Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Abbas Atilay – Futbolsuz ölkənin final macərası

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
04 İyun 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
IMG 7413
Paylaş

UEFA Çempionlar liqasını izləyən birinə, UEFA «Europa League» kifayət qədər maraqsız görünür. Ehtimal edirəm ki, Avropa liqasına çox güman, futbolsevərlərin uzaqbaşə 3-də 1-i baxır. Əsas futbol hadisəsi Çempionlar liqasıdır.  

Uzun illər Avropa liqası oyunlarını izləməyən mən, bir neçə gün əvvəl baş tutmuş finalı izlədim. Çünki oyun Bakıda, bizim paytaxtda keçirilirdi. Bakının tanıdılması, turizmin inkişafı üçün bu cür cəhdlər yaxşıdır. Bəs Bakının turist qəbul etməsi, qonaqların razı qalması üçün kifayət qədər imkan (geniş mənada imkandan danışıram) varmı? Bu haqda heç nə demək istəmirəm, «gedib xaricdən danışır» yazacaqlar. İstənilən halda belə tədirlərin bizdə keçirilməsi, bir azərbaycanlı olaraq mənim üçün xoşdur.

Bir futbol həvəskarı olaraq, «milli hissiyatımı» da bir kənara qoyub, çox səmimi deməliyəm ki, bu cür cempionatların finalı üçün Bakı Olimpiya Stadionu uğursuz seçim idi. Ümumiyyətlə, axırıncı dəfə final oyunu harada Olimpiya stadionunda keçirilib? Olimpiya stadionlarında keçirilən oyunlarda necə deyərlər emosiya, həyacan olmur. Oyunçunu «qaza gətirən» tərəfdardır, tərəfdar isə Olimpiya stadionlarında oyunçudan 25-30 metr aralıda əyləşir. 12-ci futbolçu olan tərəfdar oyundan kənarda qalır. Bunu sözsüz ki, «Europa League»-in Bakıdakı finalında gördünüz. Sizi bilmirəm, mənim üçün bu final olduqca maraqsız idi və demək olar ki, sonda Arsenalın qoca qurd qapıçısı Petr Cech-in göz yaşından savayı, yadımda heç nə qalmadı.

Finalı mənim üçün, bəlkə də Azərbaycan üçün uğursuz edən səbəblərdən biri də Arsenalın mərkəz oyunçusu, Henrikh Mkhitaryan oldu. «Nationalism» ağır bir xəstəlikdir, yaxa qurtarmaq bəzən mümkünsüz olur.

Yəqin siz də razılaşarsınız ki, doğma şəhərində yad komandalara tamaşa etmək, yad şəhərlərdə doğma komandanın uğuruna sevinmək qədər gözəl deyil. Mənim üçün Azərbaycan futbol komandalarının çempionatlarda uğurlu oyunu, böyük çempionatların final oyununun ölkəmizdə keçirilməsindən daha gözəl və Azərbaycanın tanıdılması üçün daha effektivdir. Amma nədənsə həmişə böyük daşı qaldırmağa can atırıq. Bu tədbirlərə böyük pullar xərcləməkdənsə, həmin futbolu uşaq futbol məktəblərinə yönəltsək 5-10 ilə daha böyük uğurların şahidi olarıq. Amma təəssüf, heç kim üçün bu, maraqlı deyil.

***

Uşaq futbol məktəbləri bizim yaşadığımız İsveçrədə necə olur, bunu sizə öz oğlanlarımın timsalında təsvir edəcəyəm. Bir ölkədə futbol necə inkişaf edir, görəcəksiniz. Braziliyadan oyunçu gətirib “milliləşdirməklə” futbol inkişaf etməz.

İlk öncə onu deyim ki, İsveçrədə futbol meydançalarından çox, heç nə yoxdur. «Google Earth» proqramında İsveçrənin hər hansı şəhəri və ya qəsəbəsini izləyin, saysız-hesabsız futbol meydançası görəcəksiniz. Bu meydançalar idarə olunur, amma pulsuzdur.

Ən əsas sərvət isə, futbol məktəbləridir. Adam mat qalır bu sistemə. Hər şəhərin deyil, qəsəbənin deyil, hətta kəndin belə futbol məktəbi var. Bizim yaşadığımız şəhərdə məhəlləmizin futbol komandası var. Oğlanlarım Kərim (7 yaş) və Erkin (5 yaş) ilkin yoxlanışdan sonra bu məhəllə futbol məktəbinə götürüldülər. İlk öncə kiçik oğlum Erkin, 16 həmyaşıdı arasından seçilən 4 uşaqdan biri oldu. “Solaxay” olması hər halda onun avantajı idi.  Yeddi yaşlılar üçünsə rəqabət daha ağır oldu. Altı məşqçinin birgə izlədiyi yoxlanış məşqində üç yer üçün, 24 uşaq mübarizə aparırdı. Ümidimiz az idi, amma Kərimin seçilən üç uşaqdan biri olduğunu, axşam komanda rəsmilərindən aldığımız e-mail ilə öyrəndik. Əlbəttə, buna çox sevindik.

İndi onlar həftənin iki günü, axşamlar iki professional məşqçinin nəzarəti altında, 15-16 nəfərlik komanda ilə məşq edirlər. Ayda iki dəfə həftəsonları isə şəhərlərarası turnirlərə qatılır, məşqlərdə öyrəndiklərini yoldaşlıq oyunlarında göstərirlər. Havalar yağışlı və ya soyuq olduqda məşqlər təxirə salınmır, uşaqlar idman zalında məşq edir.

Böyük komandaların futbol məktəbləri ödənişlidir. Amma bu ödəniş bildiyimiz formada olmur. Futbol komandası, bütün yaş kateqoriyaları üçün, “Sponsorenlauf” (sponsorluq üçün qaçış) tədbiri keçirir. Hər bir uşağın valideyninə beş forma verilir. Valideyn bu beş sənəddə, sponsorluq edəcək insanların adını və yaşayış ünvanını yazır. Futbol məktəbinin şagirdi stadionda qaçır və valideyn uşağın stadionda qaçdığı hər dövrə üçün bir məbləğ yazır. Misal üçün mən, inanırdım ki, stadion kiçik olsa da Kərim ən çox beş dövrə qaçar. Ona görə onun qaçacağı hər dövrə üçün 2 İsveçrə frankı (2 dollar) qeyd etmişdim. Bu məbləğ həmin 5 sponsora göndərilir. O, isə mənim gümanımın tam əksi, stadionu 22 dövrə qaçdı. Beləliklə mən Kərim üçün yaxın dostlarımdan seçdiyim beş sponsorun hər birini 44 frank xərcə saldım. Ümumilikdə isə Kərimin adından futbol komandamızın hesabına 220 frank ödənildi. Ödəmək imkanı olmayan heç nə ödəmir, çünki imkanı olan bir başqa valideyn hər dövrə üçün daha yüksək məbləğ yazmaqla, bəlkə də üzünü görmədiyi uşaqların illik ödənişini, onsuz da öz üstünə götürəcək.

Beləliklə, uşaqlar şəhər komandalarında ciddi məşqlərdən sonra, yavaş-yavaş ələnirlər. Ən yaxşılar dərhal FC Basel, FC Young Boys, FC Zürich və başqa lider komandaların hədəfinə çevirilir. Nəticədə, bir vaxtlar məhəllədə futbol oynayan uşaqlar dünya ulduzu olurlar, ölkə futbolu isə inkişaf edir.

Təsadüfi deyil ki, sonuncu UEFA Cempionlar Liqasının finalında oynayan iki futbolçu, FC Basel məktəbinin yetirməsidir. Onlardan biri, finalda ilk qolun müəllifi oldu.

Yalnız futbol deyil, həyatda bütün sahələrdə belədir – mütəxəssis istəyirsənsə, uşaqlar üçün o sahənin effektiv mexanizmini hazırlamalısan. Azərbaycanlıların “Allahdan buyruq, ağzıma quyruq”u ilə olmur bu işlər.

 

1 - 15
- +
IMG
IMG
IMG 20190402 WA0016
IMG 7413
IMG 20190522 WA0012
IMG 20190602 WA0005
IMG 20190512 WA0009
IMG 20190504 WA0007a
IMG 20190522 WA0011
IMG
IMG
IMG
IMG
IMG
IMG

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör