Azlogos
  • Qaydalar
  • Kimlər var

Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Zərdüşt Əlizadə: “Tarixin kandarlarında solmağa məhkumuq”

AzLogos AzLogos
., İntervü
21 İyul 2020

Bildiyiniz kimi, artıq bir həftədən çoxdur ki, Azərbaycan-Ermənistan sərhəddində hərbi əməliyyatlar gedir. Bu günlər ərzində hər iki tərəf itki verdi və hər iki ölkədə daxili vəziyyət ciddi şəkildə kəskinləşdi. Bakıda “Qarabağa azadlıq” tələbi ilə minlərlə adamın iştirak etdiyi yürüş keçirildi, lakin polis etirazçıları dağıda bildi.

Sərhəddə nə üçün qəfildən alov baş qaldırdı? Bunun kimə faydası vardı? Bu məsələdə qonşu ölkələrin rolu nədir? Bu hadisələr Əliyev hakimiyyətinə necə təsir edəcək? AzLogos.eu-nun suallarını politoloq Zərdüşt Əlizadə cavablandırır.

 – Zərdüşt müəllim, sizcə, son vaxtlar Ermənistanla Azərbaycan arasında baş verən hərbi əməliyyatlar nə ilə bağlıdır?

-Bu, iki azsavadlı və dar düşüncəli toplumun ortaq torpaq sahəsi üçün sürəkli, acınacaqlı, faciəli qarşıdurmasının növbəti mərhələsidir. Həm ermənilər, həm də azərbaycanlılar, bu münaqişədən yeganə faydalanan tərəfin Rusiya olduğunu başa düşürlər, lakin milli şüurun darlığı və mifologiyası tərəflərə qarşılıqlı sülhün faydalarını aydın görməyə imkan vermir. Düşünürəm ki, toqquşmanın təşəbbüskarı Ermənistandır, çünki Azərbaycan, şübhəsiz ki, qanuni olaraq Azərbaycana məxsus olan Qarabağdan, hərbi əməliyyatların Ermənistanın şübhəsiz qanuni mənsubiyyət zonasına, yəni düşmənin öz ərazisinə köçürüməsi qəti şəkildə qadağandır. Nikol Paşinyan KTMT-ni münaqişəyə sürükləməyə çalışdı, buna görə də toqquşma Qarabağdan çox uzaq olan Tovuz bölgəsində başladı.

– Cəbhə xəttində vəziyyətin gərginləşməsindən hansı tərəf öz daxili maraqları üçün faydalanır?

– Ermənistan KTMT-yə üzv olan dövlətlərin qarşılıqlı yardım mexanizmlərini işə salmaq üçün münaqişəni Qarabağdakı atəşkəs zonasından çıxarıb Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədinə transformasiya etməyə çalışır. Bundan əlavə, Paşinyan Putinin səbrinin tükəndiyini düşünür, daxili müxalif qüvvələr tərəfindən daim zəiflədiləcəyini, deviriləcəyini gözləyir, Rusiya üçün yeganə təsir vasitəsi kimi qarşıdurmaların olduğunu görür. Buna görə də Ermənistan tədbirli tərpəndi və qarşıdurma nöqtəsini Tovuza köçürdü. Nikol azartlı oyunçu kimi oynadı və rəqiblərini qabaqlayaraq, vaxt qazandı. Putinin qətiyyətliliyi ənənəvi məntiqini üstələməsə, indi o fasilə ala bilər.

– Bu məsələdə Rusiyanın rolu nədən ibarətdir? Bu, Azərbaycan neftinin Avropaya satılması ilə əlaqəli ola bilərmi?

– Rusiyanın rolu həlledici olub və qalır, çünki nə Ermənistanın, nə də Azərbaycanın düzgün tarixi qərarlar qəbul etməyə qadir olan səlahiyyətli hakimiyyəti yoxdur. Dünya balansında Azərbaycan nefti 1% -i keçmir, lakin buna baxmayaraq, qaz məsələsində Rusiya “Qazprom”un bazarlarını qorumağa qısqanclıqla yanaşır. Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi, Pars yatağından qazı Avropadan uzaq tutmaq əzmindən irəli gəlir və Azərbaycanın qaz boru kəmərlərini hədəfə alması da Türkiyədəki qaz bazarını qorumaq məqsədini hədəfləyə bilər.

– Hərbi hadisələr fonunda Bakıdakı mitinqlər çox qəribə görünürdü. Parlament istiqamətində yürüşə qarşı çıxmayan polis vətəndaşlarla çox sakit davransa da, daha sonra gözyaşardıcı qazdan, nümayişçilərə qarşı şiddət tətbiq etdi. Burada təxribat varmı və sizcə kimin tərəfindəndir?

– Azərbaycanın siyasi hakimiyyətinin düşüncəsi arxaikdir. Və 2016-cı ilin aprel ayında paytaxtın mərkəzində döyüş şüarları qışqıran, yeniyetmələr və lümpen “vətənpərvərləri” axışmışdı. O zaman da polis nümayişçilərə mane olmadı. Görünür, Prezident Administrasiyasının müəyyən bir şöbəsi avtomatik öz funksiyasını yerinə yetirdi. Ancaq bəzi ünsürlər polisi təhrik etmək fürsəti hiss etdikdə, polis cinayətkar dəstənin dağıdıcı enerjisinin qarşısını ala biləcəyini göstərdi.

– Ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz – bunun bizim hakimiyyətə bir faydası oldumu, yoxsa əksinə?

– Ölkədə heç nə dəyişmədi. Demək olar ki, heç bir əhəmiyyəti olmadı.

– Qarabağ məsələsi ilə bağlı ictimai rəy necə dəyişir? Bu rəy necə və kim tərəfindən formalaşdırılır?

– İstər Ermənistanda, istərsə də Azərbaycanda ictimai rəy, Moskvadakı kukla idarə edənlərin ümumi, həssas rəhbərliyi altında formalaşır. Erməni və Azərbaycan cəmiyyətlərinin müdrik hissəsinin təsiri müharibə tərəfdarlarının maddi üstünlüyü ilə neytrallaşdırılır.

– 2016-cı ilin aprel hadisələrini xatırlasaq, bu hadisələrin tərəflərə gətirdiyi xeyir və ziyan barədə nə deyə bilərsiniz?

– 2016-cı ilin aprel ayının nəticəsi Ermənistanın ən yüksək hərbi məmurlarının istefası və cəzalandırılması, daha sonra isə Serj Sarkisyanın devrilməsi oldu. Azərbaycanda ölkənin acınacaqlı vəziyyəti dəyişməz qaldı.

– Sizcə, gələcəkdə cəbhə xəttində bu cür kəskinləşmələr olacaqmı?

-Təəssüf ki, tərəflərdə məntiq və şüurun üstün gələcəyi, bunun əlamətləri görünmür. Qarşıdurma yaşayan ölkələrdə “müqəddəs milli məqsədləri” hədəfləyən cazibədar və rəngarəng örtüklər altında ədəbsiz və orta əsr standartlarının bayramı gizlənir. Biz tarixin kandarlarında solmağa məhkumuq, öz zehni geriliyimizlə vəhşi Rusiyanın müştərisi olmaq taleyimizə yazılıb. Kəskinləşmələr mütləq olacaq, özü də Kremlin ciddi göstərişinə uyğun olaraq…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022

Redaktorun seçimi

Dağılmış, donmuş, bitmiş Rusiya

Hipnoz barədə

Polis-dövlət həmrəyliyi və absurdun təntənəsi

Məsud Aşina: “Gələcəyimizi qururuq”

Əmək prosesinin sadələşdirilməsi haqqında

Həqiqət, elm fəlsəfəsi və elmi təfəkkür üzərinə qeydlər

Qaynana obrazı

Qırmızı çibinvuran

Uzun və qısa siyahılar

Milli kimlik

Yeni insan tipləri

Stalin: qısa bioqrafiya

Azərbaycan talışları

Bizdə niyə modern sənət yoxdur?

MOSSAD – uğurlu və uğursuz əməliyyatlar

Maksim və Cavidin Fatih Terim olması

“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilir

Dünyanın xərçəng xəritəsi

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Mətbəx qadınının söz söhbətləri

Milli Şuradan bir Eldəniz keçdi

Kəlbəcərin işğalı (1993)

Məmurlaşmış sənətkar və sənətkarlaşmış məmurlar

“Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır…”

Mühakimə edən mələklər

Eldarın milyonçu qohumları

Tarixin bayağılaşması haqqında

Üç xanəndənin taleyi

Camaat nə deyər?

T. Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?”

Zərdüşt Əlizadə: “Tarixin kandarlarında solmağa məhkumuq”

AzLogos AzLogos
., İntervü
21 İyul 2020

Bildiyiniz kimi, artıq bir həftədən çoxdur ki, Azərbaycan-Ermənistan sərhəddində hərbi əməliyyatlar gedir. Bu günlər ərzində hər iki tərəf itki verdi və hər iki ölkədə daxili vəziyyət ciddi şəkildə kəskinləşdi. Bakıda “Qarabağa azadlıq” tələbi ilə minlərlə adamın iştirak etdiyi yürüş keçirildi, lakin polis etirazçıları dağıda bildi.

Sərhəddə nə üçün qəfildən alov baş qaldırdı? Bunun kimə faydası vardı? Bu məsələdə qonşu ölkələrin rolu nədir? Bu hadisələr Əliyev hakimiyyətinə necə təsir edəcək? AzLogos.eu-nun suallarını politoloq Zərdüşt Əlizadə cavablandırır.

 – Zərdüşt müəllim, sizcə, son vaxtlar Ermənistanla Azərbaycan arasında baş verən hərbi əməliyyatlar nə ilə bağlıdır?

-Bu, iki azsavadlı və dar düşüncəli toplumun ortaq torpaq sahəsi üçün sürəkli, acınacaqlı, faciəli qarşıdurmasının növbəti mərhələsidir. Həm ermənilər, həm də azərbaycanlılar, bu münaqişədən yeganə faydalanan tərəfin Rusiya olduğunu başa düşürlər, lakin milli şüurun darlığı və mifologiyası tərəflərə qarşılıqlı sülhün faydalarını aydın görməyə imkan vermir. Düşünürəm ki, toqquşmanın təşəbbüskarı Ermənistandır, çünki Azərbaycan, şübhəsiz ki, qanuni olaraq Azərbaycana məxsus olan Qarabağdan, hərbi əməliyyatların Ermənistanın şübhəsiz qanuni mənsubiyyət zonasına, yəni düşmənin öz ərazisinə köçürüməsi qəti şəkildə qadağandır. Nikol Paşinyan KTMT-ni münaqişəyə sürükləməyə çalışdı, buna görə də toqquşma Qarabağdan çox uzaq olan Tovuz bölgəsində başladı.

– Cəbhə xəttində vəziyyətin gərginləşməsindən hansı tərəf öz daxili maraqları üçün faydalanır?

– Ermənistan KTMT-yə üzv olan dövlətlərin qarşılıqlı yardım mexanizmlərini işə salmaq üçün münaqişəni Qarabağdakı atəşkəs zonasından çıxarıb Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədinə transformasiya etməyə çalışır. Bundan əlavə, Paşinyan Putinin səbrinin tükəndiyini düşünür, daxili müxalif qüvvələr tərəfindən daim zəiflədiləcəyini, deviriləcəyini gözləyir, Rusiya üçün yeganə təsir vasitəsi kimi qarşıdurmaların olduğunu görür. Buna görə də Ermənistan tədbirli tərpəndi və qarşıdurma nöqtəsini Tovuza köçürdü. Nikol azartlı oyunçu kimi oynadı və rəqiblərini qabaqlayaraq, vaxt qazandı. Putinin qətiyyətliliyi ənənəvi məntiqini üstələməsə, indi o fasilə ala bilər.

– Bu məsələdə Rusiyanın rolu nədən ibarətdir? Bu, Azərbaycan neftinin Avropaya satılması ilə əlaqəli ola bilərmi?

– Rusiyanın rolu həlledici olub və qalır, çünki nə Ermənistanın, nə də Azərbaycanın düzgün tarixi qərarlar qəbul etməyə qadir olan səlahiyyətli hakimiyyəti yoxdur. Dünya balansında Azərbaycan nefti 1% -i keçmir, lakin buna baxmayaraq, qaz məsələsində Rusiya “Qazprom”un bazarlarını qorumağa qısqanclıqla yanaşır. Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi, Pars yatağından qazı Avropadan uzaq tutmaq əzmindən irəli gəlir və Azərbaycanın qaz boru kəmərlərini hədəfə alması da Türkiyədəki qaz bazarını qorumaq məqsədini hədəfləyə bilər.

– Hərbi hadisələr fonunda Bakıdakı mitinqlər çox qəribə görünürdü. Parlament istiqamətində yürüşə qarşı çıxmayan polis vətəndaşlarla çox sakit davransa da, daha sonra gözyaşardıcı qazdan, nümayişçilərə qarşı şiddət tətbiq etdi. Burada təxribat varmı və sizcə kimin tərəfindəndir?

– Azərbaycanın siyasi hakimiyyətinin düşüncəsi arxaikdir. Və 2016-cı ilin aprel ayında paytaxtın mərkəzində döyüş şüarları qışqıran, yeniyetmələr və lümpen “vətənpərvərləri” axışmışdı. O zaman da polis nümayişçilərə mane olmadı. Görünür, Prezident Administrasiyasının müəyyən bir şöbəsi avtomatik öz funksiyasını yerinə yetirdi. Ancaq bəzi ünsürlər polisi təhrik etmək fürsəti hiss etdikdə, polis cinayətkar dəstənin dağıdıcı enerjisinin qarşısını ala biləcəyini göstərdi.

– Ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz – bunun bizim hakimiyyətə bir faydası oldumu, yoxsa əksinə?

– Ölkədə heç nə dəyişmədi. Demək olar ki, heç bir əhəmiyyəti olmadı.

– Qarabağ məsələsi ilə bağlı ictimai rəy necə dəyişir? Bu rəy necə və kim tərəfindən formalaşdırılır?

– İstər Ermənistanda, istərsə də Azərbaycanda ictimai rəy, Moskvadakı kukla idarə edənlərin ümumi, həssas rəhbərliyi altında formalaşır. Erməni və Azərbaycan cəmiyyətlərinin müdrik hissəsinin təsiri müharibə tərəfdarlarının maddi üstünlüyü ilə neytrallaşdırılır.

– 2016-cı ilin aprel hadisələrini xatırlasaq, bu hadisələrin tərəflərə gətirdiyi xeyir və ziyan barədə nə deyə bilərsiniz?

– 2016-cı ilin aprel ayının nəticəsi Ermənistanın ən yüksək hərbi məmurlarının istefası və cəzalandırılması, daha sonra isə Serj Sarkisyanın devrilməsi oldu. Azərbaycanda ölkənin acınacaqlı vəziyyəti dəyişməz qaldı.

– Sizcə, gələcəkdə cəbhə xəttində bu cür kəskinləşmələr olacaqmı?

-Təəssüf ki, tərəflərdə məntiq və şüurun üstün gələcəyi, bunun əlamətləri görünmür. Qarşıdurma yaşayan ölkələrdə “müqəddəs milli məqsədləri” hədəfləyən cazibədar və rəngarəng örtüklər altında ədəbsiz və orta əsr standartlarının bayramı gizlənir. Biz tarixin kandarlarında solmağa məhkumuq, öz zehni geriliyimizlə vəhşi Rusiyanın müştərisi olmaq taleyimizə yazılıb. Kəskinləşmələr mütləq olacaq, özü də Kremlin ciddi göstərişinə uyğun olaraq…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel