Azlogos
  • Qaydalar
  • Kimlər var

Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir? İnsan necə ağıllı ola bilər?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yüzbəyovun mesajları

Günel Mövlud Günel Mövlud
., Kültür, Mövqe
10 İyun 2019

Əgər bir azərbaycanlı Avropada kiməsə desə ki, “mən LGBTİQ fərdlərinə pis baxmıram” güman ki, reaksiya olaraq, heç nə ifadə etməyən üz ifadəsi ilə qarşılaşacaq. Bir az dilli-dilavər olsa həmsöhbəti, “tolerant” həmvətənimizə belə bir sual verəcək uzaqbaşı: “Noolsun? Niyə pis baxmalı idin ki?”

Çünki, LGBTİQ fərdlərinə normal münasibət ancaq bizim kimi toplumlarda kimisə ekstra müasir, ultra sivil, «bomba» tolerant göstərə bilər. Normal toplumlarda isə insanların kiminlə yatmağına, evində və yatağında kimlə nə etməyinə burun soxmamaq bir qayda, həyat tərzi, norveçlilər demiş, oblogatorisk bir şeydir ki, buna onsuz da hamı əməl edir.

Bu misalı ona görə çəkdim ki, Taleh Yüzbəyovun son günlərdə çox müzakirə olunan “Kin” qısa epizodlarının humanist, müasir, belə çooox insani görünməyə hesablanmış, amma müəllifin fərqində belə olmadan seksist, mizogenist, ənənəçi mesajlarla doldurduğu mahiyyətini aydınlaşdırmaqda bizə kömək etsin.

Qısa filmdə ən pis və ən təhlükəli mesajlar qadınla bağlıdır. Film qəhrəmanı ilə seks işçisinin dialoqu belə təhlükəli mesajlarla doludur.

Taleh bəyin filmindəki seks işçisi universitet bitirib. Universitet vaxtı sevdiyi oğlanla sevişib. Sonra bir müddət oğlanla bir yerdə yaşayıb. Sonra oğlan onun “onsuz da daha rahatsan, gedib istədiyinlə yatacaqsan” deyə, guya qısqanıb və ayrılıb. Ayrılandan sonra qız başqa oğlanlarla görüşməyə başlayıb. Barlar və diskotekalar gəzib. Bir də onda ayılıb ki, pulla seks xidməti göstərir.

Bu hekayətin verdiyi mesajlara diqqətlə baxaq:

– Evlənmədən sevgili ilə yatmaq təhlükəlidir. Sonra səni almayacaq (belə bir öhdəlik yoxdur. İnsanlar sevişir, sonra ayrılır, bu normaldır).

– Evlənmədən sevişəndə bakirəlik itmiş olur (bakirəlik qiymətli əşya deyil ki, itsin. Qadının bəkarətindən istədiyi vaxt imtina etmə haqqı var).

– Sevdiyin adamla bir yerdə yaşamaq təhlükəlidir, sonra seks işçiliyinə gedib çıxacaqsan. (Dünyada evlənmədən, vətəndaş nikahında yaşayan yüz minlərlə xoşbəxt cütlük var, bəzən onlar evlənir, bəzən evlənmir, ayrılır, bəzən evlənmədən ömür boyu bir yerdə yaşayır. Normal şərtlərdə vətəndaş nikahının qadının seks işçisi olmasında heç bir rolu ola bilməz. Nəhayət, seks işçiliyində ayıb heç nə yoxdur.)

– Barlara və diskotekalara getmək “əxlaqsız” (!) qadınların vərdişidir və ya bara, diskotekaya gedən qadın sonra seks işçisi olur. (Bakıda bara, diskotekaya gedən onlarla rəfiqəm vardı, aralarında hüquqşünas, iqtisadçı, biznes qadını, QHT sektorunda çalışan, yazar bir sözlə hər peşədə uğurlu olan qadınlar. Bu peşələri ona görə vurğulamıram ki, seks işçiliyi bunlardan hörmətsiz peşədir, fikrim sadəcə gecə əyləncə məkanlarının kontingent müxtəlifliyini göstərməkdir).

Bundan başqa, Talehin özünü bütün film boyu hamıdan ağıllı, hamıdan vicdanlı, hamıdan humanist, hamıdan təəssübkeş pozisiyaya qoyması kifayət qədər narahatedicidir. Bununla yanaşı milli zəmində nifrət (qonşuya “erməni kimi niyə qonşularına düşmən kəsilmisən” deməsi) aşılaması, ona kömək məqsədi ilə gəlmiş iş yoldaşına qarşı təhqiramiz münasibəti, küçədə şiddətə yol verməsi (guya qızı qorumaq üçün ona sataşan oğlanı vurması) da həmçinin.

Hicablı qadının haqlarını qorumaq üçün HR nümayəndələri ilə üz-göz olur, amma seks işçisinin üzünə pul fırladır. Videoda özü “ayrımçılıq etməyin” deyib, özü ayrımçılıq edir.

Təbii ki, film pozitiv və vacib mesajlardan da xali deyil. Məsələn, selektiv abortlarla bağlı, cəmiyyətdə qız uşaqlarına münasibətin pislənməsi, məktəbdə bullinqin necə psixoloji travma olaraq qalması məsələsi işlənib və bunlar kifayət qədər yaxşıdır.

Taleh tənqiddən nəticə çıxaran adamdır, həssas məsələlərə toxunanda, yanlış mesajlar verəndə üzr istəməyi bacarır ya da yaxşı imicmeykeri var və ona yaxşı məsləhətlər verir. Ümid edirəm ki, bu filmlə bağlı da Taleh düşünəcək, hansı zərərli stereotipləri dəstəklədiyini anlayacaq və zamanla bu problemlərə daha yaxından baxmağı öyrənəcək.

Ümumiyyətlə, sosial mesaj verməsinə ehtiyac yoxdur. Özünü buna məcbur hiss etməsə, daha yaxşı olar. Biz ondan yüksək sənət nümunələri gözləyirik, didaktika yox.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022

Redaktorun seçimi

Iphone və kapitalizmin tənqidi

Kitabxanalardan kababxanalara

Xocalı qətliamı haqqında hər şey

Qovluğa girməyən adam

Londonda azərbaycanlı vəkil

Azərbaycan kinosunun Oskar intriqaları

Mərkəzi Bankın yeni binası

Rusiya sevgi istəmir

“Taxt-tac oyunları”-nda seks və feministlər

Goranboy əməliyyatı

Azərbaycanda niyə mesenatlar yoxdur?

Söyüş

Abidələr və Xarabalıqlar

Qadınlar barədə 30 fakt

Azərbaycanlıların Ermənistan və Qarabağa gediş-gəlişi asanlaşa bilər

Obrazların yenilənməsi və qaralama

Qrafika dəyişimi sivilizasion seçim kimi

Küçədə nə işiniz var?

Sebastião Salgado: “Sperma əvəzinə qan gəlirdi”

Beyin ölümü

Qurban və bayram

Ağ və qaranın 50 çaları

Zülfiyyə Qurbanova: “Bizim cəmiyyətdə qadının ən böyük düşməni elə qadındı”

Mələyin uçuş sürətinin ölçülməsi

Venesiya – Abbas Atilay təqdim edir

Şahbaz Xuduoğlu: “Kitabxana yoxdursa, dövlət də yoxdur”

QULAQ sistemi nə idi və SSRİ-də necə işləyirdi

Azərbaycanda futbol “qazancı”

Bütlərin alacaqaranlığı…

Tarixi coğrafiya və bizim tarixçilər

Yüzbəyovun mesajları

Günel Mövlud Günel Mövlud
., Kültür, Mövqe
10 İyun 2019

Əgər bir azərbaycanlı Avropada kiməsə desə ki, “mən LGBTİQ fərdlərinə pis baxmıram” güman ki, reaksiya olaraq, heç nə ifadə etməyən üz ifadəsi ilə qarşılaşacaq. Bir az dilli-dilavər olsa həmsöhbəti, “tolerant” həmvətənimizə belə bir sual verəcək uzaqbaşı: “Noolsun? Niyə pis baxmalı idin ki?”

Çünki, LGBTİQ fərdlərinə normal münasibət ancaq bizim kimi toplumlarda kimisə ekstra müasir, ultra sivil, «bomba» tolerant göstərə bilər. Normal toplumlarda isə insanların kiminlə yatmağına, evində və yatağında kimlə nə etməyinə burun soxmamaq bir qayda, həyat tərzi, norveçlilər demiş, oblogatorisk bir şeydir ki, buna onsuz da hamı əməl edir.

Bu misalı ona görə çəkdim ki, Taleh Yüzbəyovun son günlərdə çox müzakirə olunan “Kin” qısa epizodlarının humanist, müasir, belə çooox insani görünməyə hesablanmış, amma müəllifin fərqində belə olmadan seksist, mizogenist, ənənəçi mesajlarla doldurduğu mahiyyətini aydınlaşdırmaqda bizə kömək etsin.

Qısa filmdə ən pis və ən təhlükəli mesajlar qadınla bağlıdır. Film qəhrəmanı ilə seks işçisinin dialoqu belə təhlükəli mesajlarla doludur.

Taleh bəyin filmindəki seks işçisi universitet bitirib. Universitet vaxtı sevdiyi oğlanla sevişib. Sonra bir müddət oğlanla bir yerdə yaşayıb. Sonra oğlan onun “onsuz da daha rahatsan, gedib istədiyinlə yatacaqsan” deyə, guya qısqanıb və ayrılıb. Ayrılandan sonra qız başqa oğlanlarla görüşməyə başlayıb. Barlar və diskotekalar gəzib. Bir də onda ayılıb ki, pulla seks xidməti göstərir.

Bu hekayətin verdiyi mesajlara diqqətlə baxaq:

– Evlənmədən sevgili ilə yatmaq təhlükəlidir. Sonra səni almayacaq (belə bir öhdəlik yoxdur. İnsanlar sevişir, sonra ayrılır, bu normaldır).

– Evlənmədən sevişəndə bakirəlik itmiş olur (bakirəlik qiymətli əşya deyil ki, itsin. Qadının bəkarətindən istədiyi vaxt imtina etmə haqqı var).

– Sevdiyin adamla bir yerdə yaşamaq təhlükəlidir, sonra seks işçiliyinə gedib çıxacaqsan. (Dünyada evlənmədən, vətəndaş nikahında yaşayan yüz minlərlə xoşbəxt cütlük var, bəzən onlar evlənir, bəzən evlənmir, ayrılır, bəzən evlənmədən ömür boyu bir yerdə yaşayır. Normal şərtlərdə vətəndaş nikahının qadının seks işçisi olmasında heç bir rolu ola bilməz. Nəhayət, seks işçiliyində ayıb heç nə yoxdur.)

– Barlara və diskotekalara getmək “əxlaqsız” (!) qadınların vərdişidir və ya bara, diskotekaya gedən qadın sonra seks işçisi olur. (Bakıda bara, diskotekaya gedən onlarla rəfiqəm vardı, aralarında hüquqşünas, iqtisadçı, biznes qadını, QHT sektorunda çalışan, yazar bir sözlə hər peşədə uğurlu olan qadınlar. Bu peşələri ona görə vurğulamıram ki, seks işçiliyi bunlardan hörmətsiz peşədir, fikrim sadəcə gecə əyləncə məkanlarının kontingent müxtəlifliyini göstərməkdir).

Bundan başqa, Talehin özünü bütün film boyu hamıdan ağıllı, hamıdan vicdanlı, hamıdan humanist, hamıdan təəssübkeş pozisiyaya qoyması kifayət qədər narahatedicidir. Bununla yanaşı milli zəmində nifrət (qonşuya “erməni kimi niyə qonşularına düşmən kəsilmisən” deməsi) aşılaması, ona kömək məqsədi ilə gəlmiş iş yoldaşına qarşı təhqiramiz münasibəti, küçədə şiddətə yol verməsi (guya qızı qorumaq üçün ona sataşan oğlanı vurması) da həmçinin.

Hicablı qadının haqlarını qorumaq üçün HR nümayəndələri ilə üz-göz olur, amma seks işçisinin üzünə pul fırladır. Videoda özü “ayrımçılıq etməyin” deyib, özü ayrımçılıq edir.

Təbii ki, film pozitiv və vacib mesajlardan da xali deyil. Məsələn, selektiv abortlarla bağlı, cəmiyyətdə qız uşaqlarına münasibətin pislənməsi, məktəbdə bullinqin necə psixoloji travma olaraq qalması məsələsi işlənib və bunlar kifayət qədər yaxşıdır.

Taleh tənqiddən nəticə çıxaran adamdır, həssas məsələlərə toxunanda, yanlış mesajlar verəndə üzr istəməyi bacarır ya da yaxşı imicmeykeri var və ona yaxşı məsləhətlər verir. Ümid edirəm ki, bu filmlə bağlı da Taleh düşünəcək, hansı zərərli stereotipləri dəstəklədiyini anlayacaq və zamanla bu problemlərə daha yaxından baxmağı öyrənəcək.

Ümumiyyətlə, sosial mesaj verməsinə ehtiyac yoxdur. Özünü buna məcbur hiss etməsə, daha yaxşı olar. Biz ondan yüksək sənət nümunələri gözləyirik, didaktika yox.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel