Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sizin kompüterlər burada ölür və öldürür

AzLogos AzLogos
Foto-qrafika
25 Aprel 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
DNHZBQLzQvKa5sHnIH
Paylaş

Ölkə miqyasında zibil biznesinin pərdəarxası

Bizim yeni smartfonlara, tabletlərə, noutbuklara və digər elektron əşyalara tələbatımız ildən ilə artır. Bununla bərabər, elektron məhsul tullantılarının miqdarı da artır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, hər il Yer Kürəsinin əhalisi təxminən 50 milyon ton müxtəlif elektronika tullayır. Onların emal edilməsi çox baha başa gəlir, buna görə Avropa ölkələri və Amerika öz tullantılarnı emal üçün üçüncü dünya ölkələrinə göndərir. Belə ölkələrin rəhbərlikləri isə ölkələrindəki aclıq, kasıblıq və işsizlik problemindən əziyyət çəkən vətəndaşlarının, yəni ucuz işçi qüvvəsinin hesabına bu tullantıların emalından milyonarla gəlir götürür.

Belə ölkələrdən biri də Qanadır. Dünyanın ən böyük texno-tullantı zibilliklərindən biri bu ölkədə yerləşir. Elektron tullantıların emal edilməsi hər il Qanaya 100-dən 250 milyon dollaracan gəlir gətirir. Tullantı poliqonunun özündə 20 min adam işləyir, daha 200 min nəfər texnoloji tullantıların emalı ilə bu və ya digər yolla əlaqəlidir (tullantı axtaranların ailə üzvləri, təhlükəsizlik işçiləri, dilerlər, logistika işçiləri, korrupsiyalaşmış məmurlar və sair).

Hananın paytaxtı Akra şəhərinin yaxınlığında, Aqboqbloşi adlanan bir bataqlıq yerləşir. Onun ətrafında Atlantik Okeana axan çaylar dolanır. Aqboqbloşini jurnalistlər və fotograflar alovlar diyarı da adlandırırlar. Buranın yanan sahələrinə düşməzdən əvvəl, diqqətinizi böyük bir bazar cəlb edəcək. Onun bir hissəsi ucuz meyvə-tərəvəz satır, digəri isə müxtəlif metal tullantılar satan dilerlərdən ibarətdir. Daha diqqətlə nəzər salsanız, sınıq televizorların üstündə oturub avtomobil hissələrini, məişət texnikası və elektron cihazlarını dayanmadan çəkiclə döyəcləyən kişiləri görəcəksniz. Üfüq nəhəng tüstü-duman və al qırmızı alovun dilləriylə bürünüb.

Aqboqbloşinin yerli əhalisinin əksəriyyəti 7- 25 yaş arası uşaq və yeniyetmələrdir. Onlar sübh açılandan işə başlayıb qaranlıq düşəndə işlərini bitirirlər.

Aqboqbloşi – dünyanın ən böyük elektronika tullantılarının poliqonudur.

Buraya hər il təxminən 200 min ton elektronik tullantı daşınır. Əsasən Qərbi Avropa və ABŞ-dan gələn bu tullantılar hökuməti milyonçu etsə də, yerli xalqı zəhərləyir, demək olar ki, bu yerdə dünyanın ən ciddi bioloji faciələrindən bir yaşanır – Aqboqbloşidə insanların yaşı nadir hallarda 35-i keçir.

Aqboqbloşi sakinləri qırıq texnikadan nadir metallar əldə edirlər. Mis və alüminium xüsusilə yüksək qiymətləndirilir. Mis yandırma yoluyla əldə edilir. Buna görə də, Aqboqbloşidə daim ocaqlar yandırılır.

Alovlar içindəki emalatxananın əsas işçi qüvvəsi – 10 -18 yaşda olan oğlanlardır. Onların gündəlik qazancı 10 Hana sedisi ola bilər – yəni təxminən 3,5 dollar.

Elektron tullantılarının yandırılması zamanı çoxlu miqdarda zərərli maddələr ayrılır.

Qurğuşun, civə, arsen yerli sakinlərin ağciyərlərinə daxil olur və onların sağlamlığına böyük zərər yetirir.

Aqboqbloşinin sakinləri baş ağrısı, yuxusuzluq və ürəkbulanmadan şikayət edirlər.

Şəraitə baxmayaraq, burada pul qazanmaq Hananın digər bölgələrinə nisbətən daha asandır. Sözün əsl mənasında planetin ən çirkli şəhərlərindən biri Aqboqbloşidə yaşamaq olduqca təhlükəlidir.

Ancaq bu həmişə belə olmayıb, bir vaxtlar burda göllər, çaylar, sıx olmasa da, yetərincə yaşıllıq olan agaclıq sahələri ilə zəngin bir şəhər olub. Aqboqbloşi buraya elektron tullantılar toplanmağa başlayandan, bir neçə il ərzində korlanıb. Dünyanın ən böyük inkişaf etmiş ölkələri məhz buraya milyon tonlarla «rəqəmsal» tullantı göndərir. Hazırda Aqboqbloşi poliqonu planetin ən böyük zibilxanasıdır.

Yaxın zamanlardan bəri tullantıların poliqona daşınması qadağan edilmişdi, ancaq bu qadağa bir sıra ölkələri tamamilə heç nədən çəkindirmir. Uzun illərdir bu poliqona Yaponiya, ABŞ və Böyük Britaniyadan konteynerlər gəlir, hazırda poliqon ərazisi təxminən 4 akr təşkil edir. Bir zamanlar ekoloji baxımdan ideal hesab edilən şəhərin əhalisi bu gün təxminən 40 min nəfərdir. Bəzi yerli sakinlər üçün poliqon sözün əsl mənasında əsas dolanışıq vasitəsinə çevrilmişdir – burada tullantı dağlarının arasında uşaqlar və gənclər çalışırlar.

 

1 - 13
- +
1DxNwnfU6fMnLBJzGz
4tkPrcdN923VmFlD0b
6E1dpfloHfW9yGVnt6
CZVKzMXwWHkVgNDT0i
DNHZBQLzQvKa5sHnIH
FL0dqQjnH87tpXfTQM
QOAHf6DgcXpGvOJPIH
Pv8nefyYnADXqHem36
RybFYme6Z951K0M2Ye
TXx4TpghAEemyrUIt6
TLflwh2lks7iJ3oX9f
VWlY9bsDpX81qS9iBt
ZLIzUY5ALgMq0HEY8H

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Raffael die schule von athen 100 1280x720
.

“Afina Məktəbi” – Raffaello

Sahil Qənbərli
06 Mart 2026
MG 3816a min
.

“Cimitero Monumentale” – Məzarlıq yoxsa açıq hava muzeyi?

Abbas Atilay
05 Avqust 2021
255777 original
.

Füzuli hava limanı necə tikilir

AzLogos
24 İyun 2021
IMG 0817 min
.

Taleh: “İlhamla çəkilən hər bir rəsm sənətkarın deyil, alıcının sərmayəsidir”

AzLogos
03 İyun 2021
13 min
.

Qacar irsi Berndə

Abbas Atilay
01 İyun 2021
Bildschirmfoto 2021 03 31 um 09.05.12
Foto-qrafika

Dadaizm və memarlıq

Sahil Qənbərli
31 Mart 2021
IMG
.

Dağılmış, donmuş, bitmiş Rusiya

AzLogos
30 Mart 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör