Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanda əcaib işsizlik

Toğrul Maşallı Toğrul Maşallı
., Sərbəst
28 Oktyabr 2019

Dünyanın işsizlik, bizim məşğulluq problemimiz

TV-də xəbərlərə qulaq asa-asa “dünyada işsizlik problemi” haqda eşitməyə adət etmişik. Gah xəbər verilir ki, İspaniyada gənclər arasında yüksək işsizlik səviyyəsi müşahidə olunur, gah da məlum olur ki, ABŞ-da bu həftə ərzində işsizlərin sayı keçən həftəyə nisbətdə azalıb. Amma Azərbaycana keçəndə işsizlik sözünə yalnız “müxalifətyönümlü” adlanan KİV-lərdə rast gəlmək olar. Ya da ən yaxşı halda hansısa dövlət məmuru təsadüfən işsizlik barədə danışar. Dövlət sənədlərinə müraciət etdikdə isə biz, işsizlik sözünə demək olar ki, rast gəlməyəcəyik. Yaxşı bəs Azərbaycanda nə qədər işsiz var?

Bakı Dövlət Universitetində dərs dediyim dövrdə əgər kimsə işsizlik problemi ilə bağlı doktorluq işi ya da dissertasiya yazmaq istəyirdisə, onun adı dərhal dəyişdirilirdi. Yəni “işsizlik problemi” yerinə “məşğulluq” problemi yazdırılırdı. Müəllimlərdən biri isə, bir dəfə qeyd etmişdi ki, “Azərbaycan bu cəhətdən analoqu olmayan ölkədir: “bütün dünyada işsizlik problemini müzakirə edirlər, Azərbaycanda isə məşğulluq problemdir”. Yeri gəlmişkən rəsmi sənədlərdə də belə gedir. Məsələn, 2018-ci ildə təsdiqlənmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və ya “Məşğulluq sahəsində dövlət siyasəti” və s.

Başqa tərəfdən, problemi necə adlandırırsan adlandır, bu, onu həll etməkdən azad etmir. Həll etməkdən əvvəl isə, azından problemin məğzini başa düşmək lazımdır. İşsiz kimdir? Və ya əgər hökumətin yanaşmasını götürsək, məşğul kimdir? Sovet dövründə, iş icbari olduğundan belə bir məsələ yox idi, amma SSRİ dağılandan sonra dərhal işsizlik problemi yarandı.

Ümumiyyətlə bazar üçün tam məşğulluq heç vaxt sərf etmir. O zaman işçilərin seçmək hüququ yaranır. İşəgötürən (maraqlıdır ki, 1993-cü ildə təsdiqlənmiş rəsmi sənədlərə görə bu anlayış “işverən” kimi gedib, amma təxmini 1997-ci ildən bəri bu termin “işəgötürən” ilə əvəz olunub. Nəyə görə əvəz ediblər – bəlli deyil) problem ilə üzləşəcək. Yəni artıq işçiləri cəlb etmək üçün daha yaxşı şərait ilə təmin etməlidir, özü işçi axtarmalıdır və s. İşsizlik olduğu halda isə işçilər özləri iş axtaracaqlar. Ona görə tipik bazar iqtisadiyyatının əsas şərtlərindən biri də işsizlikdir.

Hətta bu prosesi izah etmək üçün, iqtisadi nəzəriyyədə “təbii işsizlik” anlayışından istifadə olunur. Bu işsizlik adətən çox da yuxarı səviyyədə olmur, amma ən azı bazarda mövcud olan qiymətləri (yəni əmək haqqı səviyyəsini) tənzimləyir.

Azərbaycanda isə 90-cu illərdə işsizlik yüksək templə artmağa başladı. Onu hesablamaq üçün isə ölkədə heç bir metodologiya yox idi. Yalnız 1995-ci ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan tədqiqatlara əsasən ölkə üzrə işsizlik səviyyəsi müəyyən olundu. Bu göstərici 17,2% təşkil etmişdi. Bu isə yüksək göstərici hesab olunur (təbii işsizlik səviyyəsi adətən 5-6%-dən çox olmamalıdır). Dörd ildən sonra əhalinin siyahıyaalınması keçirildi və ona əsasən işsizlik səviyyəsi 16,25% səviyyəsində müəyyən olundu. Başqa sözlə 4 il ərzində işsizlik 0,95% azaldı.

Siyahıyaalınma gələcəkdə işsizlik səviyyəsinin ölçülməsi üçün baza kimi götürüldü. Yeri gəlmişkən, 2019-cu ildə keçirilən siyahıyaalınmada da, işsizlik səviyyəsinin müəyyən edilməsi vacib amillərdən biri idi (bu barədə bir qədər sonra). O zamandan bəri ölkə üzrə illik olaraq əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə seçmə statistik müayinələr keçirilməyə başladı. 2003-cü ildə keçirilmiş müayinə nəticəsində işsizlik səviyyəsinin birdən-birə 9,7%-ə kimi azaldığını müəyyən olundu. Belə kəskin azalmanın heç bir izahı verilməmişdi və ondan sonrakı dövrlərdə, Dövlət Statistika Komitəsi ildən-ilə işsizliyin azalmasını qeydə alırdı. Artıq neçə ildir (2010-cu ildən bu yana) işsizlik səviyyəsi 5% təşkil edir. Təəssüflər olsun ki, DSK bu faktı heç cürə izah etmir.

Bununla belə, məşğulluq sahəsində iqtisadi problemlər qalmaqda davam edir. Misal üçün, rəsmi məlumata görə, 2018-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 5 133,1 min təşkil edib. İqtisadi fəal əhali – bu əmək qabiliyyəti yaşında olan və eyni zamanda əmək bazarında iştirak edən şəxslər hesab olunur (yəni evdar qadınlar, pensionerlər, uşaqlar, tələbələr və s. hesab olunmur). Eyni zamanda iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayı isə 1551,7 min təşkil edib. Bu məhz muzdla (yəni əmək haqqı alan şəxslər) işləyənlərin sayıdır. Bəs qalan 3 581,4 min nəfər nə edir? Hətta belə bu saydan sahibkarları (800 minə yaxın) və fermerləri (700 min) çıxsaq belə, yenə də 1-2 milyon insan qalır. Onlar nə ilə məşğuldular? Bilinmir. Dövlət Statistika Komitəsi yalnız seçmə müayinə əsasında bu şəxsləri sahələr üzrə bölür. Amma onlar bu sahələrdə məşğuldularmı? Heç kim bilmir.

Başqa tərəfdən, son illər əgər hər hansı islahat keçirilmişdisə, o da sonuncu qeyd olunan (muzdlu işləyənlərin) statistikasında baş verib. 2019-cu ildə nəhayət, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,6 milyonu keçib. Uzun müddətdir ki, bu rəqəm 1500 mindən bir qədər yüksək olaraq qalır. Amma 2019-cu ildə nəhayət Azərbaycan bu psixoloji mühüm səviyyəni keçdi. Rəsmi statistikadan göründüyü kimi, bu səviyyədən artmaq niyyətində deyil (avqustda 1613 min idi, sentyabrda 1611 mindir).

Bəs işsizlər? Hökumət “məşğulluq” strategiyasını qəbul edib. Bəs bu strategiya kimə aiddir? Artıq burada biz problem ilə üzləşirik. Qeyd olunduğu kimi, işsiz şəxs – kiminsə fərdi hissiyatı yox, iqtisadi göstəricidir. İqtisadi göstəricinin isə müəyyən bir tərifi də olur. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının tərifindən istifadə edir. O tərif isə konkret olaraq məşğul və işsiz şəxsləri müəyyən edir. Məşğul şəxs o insan hesab olunur ki, o müayinə keçirilən dövrdən əvvəl son həftə ərzində heç olmasa 1 saat pul və ya natura ilə haqqı ödənilən işlə və ya gəlir gətirən hər hansı bir fəaliyyət ilə məşğul olub. İşsiz olmaq üçün isə aşağıdakı şərtlərə uyğun olmaq lazımdır:

– eyni müddət ərzində əmək qabiliyyətinin müvəqətti itirilməməsi ilə bağlı olmayan fəaliyyətsizlik;

– eyni dövr ərzində heç bir gəlir mənbəyinə malik olmamaq;

– son bir ay ərzində haqqı ödənilən və ya gəlir gətirən iş axtarmaq və ya şəxsi biznesi təşkil etmək cəhdlərini həyata keçirmək;

– yaxın iki həftə ərzində münasib iş təklif olunduğu halda işə başlamağa hazır olmaq.

Bu dörd şərtdən ən azı birisi yerinə yetirilmədiyi halda, insan işsiz sayılmır. Ona görə, bir çox hallarda insan özünü işsiz hesab edə bilər, amma rəsmi metodologiya onu işsiz hesab etməyəcək. Hətta 1 aydan uzun müddət insan iş tapa bilmədiyi halda, o əmək bazarından çıxarılmış hesab olunur. Başqa sözlə əgər insan heç yanda işləmir və iş axtarmırsa, o işsiz hesab olunmur. Amma eyni zamanda əgər həftə ərzindən ən azı 1 saat üçün pul alıbsa, o zaman o artıq avtomatik olaraq məşğul hesab olunur.

Misal üçün, son zamanlar tez-tez “Azərxalça” ASC-yə aid müəsissələr açılır. Şirkətin verdiyi məlumatına görə, 2018-ci ilin dekabrın 31-nə, orada 1478 nəfər çalışırdı. Bu da 2017-ci ilin müvafiq göstəricisinə nisbətdə 691 nəfər çoxdur. Amma eyni zamanda, şirkətdə orta aylıq maaş 28 manat təşkil edirdi. Bəllidir ki, şirkət heç bir halda belə aşağı əmək haqqı ödəyə bilməzdi. Sadəcə işçilər ildə 1-2 ay çalışırlar. Amma başqa tərəfdən, “Azərxalça” ASC mövsümi müəssisə deyil. Nəticə etibarilə, işçilərin sayı yeni açılmış iş yerləri və məşğulluğ statistikasına daxil olur. Statistikaya görə, ən azı 1 saat (yəni il ərzində 52 saat) işləmisənsə, deməli məşğulsan. Amma reallıqda isə insanlar faktiki olaraq işsizdilər…

Nəticə etibarilə, Azərbaycanda işsizlik səviyyəsi aşağı olur. Yeri gəlmişkən, ABŞ-da iqtisadiyyatın vacib indikatorlarından biri də həftə ərzində əmək birjalarına ilk dəfə müraciət edən şəxslərin sayıdır. Misal üçün, indi ABŞ-da həftə ərzində müvafiq müavinat üçün 210-220 min insan müraciət edir (müqayisə üçün, 2008-ci ilin dekabrında bu göstərici 586 min idi). Buna əsasən iqtisadiyyatın mövcud vəziyyəti haqqında da qərarlar edilir. Əks halda işsizlik göstəricisinin yuxarı olması ölkə iqtisadiyyatının çətin durumda olduğuna işarədir. Bir şəxsin işdən çıxarılması ailənin iqtisadi durumuna mənfi təsir göstərir. Çoxlu sayda şəxsin işini itirməsi isə problemin miqyasını daha da genişləndirir. İnsanlar gəlirdən məhrum olur, nəticədə istehsal və istehlak aşağı düşür.

Təəssüflər olsun ki, “Azərbaycansayağı siyahıyaalma”-da qeyd etdiyimiz kimi, hökumət düzgün siyahıyaalma keçirmədiyindən özünü də aldadıb. Belə ki, müvafiq siyahıyaalmada ən azı 16 sual məhz əmək bazarı ilə bağlıdır. O suallar yuxarıda qeyd olunan metodologiya əsasında hazırlanmışdı (“Münasib iş təklif olunsa, işləməyə hazırsınızmı”, “son həftə ərzində 1 saat işləmisinizmi” və s.). Amma bildiyimiz kimi, bu siyahıyaalma əhalinin böyük hissəsini əhatə etməyib. Məhz buna görə, müvafiq statistika da reallığı əks etdirməyəcək. Biz yenə də məqalənin əvvəlində qaldırdığımız problem ilə üzləşəcəyik: Azərbaycanda işsiz nə qədərdir?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

Transylvania: Built on Grass – Rəna Əfəndi təqdim edir

E-Səhiyyə: rəqəmsallaşmağa hazırsınız?

Kütlə təqibçilərinin aqibəti

İnsanın insanı istismar etməsi barədə bədii-fəlsəfi esse

Abbas Atilay təqdim edir – Maydan-5 il

Selektiv müdafiə

Manafzadələrin musiqi dünyası

Cürbəcür “Romeo və Cülyetta”

“Zaqatala problemi” – Dağıstan, Gürcüstan və Azərbaycan üçbucağında

Yeddi dəvə istərəm

İstedad və zəhmət

İnkişafımıza ciddi şəkildə mane olan xəstəlik

Onanizm və onun insan psixikasına təsiri

Azərbaycan universitetləri adlı tragediya

Ağdam uğrunda döyüşlər (1993)

Ehramları necə tikirdilər?

Tütünçü

Qaynana obrazı

Ego vəziyyətləri nədir?

Toponimika siyasət kimi: Çinarlı olan Vəng

Təkamül tozu daha təhlükəli edir

Nərmin Şahmarzadə cavab verir

Azərbaycanda katolik olmaq

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Mədəniyyətlərin qloballaşması: zərurət yoxsa özünüməhv?

Mühakimə etmək haqqında

ABŞ-da ikipartiyalı siyasi sistem

“Yaşıl Xətt”

Gipsy Kings: Mənşəyi və albomları

Elman Rüstəmovun iqtisadi nəzəriyyəsi

Azərbaycanda əcaib işsizlik

Toğrul Maşallı Toğrul Maşallı
., Sərbəst
28 Oktyabr 2019

Dünyanın işsizlik, bizim məşğulluq problemimiz

TV-də xəbərlərə qulaq asa-asa “dünyada işsizlik problemi” haqda eşitməyə adət etmişik. Gah xəbər verilir ki, İspaniyada gənclər arasında yüksək işsizlik səviyyəsi müşahidə olunur, gah da məlum olur ki, ABŞ-da bu həftə ərzində işsizlərin sayı keçən həftəyə nisbətdə azalıb. Amma Azərbaycana keçəndə işsizlik sözünə yalnız “müxalifətyönümlü” adlanan KİV-lərdə rast gəlmək olar. Ya da ən yaxşı halda hansısa dövlət məmuru təsadüfən işsizlik barədə danışar. Dövlət sənədlərinə müraciət etdikdə isə biz, işsizlik sözünə demək olar ki, rast gəlməyəcəyik. Yaxşı bəs Azərbaycanda nə qədər işsiz var?

Bakı Dövlət Universitetində dərs dediyim dövrdə əgər kimsə işsizlik problemi ilə bağlı doktorluq işi ya da dissertasiya yazmaq istəyirdisə, onun adı dərhal dəyişdirilirdi. Yəni “işsizlik problemi” yerinə “məşğulluq” problemi yazdırılırdı. Müəllimlərdən biri isə, bir dəfə qeyd etmişdi ki, “Azərbaycan bu cəhətdən analoqu olmayan ölkədir: “bütün dünyada işsizlik problemini müzakirə edirlər, Azərbaycanda isə məşğulluq problemdir”. Yeri gəlmişkən rəsmi sənədlərdə də belə gedir. Məsələn, 2018-ci ildə təsdiqlənmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və ya “Məşğulluq sahəsində dövlət siyasəti” və s.

Başqa tərəfdən, problemi necə adlandırırsan adlandır, bu, onu həll etməkdən azad etmir. Həll etməkdən əvvəl isə, azından problemin məğzini başa düşmək lazımdır. İşsiz kimdir? Və ya əgər hökumətin yanaşmasını götürsək, məşğul kimdir? Sovet dövründə, iş icbari olduğundan belə bir məsələ yox idi, amma SSRİ dağılandan sonra dərhal işsizlik problemi yarandı.

Ümumiyyətlə bazar üçün tam məşğulluq heç vaxt sərf etmir. O zaman işçilərin seçmək hüququ yaranır. İşəgötürən (maraqlıdır ki, 1993-cü ildə təsdiqlənmiş rəsmi sənədlərə görə bu anlayış “işverən” kimi gedib, amma təxmini 1997-ci ildən bəri bu termin “işəgötürən” ilə əvəz olunub. Nəyə görə əvəz ediblər – bəlli deyil) problem ilə üzləşəcək. Yəni artıq işçiləri cəlb etmək üçün daha yaxşı şərait ilə təmin etməlidir, özü işçi axtarmalıdır və s. İşsizlik olduğu halda isə işçilər özləri iş axtaracaqlar. Ona görə tipik bazar iqtisadiyyatının əsas şərtlərindən biri də işsizlikdir.

Hətta bu prosesi izah etmək üçün, iqtisadi nəzəriyyədə “təbii işsizlik” anlayışından istifadə olunur. Bu işsizlik adətən çox da yuxarı səviyyədə olmur, amma ən azı bazarda mövcud olan qiymətləri (yəni əmək haqqı səviyyəsini) tənzimləyir.

Azərbaycanda isə 90-cu illərdə işsizlik yüksək templə artmağa başladı. Onu hesablamaq üçün isə ölkədə heç bir metodologiya yox idi. Yalnız 1995-ci ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan tədqiqatlara əsasən ölkə üzrə işsizlik səviyyəsi müəyyən olundu. Bu göstərici 17,2% təşkil etmişdi. Bu isə yüksək göstərici hesab olunur (təbii işsizlik səviyyəsi adətən 5-6%-dən çox olmamalıdır). Dörd ildən sonra əhalinin siyahıyaalınması keçirildi və ona əsasən işsizlik səviyyəsi 16,25% səviyyəsində müəyyən olundu. Başqa sözlə 4 il ərzində işsizlik 0,95% azaldı.

Siyahıyaalınma gələcəkdə işsizlik səviyyəsinin ölçülməsi üçün baza kimi götürüldü. Yeri gəlmişkən, 2019-cu ildə keçirilən siyahıyaalınmada da, işsizlik səviyyəsinin müəyyən edilməsi vacib amillərdən biri idi (bu barədə bir qədər sonra). O zamandan bəri ölkə üzrə illik olaraq əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə seçmə statistik müayinələr keçirilməyə başladı. 2003-cü ildə keçirilmiş müayinə nəticəsində işsizlik səviyyəsinin birdən-birə 9,7%-ə kimi azaldığını müəyyən olundu. Belə kəskin azalmanın heç bir izahı verilməmişdi və ondan sonrakı dövrlərdə, Dövlət Statistika Komitəsi ildən-ilə işsizliyin azalmasını qeydə alırdı. Artıq neçə ildir (2010-cu ildən bu yana) işsizlik səviyyəsi 5% təşkil edir. Təəssüflər olsun ki, DSK bu faktı heç cürə izah etmir.

Bununla belə, məşğulluq sahəsində iqtisadi problemlər qalmaqda davam edir. Misal üçün, rəsmi məlumata görə, 2018-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 5 133,1 min təşkil edib. İqtisadi fəal əhali – bu əmək qabiliyyəti yaşında olan və eyni zamanda əmək bazarında iştirak edən şəxslər hesab olunur (yəni evdar qadınlar, pensionerlər, uşaqlar, tələbələr və s. hesab olunmur). Eyni zamanda iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayı isə 1551,7 min təşkil edib. Bu məhz muzdla (yəni əmək haqqı alan şəxslər) işləyənlərin sayıdır. Bəs qalan 3 581,4 min nəfər nə edir? Hətta belə bu saydan sahibkarları (800 minə yaxın) və fermerləri (700 min) çıxsaq belə, yenə də 1-2 milyon insan qalır. Onlar nə ilə məşğuldular? Bilinmir. Dövlət Statistika Komitəsi yalnız seçmə müayinə əsasında bu şəxsləri sahələr üzrə bölür. Amma onlar bu sahələrdə məşğuldularmı? Heç kim bilmir.

Başqa tərəfdən, son illər əgər hər hansı islahat keçirilmişdisə, o da sonuncu qeyd olunan (muzdlu işləyənlərin) statistikasında baş verib. 2019-cu ildə nəhayət, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,6 milyonu keçib. Uzun müddətdir ki, bu rəqəm 1500 mindən bir qədər yüksək olaraq qalır. Amma 2019-cu ildə nəhayət Azərbaycan bu psixoloji mühüm səviyyəni keçdi. Rəsmi statistikadan göründüyü kimi, bu səviyyədən artmaq niyyətində deyil (avqustda 1613 min idi, sentyabrda 1611 mindir).

Bəs işsizlər? Hökumət “məşğulluq” strategiyasını qəbul edib. Bəs bu strategiya kimə aiddir? Artıq burada biz problem ilə üzləşirik. Qeyd olunduğu kimi, işsiz şəxs – kiminsə fərdi hissiyatı yox, iqtisadi göstəricidir. İqtisadi göstəricinin isə müəyyən bir tərifi də olur. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının tərifindən istifadə edir. O tərif isə konkret olaraq məşğul və işsiz şəxsləri müəyyən edir. Məşğul şəxs o insan hesab olunur ki, o müayinə keçirilən dövrdən əvvəl son həftə ərzində heç olmasa 1 saat pul və ya natura ilə haqqı ödənilən işlə və ya gəlir gətirən hər hansı bir fəaliyyət ilə məşğul olub. İşsiz olmaq üçün isə aşağıdakı şərtlərə uyğun olmaq lazımdır:

– eyni müddət ərzində əmək qabiliyyətinin müvəqətti itirilməməsi ilə bağlı olmayan fəaliyyətsizlik;

– eyni dövr ərzində heç bir gəlir mənbəyinə malik olmamaq;

– son bir ay ərzində haqqı ödənilən və ya gəlir gətirən iş axtarmaq və ya şəxsi biznesi təşkil etmək cəhdlərini həyata keçirmək;

– yaxın iki həftə ərzində münasib iş təklif olunduğu halda işə başlamağa hazır olmaq.

Bu dörd şərtdən ən azı birisi yerinə yetirilmədiyi halda, insan işsiz sayılmır. Ona görə, bir çox hallarda insan özünü işsiz hesab edə bilər, amma rəsmi metodologiya onu işsiz hesab etməyəcək. Hətta 1 aydan uzun müddət insan iş tapa bilmədiyi halda, o əmək bazarından çıxarılmış hesab olunur. Başqa sözlə əgər insan heç yanda işləmir və iş axtarmırsa, o işsiz hesab olunmur. Amma eyni zamanda əgər həftə ərzindən ən azı 1 saat üçün pul alıbsa, o zaman o artıq avtomatik olaraq məşğul hesab olunur.

Misal üçün, son zamanlar tez-tez “Azərxalça” ASC-yə aid müəsissələr açılır. Şirkətin verdiyi məlumatına görə, 2018-ci ilin dekabrın 31-nə, orada 1478 nəfər çalışırdı. Bu da 2017-ci ilin müvafiq göstəricisinə nisbətdə 691 nəfər çoxdur. Amma eyni zamanda, şirkətdə orta aylıq maaş 28 manat təşkil edirdi. Bəllidir ki, şirkət heç bir halda belə aşağı əmək haqqı ödəyə bilməzdi. Sadəcə işçilər ildə 1-2 ay çalışırlar. Amma başqa tərəfdən, “Azərxalça” ASC mövsümi müəssisə deyil. Nəticə etibarilə, işçilərin sayı yeni açılmış iş yerləri və məşğulluğ statistikasına daxil olur. Statistikaya görə, ən azı 1 saat (yəni il ərzində 52 saat) işləmisənsə, deməli məşğulsan. Amma reallıqda isə insanlar faktiki olaraq işsizdilər…

Nəticə etibarilə, Azərbaycanda işsizlik səviyyəsi aşağı olur. Yeri gəlmişkən, ABŞ-da iqtisadiyyatın vacib indikatorlarından biri də həftə ərzində əmək birjalarına ilk dəfə müraciət edən şəxslərin sayıdır. Misal üçün, indi ABŞ-da həftə ərzində müvafiq müavinat üçün 210-220 min insan müraciət edir (müqayisə üçün, 2008-ci ilin dekabrında bu göstərici 586 min idi). Buna əsasən iqtisadiyyatın mövcud vəziyyəti haqqında da qərarlar edilir. Əks halda işsizlik göstəricisinin yuxarı olması ölkə iqtisadiyyatının çətin durumda olduğuna işarədir. Bir şəxsin işdən çıxarılması ailənin iqtisadi durumuna mənfi təsir göstərir. Çoxlu sayda şəxsin işini itirməsi isə problemin miqyasını daha da genişləndirir. İnsanlar gəlirdən məhrum olur, nəticədə istehsal və istehlak aşağı düşür.

Təəssüflər olsun ki, “Azərbaycansayağı siyahıyaalma”-da qeyd etdiyimiz kimi, hökumət düzgün siyahıyaalma keçirmədiyindən özünü də aldadıb. Belə ki, müvafiq siyahıyaalmada ən azı 16 sual məhz əmək bazarı ilə bağlıdır. O suallar yuxarıda qeyd olunan metodologiya əsasında hazırlanmışdı (“Münasib iş təklif olunsa, işləməyə hazırsınızmı”, “son həftə ərzində 1 saat işləmisinizmi” və s.). Amma bildiyimiz kimi, bu siyahıyaalma əhalinin böyük hissəsini əhatə etməyib. Məhz buna görə, müvafiq statistika da reallığı əks etdirməyəcək. Biz yenə də məqalənin əvvəlində qaldırdığımız problem ilə üzləşəcəyik: Azərbaycanda işsiz nə qədərdir?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel