bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Şimal qütbünün kəşfi

Əli Novruzov Əli Novruzov
., Kültür
01 May 2019
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Şimal qütbünün kəşfi
Paylaş

I

Deyəsən mən də yavaş-yavaş yeni dəbin qurbanı oluram, son illərdə bütün dünyada zəfər yürüşünə çıxmış müasir skandinav ədəbiyyatının sadiq azarkeşinə çevrilirəm.

Müasir skandinav ədəbiyyatını sevmək siqaret və ya qəhvə aludəçisi olmaq kimidir. Kitab səhifələrindən aman vermədən oxucunun üzərinə yağan həyatın bütün bu acı gerçəkliyini, qətlləri və zorakılığı, mərhəmətsizliyi və qəddarlığı, depressiya və çarəsizliyi həzm etmək üçün gərək bədən ən azı nikotin və kafeinə öyrəncəli olsun. Skandinav nuarına dünyanın heyranlığı hər yeni nəşrlə artan bir zamanda bütün bu vakxanaliyanın dərhal sona çatmasını tələb edən mötəbər yazıçıların da sayı durmadan artmaqdadır. Müasir skandinav ədəbiyyatı dünyanı cənginə alan növbəti zərərli vərdişə bənzəyir, amma hələ bu kitabların üzərində “sizin sağlamlığınıza ziyan vurur” yazmırlar.

Doğrudur, yeni skandivav nuarının carçısı olan “Əjdaha döyməli qız” romanını hələ bestseller siyahılarına başçılıq edəndə oxumuşdum, amma mənim üçün bu psixoloji triller ənənəvi qiraət cığırından müvəqqəti bir sapma, asudə vaxtı maraqlı və xoş keçirmək üçün məsum bir divertissement idi.

Mənim müasir skandinav ədəbiyyatına aludəçiliyim keçən il “Иностранная литература” jurnalında müasir island şairi, dünyada daha çox Byork və Lars fon Trir ilə yaradıcı əməkdaşlığına görə tanınan Syonun (Sjón) “Skuqqa-Baldur” povestini oxumağımla başladı. Qarla örtülü soyuq XIX əsr İslandiyasında daun sindromlu qızın, Kopenhagendəki qayğısız günlərini hələ unutmamış botanikin, öz dini icmasının üzvlərini kötəkləməkdən çəkinməyən hedonist keşişin və tək qayğısı ovçu gülləsindən yayınmaq olan tülkünün iç-içə keçən bu hekayəsi bəs etdi ki, bir də gözlərimi açıb özümü əcaib-qəraib fiksiyanın torunda görüm.

Bu ölüm-itim dünyasında istənilməyən hər şey var – çirkabla dolu gölməçədə əlsiz-ayaqsız, gözləri çıxardılmış, dili kəsilmiş meyidin tapılması ilə başlayan tarixi detektiv də, Nepalın dağlarında bir parç sidiyi sifətinə tökməklə dodaqlarını vurmuş donu açan gəncin gündəlikləri də, ailəsi dağılmış atanın öz azyaşlı oğlunu aldadaraq nazik buz qatının üstünə xizək sürməyə çıxarıb öldürməsi də.

Siqareti çəkməyə başlayanda da əvvəlcə elə-belə “dadına baxırsan”.

II

“Иностранная литература” jurnalının keçənilki Skandinaviya nömrəsində islandiyalı şairə və tərcüməçi Ingibyörq Haraldsdottirin “Qadın” şeiri dərc olunub. İsland dilini bilmədiyim üçün üzr istəyərək rus dilindən təxmini tərcüməsini verirəm:

Elə ki, hər şey deyilir,

dünyada hər məsələ

götürülür, qoyulur,

baxışlar rastlaşır,

və əllər

bir-birinə toxunur

dəyərini göstərməkçün məqamın

— həmişə bir qadın gəlir,

masanın üstünü yığsın,

otağı süpürsün, pəncərəni açsın

və siqaret tüstüsünü

çölə buraxsın.

Şəksiz.

Biz azərbaycanlılar özümüzdə olan mənfi xüsusiyyətləri dərhal amansız tənqid atəşinə tutmağa “cümlə hazırıq” və əslində bu, heç də zərərli məziyyət deyil. Özünütənqid bizim mədəniyyətin açar elementlərindən biri kimi taleyüklü anlarda bizi həmişə irəli çəkən lokomotivlərdən olub. Lakin müdrik el məsəlində deyildiyi kimi, bir gün də Yezidə ağlamaq lazımdır – həmişə fərqli mədəniyyətlərin kəsişməsində qalan bizlər nəticədə həm də çoxdilli mədəniyyətin daşıyıcıları olmuşuq. Bir zamanlar türk-fars-ərəb, sonra türk-rus-fars-ərəb, bu gün də Azərbaycan- türk-rus-ingilis dillərinə bələd olmağımız dünyaya baxmaq üçün bizə hətta iki yox, daha çox alternativ pəncərə açıb.

Ona görə də Azərbaycanda hakim mədəni elita heç zaman effektiv mədəni filtrləmə və senzura tətbiq edə bilməyib. Buna görə də biz dünyada baş verən mədəni yeniliklərlə həmişə öz zamanında tanış ola və ayaqlaşa bilmişik.

Şimal qütbünün təkrar kəşfi ilə məşğul olduğum bir zamanda çoxdilli Azərbaycan mədəniyyətinin daşıyıcısı olduğuma görə taleyimə minnətdarlıq duymaya bilməzdim. Yoxsa məhdud oxucu bazarına görə hesablama aparan azərbaycanlı naşirlərin ümidinə qalsaydım, bu skandinav xəzinəsini bir də nə vaxta kəşf edəcəkdim? Çoxdilli mədəniyyətin daşıyıcısı olmasa, bir azərbaycanlı oxucu, məsələn, Haraldsdottirin İslandiyadan əsən şimal küləyinin özü ilə gətirdiyi sözlərini necə eşidə bilər?

Amma sözün yaxşı mənasında möhkəm yanılmışdım və yaxşı ki, yanılmışam. İndi də bu barədə bir az ətraflı danışmaq istəyirəm.

III

“Ələkbər Vinterturda” adlı məqaləmə populyar sosial şəbəkələrin birində şərh yazan bir oxucu “karennoy nyuyorklu” olduğunu, amma Linkoln Mərkəzinin adını ilk dəfə eşitdiyini və belə bir məkanın mövcudluğuna şübhə etdiyini dilə gətirmişdi. Əlbəttə, həmin yazıda mənim təsvir etdiyim Linkoln Mərkəzi tamamilə təxəyyül məhsuludur. Yazıda təsvir etdiyim məkan və hadisələr indi mənim yaddaşımdan kənarda mövcud deyil.

Bununla belə, etiraf etməliyik ki, bəzən biz həyat tərzimizdən, ya da gündəlik qayğılardan və ağır iş rutinimizdən dolayı öz yaşadığımız coğrafi ərazinin mədəni-mənəvi həyatından xəbərsiz qala bilərik. Olduqca təbii haldır, anlayışla qarşılamaq lazımdır. Üç-dörd milyon əhalisi olan Bakı şəhərində alternativ ADO teatrının və ya alternativ SalaamCinema kinoteatrının mövcudluğundan neçə nəfər sakin xəbərdardır? Kim bilir, bəlkə cəmi bir neçə min.

Mən də orta statistik bir insan kimi belə hallardan qətiyyən sığortalanmamışam. Ona görə də xoş bir təsadüf olmasaydı, müasir Azərbaycanın mədəni həyatı üçün inqilabi sayıla biləcək, amma bizim naqolay ədəbi mühitdə səssiz-səmirsiz keçən yeni bir hərəkətliliyin mövcudluğundan xəbər tutmayacaqdım.

Deməli, əsasən son üç ildə Azərbaycanda müasir Skandinaviya ədəbiyyatının orijinal dildən sistemli tərcümə olunmasına və nəşrinə başlanılıb.

Bundan əvvəl də skandinav ədəbiyyatının nümunələri Azərbaycan dilinə çevrilirdi, amma tərcümə prosesində bir qayda olaraq həmin əsərlərin rusca, türkcə və ya ingiliscə variantları ilkin mətn kimi götürülürdü. Tərcümədə orijinal mənbə ilə işləməyin üstünlüklərini təsvir etməyə ehtiyac olduğunu düşünmürəm, amma bir-iki nəfər fədakar tərcüməçinin mövcudluğu sayəsində ədəbi səhnədə baş verən keyfiyyət dəyişikliyinə heyran olmaya da bilmirəm.

Azərbaycanda kitab çapı heç zaman per se ədəbi hadisə olmur, ona görə də bu tərcüməçilər mənim gözümdə əsl fədakar insanlardır. İcazə verin, mənə məlum olanların adlarını xüsusi qeyd edim.

Vüsalə Əfəndiyeva və Aytən Məmmədovanın Norveç dilindən tərcüməsində 2018-ci ildə Per Pettersonun (1952) “Zamanın axınını lənətləyirəm” (TEAS Press) və bu il Şerşti Skusvoldun (1979) “Sürətləndikcə kiçilirəm” (Parlaq İmzalar) romanları çapdan çıxıb.

Alatoran nəşriyyatı Dag Solstadın (1941) “Həya və dəyər” romanını Anar Rəhimovun Norveç dilindən tərcüməsində hələ 2017-ci ildə oxucuların ixtiyarına verib. 2018-ci ildə yenə Anar Rəhimovun tərcüməsində Danimarka yazıçısı İda Jessenin (1964) iki romanı, bu il isə island ədəbiyyatının klassiki Qunnarssonun (1889-1975) “Qara qayalar” romanı Alatoran nəşriyyatında dərc olunub.

Mənim rastıma çıxan azərbaycanca nəşrlərdən hələlik yalnız birini oxumaq imkanım olub və gözəyarı desəm – həm də orijinal dillərə bələd olmadığım üçün nə dərəcədə doğru qənaətə gəldiyimi bilmirəm – onların arasında keyfiyyətli tərcümələr də var, bir qədər zəif tərcümələr də. Üstəlik, hələlik yalnız bir-birinə yaxın olan Norveç və Danimarka dillərindən tərcümələr gözümə dəyib, İsveç dilindən tərcümə deyəsən yoxdur. İstənilən halda, ilk addımlarını atan bu xəfif tərcümə hərəkatı hər cür alqışa layiqdir.

IV

Azərbaycanda keyfiyyətli qəhvənin niyə Gürcüstan və Ermənistanla müqayisədə bahalı və çətin tapılan olduğunu soruşanda həmişə bir cavab olur – ölkədə qəhvənin istehlak bazarı çox kiçikdir. Bazar böyümədikcə, keyfiyyətli qəhvənin əlçatımlılığı və qiymətində müsbət bir dəyişiklik də gözlənilmir. Yəni tələb təklifi müəyyən edir.

Norveç yazıçısı Karl Uve Knausqor (1968) müasir ədəbiyyatın fenomenlərindən sayılır və bir qədər yaxın olmayan gələcəkdə onun da Nobel mükafatı laureatları sırasına qoşulması gözlənilir. Knausqorun 2009-2011-ci ildə yazdığı, 3500 səhifəlik və altı cildlik avtobioqrafik “Mənim Mübarizəm” roman sikli təkcə 5 milyon əhalisi olan Norveçdə az qala yarım milyon nüsxə satılıb.

İlk baxışdan təəccüblü görünsə də, dünya ədəbiyyatından tərcümə məsələlərində adətən ən çevik ölkələrdən olan Rusiyada “Mənim mübarizəm” seriyasından ilk iki kitab ancaq bu il çapdan çıxacaq. Gecikməni skandinav ədəbiyyatına, xüsusən də nuar üslubunda detektivlərə Rusiyada artan tələb nəticəsində bütün tərcüməçilərin qrafikinin məşğul olması ilə izah edirlər. Bu gün Rusiyada skandinav dillərindən sərbəst tərcüməçi tapmaq müşkül işə çevrilib. Ona görə də Knausqorun rusca nəşrini on minlərlə insan (mən də həmçinin) səbirsizliklə gözləməkdədir.

Necə deyərlər, tələb təklifi müəyyən edir.

Knausqorun “Mənim mübarizəm” roman siklinin Azərbaycan dilinə tərcüməsi olduqca vacib və lazımlı işdir. Bunun üçün demək olar ki, bütün tələb olunan inqredientlər mövcuddur: Norveç dilindən səriştəli tərcüməçilər, tərcüməyə maliyyə ayıran Norveçin ədəbiyyat fondu, xarici nəşrlərin tərcümə və nəşr haqqını almaq üzrə peşəkarlaşmış nəşriyyatlar. Sadəcə bir amil qalır – “Mənim mübarizəm” kimi monumental və irihəcmli əsəri azərbaycanca nəşr etmək üçün ona adekvat oxucu kütləsi lazımdır. Əgər kitab bazarı bir ovuc skandinav ədəbiyyatı aludəçisinin ümidinə qalsa, bu iş baş tutmayacaq.

Keyfiyyətli qəhvənin əlçatımlılığı və qiymətində müsbət bir dəyişiklik üçün qəhvənin istehlak bazarı mütləq böyüməlidir. Eləcə də ölkəmizə şimaldan əsməyə başlayan bu yeni küləyin səngiməməsi üçün bundan sonra məsuliyyət həm də biz oxucuların üzərinə düşür.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör