bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bakı və İstanbul: tarixlərin kəsişməsi

Toğrul Maşallı Toğrul Maşallı
Sərbəst
23 Aprel 2019
Oxuma vaxtı:12 dəqiqəyə oxunur
B1qCmdDtKVDKjGQocF
Paylaş

Məktəblərdə və ya sonradan ali təhsil müəssisələrində dünya tarixini araşdırarkən, oxuyarkən, biz bir çox hallarda ona elə də əhəmiyyət vermirik. Düzdür, bəzi ixtisaslar üzrə oxuyanlar üçün bu vacib fənndir, amma bir çoxları əsasən Azərbaycan tarixi dərsinə böyük maraq göstərirlər. Bəzən fikirləşirlər ki, dünya tarixi bizdən bir qədər uzaqdır: Azərbaycanın nə dünyada ciddi yeri var, nə də dünya tarixinin inkişafına təsir göstərib. Amma reallıq bir qədər başqadır və Azərbaycanda baş verən bir çox hadisələr məhz dünya tarixi ilə sıx bağlıdır. Hətta bəzən Bakıda baş verən hadisələr tarixi proseslərə də təsir göstərib.

Yaxın keçmişdə, Azərbaycan tarixində Bakının yerinə dair irəli sürülən bir neçə fikirlə rastlaşdım. Əvvəl, siyasi aktivist E. Qədirli öz Facebook statusunda qeyd etmişdi ki, “19-cu yüzilliyin ortalarında güclü zəlzələ Şamaxını dağıtmasaydı, bugün ölkəmizin siyasi və mədəni mərkəzi Şamaxı olacaqdı”. Sonradan isə, E. Mirzəyev “Bir daha rusdilli mövzusu haqqında” məqaləsində, “Bakı şəhəri bu hadisələrdən öncə heç vaxt Azərbaycanın birinci şəhəri olmayıb” fikrini irəli sürmüşdü. Düzdür, ümumi olaraq ölkə tarixini nəzərə alsaq, Bakının Azərbaycan iqtisadiyyatında, mədəniyyətində və siyasətdə rolu XIX əsrin sonu ilə bağlıdır. Ondan əvvəl, Bakı sadəcə bir bölgə idi və əsas tarixi proseslərdə çox da aktiv iştirak etmirdi. Amma Bakının bu vəziyyəti, şəhərdən 2 min və daha çox kilometr məsafədə baş vermiş hadisələr ilə bağlıdır. Bakı bu tarixi hadisələri dəyişdirməyə qadir deyildi və sadəcə nəticələri ilə razılaşmağa məhkum idi.

Keçən dəfə, “Nəsimi dövründə Bakı nə ixrac edirdi” məqaləsində, qeyd etmişdik ki, həm 12-ci əsrin sonları, həm də ikinci dalğa kimi 15-ci əsrin əvvəlində Bakı vacib iqtisadi və ticari mərkəzə çevrilməyə başlamışdı. Misal üçün, 15-ci əsrdə Bakı 17,8 min ton neft ixrac edirdi. Orta əsrlər üçün bu çox yüksək göstəricidir. Müqayisə üçün qeyd etmişdik ki, 19-cu əsrin əvvəlində Bakı Azərbaycanın Şimal-Şərqinin və Şərqinin əsas ticarət limanına çevriləndə, sadəcə 3,5 min ton neft hasil edilirdi. Yalnız kapitalizmin inkişafı Bakıya maraq oyatdı və Bakı Azərbaycanın mərkəzinə çevrildi. 

Bu fakt heç də, “heç vaxt birinci şəhəri olmayıb və olmayacaqdı” tipli fikirlərə əsas vermir. Bunu sübut etmək üçün, gəlin orta əsrlərə, daha dəqiq desək XIII-XIV əsrlərə qayıdaq. Bu dövrdə, Böyük İpək Yolu adlanan marşrutda iki italyan ticarət respublikaları – Venesiya və Genuya arasında mübarizə genişlənmişdi. Hər iki respublika tədricən öz inkişafının pik nöqtəsinə yaxınlaşırdılar. Venesiyalıların fəaliyyəti barədə biz geniş məlumata malikik. Məhz, bu şəhərdə anadan olan Marko Polo ilk dəfə avropalıları Şərq ilə tanış etdi. Digər venesiyalılar da bu istiqamətdə çox aktiv idilər. Onların arasında İ. Barbaro, A. Kontarini və digərlərini göstərmək olar. Baxmayaq ki, Marko Polo məhz Genuyada həbsdə olarkən öz kitabını diktə etmişdi, Genuya tacirləri venesiyalılar qədər məlumatı bölüşməyi sevmirdilər. Genuyalılar genişmiqyaslı koloniya sisteminə malik olmaqlarına baxmayaraq, onların fəaliyyətinə dair hətta maddi sübutların tapılması da çətindir.

Buna baxmayaq, biz onların fəaliyyətinə dair dolayı sübutlar tapırıq. Misal üçün, yuxarda qeyd olunan Marko Polo xəbər verir ki, “Genuya tacirləri orada (Xəzər dənizində) bu yaxınlarda fəaliyyətə başlayıblar; öz gəmilərini bura köçürüblər”. Başqa sözlə, biz ən azı bilirik ki, onlar burada fəaliyyət göstərirdilər. Venesiyalıların başqa yollardan istifadə etməsi isə dolayısə ilə, bu yolların məhz genuyalıların nəzarətində olmasının sübutudur (bunun digər sübutları da var). Bakının inkişafı da məhz genuyalılarla bağlıdır. Onlar burada XIV əsrdə fəaliyyətə başladılar və XV əsrin əvvəlində ticarət həcmində zirvəyə çatdılar. Bundan sonrakı hadisələr isə, Bakının rolunu azaltmağa xidmət etdi.

XV əsr Azərbaycan tarixində Şirvanşahlar dövrü idi. Bu dövrün ən görkəmli nümayəndələri I Şeyx İbrahim və onun oğlu I Xəlilullah idilər. Şeyx İbrahimin əsas məqsədlərindən biri Şirvanda sülh və sabitliyin bərqərar olmasını təmin etmək idi. Nəticədə, o bir çox müharibələrdə iştirak edirdi. Müharibələrin nəticəsi olaraq, paytaxt Şamaxı daim qarətə məruz qalırdı. Paytaxtı müdafiə etmək mümkün deyildi. 1417-ci ildə o vəfat etdi və hakimiyyəti oğluna təhvil verdi. Özü 35 il hakimiyyətdə qalmışdısa, oğlu onu da keçdi (48 il) və 1465-ci ilə qədər şahlıq tacını daşıdı. Məhz oğlunun hakimiyyəti Bakının inkişafı ilə sıx bağlıdır.

Hakimiyyətə gələn kimi, o ilk əvvəl, sabitliyin təmin edilməsi haqda düşündü. Nəticədə, bir çox problemlər bahasına olsa da, 10 il ərzində sülhü bərpa etməyə nail oldu. Buna nail olan kimi, paytaxtı Bakıya köçürdü. Tarixdə ilk dəfə idi ki, paytaxt Bakıya heç bir ciddi səbəb (məs. zəlzələ) olmadan köçürülürdü. Düzdür, Şamaxı müdafiə cəhətndən zəif, Bakı isə əksinə güclü idi. Amma Şirvanşahlar adətən Gülüstan qəsrində gizlənir və bununla problemlərini həll edirdilər (sonradan I Xəlilullahın oğlu I Fərruh Yasar belə edəcək). I Xəlilullah isə əksinə, məhz Bakını paytaxt kimi görürdü. O, buraya mindən çox Şamaxı sakinini köçürdərək, tikinti işlərinə başladı. O zaman Bakıda həyata keçirilən genişmiqyaslı tikinti işlərini heç indiki vəziyyətlə də müqayisə etmək olmaz. Bakının həm ərazisi, həm əhalisi bir neçə ilə 2 dəfədən çox artmışdı. Eyni zamanda burada bir çox yollar (kərvan yolları), borular (3 su borusu) çəkilmişdi. İndi mövcud (tam və ya qismən) olan və o dövrə aid tarixi abidələrdən aşağıdakıları sadalamaq olar:

Hicrənin 832-ci ilində (1428-1429) – Sahil qəsri (Qız Qalasının yanında);

Hicrənin 838-ci ilində (1434-1435) – Şirvanşahlar sarayı;

Hicrənin 839-cu ilində (1435-1436) – Türbə;

Hicrənin 840-cı ilində (1436-1437) – Şirin-ovdan;

Hicrənin 841-cı ilində (1437-1438) – Cümə-məscidinin minarəsi;

Hicrənin 842-ci ilində (1438-1439) – Şirin-hamam;

Hicrənin 843-cü ilində (1439-1440) – Səngəçal kərvansarayı;

Hicrənin 844-cü ilində (1440-1441) – Miacik kərvansarayı;

Hicrənin 844-cü ilində (1440-1441) – Salyan kərvan yolunun bərpası və tikintisi;

Hicrənin 845-ci ilində (1441-1442) – Şah məscidi və minarəsi;

Hicrənin 848-ci ilində (1444-1445) – Kürdəxanı kəndində Cümə-məscidi;

Hicrənin 852-ci ilində (1448-1449) – Kürdəxanı kəndində Əhi qardaşlığının zəviyyəsi

Hicrənin 867-ci ilində (1462-1463) – Salyan yolunda kərvansaray;

Bu tikililərin birbaşa və ya dolayısı ilə inşaat tarixlərini müəyyən edə bilirik (ya yazılar qalıb, ya da onlar haqqında qeydlər var). Bundan başqa Qız qalasının yanındakı “Multan” və “Buxara” kərvansarayları, Pir Hüseyn xanəgahının bərpası da eyni dövrə aiddir. Onlardan başqa, Bakıya bu dövr ərzində üç su borusu çəkilmişdi. Müqayisə üçün deyə bilərik ki, indiki Bakıda üç boru mövcuddur. O dövrün texnologiya və texnikasını nəzərə alsaq, Bakı istiqamətində üç su borusunun çəkilməsi əlamətdar bir hadisədir. 

Nəticə etibarilə, XV əsrin ikinci kvartalı Bakının ən yüksək tərəqqi dövrü idi. Yuxarıda göstərdiyimiz Sahil qəsri isə genuyalılara məxsus idi. Onların fəaliyyəti tamamilə azad idi. Bakıda bir neçə liman, xüsusi limana yaxın kərvansaraylar tikilmişdi. Eyni zamanda Bakının limanı ilk dəfə birbaşa olaraq iqtisadi fəaliyyətə yönləndirilmişdi (faktiki olaraq indiki formada idi). Şərqdə birinci mayaklardan biri tikilmişdi (Qız Qalası o dövrdə məhz mayak funksiyasını daşıyırdı, ondan sonra uzun müddət Şərqdə mayaklardan istifadə edilmirdi). Bakının rolu o qədər artmışdı ki, Avropada artıq Xəzər dənizi xəritələrdə Bakı dənizi adlandırılırdı. 

Xüsusən gəmiçiliyin inkişafı böyük templər ilə XV-ci əsrin ortalarına qədər davam etdi. I Xəlilullah da bu inkişafa böyük əhəmiyyət verir, özü də bundan yararlanırdı. Misal üçün, Gilana dəniz yolu ilə səfərə yollanmışdı (səfirlərini də gəmi ilə göndərirdi). Nə ondan əvvəl bu nəqliyyat növündən bu bölgədə, belə aktiv istifadə edən hökmdar olmuşdu, nə də ondan sonra beləsi gəlmədi. Amma 1453-cü ilin 28 may tarixində (maraqlı təsadüfdür, çünki Bakının tarixi də 28 may ilə sıx bağlıdır), Bakıdan 2,2 min kilometr məsafədə baş verən hadisə, Bakının inkişafında tənəzzül dövrünü başlatdı və bu hal 19-cu əsrə kimi davam etdi.

1453-də Osmanlı hökmdarı II Mehmet Konstantinopolu fəth edəndə, bu şəhər Genuya üçün vacib ticarət mərkəzlərindən biri idi. Buradan bir çox koloniyalar idarə edilir, Konstantinopol üzərindən məhsullar Avropaya çatdırıldı. Konstantinopolun fəthindən sonra, Osmanlılar tədricən Anadoluda mövcud olan digər xristian mərkəzləri də fəth etməyə davam etdilər. Belə ki, 1461-ci ildə bir çox limanlara malik olan Trapezund imperiyası fəth olundu, 1475-ci ildə isə Osmanlılar Genuyanın Kiçik Asiyada olan bütün koloniyalarını ləğv etdilər. Faktiki olaraq, Genuya üçün vacib olan ticarət yolları məhv edilmişdi. Eyni zamanda Genuya ciddi müqavimət də göstərə bilmirdi. Həm fransızlar, həm milanlılar və digər feodallar Genuyaya aramsız hücumlar edirdilər. Hakimiyyət tez-tez dəyişir, Genuya sürətlə tənəzzülə uğrayırdı. Bu tənəzzül iqtisadi əlaqələrin kəsilməsinə gətirdi. Faktiki olaraq, Venesiya və Genuya mübarizəsindən, Venesiya qalib çıxdı. Amma bu qalibiyyət də uzun müddət davam etmədi. Genuya əsilli Xristofor Kolumb (vaxtilə Qara Dənizdə gəmidə işləməyə hazırlaşan və məhz Osmanlıların fəaliyyəti nəticəsində bundan məhrum olan) 1492-ci ildə Amerikanı, portuqal Vasko da Qama isə Hindistanı Avropaya tanıtdılar. Nəticədə bütün ticarət yolları Aralıq dənizdən okeana keçdi. Burada isə ən vacib mövqelər İspaniya və Portuqaliyaya məxsus idi. Bu səbəbdən, İtalya respublikaları daha çox maliyyə əməliyyatlarında ixtisaslaşmağa başladılar. 

Bu tarixi hadisələrin nəticəsində Bakı öz əhəmiyyətini itirdi. Hətta 15-ci əsrin əvvəlində pikə çatmış neft ixracatı da azalmağa başladı. Venesiyalı tacir C. Anconello XV əsrin sonunda Bakıda olarkən, xəbər verir ki, “vaxtilə bu şəhər Xəzərdə birinci idi, amma indi yük dövriyyəsi o qədər azalıb ki, başqa limanları Bakını keçiblər”. Bu azmış kimi, Bakı XVI əsrin əvvəlində hətta formal müstəqilliyini belə itirdi. Nəticədə Bakı, bir ölkənin ikinci (zaman zaman birinci) şəhərindən nəhəng imperiyanın sıravi şəhərinə çevrildi.

Amma tarix Bakıya ikinci dəfə şans tanıyacaqdı. İstanbulun fəthindən sonra geniş vüsət alan Böyük Coğrafi kəşflər Bakı üçün bir fürsət idi. Belə ki, kəşflər nəticəsində açılmış okean yolları İspaniya və Portuqaliyanın inhisarında olsa da, İngiltərənin iqtisadiyyatı da tədricən inkişaf edirdi. İngilislər məhsulu birbaşa almaq və satmaq istəsələr də, İspaniya ilə Portuqaliya buna imkan vermirdilər deyə, ingilislər alternativ axtarışında idilər. 

XVI əsrin ortalarında Səfəvilər Xəzər dənizinin cənubundan Hindistana kimi böyük əraziləri tutmuşdular. Rusiya isə (o zamankı adı ilə Moskoviya) Kazan və Həştərxan xanlıqlarını özünə tabe edərək, Xəzər dənizinə çıxış əldə etmişdi. İngilislər dərhal bu şansdan istifadə etməyə qərar verdilər. Moskvada İngilis Ticarət Şirkəti yaradaraq, bu şirkət üzərindən həm Rusiya hökmdarı IV İvanı (sonradan Qrozni təxəllüsünü alacaqdı), həm də Səfəvi hökmdarı I Təhmasibi razı sala bildilər, onlardan müəyyən imtiyazlar əldə etdilər. 1558-ci ildə fəaliyyətə başlayan ingilislərin marşrutunda vacib nöqtələrdən biri isə, Bakının Bilgəh kəndi olacaqdı… 

Üç tərəf arasında əldə olunan bu razılaşma başqa “super-gücləri” narahat etməyə başlamışdı. Osmanlı imperiyası 1569-cu ildə Həştərxana hücum etsə də, hücumu nəticəsiz qaldı. Bundan sonra Osmanlı əsas gücünü Səfəvilərə qarşı yönəltdi və 1578-1580 illər ərzində Bakı üç dəfə osmanlılar tərəfindən işğal edildi. Hər dəfə Səfəvilər Bakının qaytarmağa nail olsalar da, 1584-cü ildə Osmanlıya məğlub oldular. Azərbaycanın böyük hissəsi Osmanlı imperiyasının tərkibinə daxil oldu. Beləliklə, İngiltərə, Səfəvi və Rusiya arasında əldə olunan razılaşma qüvvəsini itirdi, faktiki ləğv olundu. Rusiyada problemlərlə üzləşən ingilislər isə, donanmalarını İspaniyaya çevirərək bu ölkəni məğlub etdilər və bir çox dənizlərdə hökmranlığa sahib oldular. Bu hadisələr də öz növbəsində, Xəzər dənizinə marağı əhəmiyyətli dərəcədə azaltdılar. Sonradan nə Osmanlılar, nə də 1612-ci ildə Bakıda hakimiyyəti qaytarmış Səfəvilər, şəhərin iqtisadi inkişafında maraqlı olmadılar və Bakıdan yalnız hərbi qala kimi istifadə etdilər.

Başqa sözlə, bir sıra geosiyasi hadisələr nəticəsində Bakı, hələ XV əsrdə Azərbaycanın vacib şəhərinə çevrilmək şansı əldə etmişdi. Lakin elə həmin geosiyasi hadisələr nəticəsində də, bu şansdan məhrum oldu. 

Bakının sonrakı inkişafı isə tamam başqa xətt üzrə getdi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör