Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əsir qadınlar diyarı

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
07 İyun 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
37636.width
Paylaş

Azərbaycanda qadınların başına gətirilən hadisələrə baxanda adama elə gəlir ki, sanki bizə məxsus böyük bir ordu, hansısa ərazini işğal edəndən sonra qənimət kimi ordakı qadınları da əsir olaraq ölkəyə gətirib. Həm də bu qadınların gətirildiyi ərazidə yaşayanlar uzun zaman bizlərə çoxlu məşəqqətlər yaşadıbmış. Qadınlı-kişili bizə düşmən kəsilən yadellilərdən xeyli acıqlıyıq və indi bütün acıq və intiqamımızı əsir qadınlardan çıxmağa çalışırıq.

Bir də sanki belə bir qəddar oyun təşkil olunub. Həmin əsir qadınlara gözlə asanlıqla görülə biləcək damğalar yapışdırılıb və onları ölkə içində sərbəst buraxıblar ki, “buyurun, guya siz azadsınız.” Həmin qadınlarla rastlaşan, damğanı sezən hər kəs bacardıqca onlara sataşır, kobud rəftara yol verir, sui-istifadə edir, bir sözlə qadınların həyatını cəhənnəmə çevirirlər. Damğanı görən kimi qəddar istəklər üzə çıxır və hətta ictimai yerlərdə belə hansısa sancma hadisəsinə rast gəlinir. İstəyən hər kəs oyunda yer alıb, qadınlardan acığın çıxa bilər.

Baş verən bu hallar elə təbii, elə ustalıqla təşkil olunub ki, kənardan baxan kəslər sana bilər ki, yox, doğurdan da əsir qadınlar sərbəst buraxılıb və hətta onların yerli əhaliyə qaynayıb-qarışmasına nail olmaq üçün təşəbbüs və imkanlar da mövcuddur. Buna ən yaxşı misal kimi həmin qadınlarla evlənmək aktını göstərirlər. Bəli, qadınlarla izdivac qurulur, onlar çöllərdə qalıb ölüm-itimlə qarşılaşmırlar. Ancaq evlilikdən sonrakı günlərin hələ qaranlıq və məkrli tərəfləri də var axı.

Qadınların əsas qara günləri evləndikdən, ər evinə köçəndən sonra başlanılır. Burda artıq kollektiv istismarlar ortaya çıxır. Təkcə ər yox, qayınana, qayınata, yeri gələndə baldız və qayın da istismarın, əzmək prosesinin bir hissəsinə çevirilirlər. Qəddar oyunların əsas hissəsi məhz bağlı qapılar arxasında keçirilir. Burda qadınlar əsas etibarı ilə mənəvi işgəncələrə məruz qalırlar. Mənəvi işgəncənin başlanğıcı “sən qadınsan” ifadəsi ilə qoyulur. Buna qədər əsasən onsuz da həmin qadını öz yaşadığı evdə az da olsa gələcək üçün “hazırlayırlar”. Böyüdükləri evin “konstitusiya”sındakı birinci maddə “sən qız uşağısan” kəlməsi ilə başlanır və bu bünövrənin qoyuluşu sayılır. Həmin bünövrə bir növ kodlaşdırılma, hazırlıq mərhələsidir. Uşaqlıqdan gedən proses qadına ər evində “layiqli kölə” olmaq üçün bütün münbit “resursları” verir. Həmin resurslar – mövqesizlik, bilgisizlik, özünü və ətrafı dərk etməmə, ünsiyyət bacarıqlarının zəifliyi, idrak və emosional zəkanın aşağı olması və s. İstismar üçün lazım olan hər şey xəyali cahillik qılafına doldurulur və yeni evlərə ötürülür. 

Əsirlərlə qətiyyən mülayim davranmayan və fürsət düşdükcə onları əzməyi mənəvi borc, mənəvi öhdəlik kimi boynuna götürənlər gələcəkdə həmin qadınların dünyaya gətirdiyi qız uşaqlarını da bu şəkildə yetişdirir və “istismar evlərinə” yollayırlar.

Yazdıqlarım utopik dünyanın bir hissəsi kimi görünə bilər, ancaq təəssüf ki, təsvir olunanlar bu gün müstəqil Azərbaycanda tez-tez rast gəlinən hallardandır. Təkcə selektiv abortlara görə dünyada Çindən sonra ikinci yerdə olmağımız faktı, bunları deməyə əsas verir (Selektiv abort – valideynlərin ultrasəs müayinəsi ilə embrionun cinsini müəyyən etdikdən sonra cinsi ayrıseçkilik edərək ondan abort (gec mərhələdə süni doğuş) yoluyla qəsdən xilas olmaqdır. Selektiv abortlar arasında da ən çox ayrıseçkiliyə məruz qalan cins – qızlardır.) Əvvəllər bu iyrənc statistikada dünya ikincisi Hindistan idi. Bunun nəticəsində bu gün Hindistanda kişilərin sayı qadınlardan 30 milyon çoxdur. Artıq orda “poliandriya”(çoxərlilik) genişlənib. Hindistanda əksər yerlərdə ailədə bir neçə qardaş üçün evə bir gəlin gətirilir.

Qayıdaq öz ölkəmizə. Azərbaycanda “ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında” qanuna əsasən, ana və körpənin sağlamlıq problemi meydana çıxdığı təqdirdə, həkim məsləhəti ilə aborta icazə verilir. Ölkəmizdə selektiv abortlar hüquqi baxımdan qadağan olunsa da, qanunvericilikdə selektiv abortlara adekvat münasibət yoxdur.

İnternetdə xəbər portalında selektiv aborta məcbur edilən bir qadının etiraflarını oxumuşdum. Yazılanlar məni məhv etmişdi. Həmin etirafı bu yazıda da tirajlayıram:

“Mənim iki qızım vardı, üçüncüyə də hamiləydim. Evdə hamı deyirdi ki, bu dəfə mütləq oğlan olmalıdır. Qayınanam və ərim də uşağın cinsini öyrənməyə getmişdilər. Həkim “qız” deyəndə, elə bil, dünya başlarına uçdu. Dedilər ki, mütləq abort olmalıdır!”

Hətta həkim də qayınanayla ərin tərəfində olub. Qadını boşanmaqla hədələyiblər. Beləcə, uşağı abortla məhv ediblər. Özü də hamiləliyin 15-ci həftəsində. Halbuki, hamiləliyin on ikinci həftəsindən sonra abort etdirmək qanunla qadağandı.

12 həftənin sonunadək embrionun cinsini müəyyən etmək mümkün deyildir. Deməli, Azərbaycanda selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik dövründə həyata keçirilir.

İslam dini gəlməmişdən əvvəl qızları diri-diri torpağa basdırırdılar, indi də bunu texnika vasitəsilə edirlər. Həmin kəslərin hər biri qatil və cinayətkardır.

Hə, ölkədə təhsilin səviyyəsi olduqca aşağıdır. Belə olduğu halda cəmiyyətdə dağıdıcı, ibtidai təfəkkürlü insanların sayının çoxluğu getdikcə artır. Vətəndaşların istismarçı, cinayətkar olma potensialını impulslaşdıran ən “yaxşı” metod təhsili məhv etməkdir.

Bu amansız akt bilgisizlikdən savayı, həm də vicdansızlıq və mənəviyyatsızlıqdan qaynaqlanır. Çünki bu vəhşiliyi edənlərin arasında hər təbəqədən adam var (müəllim, vəkil, məmur, həkim, rayonda yaşayan, şəhər sakini və s.)

Bertran Rassel “Evlilik və əxlaq” əsərində kişilərin daha çox oğlan uşaqlarının doğulmasını arzulamasını eqoistlik kimi qiymətləndirir.

Bunu başqa cür yozmaq olmur. Yoxsa ailələrin və özlərini bu ailələrin başçısı sanan kişilərin illah da oğlan övladı arzusu nədən qaynaqlana bilər?!

Çox vaxt da, böyük gözlənti ilə gəlişi arzulanan nəslin “vəliəhdi” sayılan oğlan uşağı böyüyüb bütün ailənin çırağını söndürür. Ərköyünlüklə yetişdirilən həmin oğlanlar, sağlam olmayan tərbiyə ilə böyüyüb qeyri-adekvat, ədalətsiz və mənəvi kasadlıq yaşayan kişilərə çevirilirlər.

Belə kişiləri əsasən əzilən qadınlar yetişdirir və təbii şəkildə həmin kəs də sabah öz qadınını əzənlərdən olur. Bu əcaib vəhşi “ənənə” beləcə dövr edir və nəsillərə ötürülür.

Bir ölkədə, bir ailədə qadınlar əzilir, zorlanılır, istismar olunursa, həmin coğrafiyalarda işıq və gələcəyə olan ümid yox olmağa başlayır. Dərk etmək lazımdır ki, qadınlarsız biz heçik.

İfadələrimdə heç bir populizm yoxdur.

İşıqlı və ümidli gələcəyimizi birgə qoruyaq və haqqımıza sahib çıxaq!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
30 Yanvar 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör