bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Zəngəzur problemi

Tural Həmid Tural Həmid
Sərbəst
19 Dekabr 2019
Oxuma vaxtı:13 dəqiqəyə oxunur
Maxresdefault
Paylaş

Azərbaycan və Ermənistan arasında Zəngəzur problemi (1-ci hissə)

1917-ci ildə Rusiyada baş verən Fevral inqilabından sonra Zəngəzurda mərkəzi Gorus olan erməni-azərbaycanlılardan ibarət qarışıq komitə quruldu. Bu komitənin məqsədi Rusiya Federativ Demokratik Respublikası tərkibində regional muxtariyyət yaratmaqdan ibarət idi. Lakin Oktyabr inqilabının baş verməsi ilə ölkədə başlayan vətəndaş müharibəsi Zəngəzur vilayətinə də təsir etdi. Zəngəzur komitəsində çoxluq təşkil edən ermənilər Gorusda azərbaycanlılardan ayrı bir komitə qurdular. Azərbaycanlılar siyasi münasibətlərin pisləşməsi ilə həmin ilin sonunda Gorusu tərk edərək Qubadlının Dondarlı kəndində yerləşdilər və burada öz milli komitələrini formalaşdırdılar (Hovannisian, 1971:86).

1918-ci ilin əvvəllərində artıq Zəngəzurda qarşılıqlı narazılıq etnik münaqişə həddinə çatmağa başlamışdı. Osmanlı ordusunun Zəngəzura girməsi ilə etnik münaqişə müvəqqəti olaraq dayandırıldı. Ermənistanın Sərdarabad müharibəsində Osmanlıya qalib gəlməsi ilə tərəflər danışıqlara başladı. Batum müqaviləsinin şərtlərinə görə, Ermənistanın 12 000 kv.km ərazisi olmalı idi (De Waal, 2018:63). Ermənistan rəsmi olaraq Qarabağ və Zəngəzura olan iddiadan əl çəkdi. Ermənistan Respublikasının Batumda Osmanlı ilə imzaladığı müqaviləni tanımayan general Andranik 5 minlik dəstə ilə Türkiyədən Zəngəzura gəldi. Zəngəzurda yerli erməni komitəsi Andranikin hərəkatını dəstəkləyirdi. Andranik öz dəstəsi ilə İranın şimalında ingilis qüvvələri ilə birləşməyə çalışdı, ancaq Xoy yaxınlığında Osmanlı qoşununa məğlub oldu. Ardınca Naxçıvana geri çəkilən Andranikin dəstəsi bu ərazidə güclü müqavimətə rast gəldi. Naxçıvanın ələ keçirilməsinin çətinliyini görən Andranik Zəngəzura geri döndü.

Zəngəzura qayıtdıqdan sonra öz dəstəsi ilə azərbaycanlılar yaşayan kəndləri qarət etməyə başladı. Sentyabrın əvvəlində Andranik dəstəsi ilə 18 müsəlman kəndini viran qoyur və burda 500 qadını öldürür. Regionun polis idarəsinin rəisinin hesabatında bu qırğının qovulmuş və öldürülən şəxslərin əmlakını ələ keçirmək istəyən erməni kəndlilərinin xahişi ilə həyata keçirildiyi barədə qeydlər var idi. Erməni qüvvələrinin böyük hərbi üstünlüyü qarşısında Zəngəzurdan Naxçıvana və ətraf ərazilərə görünməmiş bir qaçqın axını başlandı. Zəngəzur uyezdindən qonşu Cəbrayıl və Cavanşir uyezdlərinə təxminən 50 min nəfər sığınmaq məcburiyyətində qaldı. Bu basqınlar nəticəsində ümumilikdə 100-dən çox kənd məhv edildi, ümumi ölü sayısı 10 minə çatırdı (Baberovski, 2010:166).

Bu hadisələr baş verən zaman Zəngəzurda olan bir ingilis jurnalist əhalinin necə öldürüldüyünün şahidi olmuşdu. O öldürülən insanlar müsəlman olduğu üçün bu barədə yazmağa ehtiyac görməmişdi. Hökümətə məxsus “Azərbaycan” qəzeti də Avropada heç kimin bu faciəyə maraq göstərməməsinə heyrətləndiyini bildirirdi. İrəvan arxiyepiskopu Xoren bu hadisələrlə bağlı 1920-ci ildə yazdığı qeydlərində tatar qətliamlarının həyata keçirildiyini etiraf edirdi. O, Zəngəzurdakı etnik təmizliyi Osmanlının 1915-ci ildə ermənilərə etdiyi qətliamlarla müqayisə etsə də bu etnik münaqişədə günahı Osmanlı yönümlü siyasət aparan tatarlarda (azərbaycanlılarda) görürdü (Bloxham, 2005:105). Andranik azərbaycanlıların boşaltdığı kəndlərə özü ilə Bitlis və Vandan gətirdiyi 30 minə yaxın qaçqını yerləşdirdi. Riçard Hovhanisyan Andranikin bu siyasətini “Zəngəzurun bir erməni torpağına çevrilməsi” prosesinin başlanğıcı kimi təsvir edir (Bloxham, 2005:103).

Xəlil Paşa Andranik tərəfindən həyata keçirilən qətliamlar səbəbi ilə Ermənistana nota verdi. Ermənistan hökuməti isə əvəzində Andranikin törətdiyi əməllərin hökumətin siyasəti ilə heç bir əlaqəsinin olmadığını, Ermənistanın Zəngəzur ərazisini Azərbaycan ərazisi kimi tanıdığını bildirmişdi. Osmanlının I Dünya müharibəsində məğlubiyyətini rəsmiləşdirən Mudros müqaviləsi sonrası Zəngəzurdakı erməni dəstələri daha da aktivləşdi. Andranik Zəngəzurda həyata keçirilən qətliamlardan sonra 1918-ci ilin oktyabrında Qarabağı ələ keçirmək üçün Şuşaya hücuma başladı. Zəngəzurdan Şuşaya gedən yol Həkəri çayının ətrafındakı azərbaycanlı və kürdlərdən ibarət kəndlərdən keçirdi. Bu əraziyə Sultan bəy Sultanovun dəstəsi nəzarət edirdi. 1918-ci ilin noyabrında başlanan döyüşlər sonrası daşnaklar böyük itki verərək Laçın daxil olmaqla bir neçə müsəlman kəndini ələ keçirə bildi. Şuşaya artıq 40 km məsafə qalırdı. Bu döyüşlər baş verən zaman artıq Azərbaycana general Tomsonun rəhbərliyindəki Britaniya korpusu daxil olmuşdu. Tomson hərbi əməliyyatların dayandırılması üçün Bakıdan Şuşaya region üzrə köməkçisi Skviri göndərdi. Şuşadan Laçına gedən Skvir daşnak ordusunun Gorusa geri dönməsini tələb etdi ( Hovannisian, 1971:89).

İngilis komandanlığı əvvəlcə Müsavat hökumətini rəsmi olaraq tanımadığını bildirsə də bir müddət sonra İngiltərənin siyasətində müəyyən dəyişikliklər yaranmağa başlayır. 1919-cu ilin aprelində İngilis komandanlığı həm Ermənistan hökumətinin, həm də Zəngəzurdakı erməni komitəsinin etirazlarına səbəb olacaq addım atdı. General Şatervort deklarasiya yayaraq Qarabağ və Zəngəzurun general-qubernatoru vəzifəsinə Xosrov bəy Sultanovun təyin olunduğunu təsdiqlədi (Shirokoqrad, 2009:100). Bu Britaniyanın Zəngəzur və Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı anlamına gəlirdi. Bununla belə, ingilis komandanlığı tərəflərə son qərarın verilməsinə qədər Paris Sülh Konfransını gözləməyi məsləhət gördü. İngilislərin tələbi ilə Laçından Gorusa dönən Andranik burada öz dəstəsini buraxaraq Gürcüstana getdi. Andranikin 1919-cu ildə Zəngəzuru tərk etməsi ilə, Zəngəzurun erməni Milli Komitəsi hərbi baxımdan zəif vəziyyətdə qaldı. Zəngəzurun erməni Milli Komitəsi Ermənistandan əsgər və silah istədi. Bundan əlavə, Milli Komitə Kaçaznuni hökumətindən Zəngəzura müvəqqəti bir qubernator təyin edilməsini tələb etdi. Lakin Britaniya komandanlığının qərarlarına etiraz etmək üçün çox zəif olan Ermənistan hökuməti bölgəyə gizli olaraq müvəqqəti komissar kimi Arsen Şahmazovu göndərdi. Şahmazova gizli olaraq Zəngəzurun Ermənistana birləşməsi təlimatı verilmişdi.

1919-cu ilin ilk aylarında ingilis zabitləri Zəngəzura gələrək erməni Milli Komitəsindən Azərbaycan hökumətini tanımasını tələb etdilər. Erməni Milli Komitəsi bu tələbi rədd etdi. Erməniləri razı salmağın mümkün olmadığı məlum olanda general Şatervort Gorusa getdi. Gorusdakı danışıqlarda Şatervort Xosrov bəy Sultanovun Zəngəzur qubernatoru kimi tanınmasını tələb etsə də o da məqsədinə nail ola bilmədi. Şatervort tələbin yerinə yetirilməyəcəyi təqdirdə erməni Milli Komitəsi üzvlərinin həbs ediləcəyi və Gorusun bombardman ediləcəyi barədə xəbərdarlıq etdi. Bütün bu təhdidlər nəticəsiz qaldı. Vəziyyəti belə görən Şatlvort Ermənistan hökumətini Zəngəzurun daxili işlərinə qarışmaqda ittiham edərək mayda ərazini tərk etdi.

Zəngəzurdakı erməni Milli Komitəsinin inadkarlığı ingilislərin fikrini dəyişdirməyə vadar etdi. Mayın sonunda 27-ci bölmənin yeni komandiri general Kori Azərbaycan hökumətinə Zəngəzurda öz administrasiyasını qurmaq üçün edilən hər bir cəhdin hərbi təcavüz kimi qiymətləndiriləcəyini bildirdi. General Kori üç gün sonra Ermənistanın Baş naziri Xatisyana Azərbaycanın Zəngəzurdakı erməni Milli Komitəsi ilə hesablaşmalı olacağı barədə məktub göndərdi. General Kori bunu ermənilər üçün böyük bir güzəşt kimi qiymətləndirirdi. Bu vəziyyətdən istifadə edən yerli erməni komitəsi bölgədə yaşayan azərbaycanlılara qarşı kütləvi etnik təmizliyə başladı. Kütləvi qətl və zorakılıq nəticəsində Zəngəzurdan İrana böyük köç başlandı.

Qan tökülməsi Azərbaycanda ciddi etirazlara səbəb oldu. İyunun 21-də “Azərbaycan” qəzeti ermənilərin dağ keçidlərini bağladığını, 150 ​​min mal-qarası olan 10 min müsəlman köçərinin yay otlaqlarına çıxışı olmadığı barədə məlumat yaydı. Sultanov hökumətdən hərbi müdaxilə üçün izn istədi. Azərbaycan ordusu 1919-cu ilin yayında Qarabağda nəzarəti ələ keçirdikdən sonra Müsavat partiyasının lideri Rəsulzadə Zəngəzurun azad olunması və Culfa yolunu açmağın vaxtının çatdığını bildirdi ( Hovannisian, 1971:188-189). Azərbaycan hökuməti oktyabr ayında Zəngəzur üzərində nəzarəti bərqərar etmək üçün general Cavad Şıxlinskinin komandanlığı altında 1-ci piyada diviziyasını və Davud bəy Yadigarovun komandanlığı altında 2-ci Süvari alayını səfərbər etdi. Hərakat başlamadan öncə Zəngəzurun indiki Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonları ərazisi Azərbaycan ordusunun nəzarətində idi. Zəngəzurun erməni Milli Komitəsi isə indiki Gorus, Mehri, Qafan, Sisian rayonlarına nəzarət edirdi. Azərbaycan ordusunun Qarabağ, Lənkəran uğrunda mübarizədə hərbi uğurları Zəngəzurun tutulması üçün ümidləri artırırdı. Sultan bəy Sultanov da öz dəstəsi ilə hücum üçün hazırlıqlara başladı.

Oktyabrın sonunda Cavad bəy Şıxlınski Laçından Dığ kəndinə qədər irəliləyərək bu ərazidə olan erməni dəstəsinə Gorusa gedən yolun açılması barədə ultimatum verdi. Erməni dəstəsi bu ultimatumu rədd etdikdən sonra Azərbaycan ordusu noyabrın əvvəlində Zəngəzur hərəkatına başladı. Zəngəzuru ələ keçirmə əməliyyatı 4 noyabrda Azərbaycan hərbi qüvvələrinin cəmləşdiyi Qarabağdan başladı. Eyni zamanda Naxçıvandakı yerli idarəetmə komitəsi Sisian ərazisinə, 2 türk diviziyası isə Zəngəzurun mərkəzinə doğru hücuma başladı.

Müharibənin ilk günlərində erməni ordusu bütün cəbhə boyu geri çəkilməyə məcbur oldu. Ancaq Azərbaycan ordusunun Keçəldala-Dığ istiqamətində məğlubiyyəti müharibənin taleyini dəyişdirdi. Böyük itki verən Azərbaycan ordusu noyabrın 7-də ilkin mövqeyinə qayıtmağa məcbur oldu. Azərbaycan ordusunun uğursuzluğunda əsas səbəb Sultan bəy Sultanovun dəstəsinin özbaşınalığı idi. Bu dəstə hətta döyüşlərin birində azərbaycanlı əsgərlərə qarşı atəş açmaqla yadda qalmışdı. Məhz bu dəstənin erməni əks-hücumu ilə geri çəkilməsi Cavad bəy Şıxlinskini mühasirəyə düşmə təhlükəsi ilə üz-üzə qoydu. Beləcə Azərbaycan ordusu müharibədən əvvəlki mövqelərinə qayıtdı.

Noyabrın ortalarında İngiltərə və ABŞ rəsmisi olan Oliver Vardrop və polkovnik Ceyms Rey müharibənin dərhal dayandırılmasını tələb etdilər. 20 noyabr 1919-cu ildə Tiflisdə danışıqlar başladı və 23 noyabrda Ermənistan və Azərbaycanın baş nazirləri Xatisyan və Yusifbəyli sülh müqaviləsi imzaladılar. Azərbaycan nümayəndə heyətinin xahişi ilə Zəngəzur administrasiyası üçün müqavilənin 3-cü bəndinə belə bir əlavə edildi: “Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır” (Hille, 2010:187).

Sülh müqaviləsi imzalanmasına baxmayaraq döyüşlər dayandırılmadı. Naxçıvan istiqamətindən hücuma keçərək Dərələyəz istiqamətində irəliləyən Xəlil bəy 11-ci türk diviziyasının köməyinə baxmayaraq Keşişkəndi ala bilmədi. Eyni zamanda mərkəzi Zəngəzurda Qaregin Njdenin rəhbərlik etdiyi erməni qoşunları Tatevi Qafandan ayıran Urud vadisi yaxınlığında cəmləşərək bölgədəki qalan azərbaycanlı kəndlərinə qarşı əməliyyat keçirməyə hazırlaşdılar. 1 dekabrda şiddətli bombardmanla hücum başladı. Yerli azərbaycanlılar 3 dəstədən ibarət erməni ordusunu 3 gün müddətində kəndlərə yaxınlaşmağa imkan vermədilər. Ancaq əməliyyatın dördüncü gününün səhərisi erməni əsgərləri artilleriya dəstəyi ilə Qafanın Şəhərcik kəndini ələ keçirdilər. Dekabrın 7-də sonuncu azərbaycanlı Acıbac kəndi talan edildi və yandırıldı. Daşnak liderləri tərəfindən aparılan kütləvi qətl və etnik təmizləmədən sağ çıxan bölgənin azərbaycanlı əhalisi Həkəri çayı boyunca dağ sığınacaqlarına və Naxçıvana qaçmağa məcbur oldu ( Hovannisian, 1982:225-226).

Bu qətliamlar Azərbaycan hökumətinin sərt etirazına səbəb olur. Xosrov bəy Sultanov 9 kənddə ümumilikdə 400-dən çox evin dağıdıldığını bəyan edərək hökuməti müharibə elan etməyə çağırdı. Azərbaycan Xarici işlər naziri Məmməd Yusif Cəfərov bu məlumatı etiraz notası olaraq Tiflisdəki müttəfiq nümayəndələrinə təqdim edir. Nəsib bəy Yusifbəyli müttəfiqlərin nümayəndələri Haskell, Uordrop və Gürcüstan Xarici işlər naziri Gekeçkoriyə yazdığı məktubda ermənilərdə olan ağır silahların müsadirə edilməyəcəyi və sülhün şərtlərini yerinə yetirməyəcəyi təqdirdə Zəngəzura müdaxilə ediləcəyini bildirdi. Dekabrın 3-də Zaqafqaziyaya qayıtdıqdan sonra Müttəfiqlərin Ali komissarı Uilyam Haskell polkovnik Reyi Zəngəzur böhranını həll edə bilməməkdə günahlandırdı. O, həmçinin ABŞ-ın Naxçıvanda quracağı general-qubernatorluq planının həyata keçirilməməsindən narazı idi. Haskell bu problemdə Azərbaycan hökumətini günahlandırdı. Rey açıqlamasında mövcud münaqişədə kimin propaqanda, kimin həqiqəti söylədiyini aydınlaşdırmağın çətin olduğunu bildiririrdi. İstanbuldakı ingilis general Mark Bristol isə müttəfiqlərin Azərbaycanın Qarabağ-Zəngəzur-Naxçıvan körpüsünün yaradılması planına görə erməni maraqlarını nəzərə almamaqda günahlandırırdı. Bristolun sözləri Haskel və Reyin münasibətini o qədər gərginləşdirdi ki, Haskel qayıtdıqdan bir həftə sonra Rey istefa verdi.

Haskel Azərbaycanın Zəngəzurda qətliamlara qarşı etirazlarına cavab olaraq bölgəyə erməni qoşunlarının qətliamda rolunu araşdırmaq üçün zabitlər göndərəcəyinə söz verdi. O, həmçinin Ermənistan hökumətinə Zəngəzura göndərilən bütün hərbi texnikasını və şəxsi heyətini geri çəkməyi tövsiyə edərək ərazidə erməni qoşununun mövcudluğu təsdiqlənəcəyi təqdirdə Ermənistana ağır zərbə vuracaqlarını bildirdi (Mahmuryan, 2002:70). Ermənistan Baş naziri Xatisyan bölgədə EDR qoşunları və hərbi əməliyyatların aparıldığını rədd etdi, lakin belə halların təsdiqlənəcəyi təqdirdə məlum şəxsləri cəzalandıracağına söz verdi. Xatisyan bir müddət sonra Dərələyəzdə yerli azərbaycanlı dəstələrə qarşı nizamlı qoşun göndərildiyini qəbul edir.

Haskel və Uordropu arxayınlaşdırmaq üçün Ermənistan hökuməti dekabr ayında Arsen Şahmazovu geri çağıraraq onun yerinə komissar kimi General Kazarovu təyin etdi. Kazarova Azərbaycan ittihamlarının həqiqiliyini müəyyənləşdirmək və günahkarları cəzalandırmaq tapşırılmışdı. Dekabrın 8-də Azərbaycan Ermənistanı razılaşmadan çıxmaqla hədələyərək Zəngəzurla bağlı komissiya yaratmağı tələb etdi. 1919-cu ilin dekabrın 14-dən 21-inə qədər Azərbaycan-Ermənistan konfransı baş tutdu. Konfransın açılışında çıxış edən Fətəli xan Xoyski yalnız Qafqaz xalqları arasında sıx əməkdaşlığın onları etnik nifrətdən və daxili qarışıqlıqdan xilas edə biləcəyi barədə nitq söyləyir. Ermənistan tərəfindən çıxış edən Tiqran Bekzadyan “azad Azərbaycan xalqı”nı tanıdıqlarını, xalqlarımızın yalnız sülh və azad yaşamaq istədiklərini bildirir (Hovannisian,1982:225-231). Ancaq bütün nikbinliyə baxmayaraq heç bir tərəf Zəngəzura olan iddiadan əl çəkmək istəmirdi. 1920-ci ilin aprelində aparılan müzakirələr də müsbət nəticə vermədi.

Müzakirələrin heç bir fayda verməyəcəyini görən Azərbaycan hökuməti Zəngəzurla sərhəddə qoşunlar yığmağa başladı. Ermənistan hökuməti Azərbaycanın hərbi əməliyyatlara başlayacağını yəqin edərək Qarabağdakı erməni Milli Komitəsini üsyan etməyə təşviq etdi. Novruz bayramında Qarabağ Milli Komitəsi Azərbaycanın tərkibindən çıxdığını elan edir. Şuşadan Gəncəyə qədər ərazini əhatə edən üsyan sonrası Azərbaycan hökuməti Qarabağa 20 min nəfərlik ordu göndərir. 1 həftə ərzində Azərbaycan ordusu Şuşanı geri ala bilir.

Qarabağdakı üsyan yatırılan ərəfədə Azərbaycanda bolşevik hərbi çevrilişi baş verdi. Artıq Zəngəzur uğrunda mübarizə Azərbaycan SSR ilə EDR arasında davam edəcəkdi.

Ardı burada

 

İstifadə edilən ədəbiyyat

Йорг Баберовски , (2010), Враг есть везде: Сталинизм на Кавказе

Donald Bloxham, (2005), The Great Game of Genocide_ Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians.

Charlotte Hille, (2010), State Building and Conflict Resolution in the Caucasus

Richard Hovannisian, (1971), The Republic of Armenia, 1918-1919, I cild.

Thomas De Waal, (2018), The Caucasus: An Introduction

Александр Борисович Широкорад , (2009), Кавказский капкан: Цхинвал-Тбилиси-Москва

Richard G. Hovannisian. The Republic of Armenia, 1919-1920, II cild

Гаянэ Махмурян, (2002), Политика Великобритании в Армении и Закавказье в 1918-1920 гг.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör