Azlogos
  • Qaydalar
  • Kimlər var

488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət? Mesud Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim - Məsud Aşina Tənha insanın monoloqu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Biznesdə kitabların yazmadığı şeylər – III HİSSƏ

Rafiq Hunaltay Rafiq Hunaltay
Sərbəst
30 Aprel 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Business Growing Your Business Content
Paylaş

Yaza-yaza 3-cü hissəyə gəlib çıxdıq. Deyəsən, kitablar hələ çox şeyi yazmayıb. Yazılan hər şey qalır, Siz də yazın. Peşman olmayacaqsınız. Vaxt heç vaxt olmayacaq, vaxtdan gileylənməyə dəyməz. Vaxt yoxdur, amma ayırmaq lazımdır.

Gələk indi mövzumuzun davamına, yəni bu seriyadan sonuncu yazımıza.

Boş vaxt anlayışı yoxdur

Yəqin bu sözləri tez-tez eşidirsiniz – ыon vaxtlar boş vaxtım heç yoxdur, boş vaxtım olsun məşğul olacam və s. Dostlar, boş vaxt ümumiyyətlə yoxdur. 21-ci əsrdə boş vaxt necə ola bilər. Söhbət biznesdən, biznes mühitində çalışan adamdan gedirsə, onun boş vaxtı praktik olaraq mümkün deyil. İş çıxarmaq istəsən özünə milyon iş çıxar. Açıb kalendarına baxsan, görüləcək o qədər iş yazmısan ki, gör-gör bitməz. Bəli, iş heç vaxt bitmir. O qədər tez-tez eşidirəm ki, “mən elə axırda stolun arxasında öləcəm” tipli sözləri. İşə girirsən, bir də baxırsan ki, 20 il olub. Həyatın o görüş – bu görüş, o zavod, bu marka, yollar, proyektlər arasında əzilib qalıb. Atamın həmişə dediyi bir söz var: “İş heç vaxt bitməyəcək, nə də sənə çox işlədiyinə görə heykəl qoyan olmayacaq”.

Bu ilin sonunda tər-təmiz iş stajım 15 il olacaq. Dönüb arxaya baxanda həqiqətən də görürəm ki, nə işim azalıb, bitib, nə də “heykəl qoyan” olub. Ona görə də boş vaxt sözü leksikondan çıxmalıdır. Ayırılası vaxt, ayrılmalı olan vaxt kimi desək daha düzgün olar. Məsələn, işiniz-gücünüz başınızdan aşır və paralel olaraq da düşünürsünüz ki, idmanla məşğul olasınız. Boş vaxt tapıb məşğul olmağı düşünsəniz heç vaxt idmana başlaya bilməyəcəksiniz. Çünki o boş vaxt yoxdur sadəcə. Mən özüm də eyni şeyi etmişəm – 3 ay «idmana gedəcəm» deyə-deyə günlərimi keçirmişəm. Sonda gündəliyimə görüləcək işlərimdən biri kimi idmanı saldım və iş bitdi. Kalendarımın bir parçası kimi baxdığıma görə periodik olaraq həftədə 3 dəfə idmana gedə bilirəm.

Bir dəfə evdən ev işləri ilə bağlı bir şey tapşırmışdılar. Heç cür çatdırıb edə bilmirdim. Hər dəfə “işim var” deyəndə anam “bu da işdi də” demişdi. Həqiqətən də çox sıx iş qrafikiniz varsa, görmək istədiyniz qeyri-iş aktivliklərinizi də iş qrafikinizin arasına salın, onda mənəvi olaraq rahat olacaqsınız. 

Zamanında getməyi bacarmaq lazımdır

Öz həyatımda da, başqa n qədər dostlarımın iş həyatında da deyəcəyim hadisə real olaraq olub – zamanında getmək. Komfort zonanızı tərk etmək qərarını vermək asan iş deyil. Həyatımda 2-3 dəfə bu qərarı vermişəm və qətiyyən peşman deyiləm. Onların hər birində qazanclı çıxmışam, daha çox öyrənmişəm, səhvlər etmişəm və səhvlərim məni daha da kamilləşdirib. Məsələn, 5 il əvvəl etdiyim səhvi bu yaşımda etsəm, yəqin ki, o səhvi qaldırmaq daha ağır olacaqdı. Yaxşı ki, elə 5 il öncə olub o hadisə.

Bir türk iş adamı dostum var idi. Müştərisinin zamanında və hələ də ona çox pul qazandırmasına baxmayaraq indi dəyər vermədiyini deyirdi. Soruşanda ki, həll yolu nədir, indiki kimi yadımdadır, dedi ki “Rafiq, müştəri ilə işi dayandırıb getməli və bir müddət sonra yenidən müraciət etməliyəm” İlk eşidəndə çox da başa düşməmişdim. Sonra anladım nə demək istədiyini. Bir adam Sizə davamlı olaraq eyni effekti verirsə, bir müddət sonra siz onun həmişə belə olacağına, ən pisi isə həmişə belə olmalı olduğuna özünüzü inandırırsınız. Ona görə də Sizə elə gəlir ki, daha əvvəlki kimi effekt almırsız. Halbuki, effekt eynidir. Onun üçün türk dostum düşünürdü ki, o işə bir müddət fasilə verməlidir ki, effektin oynadığını onun müştərisi görsün. Kitabların yazdığı ilə getsək, deyəcəksiniz ki, o işə fasilə verib müştərisinə bir müddətlik “ziyan” verməklə öz dəyərini sübut etməklə etik davranmayıb. Amma reallıq var, mən də Azərbaycan mühitində bu reallığa çox inanıram. Daha doğrusu bu faktın işlək olduğunun şahidi olmuşam.

Yenə bir misal. Deyək ki, Siz iş həyatına 300 manatla bir işdə başlamısınız. 10 il keçib deyək ki, 3000 manata qədər qalxıb maaşınız. Amma Siz daha çox qazanmaq istəyirsinizsə, böyük ehtimalla bundan o tərəfə gedə bilməyəcəksiniz həmin şirkətdə. Ona görə ki, sizi işəgötürənin gözündə siz hələ də bir zamanlar 300 manat alan filankəssiz. O özü də inanmır ki, siz bu illər ərzində 3000-ə qədər gəlib çıxmısız. Daha pis desək, ona həqiqətən layiqsiz. Bu psixoloji baryerdir.  Bu halda ən gözəl çıxış yolu, işi tərk etməkdir. Başqa bir yerdə Siz daha sürətlə artacaqsız. Çünki orada Siz artıq 300-lə deyil, 3000-dən başlamış olursunuz.

İşi görən bir nəfər, yoxlayan 5 nəfər

Bir çox iri şirkətlərdə biznesin inkişafından daha çox, mövcud biznesi kontrolda saxlama prioritet olur. Nəzarət holdinqləri deyək. Çox vaxt belə şirkətlərdə təbii olaraq maliyyə departamentinin gücü çox olur. Praktika göstərir ki, risklərə az açıq olan belə şirkətlər işi böyütməkdə çətinlik çəkir. Kobud desək “pul gətirən” 1 adam, onu yoxlayan 5 adamdırsa, orada problem var. 5 pul gətirəni 1 adam yoxlasa, bu başqa məsələ. Türklərdə buna aid yaxşı misal var – “mürettebat yolcuyu geçti”. 

Bizi bugünlərə gətirən şeylər bizi daha da irəliyə aparmayacaq?!

Bəzən olur, hətta çox vaxt deyim. Bir şirkət rəhbəri ilə söhbət edirdim. Kifayət qədər böyük dövriyyəsi olan şirkət sistemsizlikdən əziyyət çəkirdi. Sonda məlum oldu ki, sistemsizliyi yaradan o işi illər öncə bərabər qurduqları adamlardır. Şirkət böyüyüb, iş böyüyüb, adamlar tempə uyğun təkmilləşməyib amma. Belə olanda onun altına hansı professionalı verirsən ver, uğurlu olmayacaq. Çünki süzgəc rolunu başdakı oynayırsa, sən nə qədər uyğun olursan-ol yenə də onun süzgəc meyarlarına uyğun oradan keçə bilməyəcəksən. Bir dəfə də yazmışdım. Biznes emosional bağlılıqla çox sıx bağlanmamalıdır. Emosiyasız biznes olmaz, bəli, amma bu normanı keçməməlidir. “İllər öncə bərabər karobka daşımışıq” dediyiniz adamlar şirkətinizdə inkişaf tempinə uyğunlaşa bilmirsə, onu Anar müəllim demiş “bottle neg”in üstündən götürüb başqa yerə qoymaq lazımdır. Başqa yer şirkət daxilində də mümkündür. Bunu edə bilmədiyiniz müddətcə çox çətin olacaq. İşin ustadını da gətirib onun idarəçiliyi altına versəniz, yarıtmayacaq. Xüsusən şərikli bizneslərdə şərikiniz sizin inkişaf tempinizdən və ya tərsinə siz şərikinizin inkişaf tempindən geri qalırsınızsa, bundan Sizin biznes əziyyət çəkəcək. Şərikli bizneslərdə şəriklər arasında rəqabət olmamalıdır, dəstək olmaq olmalıdır.

İşə başlayanda özünüzə ən azı bir böyük səhv haqqı verin

Çox normaldır. İşə başlayırsızsa, səhvlər edəcəksiniz. Özünüzü buna görə qınamayın. Türklərin yaxşı bir-iki sözü var. “taze boka çok sinek konar”, “ilk otomobilimizi yanlış alırız”. Çox vaxt ilk səhvimizdəcə görüdüyümüz işə həvəsimiz ölür və işi bitiririk. Səbrli olub ruhdan düşməmək lazımdır. Hər işə yeni girən mütləq ki, hardasa aldanır, iki-qat xərcə düşür və s. Amma sonradan işin içində bişir.

Dostlar, biznesdə kitabların yazmadığı şeylər haqqında bu qədər. Bəlkə bir az da uzatmaq olardı. Amma bu qədər də bəsdir. Sonda sadəcə bir şey deyim. Qaçhaqaç həyatda da, biznesdə də xoşbəxt etmir. Hara tələsirsiz?!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 N
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 D8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
30 Yanvar 2023
Panorama Goroda 1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
Iit Avoiding Toxic Positivity 1
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8s3e56pn
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil Iltihabi 1
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: [email protected]

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör