Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bəlğəmə həsrət küçələr

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
06 Aprel 2020

Günlərdir AzLogos publisistlərinin, tərcümə etdiyimiz əcnəbi mütəxəssislərin virusların tarixinə dair yazılarını oxuyuruq. Biz onları ayrıca Coronavirus kateqoriyasında cəmləşdirdik ki, həm oxuculara rahat olsun, həm də bu kateqoriya gələcək üçün bir arxiv rolunu oynasın.

Bu gün isə biz, yeni insanı müşahidə edirik – inkar edən insanı. İnkar özünüqoruma instinkti kimi yeni hadisə deyil əlbəttə, sadəcə müasir insan tarix boyunca inkar edilməyən bir şeyi – infeksiyanı inkar edir. Tarixdə hər yüzillikdə, həm də bir neçə dəfə epidemiyalara məruz qalan insan, qəfil gələn bəlanı əvvəlcə bir bəla kimi qəbul edir, necə deyərlər onu tanıyır, yalnız bundan sonra dövrünün miflərinə, inanışlarına görə yozur, çox vaxt da günah keçisi tapırdı, zaman-zaman bu keçi qadınlar, zaman-zaman yad dinlərin, xalqların nümayəndələri olurdu.

Müasir insan isə baltanı kökündən vurur: “Bow weydi virus-mirus” deyir, “hamısı oyundur”.

Kosmos əsrinin insanı əcdadından çox da fərqli deyil, sadəcə bu gün daha məlumatlıdır və “bu bəlalar başımıza filan dinə, filan millətə görə gəlir” deməyin komfortunu itirib. Sivilizasiyanın yetişmədiyi adalarda, dağlarda, mağaralarda yaşayan biçarələri nəzərdə tutmuram, insanlığın maariflənmiş hissəsindən danışıram. Hələ bu, bunun maariflənmiş halıdır, deyir “virus boş şeydir”.

Ya da baxırsan “əxlaqsızlıq ucbatından virus qənim kəsildi bizə, qiyamət əlamətidir” deyə mərsiyə oxuyur. Bunlar hər epidemiya, təbii fəlakət və iqtisadi-siyasi böhran zamanı aktivləşir, dirçəlir, ətə-cana gəlirlər. Onlar üçün mövzu tapılır. Daha doğrusu mövzu yetişmiş armud kimi ağızlarına düşür.

Səbəblərini dərində axtarmaq lazım deyil – təmizliyin kütləviləşdiyi iyirminci əsrdən iyirmi birinciyə adlayan insanlıq dünyanın sterilliyinə elə öyrəşib ki, sözün hərfi mənasında üstündə oturduğu və hər an oyanmağa hazır virusların varlığını şübhə altına belə alır. İnsan belədir – məlumatlı olsa da, təsəvvür edə bilmir ki, necə yəni tanıdığımız müasir steril dünya İkinci Dünya Müharibəsindən sonra belə hal alıb? Təmizlik, səliqə, ətir qoxuları 100 il əvvəl dünyanın və bəşəriyyətin norması deyildi, kütləvi deyildi bütün bunlar?

Təsəvvür etmək çətindir deyə müasir insan tarixdəki bütün təbii(!) epidemiyaları unudur və bu gün baş verənlərə yalnız texnogen izah axtarır. Nə var-nə var ona belə rahatdır, ağlına belə batır, baxdığı filmlərin təsirindədir. Yoxsa necə oldu ki, ağlı başında adamlar birdən-birə təbiətdən bu qədər uzaq düşdü, təbiəti inkar edəcək həddə gəldi? Bir gün virus insan bədənində yaşamağa qərar verir və əhvalat başlayır – təbiətin məhz bu cür hökm etməsini istisna edən, təbiətə bu haqqı tanımayan ağıl nə cür ağıldır görəsən?

İstənilən halda inkarın özünümüdafiə refleksi kimi yaşamaq haqqı var, əsas odur inkarçılar açar mövqelərdə dayanmasınlar, özlərindən savayı heç bir həyat üzərində səlahiyyətləri, «təsərrüfat» hüquqları olmasın, qərarlar verməsinlər, öz inkarları ilə baş-başa yaşasınlar. Olan şeydir, gərək anlayış göstərək. Siz də razılaşarsınız ki, bəşər tarixinin ən rahat dövrünü yaşayırıq. Bu rahatlıqdır, həm də, epidemiyanı yeni insana inkar etdirən. Yoxsa baş alıb gedən əxlaqsızlıq deyildi, sürət idi. Hələ xeyli əvvəl bütün bu mənalar və vəziyyət haqda Qara dəlik adlı yazımda yazmışam, arzusu olan oxusun.

Bir dəfə yazmışdım, xətirlərinə dəymişdi – heç kim zəmanət verə bilməz ki, bir azərbaycanlı ilə danışdığın yerdə o hardansa saz çıxarıb çalmağa başlamayacaq, ya da segah oxumayacaq. Bizim insanlarla əvvəldən-axıra dialoqu mədəni çərçivədə, mötədil məcrada saxlamaq olmur. Adama qayıdıb elə söz deyirlər ki, sən onu heç bir ədəbiyyatda oxumamış, kinoda görməmiş olursan, yəni adamı qəfil yaxalayırlar. Var da onlarda belə şeylər.

Çox istərdim bu yazı ittiham havasında olmasın, heç elə bir məqsədim yoxdur. Dözməyəndə, ərk edəndə qapaz vura bilərəm, amma ittiham etmək mənlik deyil. Müdrikliyin, empatiya qurmağın elə bir mərtəbəsindəyəm ki, istənilən adamın istənilən addımına bəraət qazandıra bilərəm. Yerin dibindən zirvələrə qaldırıram, sonra qayıdıb ortada dayanıram, deyəsən ədalət də elə burdadır. Özümə də həmin ortadan baxmağı öyrənirəm. Bu haqda depressiv Cavid Ramazanlı da yazmışdı ki, bəsdirin mühakimə etdiniz bir-birinizi. Deyirəm nə yaxşı olardı bu koronavirus sayəsində (nə dəxli varsa) hamı ittiham etməyi yaddan çıxaraydı.

Yeni koronavirus infeksiyasının bizim adamlara gigiyenanı öyrədəcəyini ehtimal edən optimistlər arasında isə Sevda Sultanovanı görürük. Mənim üçün də Azərbaycanda həyatı diskomforta çevirən amillərdən biri, bəlkə də ən birincisi, küçədə tüpürən adamlardır. Azərbaycanın kalan problemlərinin hamısı bir yana, küçələrin bəlğəmlə suvarılması problemi isə bir yana. Kiməsə bu səbəb gülünc görünə bilər, amma bir azərbaycanlı küçəyə tüpürməyi dayandırsa mən onun bütün günahlarını, şitdiyini, mənasızlığını bağışlamağa hazıram. Ümumiyyətlə keyfimin xoş çağında mərhəmətli və bağışlayan oluram.

Bu həyatda küçədə yerə tüpürməkdən böyük tabum yoxdur. Siqaret kötüyünü yerə ataram (əlbəttə, zibil qutusu qarşıma çıxmasa, daha Gündüz Ağayev kimi kötükləri cibimə yığmaram), amma «Xaaaart» edib tüpürmək nə olan şeydir, onu necə edirlər bilmirəm. Başa düşmürəm. Beşinci onilliyə qədəm qoymuşam, yüksək səslə bəlğəm qusan görəndə, o oğraş səsi eşidəndə elə bil əcdadımı qəbirdən çıxarıb oçeredə qoyurlar. Stress keçirirəm. Əsəb keçirirəm. Təzyiqim qalxır. Uşaqlıqdan, özümü dərk etdiyim andan, permanent belədir və bilirəm ki, son nəfəsimədək küçədə tüpürən görəndə yerin dibinə girmək istəyəcəm.

Mənim Azərbaycan hökumətindən bircə təvəqqem var – bu koronavirus dalğası yatsın, bunların ipini boş buraxmayın, indiki vəziyyətdə qazanılan vərdişlərin bir qismini saxlayın, küçəyə tüpürənlərə qarşı xüsusi amansızlığı və nifrəti ilə seçilən polislərə səlahiyyət verin, onların dodaqlarını steplerlə tiksinlər. Hələlik isə Azərbaycanda küçələr bəlğəmə həsrətdir. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

Qoy işığı söndürüm

100 ilik işğal. Mif. Şarikov kompleksi

Seksdən niyə yorulduq?

Səfər Mehdiyevin monopoliya faizləri

Deyingənlik – ümummilli depressiya

Hisslərin təhqir olunması

Nərmin Şahmarzadə cavab verir

Nifrət dili

Varisin tullantıdan ibarət yaradıcılığı

Qocalmaq sənəti

Kosmik yarış: Ayda kartof becərmə cəhdi

Antroposen. İstinad nöqtəsi. Meşələrin dünyası

İndi biz kimə inanaq?

Prof. Fuad Zərbiyevin Cambridge mühazirəsi

Azərbaycanda “onlayn” növbə macəraları

Əsl kommunizm necə olur?

Koronavirus necə öldürür?

To Be a Woman

Aşığın təlxəyə çevrilməsi

Həmrəylik günü. Təzadlar, təfsirlər.

Seymurun iyrəndiyi qan

Linkoln Mişel – Yazılarınızı məşhur jurnallara necə göndərməlisiniz?

İnsanın Yer üzündə qoyduğu ən böyük iz aşkarlanıb

Azərbaycanda ispan qripinin izləri

ABŞ-ın Qafqazda gözü və qulağı

Virusun gündəliyi: pul yoxsa sağlamlıq?

Firudin Allahverdinin Qars səfəri (II hissə)

Feministlər qoltuğunun altını qırxmır?

Həyat və yaradıcılığımın gözümdən düşməsi haqqında

Türkcə danışan düşük azərbaycanlılar haqqında

Bəlğəmə həsrət küçələr

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
06 Aprel 2020

Günlərdir AzLogos publisistlərinin, tərcümə etdiyimiz əcnəbi mütəxəssislərin virusların tarixinə dair yazılarını oxuyuruq. Biz onları ayrıca Coronavirus kateqoriyasında cəmləşdirdik ki, həm oxuculara rahat olsun, həm də bu kateqoriya gələcək üçün bir arxiv rolunu oynasın.

Bu gün isə biz, yeni insanı müşahidə edirik – inkar edən insanı. İnkar özünüqoruma instinkti kimi yeni hadisə deyil əlbəttə, sadəcə müasir insan tarix boyunca inkar edilməyən bir şeyi – infeksiyanı inkar edir. Tarixdə hər yüzillikdə, həm də bir neçə dəfə epidemiyalara məruz qalan insan, qəfil gələn bəlanı əvvəlcə bir bəla kimi qəbul edir, necə deyərlər onu tanıyır, yalnız bundan sonra dövrünün miflərinə, inanışlarına görə yozur, çox vaxt da günah keçisi tapırdı, zaman-zaman bu keçi qadınlar, zaman-zaman yad dinlərin, xalqların nümayəndələri olurdu.

Müasir insan isə baltanı kökündən vurur: “Bow weydi virus-mirus” deyir, “hamısı oyundur”.

Kosmos əsrinin insanı əcdadından çox da fərqli deyil, sadəcə bu gün daha məlumatlıdır və “bu bəlalar başımıza filan dinə, filan millətə görə gəlir” deməyin komfortunu itirib. Sivilizasiyanın yetişmədiyi adalarda, dağlarda, mağaralarda yaşayan biçarələri nəzərdə tutmuram, insanlığın maariflənmiş hissəsindən danışıram. Hələ bu, bunun maariflənmiş halıdır, deyir “virus boş şeydir”.

Ya da baxırsan “əxlaqsızlıq ucbatından virus qənim kəsildi bizə, qiyamət əlamətidir” deyə mərsiyə oxuyur. Bunlar hər epidemiya, təbii fəlakət və iqtisadi-siyasi böhran zamanı aktivləşir, dirçəlir, ətə-cana gəlirlər. Onlar üçün mövzu tapılır. Daha doğrusu mövzu yetişmiş armud kimi ağızlarına düşür.

Səbəblərini dərində axtarmaq lazım deyil – təmizliyin kütləviləşdiyi iyirminci əsrdən iyirmi birinciyə adlayan insanlıq dünyanın sterilliyinə elə öyrəşib ki, sözün hərfi mənasında üstündə oturduğu və hər an oyanmağa hazır virusların varlığını şübhə altına belə alır. İnsan belədir – məlumatlı olsa da, təsəvvür edə bilmir ki, necə yəni tanıdığımız müasir steril dünya İkinci Dünya Müharibəsindən sonra belə hal alıb? Təmizlik, səliqə, ətir qoxuları 100 il əvvəl dünyanın və bəşəriyyətin norması deyildi, kütləvi deyildi bütün bunlar?

Təsəvvür etmək çətindir deyə müasir insan tarixdəki bütün təbii(!) epidemiyaları unudur və bu gün baş verənlərə yalnız texnogen izah axtarır. Nə var-nə var ona belə rahatdır, ağlına belə batır, baxdığı filmlərin təsirindədir. Yoxsa necə oldu ki, ağlı başında adamlar birdən-birə təbiətdən bu qədər uzaq düşdü, təbiəti inkar edəcək həddə gəldi? Bir gün virus insan bədənində yaşamağa qərar verir və əhvalat başlayır – təbiətin məhz bu cür hökm etməsini istisna edən, təbiətə bu haqqı tanımayan ağıl nə cür ağıldır görəsən?

İstənilən halda inkarın özünümüdafiə refleksi kimi yaşamaq haqqı var, əsas odur inkarçılar açar mövqelərdə dayanmasınlar, özlərindən savayı heç bir həyat üzərində səlahiyyətləri, «təsərrüfat» hüquqları olmasın, qərarlar verməsinlər, öz inkarları ilə baş-başa yaşasınlar. Olan şeydir, gərək anlayış göstərək. Siz də razılaşarsınız ki, bəşər tarixinin ən rahat dövrünü yaşayırıq. Bu rahatlıqdır, həm də, epidemiyanı yeni insana inkar etdirən. Yoxsa baş alıb gedən əxlaqsızlıq deyildi, sürət idi. Hələ xeyli əvvəl bütün bu mənalar və vəziyyət haqda Qara dəlik adlı yazımda yazmışam, arzusu olan oxusun.

Bir dəfə yazmışdım, xətirlərinə dəymişdi – heç kim zəmanət verə bilməz ki, bir azərbaycanlı ilə danışdığın yerdə o hardansa saz çıxarıb çalmağa başlamayacaq, ya da segah oxumayacaq. Bizim insanlarla əvvəldən-axıra dialoqu mədəni çərçivədə, mötədil məcrada saxlamaq olmur. Adama qayıdıb elə söz deyirlər ki, sən onu heç bir ədəbiyyatda oxumamış, kinoda görməmiş olursan, yəni adamı qəfil yaxalayırlar. Var da onlarda belə şeylər.

Çox istərdim bu yazı ittiham havasında olmasın, heç elə bir məqsədim yoxdur. Dözməyəndə, ərk edəndə qapaz vura bilərəm, amma ittiham etmək mənlik deyil. Müdrikliyin, empatiya qurmağın elə bir mərtəbəsindəyəm ki, istənilən adamın istənilən addımına bəraət qazandıra bilərəm. Yerin dibindən zirvələrə qaldırıram, sonra qayıdıb ortada dayanıram, deyəsən ədalət də elə burdadır. Özümə də həmin ortadan baxmağı öyrənirəm. Bu haqda depressiv Cavid Ramazanlı da yazmışdı ki, bəsdirin mühakimə etdiniz bir-birinizi. Deyirəm nə yaxşı olardı bu koronavirus sayəsində (nə dəxli varsa) hamı ittiham etməyi yaddan çıxaraydı.

Yeni koronavirus infeksiyasının bizim adamlara gigiyenanı öyrədəcəyini ehtimal edən optimistlər arasında isə Sevda Sultanovanı görürük. Mənim üçün də Azərbaycanda həyatı diskomforta çevirən amillərdən biri, bəlkə də ən birincisi, küçədə tüpürən adamlardır. Azərbaycanın kalan problemlərinin hamısı bir yana, küçələrin bəlğəmlə suvarılması problemi isə bir yana. Kiməsə bu səbəb gülünc görünə bilər, amma bir azərbaycanlı küçəyə tüpürməyi dayandırsa mən onun bütün günahlarını, şitdiyini, mənasızlığını bağışlamağa hazıram. Ümumiyyətlə keyfimin xoş çağında mərhəmətli və bağışlayan oluram.

Bu həyatda küçədə yerə tüpürməkdən böyük tabum yoxdur. Siqaret kötüyünü yerə ataram (əlbəttə, zibil qutusu qarşıma çıxmasa, daha Gündüz Ağayev kimi kötükləri cibimə yığmaram), amma «Xaaaart» edib tüpürmək nə olan şeydir, onu necə edirlər bilmirəm. Başa düşmürəm. Beşinci onilliyə qədəm qoymuşam, yüksək səslə bəlğəm qusan görəndə, o oğraş səsi eşidəndə elə bil əcdadımı qəbirdən çıxarıb oçeredə qoyurlar. Stress keçirirəm. Əsəb keçirirəm. Təzyiqim qalxır. Uşaqlıqdan, özümü dərk etdiyim andan, permanent belədir və bilirəm ki, son nəfəsimədək küçədə tüpürən görəndə yerin dibinə girmək istəyəcəm.

Mənim Azərbaycan hökumətindən bircə təvəqqem var – bu koronavirus dalğası yatsın, bunların ipini boş buraxmayın, indiki vəziyyətdə qazanılan vərdişlərin bir qismini saxlayın, küçəyə tüpürənlərə qarşı xüsusi amansızlığı və nifrəti ilə seçilən polislərə səlahiyyət verin, onların dodaqlarını steplerlə tiksinlər. Hələlik isə Azərbaycanda küçələr bəlğəmə həsrətdir. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel