bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Ədəbiyyatda təbiət təsvirləri

Seymur Baycan Seymur Baycan
Sərbəst
07 İyun 2021
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Seymur Baycan yazıçı
Paylaş

İllər əvvəl, bəstəkar Firudin Allahverdi ilə elektrik kəşf olunmamışdan əvvəl və elektrik kəşf olunduqdan sonra yaradılan sənət nümunələri haqqında danışırdıq. Firudin bəy deyirdi ki, elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələri haqqında fikir yürüdərkən, söz deyərkən çox ehtiyatlı olmaq lazımdır. Bu günümüzdən o sənət nümunələrinə baxsaq, bu günümüzün şərtlərini əsas tutub o əsərlərə qiymət verməyə çalışsaq özümüzü dolaşdırarıq, səhvlər buraxarıq. Əsərləri, o əsərlərdəki mesajları, obrazların, qəhramanların hiss və həyacanlarını, davranışlarını başa düşmərik. O dövrün və bu günün şərtlərini mütləq nəzərə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, elektrik kəşf olunmazdan əvvəl gün batanda həyat bitirdi. Adamların seçim imkanı az, vaxtları çox idi. Firudin bəy deyirdi ki, müasir insanın elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələrindən öyrənəcəyi çox az şey var.

Ümumiyyətlə elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələri haqqında danışarkən Firudin bəyin danışığında incə bir kinayə hiss edirdim. Firudin bəy dünyanı iki yerə bölmüşdü: elektrikə qədər və elektrikdən sonra. Və elektrikli dünyanın sakini kimi elektriksiz dünyanın sakinlərinə qarşı eqosit bir münasibət nümayiş etdirirdi.

Mən isə deyirdim ki, hər bir kəşfin sənətə öz təsirini göstərməsi şəksizdir. Bir mobil telefonun kəşf olunması həyatımızda nə qədər dəyişikliklər etdi. Həyatımızda dəyişiklik varsa, sənətdə də dəyişiklik olmalıdır. Lakin bununla belə hər dövrün öz cəhaləti, öz avaraçılıqları, öz əyləncələri var. Sovet zamanında da nə qədər adam var idi, səhərdən axşama qədər domino çırpırdılar, nərd oynayırdılar. Kinoteatrlarda səviyyəli, ciddi filmlər göstərəndə tamasaçı az olurdu. Təzə hind filmi gələndə nə az, nə çox düz bir həftə kinoteatra yaxın düşmək olmurdu. Bu günün də öz əyləncələri, öz avarçılıqları var. İnternet bəzilərinə öyrənmək üçün, bəzilərinə isə avaraçılıq üçün əlavə imkanlar, şanslar yaradıb. Elə adam var telefonuna əsərlər yükləyib yolda oxuyur, vaxtını səmərəli keçirir. Elə adamlar da var ki, telefonda bütün günü oyun oyanır. İndi biz bütün günü telefonla oynayanları, elektrkli dunyanın avaralarını elektriksiz dünyanın fikir adamlarından, sənət adamlarından məsələn tutaq ki, Sokratdan, Aristotelden, Servantesden, Rotterdamlı Erazmdan necə üstün tuta bilərik? Axı doğrudan da bəşəriyyətin böyük bir hissəsi kəşflərə hazır və layiq deyil. Kəşflər, kəşflərə hazır və layiq olmayanların debilləşməsinə, avaraçılığına, hətta vəhşiliyin təkmilləşməsinə münbit şərait, fürsətlər yaradır. Hazır kəşflərə, inkişafa, tərəqqiyə sahib çıxan bu avaralar ümumiyyətlə tarixdən, dünyanın bioqrafiyasından xəbərsizdirlər. Əlində son model telefon tutub, amma baş daş dövrünün başıdır. Ən son model Mersedes sürür, amma təfəkkür araba dövrünün təfəkkürüdür. Söhbət getdikcə ağırlaşırdı. Gördüm daha danışmaq imkanım yoxdur. Savadım və səviyyəm bu mövzuda danışmaq iqtidarında deyil. Boşboğazlıq etmək, söz xətrinə söz demək istəmədim. Dayandım. Susdum. Öz tərəfimdən mövzunu bağlanmış elan etdim. Elə bu anda Firudin bəy dedi:
“Ədəbiyyatda təbiət təsvirləri nəyə lazımdır? Mən təbiət təsvirlərin oxumuram, ötürürəm…”.

Onsuz da bayaqdan əsəblərimlə oynayırdı, bu sözlə lap məni cin atına mindirdi. Başqası desəydi yenə birtəhər udmaq, ötürmək olardı. Amma sənətlə məşğul olan bir adamın belə bir sözü dilinə gətirməsi böyük qəbahətdir. Yəqin onun kimi düşünənlər çoxdur. Elə isə fürsətdən istifadə edib, ədəbiyyatda təbiət təsvirləri nəyə lazımdır sualına imkanımız çərçivəsində, bacardığımız və ağlımız kəsən qədər cavab verək.

Əsərdə təbiət təsvirləri bir neçə səbəbdən yazıla bilər. Səbəblərdən biri odur ki, təbiət və təbiət hadisəsi birbaşa əsərin mövzusu ilə əlaqəlidir. Məsələn, qar yağıb, yollar bağlanıb və hansısa bir məkanın, kəndin, qəsəbənin şəhərlə, mərkəzlə əlaqəsi kəsilib. Yaxud duman aləmi bürüyüb, adamlar çölün düzündə azıblar. Canlarını vahimə bürüyüb. Ya da möhkəm yağış yağıb maşın, araba, hətta inək yolda batıb qalıb. Burada gərək müəllif təbiət hadisəsini olduqca canlı, ətraflı yazsın.

Əks halda baş verən təbiət hadisəsinin insanlara təsiri, doğurduğu nəticələr, hadisələr inandırıcı görünməyəcək. Müəllif gərək göstərsin ki, doğrudan da möhkəm qar yağmışdı, yollar da bağlanmışdı, etrafla bütün əlaqələr kəsilmişdi. Müəllif gərək göstərsin ki, aləmi qatı duman bürümüşdü. Elə bir duman ki, istəyirsən bıçaqla kəs, qaşıqla qarışdır. Ya da elə bir şaxta var idi ki, hekayənin qəhramanı donmuş əllərini qızdırmaq üçün yanındakı itin qarnın cırıb əlin itin qarnına soxmaq istəyirdi. Yaxud elə bir quraqlıq hökm sürürdü ki, adamlar bütün günü dua edib allahdan yağış istəyirdilər. Əgər bu quraqlıq canlı, inandırıcı təsvir olunmasa adamların əlini göyə açıb allahdan yağış istəməkləri də oxucuya inandırıcı görünməyəcək.

Tutaq ki, müəllif hər hansı bir məkanda hökm sürən sakitliyi ifadə etmək istəyir. Bunu müxtəlif formalarda ifadə etmək olar. Məsələn, ətrafda elə bir sakitlik hökm sürürdü ki, yerə düşən qar dənələrinin səsi eşidilirdi. Ətrafda elə bir sakitlik hökm sürürdü ki, adam damarlarında dövr edən qanın səsini eşidirdi. Qəbirstanlıqda elə bir sakitlik hökm sürürdü ki, qəbirlərdə çürüyən sümüklərin səsi eşidilirdi. Ətrafda elə bir sakitlik hökm sürürdü ki, adam öskürməyə qorxurdu. Baxır müəllifə, onun istedadına və üslubuna. Hadisələrin baş verdiyi məkandan da çox şey asılıdır. Məsələn, tutaq ki, payız fəslidir və bağı təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: yarpaqlar seyrəldiyindən payızlıq meyvələr ağaclarda aydın görünürdü.

Tutaq ki, qarın yağmasını təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: “Üzuaşağı ələnən qar evlərin taxtapuşuna çatar-çatmaz burulur, bu evin damına düşməli olan qar başqa evin damına düşürdü”. Bəh, bəh, bəh. Bu cür gözəl təsvirlərin ləzzətini duymayan adam bədii təfəkkürünün olmamasını qəbul etməlidir.

Tutaq ki, axşamın düşməyini təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: “Günəş dirsəklərini üfüqə dayayıb yer üzünə tamaşa etməkdən həzz alırdı. Batıb getməyə ürəyi gəlmirdi” Bəh, bəh, bəh.

Bəzən əsərlərdə təbiət və təbiət hadisələrinin təsviri hisslərin daha da artmasını, qabarmasını, coşmasını göstərmək üçün lazım olur. Məsələn, adamın qanı qaradır, işləri düz gətirmir, bir tərəfdən də hava rütubətlidir, göy üzünü qara buludlar tutub. Yaxud insanın ovqatı əladır, hissləri coşub, elə bu zaman bir quş yaxınlıqdakı ağaca qonub başlayır cəh-cəh vurmağa. Biz nə qədər yağış görürük, amma bu yağışlardan bir neçəsi yaddaşımızda qalır. Niyə? Çünki o yağışlar yaddaşımızda qalır ki, həmin yağışlar konkret hadisəylə, günümüzlə bağlıdır. Fürsət düşmüşkən yaddaşımda qalmış yağışlardan birinin nə səbəbə yaddaşımda qaldığını yazmaq istərdim.

Bir yaz günü Çavçavadze küçəsiylə yavaş-yavaş üzüyuxarı addımlayırdım. Heç hara tələsmirdim. Birdən çox bərk yağış yağmağa başladı. Elə bir yağış ki, tut ucundan çıx göyə. Otuz saniyə keçməmiş küçədə adam qalmadı. Hərə özünü bir yerə soxdu. Taksi saxlayan kim, dayanacağa qaçan kim, kafelərə, mağazalara girən kim… Mən heç hara girmək istəmirdim. Yağışın altında gəzmək istəyirdim. Romantikliyim tutmuşdu. Bir dəqiqə sonra fikrimi dəyişdim. Gördüm yox, bu yağış altında gəziləsi yağışlardan deyil. Balaca bir geyim mağazasına girdim. Dedim gəlmişkən özümə bir-iki futbolka da seçib alim. Bu mağazada maraqlı futbolkalar satırdılar. İki futbolka seçdim. Heç geyinib yoxlamadım. Böyük olmağının zərəri yoxdur, balaca olsaydı da kiməsə hədiyyə verəcəkdim. Futbolkanın pulunu ödədim. Bir az artistlik edib çox mülayim bir səslə satıcıdan soruşdum: Yağış kəsənə qədər burada dayana bilərəm? Satıcı dedi: Əlbəttə, əlbəttə! Bu zaman bir qız qaçıb mağazanın qapısı önündə dayandı. O, tamam islanmışdı. Satıcılar qızı içəri çağırdılar. Qız mağazaya girib satıcılara təşəkkürünü bildirdi. Onun uzun qara qaşı, ağ sifəti, qara gözləri vardi. Boyu uzun, beli incə idi. Elə bil şərq şairlərinin qəzəllərindən çıxmışdı. İslanmağı onu daha da gözəlləşdirmişdi. Hələ onun yağışdan islanmağına reaksiyası… Bu reaksiyalara dözmək nə qədər çətin idi. Heç bir igidin ürəyi bu hərəkətlərin qarşısında tab gətirə bilməzdi. Qız elə bil yağışdan islanmağına təəcüblənmişdi, sanki hamı yağışdan islansa da bu islanlanmalı deyilmiş. Köynəyi islanıb bədəninə yapışmışdı. Saçlarının ucundakı yağış damlaları parıldayırdı. Gözəllik məndə depressiya yaradır. Gördüm daha bu gözəlliyə dözə bilmirəm. Elə bil ürəyimi məngənə arasına qoyub sıxırdılar. Çıxdım bayıra. Dedim bu ağır işgəncədənsə sətəlcəm olub ölmək daha yaxşıdır. Bir neçe gün o gözəlliyin yaratdığı depressiyadan çıxa bilmədim. Belə anları yazmaq da əzabdır, yazmamaq da.

Təbiətin hisslərlə, hisslərin təbiətlə əlaqəsinin gözəl nümunələrinə Yanusari Kavabatinin, Buninin, Şoloxovun, Paustovskinin əsərlərində tez-tez rast gəlinir…

Bir çox yazıçılar təbiət hadisəsini mexaniki yazırlar. Ola bilsin mexaniki yazılmış təbiət təsvirləri adamları bezdirir. Bizim ədəbiyyatda mexaniki yazılmış, mexanikliyi cəhənnəm, çox pis yazılmış təbiət təsvirləri çoxdur. O təsvirlər ki, nə hadisəylə bağlılığı var, nə də hisslərin qabarmasına xidmət edir. Bu kimi təbiət təsvirləri, təbiət təsvirləri deyil, sadəcə sinoptik xəbərləridir. 

Məsələn, ədəbiyyatımızda bu cür başlayan hekayələr kalandır: gün çıxmışdı, günün şuaları adamın gözünü qamaşdırırdı. Bəşir kişi əlini gözünün üstünə tutub təpələrə baxdı… Yaqış yağırdı. Xosrov kişi əlində balta yağışa baxırdı… Bu təsvirin heç nəyə aidiyyatı yoxdu. Sonra Bəşir kişi gedib bostanda qarpız yığır. Xosrov kişi də sobanın qırağında oturub çay içir. Cəmilə bulvarda gəzirdi. Dalğalar sahilə yaxınlaşıb geriyə qayıdırdılar… Mizoppa dənizə baxırdı. Yağış yağırdı… Külək əsirdi… Heç nə, eşidiblər ki, hekayədə təbiət təsvirləri olmalıdır, oturub belə quru, dəxlisiz təsvirlər yazıblar. Belə təbiət təsvirlərini oxuyanda bir yaşlı tanışımın sözlərini xatırlayıram. Adam deyirdi ki, vallah mənim qadına zada ehtiyacım yoxdur, prosto eşitmişəm qadınla olmaq lazımdır, mən də oluram.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör