Tarixçi və arxeoloqlardan ibarət beynəlxalq qrupun, İsveçrə Alplarından götürülmşüş buz kütləsində apardığı araşdırmalar nəticəsində məlum olub ki, insanlıq tarixinin ən ağır şərtlərinin başladığı il, miladdan sonra 536-cı ildir.
Euronews-a bu haqda Harvard Universitetindən Orta Əsrlər tarixçisi Prof.Michael McCormick xəbər verib.
“İslandiyada dəhşətli böyüklükdə bir vulkanın püskürməsi nəticəsində yaranan kül buludu, bütün şimal qütbünün üstünü qaplamışdı. Təsəvvür edin ki, baharda Günəş üzü görmürsünüz. İnsanlar qaranalıq, ya da alaqaranlıqda yaşayırdılar».
Bu tarixi təyin etmək üçün, alimlər həssas lazerlə buzun içindəki incə layları saymış və hava qabarcıqlarının içinə həbs olmuş vulkanik şüşə və kül parçalarının kimyası üzərində çalışmışlar. Tədqiqatın nəticələri “Antiquity” jurnalında dərc edilib.
Qeyd olunur ki, miladdan sonra 536-cı ildən etibarən Dünya qıtlıq, aclıq, vəba və dondurucu soyuqlara məhkum olmuşdu. Mövcud qıt qaynaqların idarəolunması nəhəng problemə çevrildiyindən, 6 əsrdən etibarən krallıqlar yaranmağa başladı.
Euronews