Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Fundamental dizaynın əsas prinsipləri

Sahil Qənbərli Sahil Qənbərli
., Dizayn
09 Dekabr 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
4d9cc2c921d47c5b462bbb09163fdcda
Paylaş

Vizual estetika dizaynda ən mühüm amillərdən biridir. Sizə təqdim edəcəyimiz 10 əsas dizayn prinsipləri hər bir memar və ya dizaynerin bilməli olduğu qanunlardır. Zaman keçdikcə unutduğumuz, bəlkə də görməzlikdən gəldiyimiz, lakin varlığını həmişə hiss etdiyimiz dizayn prinsiplərinin əhəmiyyətini, əlbəttə, hamımız – sözügedən sahə üzrə mütəxəssislər – çox yaxşı başa düşürük. Buna baxmayaraq, nə qədər oxusaq, nə qədər vizual araşdırmalar etsək də, dizayn prinsipləri həmişə bir sual işarəsi olaraq beynimizdə qalmağa davam edir. Aşağıda sözügedən prinsipləri şəkillərlə təqdim edirik. Beləcə, söhbətin nədən getdiyini daha rahat anlayacaqsınız.

Balans

Balans – harmoniya və element əlaqələri içində bir kompozisiya meydana gətirən dizayn elementlərinin vəhdətidir. Balans və harmoniya – obyektlərin, şəkillərin, rənglərin, istiqamətlərin, aralıqların və ölçülərin əlaqələsinin nəticəsi olaraq ortaya çıxır. Bu, vizual sənət sahəsində keçmişdən günümüzə qədər istifadə edilən təməl dizayn prinsiplərindən biridir. Simmetrik və asimmetrik olaraq iki fərqli növə ayrılır.

Bildschirmfoto 2020-12-09 um 08.11.36

İyerarxiya

Elementlər (dizayn obyektləri, materialları və s.) arasındakı əlaqələrdə müxtəlifliyin ortaya çıxmasını təmin edən ən əhəmiyyətli, fundamental dizayn prinsipidir. “Məna” və “əhəmiyyət” sırasını təmin etməklə yanaşı, iyerarxiya kontrast prinsipini də özü ilə birlikdə gətirir. Memarlıqda izləyici ilə əlaqə zamanı komfortu təmin etmək üçün vizual iyerarxiyadan istifadə olunur.

Bildschirmfoto 2020-12-09 um 08.12.01

Vəhdət

Memarlıqda vəhdət – sənətin və dizayn elementlərinin harmoniya və dəyişmə dərəcələri nəticəsində baş verir. Vəhdət, bir kompozisiyanın təbii bütövlüyüdür və kompozisiya elementləri arasındakı əlaqə nəticəsində meydana gəlir. Burda balans yalnız bir vahidin formalaşması ilə yaranır. Vəhdətin formalaşmasında ziddiyyət, müxtəliflik, balans və harmoniya prinsipləri mühüm rol oynayır.

Bildschirmfoto 2020-12-09 um 08.12.07

Nisbət və Tənasüb

Nisbət – ölçülər arasındakı əlaqədir. Nisbət və tənasüb, kompozisiya elementlərinin ölçüsü ilə bütün tərkibə malikdir. Bundan istifadə etməsək, formalar, rənglər, ölçülər arasında monotonluq yaranar. Reallığın ifadə olunmasında mükəmməlliyə yalnız doğru nisbət və tənasüblə nail olmaq mümkündür.

Bildschirmfoto 2020-12-09 um 08.12.18

Kontrast

Başqa adı ilə ziddiyyət və fərqlilikdir. Kontrast – eyni sahədəki müxtəlif strukturları (parçaları, formaları v.s) bir araya gətirməklə məsğuldur. Kontrastın rəng, dəyər, material, forma və s. kimi növləri var. Kontrast, bir kompozisiyaya diqqət yetirmək, iyerarxiya təmin etmək və bir və ya daha çox elementi vurğulamaq üçün də istifadə edilə bilər.

Bildschirmfoto 2020-12-09 um 08.12.26

Vurğu

Dizaynda vurğu, fərqliliklər arasında nəzər nöqtəsini, diqqəti ön plana çəkmək üçün istifadə olunur. Vurğu azlıq-çoxluqla meydana gəlir. Dizaynın hər sahəsində vurğu hakim olsa, dizaynda öz mənasını itirər.

Bildschirmfoto 2020-12-09 um 08.12.31

Ritm

Ritm, dizaynda elementlərin, rənglərin, formaların, məkanların – boşluqların əyani hərəkətlərinin təkrarlanmasıdır. Boşluq (məkan) bir çalışmanın içində və ya çevrəsində boş qalan müstəvidir.

Bildschirmfoto 2020-12-09 um 08.12.35

Boşluq (məkan)

Məkan (memarlıqda ən çox araşdırılan mövzudur. Da Vinçidən Lefebvreyə, Haydeggerə qədər hər kəs tərəfindən tədqiq olunub, barəsində cildlərlə kitab yazılıb) bir çalışmanın içindəki ya da çəvrəsindəki boş qalan müstəvidir. Boşluq (məkan) iki ölçülü və ya üç ölçülü, hətta neqativ və pozitiv də ola bilər.

Bildschirmfoto 2020-12-09 um 08.12.40

Hərəkət

Hərəkət, memarın gözünün kompozisiyaya, ətraf mühitə və tərkibə, bütünə yönləndirməsi üçün bir yoldur və vizual olaraq obyektlərin obrazın içərisində hərəkət etdiyi hissini yaradır.

Bildschirmfoto 2020-12-09 um 08.12.45

Uyğunluq

Uyğunluq, digər adı ilə ahəng – dizayn elementləri arasında harmoniyanı təşkil edir. Əsas dizayn prinsipləri arasında harmoniya ən əsas yerdə dayanır. Uyğunluq, kompozisiyanın tərkib hissələri arasında balanslı münasibətdən yaranır. Ümumiyyətlə, uyğunluq bölümlər və elementlər arasında təkrarlanan xüsusiyyətlərlə ortaya çıxır.

Bildschirmfoto 2020-12-09 um 08.12.50

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör