Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Gözyaşı, yoxsa qayaların toqquşması? – Abbas Atilay təqdim edir

Abbas Atilay Abbas Atilay
Foto-qrafika
24 May 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
EbcIo5lH7wO4G9hOaF
Paylaş

Lap əvvəldən deyim ki, mən təbiət fotoqrafı deyiləm. Ciddi fikir verilsə, təbiət fotolarımda asanlıqla, bir çox texniki qüsur tapmaq olar. Çünki təbiətə bir dəfə baxıb keçirsən, onu yaddaşda xüsusi dondurmağına dəyməz. Sözün düzü, təbiətdən sən deyən çox da həzz alan adam da deyiləm. Çox böyük səslənə bilər, nə edim, mənə təbiətin gözəlliyindən çox, onda gedən proseslər maraqlıdır. Bu baxımdan, İsveçrə bəlkə də dünyanın ən gözəl ölkəsidir və ya onlardan biridir. Təbiət elmlərinə, bir az geologiyaya marağınız varsa İsveçrə sizin üçün bir kitabdır.

Misal üçün maşınla gedirik. Yolumuz Alp dağlarının ətəklərindən keçir. Pəncərədən təqribən 20-30 metr kənarınızda, açıqda olan qayaları görürsünüz. Qayalar çılpaq olduğundan qaya təbəqləri əslində düz xətt üzrə uzanmaqdan ətrafa dalğavari yayılır. Maşını saxlamaq mümkün olan yerlərdə biz dayanırıq, mən uşaqlara bunu onların başa düşəcəyi dildə izah edirəm. Onlar artıq dağların necə yarandığını təsəvvürlərində canlandıra bilirlər.

Alp dağları dünyadakı dağ silsilələri içində o qədər də böyük deyil, amma digərlərindən daha gözəldi və daha məşhurdur. Çünki insanlıq ilk dəfə burda, Emile Argandın təqdimatında “qitələrin toqquşmasını” dərk edib. Yaz gəlsin, havalar isinsin, Alp dağlarından çəkilş etdikcə sizə Geologiyanın dahisi, isveçrəli E. Arganddan (1879-1940) çox danışacağam. Siz düşünün ki, o, bir doktorantura tələbəsi ikən Alp dağlarının fiziki və geoloji quruluşunu 0-dan təsvir edir və üzə çıxarır ki, Alp dağları Afrika fayı ilə yerli fayın toqquşmasının nəticəsidir. Şokalad firmalarına da ilham olan Alpların incisi “Matterhorn” zirvəsi əslində Afrika qitə lövhəsinin Avropada üzə çıxan bir buynuzudur. Qısası Alp dağları çox gözəl bir tarixidir.

Keçən həftə Alp dağlarının ətəyindəki “Blausee”-yə (Göy-Göl) getdik. Bu göl İsveçrə alplarında çox məşhurdur. Göl, dağın qar suları ilə qidalanır deyə, göz yaşı kimi dum-durudur. Yerli əfsanəyə görə də gölün suyu göz yaşından ibarətdir. Deməli bir gözəl xanım sevgilisini itirir və  dözməyib hönkür-hönkür ağlayır, onun göz yaşları dağın ətəyindəki çuxuru doldurur və Göy-Göl yaranır. Su o qədər yüksəlir ki, gözəl qız da göz yaşının içində boğulur. Elə indi də o, gölün içindədir. Şəkilini çəkmişəm, görəcəksiniz.

“Blausee”-nin yaranma səbəbi isə tamam başqadır. O, bir tektonik hadisənin, qaya təbəqələrinin toqquşmasının nəticəsidir. Bu hadisə təqribən 15 min il əvvələ qədər uzanır: qayalar bir-birini sıxaraq zəlzələ yaradır və dağın döşündəki qayalar üzüaşağı sürüşərək oyuq əmələ gətirir. Dağ sonralar bu oyuğu öz qar suları ilə doldurur. Yəni demək istədiyim odur ki, əslində bizim aşağıda fotolarda gördüyümüz bu əsrarəngiz gölün özündən daha maraqlıdır onun yaranma prosesi…

Abbas Atilay

 

1 - 17
- +
IEZsURL09Kcb8Y8cMo
KF2vooCprNCJDoHLyF
MZ4AVn069B49t5cZcv
ONh1pptR4AwaBs2AOO
RIox35SxOyldAmzdnR
S6DQO7EFKuVzESZcro
UQPZMYTd9ENYqkeH8X
0DIZQ0PNAmVxCDzT4D
32vXoxHKyyxeOXelec
40pptWdXdTA314MA0I
C5H9S7fSJ29g5l2GbY
CT5EWoTY7Rf16D7xGQ
CZTCKQJOz54BKLjeh4
EbcIo5lH7wO4G9hOaF
Ey2ASLq5GOBKuN77Fm
Hh5OPfJyNA7isrOmxt
HPm5jH9lW8VrISq52P

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Raffael die schule von athen 100 1280x720
.

“Afina Məktəbi” – Raffaello

Sahil Qənbərli
06 Mart 2026
MG 3816a min
.

“Cimitero Monumentale” – Məzarlıq yoxsa açıq hava muzeyi?

Abbas Atilay
05 Avqust 2021
255777 original
.

Füzuli hava limanı necə tikilir

AzLogos
24 İyun 2021
IMG 0817 min
.

Taleh: “İlhamla çəkilən hər bir rəsm sənətkarın deyil, alıcının sərmayəsidir”

AzLogos
03 İyun 2021
13 min
.

Qacar irsi Berndə

Abbas Atilay
01 İyun 2021
Bildschirmfoto 2021 03 31 um 09.05.12
Foto-qrafika

Dadaizm və memarlıq

Sahil Qənbərli
31 Mart 2021
IMG
.

Dağılmış, donmuş, bitmiş Rusiya

AzLogos
30 Mart 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör