Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycanda kitab oxunurmu?

Toğrul Maşallı Toğrul Maşallı
., Kültür
16 May 2019

AzLogos və digər maarifləndirici, intellektual platformalarda tez-tez kitablar barədə məqalələr yazılır. Bir çox hallarda müəlliflər gileylənir ki, Azərbaycanda az kitab oxunur və ya ümimiyyətlə oxunmur. Misal üçün, Ə. Novruzov “Şimal qütbünün kəşfi” məqaləsində kitabı qəhvə ilə müqayisə edir və deyir ki, “Bazar böyümədikcə, keyfiyyətli qəhvənin əlçatımlılığı və qiymətində müsbət bir dəyişiklik də gözlənilmir. Yəni tələb təklifi müəyyən edir”.

Tələb təklifi ya təklifin tələbi müəyyən etməyinə dair iqtisadçılar bütün tarix boyu mübahisə ediblər, amma reallıq odur ki, Azərbaycanda kitab bazarı çox kiçikdir, heç 5 milyonluq Norveçə belə çatmır. Amma devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatında maraqlı tendensiyalar müşahidə olunur. Ümumən iqtisadiyyatda azalma və ya staqnasiya görülsə də, bəzi sahələrdə dirçəliş var. Bunlar da nə sənaye, nə də hökumətlə bağlı sahələr deyil.

Bu sahələrin inkişafı, azad bazar tərəfdarlarının nəzəriyyəsinin Azərbaycan üçün necə də uyğun olduğunu aydın şəkildə göstərir. Biz bunu ilk dəfə 2015-2016-ci illərdə, taksi nəqliyyatı sahəsində görülən işlərdə gördük. Düzdür, bu inkişafa həm texnologiyalar (onlayn xəritələrin inkişafı və taksi mobil əlavələrin yaranması), həm də böhran (işsiz insanlar taksi sərnişindaşımaya keçməyə məcbur olmuşdular) təsir edib. Amma eyni zamanda yerli kino bazarı da inkişaf etməyə başladı. Artıq il ərzində 60-70 Azərbaycan filmi çəkilir və yerli filmlər prokatda bilet satışına görə birinci yerləri tuturlar. Düzdür, filmlərin keyfiyyətinə dair bir çox suallar yaransa da, bazar artıq mövcuddur və gəlir gətirir. Bir çox hallarda bu sahələri iki əsas cəhət, müəyyən qədər rəqabətin mövcudluğu və dövlətin minimum rolu birləşdirir.

2018-ci ildə bu sahələrin (yəni bazardan qat-qat üstün inkişaf edən) sırasına kitab satışı da daxil oldu. Sovet dövründən bu yana kitab satışı Azərbaycanda ildən-ilə azalırdı və bazar əsasən məktəb dərsliklərindən ibarət idi, amma 2017-2018-ci illərdə bu bazara bir iri şirkət daxil olmağa qərar verdi. Nəticədə, taksi və ya kino bazarından fərqli olaraq, burada müəyyən qədər artım “yuxarıdan aşağıya” getdi. Yəni, iri şirkətin yaranması bazarı aktivləşdirdi və kiçik sahibkarları da müəyyən addımlar atmağa məcbur etdi.

Əvvəl qeyd edək ki, bir çox müəlliflər indiki Azərbaycanı sovet dövrü ilə müqayisə edirlər. Əlbəttə ki, indiki göstəricilər hətta 1988-ci il ilə belə müqayisə oluna bilməz. Misal üçün, 1988-ci ildə Azərbaycanda 16,2 milyon tiraja malik 1349 kitab buraxılmışdı. İndi bu göstəricilərə heç yaxın da durmaq mümkünsüzdü. Müqayisə üçün, 2018-ci ildə (yəni 30 il sonra) 1,5 milyon tiraja malik olan kitablar çap olunub (böyük hissəsi bu və ya digər formada dövlət sifarişi ilə çap olunub, ya da broşurdur). Amma bunun da bir çox səbəbləri var və yeni texnologiyaların inkişafı müəyyən qədər kitab çapının böyüməsinə imkan vermir (onlayn kitab daha əlverişli və rahatdır).

Bununla belə, son illər bu sahədə müəyyən inkişaf görmək olar. Avtobusa və ya qatara daxil olarkən, artıq ən azı bir-iki kitab oxuyan insanı şəxsən müşahidə edirəm. Maraqlıdır ki, bunu həmçinin iqtisadi statistika da təsdiqləyir.

İqtisadi statistikaya keçməzdən əvvəl, bir qədər tarixə də nəzər salaq. 2017-ci ilin ortalarına kimi, Azərbaycanda kitab bazarı iki şəbəkədən (7 mağazadan ibarət “Ali və Nino” və 3 mağazadan ibarət “Kitabevim.az”), 2 bukinist və 10-dan çox kiçik kitab mağazalarından ibarət idi. İldən-ilə mağazaların sayı azalırdı və ya kitab mağazası adı ilə açılmış obyektlər tədricən “dəftərxana ləvazimatı” satışına keçirdilər. 2017-ci ildə kitab bazarında iki mühüm hadisə baş verdi. Əvvəl, may ayında “Azərkitab Kitab Təbliğat Mərkəzi” açıldı, 2017-ci ilin iyulunda isə “TEAS Press Nəşriyyat Evi” “Libraff” MMC şirkətini yaratdı.

Bu şirkət dərhal bazarda aktiv fəaliyyətə başladı. 2017-ci il ərzində onlar 6 kitab mağazası (biri Gəncədə və biri Bakı Beynəlxalq aeroportda) açdılar. 2018-ci ildə onlar yalnız 3 mağaza açıblar, amma 3-ü də Bakı miqyasında çox iri mağazalardır (Bakı Kitab Mərkəzindən sonra). Eyni zamanda Heydər Əliyev Fondu Bakının mərkəzində “Bakı Kitab Mərkəzi”-ni açdı. Nəticədə, Bakıda ən azı 5 böyük kitab mağazası yerləşir. Bu əlbəttə ki, birbaşa olaraq kitab satışına təsir etməyə bilməzdi.

Rəsmi statistikanın məlumatına görə, 2017-ci ilin birinci rübündə 191,3 min manatlıq kitab satılmışdısa, 2018-ci və 2019-cu illərin müvafiq dövrlərində artıq 483,1 və 328,6 min manatlıq kitab satılıb. Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslansaq, görə bilərik ki, 2017-ci ildə, Azərbaycanda bütöv kitab satışı əsasən kiçik kitab mağazalarında cəmləşmişdi, 2018-ci ildə bazarda artıq yeni oyunçular yer tutdular. 2017-ci ilin nəticələrinə görə ümumi kitab satışı 1357,5 min manat təşkil edib. 2018-ci ildə satış 2,8 dəfə artaraq, 3840,3 min manata çatdı.

Başqa tərəfdən mağazalar da artıq daha böyük kitab ehtiyatlarına sahib olublar. Əgər 2017-ci ilin əvvəlində və ortalarında mağazalar heç vaxt 200-300 min manatdan çox olmayan kitab qalığına malik idilərsə, 2018-ci ildə bu rəqəm 1 milyonu keçdi. Başqa sözlə, artıq mağazalar da bu bazarda müəyyən tendensiyaları müşahidə etməyə başladılar və daha çox kitab saxlamağa qərar verdilər (düzdür burada iri mağazaların rolu böyükdür).

Bəs hansı kitablar satılır? Kitab bazarının quruluşuna baxsaq, görə bilərik ki, 2018-ci ildə satışların artmasına baxmayaraq, əsas satılan kitablar 2017-ci ildə çap etdirilənlər və gətirilənlərdir. Azərbaycanda kitab satışı üçün 2 mənbə mövcuddur – idxal olunan kitablar və yerli çap məhsulları. Sonunculara dair statistika deyir ki, azalma mövcuddur. Belə ki, 2017-ci ildə çap olunan kitab və broşurların ümumi tirajı 7,2 milyon təşkil etmişdi. 2018-ci ildə isə qeyd etdiyimiz kimi, müvafiq göstərici 1,6 milyona bərabər idi. Amma bu Azərbaycanda əsasən xarici kitabların satılması anlamına gəlmir. Çap sahəsində yüksək aktivlik ilə seçilən TEAS Press nəşriyyatı bütün kitablarını Türkiyədə çap etdirib, Azərbaycana gətirir. Eyni zamanda mağaza rəflərinin böyük hissəsini təşkil edən rus, türk və ingilis dilində olan kitablar da idxal olunur. Digər nəşriyyatlar (“Qanun”, “Xan” və s.) isə əsasən yerli tipoqrafiyalar ilə əməkdaşlıq edirlər.

Bəs nə qədər kitab idxal olunur? Buna dair dəqiq bir məlumat vermək çətindir. Düzdür, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan məlumatlarda azalma müşahidə olunur. Əgər 2017-ci ildə 948,91 ton çap məhsulu idxal edilmişdisə, 2018-ci ildə müvafiq göstərici 767,15 ton təşkil edib. Kitabların çəkisinin azalması onların sayının azalması demək deyil. Təəsüflər olsun ki, Dövlət Statistika Komitəsi kitab idxalını çəki ilə hesablayır və buna əsasən kitab sayını müəyyən etmək çətindir.

Buna baxmayaraq, deyə bilərik ki, biz uzun müddətdən sonra kitab satışında müəyyən canlanma müşahidə edə bilərik. Burada artım heç də kitab qiymətlərinin artması ilə yox (onlar da ciddi olaraq artır, baxmayaraq ki, rəsmi statistikada artım 1% təşkil edir), məhz satış imkanlarının çoxalması ilə bağlıdır. Misal üçün, Gəncə bu dövrə kimi iri kitab satışında ixtisaslaşan mağaza ilə təmin edilməmişdi. İndi eyni vəziyyət Sumqayıtda davam edir, amma kitab şəbəkələrinin inkişafı müsbət perspektivlər üçün əsas verir. Sadəcə bazarın strukturu bir qədər dəyişəcək və 2019-cu ilin sonlarına kimi, iri və orta sahibkarlar (yəni 2 iri kitab mağazası və 3 şəbəkə) tədricən bazarda daha böyük paya malik olacaqlar. Yaxşıdırmı bazar üçün? Demək olmur, amma kitab oxuyanların və kitab alanların sayı artır. Bu isə artıq müsbət tendensiyadır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021

Redaktorun seçimi

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

Bakının konstruktivizm dövrü memarlığı: XX əsrin 1920-1930-cu illəri

E-Səhiyyə: rəqəmsallaşmağa hazırsınız?

Tolstoyun vida məktubu

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

Xudbin

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

Söyüş nədir?

Müşfiq haqqında donoslar – 1

Dəstəbazlıq

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Sarabskinin döyülməklikləri

Axundovla Zərdabinin tarixi məktublaşması

Mussolini əməliyyatı

Klanlararası savaşda yeni mərhələ

Qarışıq yazı

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

Firudin Allahverdinin Qars səfəri (I hissə)

Yaradıcı birliklər nəyə lazımdır?

Genləri “qayçılayan” CRISPR/Cas9 nədir?

«İt ürəyi» – uğursuz təcrübənin tarixi

Dövlətə incəsənət lazımdırmı?

Qurbanlıq qoyunun gey çıxması

Freddi Merkurinin misilsiz markaları

S. Baycan: “Dahi olmaq istəyirəm”. G. Ağayev: “Biləsuvarda doğulan dahi olmaz”

Yuri Manvelyan: «Mən Qarabağda heç kimə qalib gəlməmişəm»

Mühacir alveri

Qərb cəbhəsində Milad bayramı var!

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

100 il öncəki qətllə bağlı suallar

Azərbaycanda kitab oxunurmu?

Toğrul Maşallı Toğrul Maşallı
., Kültür
16 May 2019

AzLogos və digər maarifləndirici, intellektual platformalarda tez-tez kitablar barədə məqalələr yazılır. Bir çox hallarda müəlliflər gileylənir ki, Azərbaycanda az kitab oxunur və ya ümimiyyətlə oxunmur. Misal üçün, Ə. Novruzov “Şimal qütbünün kəşfi” məqaləsində kitabı qəhvə ilə müqayisə edir və deyir ki, “Bazar böyümədikcə, keyfiyyətli qəhvənin əlçatımlılığı və qiymətində müsbət bir dəyişiklik də gözlənilmir. Yəni tələb təklifi müəyyən edir”.

Tələb təklifi ya təklifin tələbi müəyyən etməyinə dair iqtisadçılar bütün tarix boyu mübahisə ediblər, amma reallıq odur ki, Azərbaycanda kitab bazarı çox kiçikdir, heç 5 milyonluq Norveçə belə çatmır. Amma devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatında maraqlı tendensiyalar müşahidə olunur. Ümumən iqtisadiyyatda azalma və ya staqnasiya görülsə də, bəzi sahələrdə dirçəliş var. Bunlar da nə sənaye, nə də hökumətlə bağlı sahələr deyil.

Bu sahələrin inkişafı, azad bazar tərəfdarlarının nəzəriyyəsinin Azərbaycan üçün necə də uyğun olduğunu aydın şəkildə göstərir. Biz bunu ilk dəfə 2015-2016-ci illərdə, taksi nəqliyyatı sahəsində görülən işlərdə gördük. Düzdür, bu inkişafa həm texnologiyalar (onlayn xəritələrin inkişafı və taksi mobil əlavələrin yaranması), həm də böhran (işsiz insanlar taksi sərnişindaşımaya keçməyə məcbur olmuşdular) təsir edib. Amma eyni zamanda yerli kino bazarı da inkişaf etməyə başladı. Artıq il ərzində 60-70 Azərbaycan filmi çəkilir və yerli filmlər prokatda bilet satışına görə birinci yerləri tuturlar. Düzdür, filmlərin keyfiyyətinə dair bir çox suallar yaransa da, bazar artıq mövcuddur və gəlir gətirir. Bir çox hallarda bu sahələri iki əsas cəhət, müəyyən qədər rəqabətin mövcudluğu və dövlətin minimum rolu birləşdirir.

2018-ci ildə bu sahələrin (yəni bazardan qat-qat üstün inkişaf edən) sırasına kitab satışı da daxil oldu. Sovet dövründən bu yana kitab satışı Azərbaycanda ildən-ilə azalırdı və bazar əsasən məktəb dərsliklərindən ibarət idi, amma 2017-2018-ci illərdə bu bazara bir iri şirkət daxil olmağa qərar verdi. Nəticədə, taksi və ya kino bazarından fərqli olaraq, burada müəyyən qədər artım “yuxarıdan aşağıya” getdi. Yəni, iri şirkətin yaranması bazarı aktivləşdirdi və kiçik sahibkarları da müəyyən addımlar atmağa məcbur etdi.

Əvvəl qeyd edək ki, bir çox müəlliflər indiki Azərbaycanı sovet dövrü ilə müqayisə edirlər. Əlbəttə ki, indiki göstəricilər hətta 1988-ci il ilə belə müqayisə oluna bilməz. Misal üçün, 1988-ci ildə Azərbaycanda 16,2 milyon tiraja malik 1349 kitab buraxılmışdı. İndi bu göstəricilərə heç yaxın da durmaq mümkünsüzdü. Müqayisə üçün, 2018-ci ildə (yəni 30 il sonra) 1,5 milyon tiraja malik olan kitablar çap olunub (böyük hissəsi bu və ya digər formada dövlət sifarişi ilə çap olunub, ya da broşurdur). Amma bunun da bir çox səbəbləri var və yeni texnologiyaların inkişafı müəyyən qədər kitab çapının böyüməsinə imkan vermir (onlayn kitab daha əlverişli və rahatdır).

Bununla belə, son illər bu sahədə müəyyən inkişaf görmək olar. Avtobusa və ya qatara daxil olarkən, artıq ən azı bir-iki kitab oxuyan insanı şəxsən müşahidə edirəm. Maraqlıdır ki, bunu həmçinin iqtisadi statistika da təsdiqləyir.

İqtisadi statistikaya keçməzdən əvvəl, bir qədər tarixə də nəzər salaq. 2017-ci ilin ortalarına kimi, Azərbaycanda kitab bazarı iki şəbəkədən (7 mağazadan ibarət “Ali və Nino” və 3 mağazadan ibarət “Kitabevim.az”), 2 bukinist və 10-dan çox kiçik kitab mağazalarından ibarət idi. İldən-ilə mağazaların sayı azalırdı və ya kitab mağazası adı ilə açılmış obyektlər tədricən “dəftərxana ləvazimatı” satışına keçirdilər. 2017-ci ildə kitab bazarında iki mühüm hadisə baş verdi. Əvvəl, may ayında “Azərkitab Kitab Təbliğat Mərkəzi” açıldı, 2017-ci ilin iyulunda isə “TEAS Press Nəşriyyat Evi” “Libraff” MMC şirkətini yaratdı.

Bu şirkət dərhal bazarda aktiv fəaliyyətə başladı. 2017-ci il ərzində onlar 6 kitab mağazası (biri Gəncədə və biri Bakı Beynəlxalq aeroportda) açdılar. 2018-ci ildə onlar yalnız 3 mağaza açıblar, amma 3-ü də Bakı miqyasında çox iri mağazalardır (Bakı Kitab Mərkəzindən sonra). Eyni zamanda Heydər Əliyev Fondu Bakının mərkəzində “Bakı Kitab Mərkəzi”-ni açdı. Nəticədə, Bakıda ən azı 5 böyük kitab mağazası yerləşir. Bu əlbəttə ki, birbaşa olaraq kitab satışına təsir etməyə bilməzdi.

Rəsmi statistikanın məlumatına görə, 2017-ci ilin birinci rübündə 191,3 min manatlıq kitab satılmışdısa, 2018-ci və 2019-cu illərin müvafiq dövrlərində artıq 483,1 və 328,6 min manatlıq kitab satılıb. Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslansaq, görə bilərik ki, 2017-ci ildə, Azərbaycanda bütöv kitab satışı əsasən kiçik kitab mağazalarında cəmləşmişdi, 2018-ci ildə bazarda artıq yeni oyunçular yer tutdular. 2017-ci ilin nəticələrinə görə ümumi kitab satışı 1357,5 min manat təşkil edib. 2018-ci ildə satış 2,8 dəfə artaraq, 3840,3 min manata çatdı.

Başqa tərəfdən mağazalar da artıq daha böyük kitab ehtiyatlarına sahib olublar. Əgər 2017-ci ilin əvvəlində və ortalarında mağazalar heç vaxt 200-300 min manatdan çox olmayan kitab qalığına malik idilərsə, 2018-ci ildə bu rəqəm 1 milyonu keçdi. Başqa sözlə, artıq mağazalar da bu bazarda müəyyən tendensiyaları müşahidə etməyə başladılar və daha çox kitab saxlamağa qərar verdilər (düzdür burada iri mağazaların rolu böyükdür).

Bəs hansı kitablar satılır? Kitab bazarının quruluşuna baxsaq, görə bilərik ki, 2018-ci ildə satışların artmasına baxmayaraq, əsas satılan kitablar 2017-ci ildə çap etdirilənlər və gətirilənlərdir. Azərbaycanda kitab satışı üçün 2 mənbə mövcuddur – idxal olunan kitablar və yerli çap məhsulları. Sonunculara dair statistika deyir ki, azalma mövcuddur. Belə ki, 2017-ci ildə çap olunan kitab və broşurların ümumi tirajı 7,2 milyon təşkil etmişdi. 2018-ci ildə isə qeyd etdiyimiz kimi, müvafiq göstərici 1,6 milyona bərabər idi. Amma bu Azərbaycanda əsasən xarici kitabların satılması anlamına gəlmir. Çap sahəsində yüksək aktivlik ilə seçilən TEAS Press nəşriyyatı bütün kitablarını Türkiyədə çap etdirib, Azərbaycana gətirir. Eyni zamanda mağaza rəflərinin böyük hissəsini təşkil edən rus, türk və ingilis dilində olan kitablar da idxal olunur. Digər nəşriyyatlar (“Qanun”, “Xan” və s.) isə əsasən yerli tipoqrafiyalar ilə əməkdaşlıq edirlər.

Bəs nə qədər kitab idxal olunur? Buna dair dəqiq bir məlumat vermək çətindir. Düzdür, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan məlumatlarda azalma müşahidə olunur. Əgər 2017-ci ildə 948,91 ton çap məhsulu idxal edilmişdisə, 2018-ci ildə müvafiq göstərici 767,15 ton təşkil edib. Kitabların çəkisinin azalması onların sayının azalması demək deyil. Təəsüflər olsun ki, Dövlət Statistika Komitəsi kitab idxalını çəki ilə hesablayır və buna əsasən kitab sayını müəyyən etmək çətindir.

Buna baxmayaraq, deyə bilərik ki, biz uzun müddətdən sonra kitab satışında müəyyən canlanma müşahidə edə bilərik. Burada artım heç də kitab qiymətlərinin artması ilə yox (onlar da ciddi olaraq artır, baxmayaraq ki, rəsmi statistikada artım 1% təşkil edir), məhz satış imkanlarının çoxalması ilə bağlıdır. Misal üçün, Gəncə bu dövrə kimi iri kitab satışında ixtisaslaşan mağaza ilə təmin edilməmişdi. İndi eyni vəziyyət Sumqayıtda davam edir, amma kitab şəbəkələrinin inkişafı müsbət perspektivlər üçün əsas verir. Sadəcə bazarın strukturu bir qədər dəyişəcək və 2019-cu ilin sonlarına kimi, iri və orta sahibkarlar (yəni 2 iri kitab mağazası və 3 şəbəkə) tədricən bazarda daha böyük paya malik olacaqlar. Yaxşıdırmı bazar üçün? Demək olmur, amma kitab oxuyanların və kitab alanların sayı artır. Bu isə artıq müsbət tendensiyadır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel