Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır..." Siz gicdıllaqsınız? Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanda qadınların ilk səsverməsi

Toğrul Maşallı Toğrul Maşallı
Gender
10 Yanvar 2020

Azərbaycanın ictimai-siyasi həyatında son bir neçə ay ərzində ən çox müzakirə olunan mövzu seçkilərdir. Demək olar ki, son 10 il ərzində ilk dəfə seçkilər bu qədər müzakirə olunur və bu qədər maraq cəlb edir. Seçkilər hesabına bir çox insan bələdiyyələrin mövcudluğunu ilk dəfə eşitdi. Sonra da hökumətin təşəbbüsü ilə parlament seçkiləri mövzusu ortaya çıxdı.

Müzakirədən başqa hər seçkidən əvvəl rəsmi və qeyri-rəsmi mətbuat da Azərbaycanda seçki tarixinə dair ya məqalə, ya da qeyd yazır və bu qeydlərdə icbari halda “Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu” cümləsini görmək olur. Bəzən bu cümlədən sonra Azərbaycanı İsveçrə (Qərb ölkələri arasında Lixtenşteyni çıxmaq şərti ilə, İsveçrə qadınlara seçki hüququ verən son ölkə oldu. Bunu onlar 1971-ci ildə ediblər) ilə müqayisə edirlər.

Amma məsələni araşdırarkən maraqlı bir fakt ilə qarşılaşırsan. Deməli hər bir tarixi kitabda, Azərbaycanda hələ 1918-ci ildə qadınlara seçki hüququnun verilməsi barədə yazılır. Maraqlıdır ki, AXC dövründə, seçkilər ilə bağlı ilk qanun 1919-cu ilin iyulun 21-də qəbul olunub. Başqa tərəfdən Rusiyada Məclisi-Müəssisana seçkilər barədə qanun isə 1917-ci ilin iyulun 20-də dərc olunub. Məhz bu qanuna görə Rusiyada qadınlara seçki hüququ verilmişdi. Müvafiq olaraq Rusiya ərazisinə daxil olan Azərbaycanda da qadınlara seçki hüququ verilmişdi. O zaman maraqlı sual yaranır, 1918-ci ildə nə baş verib?

Mənbələrdən biri qeyd edir ki, qadınlara seçki hüququ İstiqlal Bəyannaməsində qeyd olunub. Əslinə qalsa, bəyanammənin 4-cü bəndində qeyd olunur ki, “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər”. Başqa sözlə ölkə ərazisində yaşayan hər bir şəxsin siyasi və mülki hüquqları təmin edilir. Məsələ ondadır ki, Bəyannamə nə Konstitusiya, nə də başqa bir qanun formasını daşıyırdı, yalnız təməl prinsipləri elan edirdi. Bəyannamədən sonra isə müvafiq Məclis artıq təməl prinsipləri qanun formasında qəbul etməli idi. Misal üçün, AXC hökuməti hamının mülki hüquqlarının tanınmasını bəyan etsə belə, ilk qərarlarından biri də Zaqafqaziya hökuməti tərəfindən qəbul olunan “Torpaq” haqqında qanunun ləğvi oldu. Qanun kəndlilərin torpağa olan hüquqlarını tanıyırdı. Amma AXC hökuməti bu hüququ faktiki olaraq tanımadı və hətta 1917-ci ildə ləğv olunan bəzi qanunları da qaytardı.

Qadın seçki hüququna qayıtsaq, qeyd etmək lazımdır ki, iyunun 23-də AXC hökuməti “Rusiya və Zaqafqaziya qanunlarının qüvvədə saxlanılması” barədə qərar qəbul etdi. Yəni Rusiyada mövcud olmuş bütün qanunlar qüvvədə idi (həmçinin seçkilər barədə qanun da). Azərbaycana aid seçkilər ilə bağlı xüsusi qanun isə yalnız sülh dövründə qəbul edilməli idi. Başqa sözlə faktiki olaraq 1918-ci ildə heç bir seçkidən söz getmirdi və ümumiyyətlə ayrıca hüquq kimi seçki hüququ tanınmamışdı. Yalnız 1919-cu ildə müvafiq qanun qəbul olundu. 1919-cu il iyulun 21-də qəbul edilən qanunun 2-ci fəslində qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Amma bu hüquq reallaşmadı: AXC dövründə Azərbaycanda ümumiyyətlə seçki keçirilməmişdi (ən azı 2 seçki keçirilməli idi: Məclisi-Müəssisana və Bakı şəhər Dumasına. Digər Cənubi Qafqaz respublikalarından fərqli olaraq Müəssislər Məclisinə seçkilərin vaxtı sonuna kimi uzadılırdı).

Bəs Azərbaycan qadınları 1917-1920-ci illərdə səs vermişdilər? Mənbələri araşdırarkən məlum olur ki, ölkədə qadınlar səsvermə hüququndan istifadə etmişdilər. Bu da 1917-ci ildə baş vermişdi.

1917-ci ildə Rusiya o dövr üçün həddindən artıq liberal seçki qanunvericiliyi qəbul etmişdi. Seçki hüququndan istifadə üçün yalnız yaş məhdudiyyəti var idi. Dünya üzrə Rusiya Yeni Zelandiyadan sonra bütöv əhaliyə seçki hüququ verən ikinci ölkə oldu. Hətta Yeni Zelandiyada yaş həddi kimi 21 qəbul edilmişdisə, Rusiyada bu 20 oldu. Müvafiq Əsasnamə 1917-ci ilin iyulun 20-də dərc olunmuşdu. Azərbaycan da Rusiyanın əyaləti olduğundan, bu bizə də aid idi.

Maraqlıdır ki, qanun Müvəqqəti hökumət vaxtında qəbul edilmişdi, onun həyata keçirilməsi isə Oktyabr inqilabından sonraki müddətə düşdü. 1917-ci ilin noyabrın 12-də bütün ölkə üzrə seçkilər başladı. Düzdür, o dövrün texnologiyalarını nəzərə alaraq, seçki bir gün ərzində yox, bəzi yerlərdə 2 həftə, bəzi yerlərdə isə bir ay sonra başladı.

Azərbaycanlıların və ümumiyyətlə Azərbaycanın indiki ərazisində yaşayanlara dair tam əhatəli göstəriciləri tapmaq çətindir. Onların böyük hissəsi arxivlərdədir və təəssüflər olsun ki, dərc olunmayıb. Yalnız bəzi rus mənbələrinə görə biz hadisələri bərpa edə bilirik. Ümumiyyətlə seçki üzrə ümumi statistika (yəni səsverənlərin sayı və səs verdikləri siyahılar) bəllidir, amma bölgələr üzrə məlumatlar çətinliklə tapılır. Bunun səbəbi də araşdırma məsələsidir. Rusiyanın özündə hər bir bölgə üzrə ayrıca məlumatların tapılması və dərc edilməsi yerli tədqiqatçılar ilə bağlıdır. Çünki 1917-ci ilin noyabr-dekabr aylarında vəziyyət çox da sabit deyildi. Məlumatların yığılmasında sistemlik yox idi. Əsas məsələ ümumi səsverənlərin sayı və kimin seçilməsi idi. Qalan məsələlərə çox önəm vermirdilər. Ona görə müvafiq sənədlər bütün ölkə üzrə müxtəlif arxivlərdə qalıb (göndərilməyib ya da çatdırılmayıb). Onların axtarılıb-tapılması vaxt tələb edir. Bununla da Azərbaycanda heç kim məşğul olmayıb.

Cədvəl. Azərbaycan üzrə bəzi şəhərlərin səsvermə göstəriciləri.

Cənubi Qafqaz şəhərləri və məntəqələri 1917-ci ildə səsverənlərin sayı 1897-ci ilin siyahıyaalınmasına görə şəhərlərin əhalisi
Ağstafa 762
Bakı 111149 233864*
Göyçay 2193 2201
Yelizavetpol 16687 33625
Quba 4129 15363
Nuxa 13336 24734

* Bakı üzrə məlumatlar 1917-ci ilin dekabrın 31-nə verilib

İdarəetmənin zəifliyi ilə əlaqədar bəzi bölgələrdə qəribə qərarlar da verilirdi. Məsələn, ölkə qanunverciliyinə görə qadınların iştirakına heç bir məhdudiyyət qoyulmamalı idi. Lakin, Tobolsk quberniyasının Tixvinskoye kəndinin nümunəsində başqa bir şey görürük, kənd icmasının qərarında deyilirdii: “Qadınların bizimlə bərabər hüquqlu olmağını biz başa düşmürük, ona görə də heç bir halda qadınları seçkiyə buraxmayacağıq”.

Azərbaycanda isə vəziyyət tam başqa idi. Ümumiyyətlə ölkə üzrə, xüsusən şəhərlərdə, qadınlar seçkilərdə daha aktiv idi. Misal üçün, əgər Bakıda kişilər arasında səs verənlərin sayı 50% təşkil edirdisə, qadınlar arasında müvafiq göstərici 56% idi.

Ən maraqlısı odur ki, yerli qəzetlərin məlumatına görə müsəlman (yəni azərbaycanlı) qadınların 77%-i səs vermişdi (düzdür Bakıda azərbaycanlılar əhalinin 21,4%-ni təşkil edirdi (Bakı kəndləri və fəhlə rayonları Bakıya aid deyildi). Müvafiq məntəqələrdə qalib gələn əsasən “Müsavat” idi. Düzdür bu faktı dərc edən tədqiqatçı L.Q. Protasov qeyd edir ki, müvafiq rəqəmlər şişirdilə bilərdi. Onun sözlərinə görə yerli qəzetlər müsəlman qadınların aktivliyindən o qədər “valeh olmuşdular” ki, şişirdilmiş rəqəmləri yazırdılar. Müqayisə üçün, qonşu Dağıstanda qadınların yalnız 15%-i səs vermişdi. Başqa tərəfdən Krımda da qadınların böyük hissəsi səs vermişdi. Sadəcə yerli məlumatlara görə, onlar bülletenləri ərlərindən alıb sadəcə qutuya atırdılar və kimə səs verdiklərini də bilmirdilər (faktiki indiki karusel tipli əməliyyat).

Beləliklə, Azərbaycanda qadınlar ilk dəfə səsvermə hüququndan 1917-ci ildə istifadə etdilər. Ondan sonraki dövrdə, 1920-ci ilə kimi daha heç bir seçki keçirilməmişdi. Maraqlıdır ki, yerli KİV-lərin məlumatına görə, ilk seçkilərdə qadınlar aktiv idilər. O dövrdən bu yana 100 ildən çox vaxt keçib. Vəziyyət də deyəsən tam kardinal olaraq dəyişib. Amma bu artıq başqa məqalənin mövzusudur.

İstifadə olunmuş ədəbiyyat

Nəsirova T. Azərbaycan Xalq Cümhüriyyətin qadın siyasəti. URL: http://www.dqdk.gov.az/az/view/articles/334/azerbaycan-xalq-cumhuriyyetinin-qadin-siyaseti

Азербайджанская Демократическая Республика. Законодательные акты (сборник документов). Баку, 1998. 560с.

Положение о выборах в Учредительное собрание. Российское законодательство X-XX вв. В 9-ти томах. Т. 9: Законодательство эпохи буржуазно-демократической революции. М., 1994. С. 136-184.

Протасов Л.Г. Всероссийское Учредительное собрание. История рождения и гибели. Москва, 1997. 368с.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
Povedenie-i-seks-3
.

Seks düşüncələri. Bizim əbədi fantaziyalarımız

21 Fevral 2021
love-cover
Adıgözəl

Love

21 Fevral 2021
scale_1200
.

Sokratların Mamed oğulları

12 Fevral 2021
i90710-
.

Oğlanlarda orqazm: kişi seksuallığı barədə nələri bilmirik?

06 Fevral 2021

Redaktorun seçimi

ReAL niyə reallaşa bilmir

Əcaib, soyuq, nəhəng – Rusiya

Tati Səttar: “Qadın niyə seksual olmasın?”

O dəhşətli üç hərf – GMO

“Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır…”

Landşaft memarlığında bitkilər

Büdcəmiz gələn ilə nə vəd edir?

Kimdir cinsi obyekt?

Həqiqət, elm fəlsəfəsi və elmi təfəkkür üzərinə qeydlər

Bolşevizmin talançı mahiyyəti

Nitsşenin “Güc Arzusu”, Dekadensiya, İmmoralizm və Nihilizm

Milli riyakarlığımız və Kleopatra

Eşq olsun seçkilərə!

Azərbaycanlı arzuları

Ələkbər Vinterturda

Qafqazlı qadın – ər evinin köləsi

Niyə səriştəsizlər özünü ağıllı sayır?

Azərbaycanda qadın olmaq

Avropada gəlmələrin uşaqları əllərindən alınır?

Mühacirlərin porno-bloqları

Cafe de Flore filminin təhlili

Nikasın azərbaycanlı ürəyi

Kasıbların qəzəbi – bütün hakimiyyətlərin qənimi

Milli kimlik

Prezidentin twitter siyasəti

Proyeksiya (əvvəli)

“Corona” şilləsi

II Qarabağ müharibəsi: məhv olan klişelər, dəyişən paradiqmalar, tektonik proseslər

Kimdir Kim Ki-duk?

Həddən çox penis

Azərbaycanda qadınların ilk səsverməsi

Toğrul Maşallı Toğrul Maşallı
Gender
10 Yanvar 2020

Azərbaycanın ictimai-siyasi həyatında son bir neçə ay ərzində ən çox müzakirə olunan mövzu seçkilərdir. Demək olar ki, son 10 il ərzində ilk dəfə seçkilər bu qədər müzakirə olunur və bu qədər maraq cəlb edir. Seçkilər hesabına bir çox insan bələdiyyələrin mövcudluğunu ilk dəfə eşitdi. Sonra da hökumətin təşəbbüsü ilə parlament seçkiləri mövzusu ortaya çıxdı.

Müzakirədən başqa hər seçkidən əvvəl rəsmi və qeyri-rəsmi mətbuat da Azərbaycanda seçki tarixinə dair ya məqalə, ya da qeyd yazır və bu qeydlərdə icbari halda “Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu” cümləsini görmək olur. Bəzən bu cümlədən sonra Azərbaycanı İsveçrə (Qərb ölkələri arasında Lixtenşteyni çıxmaq şərti ilə, İsveçrə qadınlara seçki hüququ verən son ölkə oldu. Bunu onlar 1971-ci ildə ediblər) ilə müqayisə edirlər.

Amma məsələni araşdırarkən maraqlı bir fakt ilə qarşılaşırsan. Deməli hər bir tarixi kitabda, Azərbaycanda hələ 1918-ci ildə qadınlara seçki hüququnun verilməsi barədə yazılır. Maraqlıdır ki, AXC dövründə, seçkilər ilə bağlı ilk qanun 1919-cu ilin iyulun 21-də qəbul olunub. Başqa tərəfdən Rusiyada Məclisi-Müəssisana seçkilər barədə qanun isə 1917-ci ilin iyulun 20-də dərc olunub. Məhz bu qanuna görə Rusiyada qadınlara seçki hüququ verilmişdi. Müvafiq olaraq Rusiya ərazisinə daxil olan Azərbaycanda da qadınlara seçki hüququ verilmişdi. O zaman maraqlı sual yaranır, 1918-ci ildə nə baş verib?

Mənbələrdən biri qeyd edir ki, qadınlara seçki hüququ İstiqlal Bəyannaməsində qeyd olunub. Əslinə qalsa, bəyanammənin 4-cü bəndində qeyd olunur ki, “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər”. Başqa sözlə ölkə ərazisində yaşayan hər bir şəxsin siyasi və mülki hüquqları təmin edilir. Məsələ ondadır ki, Bəyannamə nə Konstitusiya, nə də başqa bir qanun formasını daşıyırdı, yalnız təməl prinsipləri elan edirdi. Bəyannamədən sonra isə müvafiq Məclis artıq təməl prinsipləri qanun formasında qəbul etməli idi. Misal üçün, AXC hökuməti hamının mülki hüquqlarının tanınmasını bəyan etsə belə, ilk qərarlarından biri də Zaqafqaziya hökuməti tərəfindən qəbul olunan “Torpaq” haqqında qanunun ləğvi oldu. Qanun kəndlilərin torpağa olan hüquqlarını tanıyırdı. Amma AXC hökuməti bu hüququ faktiki olaraq tanımadı və hətta 1917-ci ildə ləğv olunan bəzi qanunları da qaytardı.

Qadın seçki hüququna qayıtsaq, qeyd etmək lazımdır ki, iyunun 23-də AXC hökuməti “Rusiya və Zaqafqaziya qanunlarının qüvvədə saxlanılması” barədə qərar qəbul etdi. Yəni Rusiyada mövcud olmuş bütün qanunlar qüvvədə idi (həmçinin seçkilər barədə qanun da). Azərbaycana aid seçkilər ilə bağlı xüsusi qanun isə yalnız sülh dövründə qəbul edilməli idi. Başqa sözlə faktiki olaraq 1918-ci ildə heç bir seçkidən söz getmirdi və ümumiyyətlə ayrıca hüquq kimi seçki hüququ tanınmamışdı. Yalnız 1919-cu ildə müvafiq qanun qəbul olundu. 1919-cu il iyulun 21-də qəbul edilən qanunun 2-ci fəslində qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Amma bu hüquq reallaşmadı: AXC dövründə Azərbaycanda ümumiyyətlə seçki keçirilməmişdi (ən azı 2 seçki keçirilməli idi: Məclisi-Müəssisana və Bakı şəhər Dumasına. Digər Cənubi Qafqaz respublikalarından fərqli olaraq Müəssislər Məclisinə seçkilərin vaxtı sonuna kimi uzadılırdı).

Bəs Azərbaycan qadınları 1917-1920-ci illərdə səs vermişdilər? Mənbələri araşdırarkən məlum olur ki, ölkədə qadınlar səsvermə hüququndan istifadə etmişdilər. Bu da 1917-ci ildə baş vermişdi.

1917-ci ildə Rusiya o dövr üçün həddindən artıq liberal seçki qanunvericiliyi qəbul etmişdi. Seçki hüququndan istifadə üçün yalnız yaş məhdudiyyəti var idi. Dünya üzrə Rusiya Yeni Zelandiyadan sonra bütöv əhaliyə seçki hüququ verən ikinci ölkə oldu. Hətta Yeni Zelandiyada yaş həddi kimi 21 qəbul edilmişdisə, Rusiyada bu 20 oldu. Müvafiq Əsasnamə 1917-ci ilin iyulun 20-də dərc olunmuşdu. Azərbaycan da Rusiyanın əyaləti olduğundan, bu bizə də aid idi.

Maraqlıdır ki, qanun Müvəqqəti hökumət vaxtında qəbul edilmişdi, onun həyata keçirilməsi isə Oktyabr inqilabından sonraki müddətə düşdü. 1917-ci ilin noyabrın 12-də bütün ölkə üzrə seçkilər başladı. Düzdür, o dövrün texnologiyalarını nəzərə alaraq, seçki bir gün ərzində yox, bəzi yerlərdə 2 həftə, bəzi yerlərdə isə bir ay sonra başladı.

Azərbaycanlıların və ümumiyyətlə Azərbaycanın indiki ərazisində yaşayanlara dair tam əhatəli göstəriciləri tapmaq çətindir. Onların böyük hissəsi arxivlərdədir və təəssüflər olsun ki, dərc olunmayıb. Yalnız bəzi rus mənbələrinə görə biz hadisələri bərpa edə bilirik. Ümumiyyətlə seçki üzrə ümumi statistika (yəni səsverənlərin sayı və səs verdikləri siyahılar) bəllidir, amma bölgələr üzrə məlumatlar çətinliklə tapılır. Bunun səbəbi də araşdırma məsələsidir. Rusiyanın özündə hər bir bölgə üzrə ayrıca məlumatların tapılması və dərc edilməsi yerli tədqiqatçılar ilə bağlıdır. Çünki 1917-ci ilin noyabr-dekabr aylarında vəziyyət çox da sabit deyildi. Məlumatların yığılmasında sistemlik yox idi. Əsas məsələ ümumi səsverənlərin sayı və kimin seçilməsi idi. Qalan məsələlərə çox önəm vermirdilər. Ona görə müvafiq sənədlər bütün ölkə üzrə müxtəlif arxivlərdə qalıb (göndərilməyib ya da çatdırılmayıb). Onların axtarılıb-tapılması vaxt tələb edir. Bununla da Azərbaycanda heç kim məşğul olmayıb.

Cədvəl. Azərbaycan üzrə bəzi şəhərlərin səsvermə göstəriciləri.

Cənubi Qafqaz şəhərləri və məntəqələri 1917-ci ildə səsverənlərin sayı 1897-ci ilin siyahıyaalınmasına görə şəhərlərin əhalisi
Ağstafa 762
Bakı 111149 233864*
Göyçay 2193 2201
Yelizavetpol 16687 33625
Quba 4129 15363
Nuxa 13336 24734

* Bakı üzrə məlumatlar 1917-ci ilin dekabrın 31-nə verilib

İdarəetmənin zəifliyi ilə əlaqədar bəzi bölgələrdə qəribə qərarlar da verilirdi. Məsələn, ölkə qanunverciliyinə görə qadınların iştirakına heç bir məhdudiyyət qoyulmamalı idi. Lakin, Tobolsk quberniyasının Tixvinskoye kəndinin nümunəsində başqa bir şey görürük, kənd icmasının qərarında deyilirdii: “Qadınların bizimlə bərabər hüquqlu olmağını biz başa düşmürük, ona görə də heç bir halda qadınları seçkiyə buraxmayacağıq”.

Azərbaycanda isə vəziyyət tam başqa idi. Ümumiyyətlə ölkə üzrə, xüsusən şəhərlərdə, qadınlar seçkilərdə daha aktiv idi. Misal üçün, əgər Bakıda kişilər arasında səs verənlərin sayı 50% təşkil edirdisə, qadınlar arasında müvafiq göstərici 56% idi.

Ən maraqlısı odur ki, yerli qəzetlərin məlumatına görə müsəlman (yəni azərbaycanlı) qadınların 77%-i səs vermişdi (düzdür Bakıda azərbaycanlılar əhalinin 21,4%-ni təşkil edirdi (Bakı kəndləri və fəhlə rayonları Bakıya aid deyildi). Müvafiq məntəqələrdə qalib gələn əsasən “Müsavat” idi. Düzdür bu faktı dərc edən tədqiqatçı L.Q. Protasov qeyd edir ki, müvafiq rəqəmlər şişirdilə bilərdi. Onun sözlərinə görə yerli qəzetlər müsəlman qadınların aktivliyindən o qədər “valeh olmuşdular” ki, şişirdilmiş rəqəmləri yazırdılar. Müqayisə üçün, qonşu Dağıstanda qadınların yalnız 15%-i səs vermişdi. Başqa tərəfdən Krımda da qadınların böyük hissəsi səs vermişdi. Sadəcə yerli məlumatlara görə, onlar bülletenləri ərlərindən alıb sadəcə qutuya atırdılar və kimə səs verdiklərini də bilmirdilər (faktiki indiki karusel tipli əməliyyat).

Beləliklə, Azərbaycanda qadınlar ilk dəfə səsvermə hüququndan 1917-ci ildə istifadə etdilər. Ondan sonraki dövrdə, 1920-ci ilə kimi daha heç bir seçki keçirilməmişdi. Maraqlıdır ki, yerli KİV-lərin məlumatına görə, ilk seçkilərdə qadınlar aktiv idilər. O dövrdən bu yana 100 ildən çox vaxt keçib. Vəziyyət də deyəsən tam kardinal olaraq dəyişib. Amma bu artıq başqa məqalənin mövzusudur.

İstifadə olunmuş ədəbiyyat

Nəsirova T. Azərbaycan Xalq Cümhüriyyətin qadın siyasəti. URL: http://www.dqdk.gov.az/az/view/articles/334/azerbaycan-xalq-cumhuriyyetinin-qadin-siyaseti

Азербайджанская Демократическая Республика. Законодательные акты (сборник документов). Баку, 1998. 560с.

Положение о выборах в Учредительное собрание. Российское законодательство X-XX вв. В 9-ти томах. Т. 9: Законодательство эпохи буржуазно-демократической революции. М., 1994. С. 136-184.

Протасов Л.Г. Всероссийское Учредительное собрание. История рождения и гибели. Москва, 1997. 368с.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
Povedenie-i-seks-3
.

Seks düşüncələri. Bizim əbədi fantaziyalarımız

21 Fevral 2021
love-cover
Adıgözəl

Love

21 Fevral 2021
scale_1200
.

Sokratların Mamed oğulları

12 Fevral 2021
i90710-
.

Oğlanlarda orqazm: kişi seksuallığı barədə nələri bilmirik?

06 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel