rasional, faydalı hadisələrlə bol olan, daha çox hekayəsi olan şirkət və brendlər qurmalıyıq. Məsələnin kökü burdadır. Bu kökü görməzdən gələn, görmək istəməyən bəzi adamlar var ki, orda-burda «görəsən niyə bizdə belədir» sualını elə ucadan səsləndirirlər ki, adamın əli üzündə qalır. Sağ olun.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör