Biz memarların ilham qaynağımız əsrlər boyu müşahidə etdiyimiz təbiətdir. İlham alarkən, təbiətdəki canlı və ya cansız varlıqların xüsusiyyətlərinə nəzər yetiririk. Ancaq canlıların eyni görünüşlərini bir dizaynda tətbiq etmək biomimikriya deyil. Qətiyyən deyil. Məqaləmizin qalan hissəsində “Biomimikriya nədir?” öyrənəcəyik.
Biomimikriya nə deməkdir?
Biomimetika – qədim yunan sözü olub BİOS həyat, MİMESİS imitasiya deməkdir. Biomimetika təbiətdə olan sistem və modellərin insanların çətin problemlərinin həlli üçün imitasiyasıdır. Biomimetika makro və nano miqyasda vacib problemlərin həlli üçün yeni texnologiyaların hazırlanmasına imkan və şərait yaradır. İnsanlar daima həyatlarında olan problemlərin həlli üçün cavabı təbiətdə axtarır. Təbiət texniki problemləri özü həll edir: öz-özünə şəfa qabiliyyəti, ətraf mühitə təsir və müqavimət, hidrofobluq, tolerantlıq, günəş enerjisi və s.
Bu anlayış ədəbiyyata 20-ci əsrin sonunda daxil olub. Təbiətdən öyrənmə, uyğunlaşma və ya tətbiqetmə yollarının necə ola biləcəyi ilə bağlı sistematik müzakirələr də beləcə başladı. Bu konsepsiyanın son zamanlarda müzakirə edilməsinin ən vacib səbəbi dünyada azalmaqda olan təbii ehtiyatlardan daha səmərəli istifadə etmək cəhdidir deyə bilərik.

Biomimikriya ilə yalnız təbiətin inkişaf etdirdiyi həll yolları deyil; dizayn strategiyaları, mexanizmləri və sistemləri də əsas götürülür. Bu prinsip təməlində təbiətə əsaslanır və təbiətin qüsursuz işini təqlid edərək davamlı dizaynlar emal edir. Gücünü təbiətdən alan proses, insanların ətraf mühitə həssas layihələr istehsal etmələrini təmin edir.

Günümüzdə biomimikriya prosesi quruluşdan, formadan və ya bütün ekosistemdən ilham alaraq həyata keçirilə bilər. Biomimetik memarlıq adlanan bu yeni və orijinal baxışın ən vacib nəticəsi davamlı dizaynlar yaratmaq fürsətidir.
Biomimetikaya aid nümunələr

Hörümçəklərin ayağı və bədən quruluşundan ilham alaraq hazırlanmış robotlar hərbi məqsədlər üçün istifadə olunur. Hərbi robotların çətin relyef və pis hava şəraitinə davam gətirməsi üçün gəzinti, tullanma və bir-birindən müstəqil hərəkət edə bilmə kimi xüsusiyyətlərə sahib olmalıdırlar. Bunun üçün də hörümcək ən ideal nümunələrdən biridir.

Helikopter, cırcıramanın uçuş üslubundan və balans sistemindən ilham alınaraq dizayn edilmişdir. Eyni zamanda, helikopterin quyruq dizaynı və kütlə mərkəzinin yeri də cırcıramaya baxaraq dizayn edilməkdədir.
Bud sümüyündən ilham alınaraq inşa edilən Eyfel Qülləsini tanımayan yəqin ki, yoxdur. İnşasında minlərlə dəmir strukturundan istifadə edilmişdir. Sümük kimi möhkəm və yüngüldür.

“Zamokların” milçəklərin ağız quruluşundan ilham alınaraq dizayn edildiyini bilirdiniz?

İnsanlar ilə robotların yaxın gələcəkdə birlikdə işləməsini asanlaşdırmaq üçün dizayn edilən layihələrdən biri olan bionik qollar, fillərin xortumlarının elastikliyindən ilhamlanaraq hazırlanmışdır.
Landşaft memarlığında biomimetika dizaynları

Medelline Botanika Bağı – Kolumbiya
Planb + JPRCR Memarlıq Ofisi
Orquideorama şəkillərindən hazırlanmış günəş qıranlar da deyə bilərik. Dizaynda mikro və makro material orqanizasiya prinsiplərinə birmənalı olaraq əməl edilmişdir. Bu dizaynda mikro miqyasda həndəsi toxumaları təyin edərkən, makro miqyaslı dizaynla ətraf mühit əlaqələrini qurmaq və təbiəti qəbul etmək məqsədi daşıyır.

Masdar Şəhər Mərkəzi – Əbu Dabi
Vizyoner Memarlıq Laboratoriyası, Chris Boss
Nəhəng Çiçəklər şəklində hazırlanmış günəş panelləri, Abu Dabinin istilərindən faydalanmaq və ticarət mərkəzinin mənzərə sahələrində çalarlar yaratmaq üçün gün ərzində açılan və axşam bağlanan çiçəklər şəklində dizayn edilmişdir.

Treepod – Boston
Mario Caceras, Cristian Canonico
Şəhər mebeli və karbon filtrləri kimi dizayn edilmiş Treepodlar süni fotosintez həyata keçirməkdədir.
Treepod sistemləri, havadakı karbon dioksidi ayırmaq və nəm istehsal edərək bir müddətdən sonra karbon dioksiddən oksigen istehsal edə bilir. 1 treepod 100-dən çox ağac oksigen istehsal edə bilər. Bundan əlavə, günəş panelləri və qonaqların oynaya biləcəyi meşələrdən əldə olunan kinetik enerji həm hava filtrasiyası, həm də işıqlandırma üçün lazım olan enerjini istehsal edə bilər.
Treepodlar plastik şüşələrin təkrar emalı ilə istehsal olunur.








