Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

 Demokrat viruslar

Əliş Nəzərov Əliş Nəzərov
., Covid-19
27 Dekabr 2020

“Sözügedən şəxsiyyətlər III George’un dövründə yaşadılar və mübahisə etdilər; yaxşı, ya da pis, yaraşıqlı və ya çirkin, varlı və ya kasıb – indi hamısı bərabərdir”.

Stanley Kubrick “Barry Lyndon” epiloq

 

“İnsan varlığın hakimidir”. Yəni insan var olan hər şeyin – bitkilər, heyvanlar və cansızlar – ağasıdır. Lakin keçmişdən bu günə insanın digərləri üzərindəki diktatorluğuna layiqincə baş qaldıranlar yalnız “demokrat” viruslar olub. Hal-hazırda bütün dünyanı öz caynağında saxlayan Covid-19 pandemiyası bu üsyanın aktual iştirakçısı olsa da, tarixdə ilk üsyançı deyil.

İnsanlar tarixin fərqli dövrlərində viruslarla savaşıblar və əsasən – çox tələfatla olsa da – qalib gəliblər. Buna misal olaraq, yayıldığı dövrdə Avropa əhalisinin yarıdan çoxunu – 25 milyon insan – yox etmiş taun xəstəliyini, qədim Cənubi Amerika dövləti olan Aztek imperatorluğunun əhalisinin 90%-ni öldürən çiçək xəstəliyini, minlərlə insanı – eləcə də Məhəmməd Füzulini – özü ilə aparan xoleranı nümunə göstərmək olar. İllərlə davam edən müharibələr səngimək bilmir. İnsanlar qabaqlarına çıxan virus maneələrini aşdıqca daha ağırları ilə qarşılaşırlar. Lakin “hər şeyin pis tərəfi olduğu kimi, yaxşı tərəfi də olur”. Burada bir şablon cümləni xatırlatmaq istəyirəm: “Hər böhran özü ilə yeni fürsətlər gətirər”. Viruslar tarix boyu insanların səhhətində olduğu kimi, ictimai-siyasi həyatlarında da öz “vəzifəsini” layiqincə yerinə yetirib.

Bu yazını “Demokrat viruslar” adlandırmağımın səbəbi virusların, demokratiyanın inkişafına, həqiqətən, böyük töhfələr verməsidir. Məsələn, taun xəstəliyin ikinci dəfə yayılanda – yəni 1347-1351-ci illərdə ona “qara ölüm” ləqəbi verilmişdi. Bu pandemiya dünya tibb tarixində ən dəhşətli fəlakətlərdən biri hesab olunur. Lakin “qara ölüm”ün başqa bir özəlliyi də vardı: o, yüzlərlə təriqətin yarandığı, dinin dövlətə, dövlətin isə dinə qarışdığı, monarxiyanın, diktatorluğun hökm sürdüyü Avropada qarşısına çıxan hər kəsi öldürürdü. İnsanlar allahın “elçiləri”, “müqəddəs” irqin nümayəndələri, dindar, kafir, yəhudi, xristian, varlı, kasıb – xülasə hər kəsin öldüyünü görürdülər. Bax, bu zaman insanlığı irəliyə götürən ən önəmli hiss – şübhə qüvvətləndi. Artıq insanlar gördülər ki, papalar müqəddəs, hökmdarlar və zadəganlar toxunulmaz deyil, hər kəs bərabərdir. Din adamları nə etsələr də – bəzi xristianlar bu fəlakəti “İsanın intiqamı” kimi qələmə verir və dua edib əfv diləməyi məsləhət görürdülər – bu vəziyyəti öz lehlərinə çevirə bilmədilər. Versiyaların birinə görə, hər kəsin ondan mədət umduğunu görən bir din xadimi əhalini hamılıqla gölə girib yuyunmağa dəvət edib. Bu hadisədən sonra xəstəlik, həmin göl vasitəsilə daha çox yayılıb.

Beləliklə, taun dini və totalitarlığı darmadağın etməyə müvəffəq olub. İnsanlar papanı “şeytan” adlandırmağa başlayıblar. Müxtəlif bölgələrdə dinə qarşı üsyanlar vüsət alıb.

Dua etməyin faydasını görməyən insanlar artıq elmin əhəmiyyətini anlamağa başlayırdılar. Taun eyni zamanda insanlara fərdiliyi – eqoistliyi – çox sərt bir şəkildə xatırlatmışdı. Bir-birlərinə təmənnasız hər yaxşılığı edən “İsanın övladları”, xəstə insanları – eləcə də yəhudiləri – yandırırdılar. Nə din qardaşı, nə də qohum-əqraba qalmışdı. Oğul öz atasını öldürürdü, ana isə öz övladını. Buna görə də, taun tarixdə “Great Equalizer” adlanır, çünki o, qarşısına çıxan hər şeyi yox etmiş və dünyanı nisbətən də olsa, “tarazlaşdırmışdı”. Bu fəlakətdən insanlar daha demokratik olaraq çıxmışdılar. Onlar artıq “müqəddəs” , “ali”, “hökmdar” kimi məfhumların yalan olduğunu başa düşmüşdülər. Taun XIV əsr Avropasını möhkəm silkələyərək ayıltmışdı.

1476472303196191186

Həmçinin, taun xəstəliyi Qərbi Avropanın yüksəlişinin səbəblərindən biri kimi də görülür. Belə ki, ekstremal səviyyəyə çatan insan ölümləri nəticəsində həm işçi qüvvəsi azaldığına görə yerdə qalanların vəziyyəti maddi cəhətdən yaxşılaşmışdı – artıq bazarda işçi qüvvəsi azaldığına görə insanlar əməkləri müqabilində daha çox pul istəyə bilirdilər, həm də mülkədarlar işlətməyə adam tapa bilmədiklərinə görə bütün investisiyalarını yeni texnologiyalar yaratmağa sərf edirdilər. Bu isə sənaye inqilabı demək idi. Hətta avropalıları dəniz səfərlərinə məhz virusların sövq etdiyi düşünülür. Belə ki, onlar yalnız uzunmüddətli dəniz səyahətləri sayəsində ölümdən qaça biləcəklərini düşünürdülər. Dəniz səyahətləri isə Avropanın yüksəlişinə təkan verən müstəmləkələşmə demək idi.

Başqa bir nümunə kimi, Haitinin müstəqilliyini də misal göstərmək yerinə düşərdi. Orda başlayan sarı qızdırma epidemiyası Haitinin müstəqillik savaşçısı rolunu layiqincə oynamışdı. İngiltərə imperiyasının müstəmləkələşdirmə məqsədilə ordu göndərdiyi Haiti adasında yayılan epidemiya əvvəlcə ingilisləri məğlubiyyətə düçar etmişdi. Yeddi il sonra isə Napoleonun 35 minlik ordusu da eyni aqibətlə üzləşmiş, ordunun yarısından çoxu torpağa qarışmışdı.

Viruslar insanlara gerçəkləri göstərmişdi. İnsanlar artıq nə hökmdardan, nə papadan, nə silahdan, nə də duadan mədət umurdular. Onlara sadəcə ağıl və onun nəticəsi olan elm gərək idi. Sonrakı dövrlərdə isə inqilabların ardı-arası kəsilmirdi.

Bütün inqilablar həmişə böhranlardan sonra başlayır. İnsanlıq dünya taxtına çıxarkən ən böyük aləti ağıl olub. Digər hər şey ağılın düşündüklərinin nəticəsidir. Əgər o düşüncələr nə vaxtsa öz hədəfindən yayınsa, onları ortadan qaldıran yenə ağıl olacaq.

Əlbəttə, viruslar ağıllı, cəmiyyət üçün lazımlı insanları da əlimizdən alırlar. Burda yuxarıdakı cümlənin əksi yada düşür: “hər yaxşı şeyin bir pis tərəfi də var”.

Xülasə, viruslar insanların bacarmadıqlarını edir və bütün cəmiyyətləri, təbəqələr arasındakı fərqləri silməklə təkmilləşdirir. Cəmiyyətlərə xaos zəhərini yeridərək daxildəki yanlışları üzə çıxarır. Şübhəsiz ki, biz hazırkı pandemiyaya da qalib gələcəyik, lakin ondan sonra bizə qalan təkcə itkilərimiz olmayacaq. Çünki Covid-19 bütün ölkələrin çatışmazlıqlarını üzə çıxartdı. Biz gördük ki, insanlar birlik olmaq qabiliyyətlərini itiriblər. Biz gördük ki, cəmiyyətin savadlı olmağı nə dərəcədə vacibdir. ABŞ-da aksiya keçirən insan yığınları “Covid-19”-un bizə təqdim etdiyi sosioloji hesabat idi. Hər yerdə müzakirə edilən iqtisadi böhran dalğasının gəlişi ölkələrin iqtisadi sistemlərinin acizliklərini üzə çıxardı. Bütün ölkələr vaksin tapmaqdan ötrü əsas qüvvələrini tibb sektoruna yönəltdi, bu da tibbə böyük töhfə oldu. Buna bənzər çox sayda müsbət hallar sadalamaq olar. Keçmiş gələcəyi qurmaq üçün bir yoldur. Ümid edirəm ki, biz bu fəlakətin gətirdiyi fürsətləri də anlaya və onlardan yararlana biləcəyik.

“Ox yalnız geri çəkilərək atılır”. (Paolo Coelho)

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Beyin ölümü

Freddi Merkurinin misilsiz markaları

“Ölülərin” yürüşü

Azərbaycan istehlakçısının arzuları

Uzun və qısa siyahılar

Heykəllərə nə ehtiyac var?

Gündüz Ağayev. Postmüharibə

Azərbaycan müəllimi müqəddəsdir?

İqtisadi mühacirlərin siyasiləşməsi

The Beatles qeydləri – (II yazı)

Üç narrativ arasında dolaşmış dünya: Böyük Qərbin yeni dini – infantil sosializm

Kimdir dəli?

İlqar Məmmədov Üzeyiri dəstəkləyə bilərmi?

“Parazitlər” filminin təhlili

Vivianın kvadrat Nyu-Yorku

Ermənistan yaralarını necə sağalda bilər?

Bolşevizmin talançı mahiyyəti

Miqrenlə mübarizə davam edir

Camaat nə deyər?

Emil Quliyev: “Ora qədər böyüməmişəm”

Azərbaycanlılar niyə memuar yazmır?

Bozbaş bişirmək azadlığı

Ermənilərin çala-çala uduzmaqlığı haqqında

İkiüzlü Mi Mix Alpha

Bertrand Russel – Gələcəyə mesajlar

Həqiqi iman sahibi təhlükəsi

“Arşın mal alan” Türkiyədə

Putinin 10 məğlubiyyəti

Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı – 13 rəqəminin sirri

Zərdüşt Əlizadə: “Tarixin kandarlarında solmağa məhkumuq”

 Demokrat viruslar

Əliş Nəzərov Əliş Nəzərov
., Covid-19
27 Dekabr 2020

“Sözügedən şəxsiyyətlər III George’un dövründə yaşadılar və mübahisə etdilər; yaxşı, ya da pis, yaraşıqlı və ya çirkin, varlı və ya kasıb – indi hamısı bərabərdir”.

Stanley Kubrick “Barry Lyndon” epiloq

 

“İnsan varlığın hakimidir”. Yəni insan var olan hər şeyin – bitkilər, heyvanlar və cansızlar – ağasıdır. Lakin keçmişdən bu günə insanın digərləri üzərindəki diktatorluğuna layiqincə baş qaldıranlar yalnız “demokrat” viruslar olub. Hal-hazırda bütün dünyanı öz caynağında saxlayan Covid-19 pandemiyası bu üsyanın aktual iştirakçısı olsa da, tarixdə ilk üsyançı deyil.

İnsanlar tarixin fərqli dövrlərində viruslarla savaşıblar və əsasən – çox tələfatla olsa da – qalib gəliblər. Buna misal olaraq, yayıldığı dövrdə Avropa əhalisinin yarıdan çoxunu – 25 milyon insan – yox etmiş taun xəstəliyini, qədim Cənubi Amerika dövləti olan Aztek imperatorluğunun əhalisinin 90%-ni öldürən çiçək xəstəliyini, minlərlə insanı – eləcə də Məhəmməd Füzulini – özü ilə aparan xoleranı nümunə göstərmək olar. İllərlə davam edən müharibələr səngimək bilmir. İnsanlar qabaqlarına çıxan virus maneələrini aşdıqca daha ağırları ilə qarşılaşırlar. Lakin “hər şeyin pis tərəfi olduğu kimi, yaxşı tərəfi də olur”. Burada bir şablon cümləni xatırlatmaq istəyirəm: “Hər böhran özü ilə yeni fürsətlər gətirər”. Viruslar tarix boyu insanların səhhətində olduğu kimi, ictimai-siyasi həyatlarında da öz “vəzifəsini” layiqincə yerinə yetirib.

Bu yazını “Demokrat viruslar” adlandırmağımın səbəbi virusların, demokratiyanın inkişafına, həqiqətən, böyük töhfələr verməsidir. Məsələn, taun xəstəliyin ikinci dəfə yayılanda – yəni 1347-1351-ci illərdə ona “qara ölüm” ləqəbi verilmişdi. Bu pandemiya dünya tibb tarixində ən dəhşətli fəlakətlərdən biri hesab olunur. Lakin “qara ölüm”ün başqa bir özəlliyi də vardı: o, yüzlərlə təriqətin yarandığı, dinin dövlətə, dövlətin isə dinə qarışdığı, monarxiyanın, diktatorluğun hökm sürdüyü Avropada qarşısına çıxan hər kəsi öldürürdü. İnsanlar allahın “elçiləri”, “müqəddəs” irqin nümayəndələri, dindar, kafir, yəhudi, xristian, varlı, kasıb – xülasə hər kəsin öldüyünü görürdülər. Bax, bu zaman insanlığı irəliyə götürən ən önəmli hiss – şübhə qüvvətləndi. Artıq insanlar gördülər ki, papalar müqəddəs, hökmdarlar və zadəganlar toxunulmaz deyil, hər kəs bərabərdir. Din adamları nə etsələr də – bəzi xristianlar bu fəlakəti “İsanın intiqamı” kimi qələmə verir və dua edib əfv diləməyi məsləhət görürdülər – bu vəziyyəti öz lehlərinə çevirə bilmədilər. Versiyaların birinə görə, hər kəsin ondan mədət umduğunu görən bir din xadimi əhalini hamılıqla gölə girib yuyunmağa dəvət edib. Bu hadisədən sonra xəstəlik, həmin göl vasitəsilə daha çox yayılıb.

Beləliklə, taun dini və totalitarlığı darmadağın etməyə müvəffəq olub. İnsanlar papanı “şeytan” adlandırmağa başlayıblar. Müxtəlif bölgələrdə dinə qarşı üsyanlar vüsət alıb.

Dua etməyin faydasını görməyən insanlar artıq elmin əhəmiyyətini anlamağa başlayırdılar. Taun eyni zamanda insanlara fərdiliyi – eqoistliyi – çox sərt bir şəkildə xatırlatmışdı. Bir-birlərinə təmənnasız hər yaxşılığı edən “İsanın övladları”, xəstə insanları – eləcə də yəhudiləri – yandırırdılar. Nə din qardaşı, nə də qohum-əqraba qalmışdı. Oğul öz atasını öldürürdü, ana isə öz övladını. Buna görə də, taun tarixdə “Great Equalizer” adlanır, çünki o, qarşısına çıxan hər şeyi yox etmiş və dünyanı nisbətən də olsa, “tarazlaşdırmışdı”. Bu fəlakətdən insanlar daha demokratik olaraq çıxmışdılar. Onlar artıq “müqəddəs” , “ali”, “hökmdar” kimi məfhumların yalan olduğunu başa düşmüşdülər. Taun XIV əsr Avropasını möhkəm silkələyərək ayıltmışdı.

1476472303196191186

Həmçinin, taun xəstəliyi Qərbi Avropanın yüksəlişinin səbəblərindən biri kimi də görülür. Belə ki, ekstremal səviyyəyə çatan insan ölümləri nəticəsində həm işçi qüvvəsi azaldığına görə yerdə qalanların vəziyyəti maddi cəhətdən yaxşılaşmışdı – artıq bazarda işçi qüvvəsi azaldığına görə insanlar əməkləri müqabilində daha çox pul istəyə bilirdilər, həm də mülkədarlar işlətməyə adam tapa bilmədiklərinə görə bütün investisiyalarını yeni texnologiyalar yaratmağa sərf edirdilər. Bu isə sənaye inqilabı demək idi. Hətta avropalıları dəniz səfərlərinə məhz virusların sövq etdiyi düşünülür. Belə ki, onlar yalnız uzunmüddətli dəniz səyahətləri sayəsində ölümdən qaça biləcəklərini düşünürdülər. Dəniz səyahətləri isə Avropanın yüksəlişinə təkan verən müstəmləkələşmə demək idi.

Başqa bir nümunə kimi, Haitinin müstəqilliyini də misal göstərmək yerinə düşərdi. Orda başlayan sarı qızdırma epidemiyası Haitinin müstəqillik savaşçısı rolunu layiqincə oynamışdı. İngiltərə imperiyasının müstəmləkələşdirmə məqsədilə ordu göndərdiyi Haiti adasında yayılan epidemiya əvvəlcə ingilisləri məğlubiyyətə düçar etmişdi. Yeddi il sonra isə Napoleonun 35 minlik ordusu da eyni aqibətlə üzləşmiş, ordunun yarısından çoxu torpağa qarışmışdı.

Viruslar insanlara gerçəkləri göstərmişdi. İnsanlar artıq nə hökmdardan, nə papadan, nə silahdan, nə də duadan mədət umurdular. Onlara sadəcə ağıl və onun nəticəsi olan elm gərək idi. Sonrakı dövrlərdə isə inqilabların ardı-arası kəsilmirdi.

Bütün inqilablar həmişə böhranlardan sonra başlayır. İnsanlıq dünya taxtına çıxarkən ən böyük aləti ağıl olub. Digər hər şey ağılın düşündüklərinin nəticəsidir. Əgər o düşüncələr nə vaxtsa öz hədəfindən yayınsa, onları ortadan qaldıran yenə ağıl olacaq.

Əlbəttə, viruslar ağıllı, cəmiyyət üçün lazımlı insanları da əlimizdən alırlar. Burda yuxarıdakı cümlənin əksi yada düşür: “hər yaxşı şeyin bir pis tərəfi də var”.

Xülasə, viruslar insanların bacarmadıqlarını edir və bütün cəmiyyətləri, təbəqələr arasındakı fərqləri silməklə təkmilləşdirir. Cəmiyyətlərə xaos zəhərini yeridərək daxildəki yanlışları üzə çıxarır. Şübhəsiz ki, biz hazırkı pandemiyaya da qalib gələcəyik, lakin ondan sonra bizə qalan təkcə itkilərimiz olmayacaq. Çünki Covid-19 bütün ölkələrin çatışmazlıqlarını üzə çıxartdı. Biz gördük ki, insanlar birlik olmaq qabiliyyətlərini itiriblər. Biz gördük ki, cəmiyyətin savadlı olmağı nə dərəcədə vacibdir. ABŞ-da aksiya keçirən insan yığınları “Covid-19”-un bizə təqdim etdiyi sosioloji hesabat idi. Hər yerdə müzakirə edilən iqtisadi böhran dalğasının gəlişi ölkələrin iqtisadi sistemlərinin acizliklərini üzə çıxardı. Bütün ölkələr vaksin tapmaqdan ötrü əsas qüvvələrini tibb sektoruna yönəltdi, bu da tibbə böyük töhfə oldu. Buna bənzər çox sayda müsbət hallar sadalamaq olar. Keçmiş gələcəyi qurmaq üçün bir yoldur. Ümid edirəm ki, biz bu fəlakətin gətirdiyi fürsətləri də anlaya və onlardan yararlana biləcəyik.

“Ox yalnız geri çəkilərək atılır”. (Paolo Coelho)

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel