bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Cambridge Casus Toru və Kim Philby

Rafiq Hunaltay Rafiq Hunaltay
Sərbəst
02 Dekabr 2019
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
13353485
Paylaş

1930-cu illərdə ingilislərin məşhur Cambridge Universiteti kommunist rejim nöqteyi-nəzərindən olduqca bərəkətli bir mənbəyə çevrilmişdi. Kəşfiyyat dünyasına damğa vurmuş «Cambridge Casus Toru»nun (ruslar bu qrupa «Beşli zəncir» adını vermişdi) üzvləri Guy Burgess, Donald Maclean, Antony Blunt, John Cairncross və ən əsası Kim Philby bu universitetdən məzun olmuşdular. Homoseksuallıq beşinin də ortaq məxrəci idi.

1920-ci illərdə dövrün SSRİ Kəşfiyyat Xidməti NKVD İngiltərə kəşfiyyatına sızmaq istəyirdi. İngiltərədə çoxlu kommunist var idi, lakin onlar partiya üzvü olduğundan istənilən vəzifəyə gələ bilmirdilər. O dövrdə İngiltərədə yüksək vəzifə sahibləri əsasən Cambridge Universitetinin məzunları olurdu. Təbii ki, SSRİ də bundan faydalanmaq istəyirdi.

Ata tövsiyəsi

Bu beşli zəncirin ən tanınmış bəndi heç şübhəsiz, 1944-cü ildə MI6-nın SSRİ Əkskəşfiyyat bürosu rəhbərliyinə qədər yüksəlmiş Harold Adrian Russel (Kim) Philby olmuşdu. «Stanley» və ya «agent Tom» olaraq da tanınan Philby 1940-cı illərdə MI6-ya girməyi bacarmış və 30 il boyunca İngiltərəyə xəyanət etmişdi.

Philby-nin maraqlı keçmişi var. Atası H.St.John Philby ərəb dili və ədəbiyyatı mütəxəssisi kimi İngiltərə kəşfiyyatı üçün işləyirdi, hətta Orta Şərqdə ərəbləri Osmanlı imperiyasına qarşı baş qaldırmağa yönəlmiş kəşfiyyat əməliyyatlarında iştirak etmişdi. Bir zaman sonra ingilislərin ərəbləri aldatması qənaətinə gələn ata Philby İngiltərə arxivlərindəki Orta Şərqlə bağlı bütün raportları Səudiyyə Ərəbistanının qurucusu İbn Səuda ötürür və islamı qəbul edərək, bu ölkədə məskunlaşır. Bir yandan da oğluna «ingilislərə əsla güvənmə» təlqinləri edir.

Philby Cambridge-də özü kimi marksist olan Guy Burgess və Donald Maclean ilə tanış olur. Erkən yaşlarında alman nasizminə şahid olan Philby-nin kommunizmə rəğbəti daha da artır və həyatını kommunist fəlsəfəyə xidmətə həsr etməyə söz verir. Universitetdən sonra «London Times» müxbiri olaraq çalışmağa başlayan Philby 1939-cu ildə qrup yoldaşı, MI6-nın sabotaj və propaqanda bölməsi «Qrup B»də işləyən Guy Burgess vasitəsilə MI6-ya işə düzəlir. Zaman keçdikcə Philby karyera pillələrini qalxmağa başlayır və 1944-cü ildə Qrup IX adlanan Sovet Əkskəşfiyyat bölməsinin rəhbəri təyin olunur. Bununla da sovetlərin ən vacib casusu, ən yuxarı başa keçirilir. Ruslar Philby vasitəsilə inanılmaz məlumatlar əldə etməyə başlayırlar. İngilislərin də dəstəklədiyi bir çox əməliyyatı Philby həmin anda ruslara ötürürdü. Şərqi Avropadakı bütün ingilis agentlərinin kimliyini, onların iştirak etdikləri (özünün müəllifi olduğu) əməliyyatları Moskvaya çatdırırdı.

Bir dəfə az qala özünü deşifrə edirdi. 1945-ci ilin yağışlı payız günüydü, SSRİ-nın İstanbuldakı konsulu Konstantin Volkov həyəcanlı şəkildə İngiltərənin İstanbuldakı konsulluğuna daxil olur və hamını təəccübləndirir. Volkov maraqlı şeylər danışırdı, KQB-nin Türkiyə rezidentinin köməkçisi olduğunu, İngiltərəyə sığınmaq istədiyini söyləyirdi. Bunun əvəzində o, Türkiyədəki 314 və İngiltərədəki 250 sovet agentinin siyahısını ingilislərə təqdim edəcəkdi.

Bu, hələ harasıdır. Volkov iddia edirdi ki, İngiltərə XİN-ində iki diplomat, kəşfiyyatda isə bir yüksək vəzifəli şəxs Moskvaya casusluq edir, lakin o, onların adlarını bilmir. Volkovun verdiyi məlumatlar Londona, MI6-nın Sovet Əkskəşfiyyat masasına göndərilir. Volkov verdiyi məlumatların birbaşa Kim Philby-yə, yəni rusların casusuna çatdırıldığını hardan biləydi?

Volkov tələbinin qəbul edilməsi ümidilə konsulluğa qayıdır, «yüksək vəzifəli şəxs»in kim olduğunu çox yaxşı başa düşən Philby isə Volkovla təkbətək görüşmək bəhanəsilə, ilk reyslə İstanbula uçur. Uçur ki, Volkovun əllərini qandallayıb yük təyyarəsi ilə SSRİ-yə göndərmək mümkün olsun. Volkov, ağır işgəncələrə dözməyib məşhur Lyubyankada can versin. Xainləri əsla bağışlamayan KQB intiqamını ala bilsin və sızmanı əngəlləsin.

Elementar qida məhsulları sarıdan əzəldən korluq çəkən SSRİ-də KQB üzvləri hər cür güzəştə sahib idilər. Belə olan halda, nankorluğun cəzası da ölüm olmalıdır.

Volkov Philby-nin yoxa çıxan növbəti qurbanlarından biri idi.

***

Philby isə vəzifəsində yüksəlməkdə davam edirdi. Belə ki, o, 1949-cu ildə MI6-nın Vaşinqton nümayəndəliyinin şefi təyin olunur – artıq amerikalılara aid məxfi məlumatları da Sovetə çatdıra biləcəkdi. Philby-nin ABŞ-da ən böyük uğuru «Venona proyekti»nin ifşası olmuşdu. Belə ki, İngiltərə və ABŞ rusların gizli yazışmalarını deşifrə edən «Venona proyekti»ni tam 30 il idi ki, işlədirdilər və proyekt vasitəsilə SSRİ-yə işləyən agentlərin kod adları məlum idi. Zamanla ayrı-ayrı detalları birləşdirərək kod adları üzərindən həqiqi adlara da çıxış əldə edəcəkdilər. Venonanın aşkar etdiyi kod adlarından biri də HOMER idi. Philby HOMER Kod adlı şəxsin məktəb yoldaşı, yaxın dostu və Vaşinqtondakı İngiltərə səfirliyində çalışan Maclean olduğunu anlamışdı. Maclean da Philby kimi sovetlərə işləyirdi. O, İngiltərə xarici işlər nazirliyindən, Paris və Qahirədən sonra Vaşinqtona təyin edilmişdi. O da işlədiyi müddətdə Cambridge zəncirinin digər halqaları kimi Moskvaya xidmət etmişdi. Bu arada, Burgess də MI6-dan ayrılıb xarici işlər nazirliyində işləyirdi. Philby Macleana Rusiyaya qaçmağı məsləhət görür, əks təqdirdə deşifrə olaraq tutulacağını deyir. Maclean «sevgilisi» Burgess ilə bir yerdə qaçır və 1951-ci ildə Moskvaya sığınırlar. Burgess-in bu gözlənilməz addımı ingilis hökumətini Philby-dən şübhələnməyə vadar edir, axı bu şəxslər Philby ilə yaxın əlaqələri ilə tanınırdılar…

İfşanın gətirdiyi məyusluq

Burgess rus dilini bilmədiyindən Moskvaya heç cür uyğunlaşa bilmir, sərxoş həyat tərzi sürərək 1963-cü ildə vəfat edir. Rus dilini bilən Maclean da buradakı şərtlərə uyğunlaşa bilməyib sərxoşluğa qurşanır. S.P.Madzoevski təxəllüsü ilə yazdığı məqalələrində kommunizmin iç üzünü açmağa cəhd edir və 1983-cü ildə Moskvada, xərçəng xəstəliyindən vəfat edir.

Zəncirin iki halqası sıradan çıxsa da, digərləri öz işinə davam edirdi. Belə ki, Venona proyektində ən çox adı hallanan kodlardan biri də STANLEY idi. CIA və MI6  Stanley-in Philby ola biləcəyindən şübhələnirdilər və onu vəzifəsindən uzaqlaşdırmışdılar. Philby yenidən müxbir qismində Beyrutda işləməyə başlamışdı. Hər gün bir addım daha həbsə yaxınlaşdığını bilən Philby Moskvaya qaçmağa qərar verir. O, sonuncu dəfə İngiltərədə 23 yanvar 1963-cü ildə, bir ziyafətdə görünür.

SSRİ onun üçün Moskvada hər bir şəraiti yaratmışdı. Onun bu illər ərzində ötürdüyü məlumatların dəyəri ölçüyə gəlmirdi. Lakin, öz ölkəsini satan bu insanın bir gün SSRİ-ni də sata biləcəyini düşünən ruslar, KQB-də ona aktiv vəzifə vermirdilər. Yalnız 1980-ci ildə, dövrün KQB rəhbəri onu İngiltərə əməliyyatları şöbəsinə müdir təyin edir. SSRİ-nin ən böyük mükafatı «Lenin Ordeni»nə layiq görülən Philby 1988-ci ildə vəfat edir və görkəmli bir dövlət mərasimi ilə Moskvada dəfn edilir. Ona general rütbəsi verildiyi üçün mərasimə zabit heyəti də gəlmişdi. SSRİ-nin rəsmi xəbər agentliyi TASS isə, xəbəri dünyaya «Böyük bir qəhrəman öldü» başlığı ilə çatdırırdı. Ən maraqlısı isə SSRİ-nin sanki lağ edərcəsinə, İngiltərədə xain hesab olunan Philby-nin ölüm xəbərini İngiltərə Xarici işlər nazirliyinə, başsağlığı formasında bildirməsi idi. SSRİ Philby-nin xatirəsinə hətta poçt markası buraxmışdı. Bu xidmətin qarşısında, məhz bu cür hörmət göstərilməli idi əlbəttə.

Qərb kəşfiyyat xidmətləri beşlikdən ibarət zənciri – Cambridge torunu, xüsusilə də Philby-ni əsla unutmadılar. Lazımi dərəcədə ayıq olmadıqlarını başa düşmüşdülər. Bloklararası mübarizənin bitdiyi hesab olunan 90-cı illərdə Aldrich Ames bombası partlayanda isə, Qərb növbəti dəfə ayıq-sayıq olmamağın cəzasını çəkəcəkdi.

Zəncirin digər halqası – Blunt

Ruslar 1930-cu illərdə, öncə Cambridge Universiteti tərkibindəki gizli Marksist qruplardan birinin üzvü olan Anthony Blunt-u ovladılar. Blunt bir müddət sonra kraliçanın mədəniyyət üzrə katibi kimi saraya yol tapmaqla SSRİ-ni xeyli sevindirmiş, qoyulan investisiyaları doğrultmuşdu. Blunt KQB-nin köməkliyi ilə ingilis kəşfiyyatında işə düzəlmiş, lakin daha sonra kommunist keçmişinə görə işdən çıxarılmışdı. Blunt növbəti addım kimi MI5-də işə düzəlir. Tarixçilərə görə eyni vaxtda Burgess MI6-ya girmiş, ondan sonra isə Philby təşkilata qoşulmuşdu. Maclean da Xarici işlər nazirliyində işə qəbul olununca ruslar, arzuladıqları əhatəlikdə toru qurmuş sayılıdılar.

Blunt II Dünya müharibəsi illərində alman xəbərləşməsini açan Ultra proyekti və Normandiya məsələsi ilə bağlı məlumatları müntəzəm olaraq Rusiyaya çatdırırdı. Çox tez zamanda kral sarayında yüksələn Blunt müharibədən sonra MI5-dən istefa verir, lakin oradakı əlaqələri vasitəsilə  lazımi məlumatları əldə etməyə davam edirdi. Ta ki, KQB-yə işləyən amerikalı Michael Straight özünü ələ verənə qədər.

***

Hökumət, bildiklərini danışacağı təqdirdə ona toxunulmayacağına söz verincə, Blunt zəncirin son 5-ci halqası Cairncross-un və bu zəncirlə KQB arasındakı vasitəçi Yuri Modin-in adlarını çəkir. Sonuncu halqa olan Cairncross Maliyyə və Müdafiə nazirliklərində işləmiş, İngiltərənin nüvə silahı ilə əlaqəli əməliyyatları haqda SSRİ-ni məlumatlandırmış, hətta ondan şübhələnən rəhbərlik Cairncross-u başqa bir vəzifəyə keçirtmişdi.

Blunt bu adların hamısını açıqlasa da, artıq olan olmuş, keçən keçmişdi – dəstənin digər üzvlərinin hamısı SSRİ-yə qaça bilmişdilər. MI5-in bəzi əməkdaşları bu qalmaqallı hadisəni yazıçı Anthony Boyle-yə sızdıraraq «The fourth man» («4-cü adam»)  romanının yaranmasına vəsilə olmuşdular. Romandan sonra isə, İngiltərə sarsılır. Belə ki, dövrün baş naziri – Dəmir ledi Marqaret Tetçer də beşlikdən ibarət zəncirin varlığını rəsmi olaraq təsdiq edir. Açıq etiraflar edən Blunt canını qurtarsa da, bir çox titulları əlindən alınır və 1983-cü ildə o da tənhalıq və səfalət içində ölür.

Sovetin beşlikdən ibarət bu zənciri uzun illər SSRİ-yə xidmət etmiş, anqlosaksonlara isə böyük zərbə vurmuşdu. İngilis Kəşfiyyat Xidməti bu günün özündə də tarixin ən miqyaslı köstəbək əməliyyatının onlara verdiyi xəcalət hissi ilə yaşayır və güman ki, bu ehtimalımızda yanılmırıq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör