Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yumor ictimai problem kimi

Elmir MirzəyevElmir Mirzəyev
Mövqe
01 Mart 2019

Bu bir həqiqətdir ki, bizim toplumda ictimai və hətta şəxsi həyatda baş verən hadisələrə elementar xoş və eyni zamanda ironik münasibət, qarşı tərəfin də bunu gülüşlə qəbulu demək olar ki, mümkünsüzdür. Hansı bir intellekti, iti ağlı, kəsərli yumoru olan individuum olsa da, cəmiyyətin qıcanmış və qaşqabaqlı normaları bunu etməyə şans tanımır.

Cəmiyyətdəki bu boşluğu bayağı və kifayət qədər brutal “gülüş ustaları”, yaxud “yazar”lar doldurmağa çalışır. Keçən əsrin əvvəllərində Üzeyir bəy və Əbdürrəhman bəy Haqverdiyevin (Mirzə Cəlil və Sabirdə yumor deyil, kəsici satira idi) səlis və eyni zamanda incə yumoru hazırda yoxdur. Sovetlərdə mövcud olan siyasi-sosial lətifələr isə ümumiyyətlə mövcud deyil. Cəmiyyətin nəinki yumor kreativliyi, hətta yumoru qiymətləndirmək potensialı sanki tükənib. Bunun nə ilə bağlı olduğunu dəqiq konstatasiya etmək kifayət qədər çətindir, çünki bir çox toplumlarda ən ağır dövrlərdə belə, ən çətin anlarda insanları yumor hissi tərk etməyib.

Bir zamanlar W.Churcill’in “II Dünya Müharibəsi” (“The Second World War”, 1948/54) adlanan memuarlarını oxuyarkən orada maraqlı bir əhvalat diqqətimi çəkdi. Churcill nəql edirdi ki, müharibə sona yetdikdən sonra Gestapo’nun arxivlərinin bir hissəsi qənimət kimi Britaniya xüsusi xidmət orqanlarının əlinə keçir. Churcill də bu sənədlərə baxış keçirmək istəyir və orada almanlara 41-ci ilin bombardımanları zamanı əsir düşmüş bir ingilis pilotunun istintaq materiallarına rastlayır.

İstintaq çox həssas dövrə təsadüf edirmiş. 41-ci ilin baharı zamanı öz yüksəlişində olan III Reich ilə davada bütün müttəfiqlərini itirib, qorxunc tərəf müqabili ilə üzbəüz qalmış Böyük Britaniya ağır vəziyyətdə idi. Faktiki sarsıdıcı məğlubiyyət qarşısında duran, özünü Göring’in yırtıcı Luftwaffe’sinin azğın hücumlarından çox böyük çətinliklə qorumağa çalışan əski İmperiya, son gücünü və məşhur ingilis əzmini toplayıb var qüvvəsi ilə müqavimət göstərirdi. Bu zaman tarixə “İngiltərə uğrunda savaş” kimi yazılmış və aylarla davam edən döyüş silsiləsi, sırf hava qüvvətləri arasında baş verdiyindən, hər iki ölkənin pilotları artıq ağına-bozuna baxmadan rəqibin şəhərlərini, mülki obyektləri belə bombalayırdılar. O zaman radarın hələ kəşf edilməməsi (o bu döyüşün lap sonlarında ingilislər tərəfindən kəşf edildi və bu Britaniyanın duruş gətirməsini mümkün etdi) və zenit qurğuları kifayət qədər inkişaf etmədiyindən şəhər infrastrukturu amasızcasına dağıdılır, mülki əhalinin arasında təlafat isə saysız-hesabsız olurdu. Beləcə, bəşər tarixində misli görünməmiş hava döyüşlərində hər iki tərəfə aid olan, keçmişin german cəngavər ənənələrindən əsər-əlamət qalmamışdı.

Savaşın ismindən göründüyü kimi mübarizə əsasən İngiltərə üzərində baş verdiyindən, ən çox Britaniya tərəfi ağır itkilərə məruz qalsa da, ingilislər cəsarətli əks-hücumlar edərək alman şəhərlərini bombalayır, düşmənə ölümcül zərbələr vururdular. Almaniya hərbi hava qüvvələrinin (Luftwaffe) rəhbəri, III Reich hierarxiyasında Hitler’dən sonra ikinci şəxs olan, führer və xalq qarşısında “Almaniyaya bircə bombanın da düşməyəcəyi” andıni içmiş Göring bu səbəbdən lap hövsələdən çıxır, azğınlaşır. “Lənətə gəlmiş ingilisləri” cəzalandırmaq üçün müharibə zamanı indiyədək görünməmiş addımlar atılır, gecə bombardımanlarında hərbi əhəmiyyət kəsb etməyən bütöv şəhər və qəsəbələr yer üzündən silinirdi. Və bu cür total müharibə faktiki hərbi qarşıdurmanı etnik nifrətə gətirib çıxarırdı. İstintaq materiallarında da bu öz əksini tapmışdı.

Gestapo-nun məhbəsində gedən dialoqu əslində dindirənin soyuq informasiya alma cəhdi deyil, daha çox emosional söhbət kimi təfsir etmək olardı. İstintaqın sonunda pilotu dindirən gestapoçu zabit ondan soruşur, daha doğrusu təhrik edir (dialoq təxminidir): “Siz nədən bizimlə müharibəyə başladınız ki? O polyaklara görəmi? Fransaya görəmi? Dəyərdimi bunu etməyə? Führer ingilislərə çox dərin sayğı duyub hər zaman (bu həqiqət idi – E.M.), bəs bu cənab Churcill bizə niyə belə nifrət edir? Churill niyə belə etdi? Sizi darmadağın edəcəklər, buna əmin olun! Führer sizi məhv edəcək!!!”

Cavab: “Cənab zabit, biz bunları yəqin ki, gələcək seçkilərdə nəzərə alarıq.”

Bu diqqətəlayiq söhbət dəhşətli Gestapo məhbəsində gedirmiş. Cavabda neçə hədəfin dəqiq vurulduğunu şərh etməyə ehtiyac yoxdur. Churcill memuarında bu ismi bilinməyən, həqiqi ingilis xarakterini ən son anda belə saxlaya bilmiş qəhrəmana dərin minnətdarlığını ərz edir və qələbənin məhz belə ruh, əzm sayəsində çalındığını israrlayır.

İndi isə tamam başqa, bizlərə aid olan bir hadisəni nəql edəcəm və hörmətli oxucuların buna da yumorla yanaşmaşını rica edirəm. Məlum olduğu kimi musiqiçilər arasında yumor, satira, rişxənd, “mırt” komponentləri ilə dolu kifayət qədər əcaib söhbətləri manıs tayfası, toyxanaçılar, qısası əsasən “narodniklər” yaradır, belə söhbətlər cəmiyyətdə daima dolaşıb, H.Əliyevin söhbətləri isə lətifə kimi bütün ölkəyə yayılıb.

Demək hardasa 80-ci illərin sonu, təhsil aldığımız zamanlar idi. O dövrün yarıac-yarıtox mühitində dostlar arasında toyxanaçılıq edən bir klarnetçi vardı. O ən azından ayaqda qalmaq üçün, vaxtilə Abşeron mehmanxanası ilə üzbəüzdə yerləşən “manıs bağı”na “toy tutmaq” məqsədilə müntəzəm olaraq baş çəkər, toyxanaçı “ekip” tərkibində tez-tez rayonlara “palatka” toylarında iştiraka gedərdi. Bir səfərindən sonra çox qaşqabaqlı və kefsiz konservatoriyaya gəldi. Nə olduğunu sorduqda, “heç inanmazsuz eee, başımıza nə gəlib, bir tikə çörəyin dərdindən …” kimi uzun uzadı söyləndi.

Əhvalat doğrudan da ilginc olubmuş. Demək hansısa ucqar bir kəndə düyünə gəlmiş manıs dəstəsi alətləri quraşdırır, toy başlanır. Bir-iki zəruri havadan sonra müğənni para yığmaq məqsədilə başlayır bəy tərifinə. Əvvəl bəy, sonra onun atasını göylərə qaldırır. Muğam üstə “Bəyin ağsaqqal atası, kəndimizin babası” kimi təriflər gəlir. Bəyin əmisi bunu görcək tez yaxınlaşıb “xələt” verir və əvəzində təxmini “bəyin qoçaq əmisi, qəhrəmanı, Nəbisi, Koroğlusu, mərd oğlu” və nəsə buna bənzər oxşamalar alır. Bundan sonra bütün qohum-əqrəba işə keçir – xalalar, bibilər, dayılar, nənələrdən tutmuş xalanəvəsi, bibinəvəsinə qədər gedib çıxılır. Bu zaman edilən sifariş və verilən “xələtlərdən” vəcdə gəlmiş müğənni yəqin ki, təxəyyülündə “12 stul” filminin baş qəhrəmanı “Kisa” kimi yığılan pulları hesablamağa çalışır, eyni zamanda eyforiyada bu sifarişçilərə o ki, var tərif döşəyir, qadınları Həcər, Nigar, Tomris, daha nə bilim nələr kimi müqayisələrdə göylərə ucaldır.

Toyda el adətinə görə bəyin bacısı da əlində məcməyi qonaqlara xidmət göstərirmiş. Görünür edilən şıdırğı təriflərə onun da hissləri oyanıb, o üzdən bu xanım camaata qulluq edə-edə ortalıqda meydan sulayan müğənniyə arxa tərəfdən yaxınlaşıb, əlindəki əskinası uzadıb və onun qulağına “bəyin bacısı, bacısı!” pıçıldayıbmış. Uğurlardan cuşa gəlmiş müğənni qardaş da elə anidən, paralel olaraq muğam üstündə oxumağa davam edərək, heç geriyə dönmədən pulu arxadan alıb cibinə soxuşdura-soxuşdura ilk ağlına gələn – “Bəyin gözəl-göyçək, ay parçası, daldan verən bacısı” – deyibmiş ki, həmən məcməyi onun başında partlayır.

Gözlənilməz gedişdən toy dəyir bir-birinə. Bircə anın içində, əslində günahsız müğənni qardaşın yalvarışlarına əhəmiyyət verməyən kənd cahılları onun üstünə hücub edib döyməyə başlayır. Qalxmış mərəkədən digər toyxanaçılar güclə qaçıb canlarını qurtara bilibmişlər. Uzun həngamədən sonra kəndin ağsaqqalları, əyalət yerində yolverilməz xəta buraxmış bəlalı müğənnini heç nədən qızışmış cahılların əlindən alıb gətirir kəndin qırağına sığınmış manıs dəstəsinə. Kənddən “bu saatca rədd olmaları” tələbi də öz yerində. Suyu süzülə-süzülə pərt-pərişan gəlib Bakıya çatıbmışlar…

Gənc vaxtlarımız idi, uğunub getdik bu söhbəti eşidən an, klarnetçi də gülməyə başlayıb, anidən yenə tutuldu – “Ala bizi orda öldürə bilərdilər e, başa düşmürsüz e! Pul da qaldı orda!”

Görünür situasiyanın komizmi, camaata səthi də təsir etməyibmiş.

Hazırki Azərbaycan cəmiyyəti Moliere, Rable, Servantes qəhrəmanlarının canlı prototipləri, Mirzə Cəlil və Sabirin personajları ilə dolu olsa da, bizdə bunlara adekvat yumor yaranmır. Bunun bir izahı toplumda sırf intellektual individlərin potensial azlığı olsa da, bəlkə daha əsası cəmiyyətin tam seqmentar, sosial param-parça olmasındadır. Gülüş üçün hədəfləri bunca fərqlənən ikinci belə bir tərkibcə müxtəlif olan toplum çətin tapıla. Maraqlıdır ki, son illər milli kinematoqrafımızda komediya janrında yaradılmış və diqqəti çəkəcək bircə filmi də örnək gətirmək çətindir, əlbəttə Vaqif Mustafayevin traqikomik üslüblü filmlərini sırf komediya hesab etməsək – “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba” və s.

Fransız filosofu və sosioloqu Henri Bergson yumorun, gülüşün başlıca funksiyasını cəmiyyətin islahı hesab edirdi. İslahın isə bizim toplum üçün necə bir zərurət olduğu aksiomadır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021

Redaktorun seçimi

Ağdərə döyüşləri

Yaxın qonşunun uzaqlığı

Bir sürgünün maraqlı tarixçəsi

Bakının konstruktivizm dövrü memarlığı: XX əsrin 1920-1930-cu illəri

5G haqqında hər şey

Biz – ermənilər, hamını bezdirmişik

Xpert-dən “Limuzin”

“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”

Totalitarizm və Avanqard – XX əsr Avropa incəsənəti prizmasında

Şah İsmayıl Xətainin tarixi missiyası

Kəlbəcər əməliyyatı (1993-1994)

Mauser – Zombie apocalypse (2-ci sezon)

Mənzillərin özəlləşdirilməsi: gözlənilməz problemlər

Qurtuluş, yoxsa faciə?

“Şuşanı vur” məsələsi

Təkə-türkmən elində

Antroposen. İstinad nöqtəsi. Meşələrin dünyası

Qulu Məhərrəmli: “Nə qədər qucaqlanmalı insan var”

Statistikanın yanı

Epidemiyaların ədəbiyyatdakı yeri və gələcəyə dair ehtimallar

Qədimlik yarışı

Qalibiyyətə şübhə edən biçarələr

Demşiza kimdir, kimə deyilir?

Millət və bəşəriyyət

Bir səhvə görə çəkilən xətt

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

QHT-lər və mədəni diplomatiya

Məmələrin azadlığı barədə

Qadın və orqazm

Bizim dövrün dəliləri

Yumor ictimai problem kimi

Elmir MirzəyevElmir Mirzəyev
Mövqe
01 Mart 2019

Bu bir həqiqətdir ki, bizim toplumda ictimai və hətta şəxsi həyatda baş verən hadisələrə elementar xoş və eyni zamanda ironik münasibət, qarşı tərəfin də bunu gülüşlə qəbulu demək olar ki, mümkünsüzdür. Hansı bir intellekti, iti ağlı, kəsərli yumoru olan individuum olsa da, cəmiyyətin qıcanmış və qaşqabaqlı normaları bunu etməyə şans tanımır.

Cəmiyyətdəki bu boşluğu bayağı və kifayət qədər brutal “gülüş ustaları”, yaxud “yazar”lar doldurmağa çalışır. Keçən əsrin əvvəllərində Üzeyir bəy və Əbdürrəhman bəy Haqverdiyevin (Mirzə Cəlil və Sabirdə yumor deyil, kəsici satira idi) səlis və eyni zamanda incə yumoru hazırda yoxdur. Sovetlərdə mövcud olan siyasi-sosial lətifələr isə ümumiyyətlə mövcud deyil. Cəmiyyətin nəinki yumor kreativliyi, hətta yumoru qiymətləndirmək potensialı sanki tükənib. Bunun nə ilə bağlı olduğunu dəqiq konstatasiya etmək kifayət qədər çətindir, çünki bir çox toplumlarda ən ağır dövrlərdə belə, ən çətin anlarda insanları yumor hissi tərk etməyib.

Bir zamanlar W.Churcill’in “II Dünya Müharibəsi” (“The Second World War”, 1948/54) adlanan memuarlarını oxuyarkən orada maraqlı bir əhvalat diqqətimi çəkdi. Churcill nəql edirdi ki, müharibə sona yetdikdən sonra Gestapo’nun arxivlərinin bir hissəsi qənimət kimi Britaniya xüsusi xidmət orqanlarının əlinə keçir. Churcill də bu sənədlərə baxış keçirmək istəyir və orada almanlara 41-ci ilin bombardımanları zamanı əsir düşmüş bir ingilis pilotunun istintaq materiallarına rastlayır.

İstintaq çox həssas dövrə təsadüf edirmiş. 41-ci ilin baharı zamanı öz yüksəlişində olan III Reich ilə davada bütün müttəfiqlərini itirib, qorxunc tərəf müqabili ilə üzbəüz qalmış Böyük Britaniya ağır vəziyyətdə idi. Faktiki sarsıdıcı məğlubiyyət qarşısında duran, özünü Göring’in yırtıcı Luftwaffe’sinin azğın hücumlarından çox böyük çətinliklə qorumağa çalışan əski İmperiya, son gücünü və məşhur ingilis əzmini toplayıb var qüvvəsi ilə müqavimət göstərirdi. Bu zaman tarixə “İngiltərə uğrunda savaş” kimi yazılmış və aylarla davam edən döyüş silsiləsi, sırf hava qüvvətləri arasında baş verdiyindən, hər iki ölkənin pilotları artıq ağına-bozuna baxmadan rəqibin şəhərlərini, mülki obyektləri belə bombalayırdılar. O zaman radarın hələ kəşf edilməməsi (o bu döyüşün lap sonlarında ingilislər tərəfindən kəşf edildi və bu Britaniyanın duruş gətirməsini mümkün etdi) və zenit qurğuları kifayət qədər inkişaf etmədiyindən şəhər infrastrukturu amasızcasına dağıdılır, mülki əhalinin arasında təlafat isə saysız-hesabsız olurdu. Beləcə, bəşər tarixində misli görünməmiş hava döyüşlərində hər iki tərəfə aid olan, keçmişin german cəngavər ənənələrindən əsər-əlamət qalmamışdı.

Savaşın ismindən göründüyü kimi mübarizə əsasən İngiltərə üzərində baş verdiyindən, ən çox Britaniya tərəfi ağır itkilərə məruz qalsa da, ingilislər cəsarətli əks-hücumlar edərək alman şəhərlərini bombalayır, düşmənə ölümcül zərbələr vururdular. Almaniya hərbi hava qüvvələrinin (Luftwaffe) rəhbəri, III Reich hierarxiyasında Hitler’dən sonra ikinci şəxs olan, führer və xalq qarşısında “Almaniyaya bircə bombanın da düşməyəcəyi” andıni içmiş Göring bu səbəbdən lap hövsələdən çıxır, azğınlaşır. “Lənətə gəlmiş ingilisləri” cəzalandırmaq üçün müharibə zamanı indiyədək görünməmiş addımlar atılır, gecə bombardımanlarında hərbi əhəmiyyət kəsb etməyən bütöv şəhər və qəsəbələr yer üzündən silinirdi. Və bu cür total müharibə faktiki hərbi qarşıdurmanı etnik nifrətə gətirib çıxarırdı. İstintaq materiallarında da bu öz əksini tapmışdı.

Gestapo-nun məhbəsində gedən dialoqu əslində dindirənin soyuq informasiya alma cəhdi deyil, daha çox emosional söhbət kimi təfsir etmək olardı. İstintaqın sonunda pilotu dindirən gestapoçu zabit ondan soruşur, daha doğrusu təhrik edir (dialoq təxminidir): “Siz nədən bizimlə müharibəyə başladınız ki? O polyaklara görəmi? Fransaya görəmi? Dəyərdimi bunu etməyə? Führer ingilislərə çox dərin sayğı duyub hər zaman (bu həqiqət idi – E.M.), bəs bu cənab Churcill bizə niyə belə nifrət edir? Churill niyə belə etdi? Sizi darmadağın edəcəklər, buna əmin olun! Führer sizi məhv edəcək!!!”

Cavab: “Cənab zabit, biz bunları yəqin ki, gələcək seçkilərdə nəzərə alarıq.”

Bu diqqətəlayiq söhbət dəhşətli Gestapo məhbəsində gedirmiş. Cavabda neçə hədəfin dəqiq vurulduğunu şərh etməyə ehtiyac yoxdur. Churcill memuarında bu ismi bilinməyən, həqiqi ingilis xarakterini ən son anda belə saxlaya bilmiş qəhrəmana dərin minnətdarlığını ərz edir və qələbənin məhz belə ruh, əzm sayəsində çalındığını israrlayır.

İndi isə tamam başqa, bizlərə aid olan bir hadisəni nəql edəcəm və hörmətli oxucuların buna da yumorla yanaşmaşını rica edirəm. Məlum olduğu kimi musiqiçilər arasında yumor, satira, rişxənd, “mırt” komponentləri ilə dolu kifayət qədər əcaib söhbətləri manıs tayfası, toyxanaçılar, qısası əsasən “narodniklər” yaradır, belə söhbətlər cəmiyyətdə daima dolaşıb, H.Əliyevin söhbətləri isə lətifə kimi bütün ölkəyə yayılıb.

Demək hardasa 80-ci illərin sonu, təhsil aldığımız zamanlar idi. O dövrün yarıac-yarıtox mühitində dostlar arasında toyxanaçılıq edən bir klarnetçi vardı. O ən azından ayaqda qalmaq üçün, vaxtilə Abşeron mehmanxanası ilə üzbəüzdə yerləşən “manıs bağı”na “toy tutmaq” məqsədilə müntəzəm olaraq baş çəkər, toyxanaçı “ekip” tərkibində tez-tez rayonlara “palatka” toylarında iştiraka gedərdi. Bir səfərindən sonra çox qaşqabaqlı və kefsiz konservatoriyaya gəldi. Nə olduğunu sorduqda, “heç inanmazsuz eee, başımıza nə gəlib, bir tikə çörəyin dərdindən …” kimi uzun uzadı söyləndi.

Əhvalat doğrudan da ilginc olubmuş. Demək hansısa ucqar bir kəndə düyünə gəlmiş manıs dəstəsi alətləri quraşdırır, toy başlanır. Bir-iki zəruri havadan sonra müğənni para yığmaq məqsədilə başlayır bəy tərifinə. Əvvəl bəy, sonra onun atasını göylərə qaldırır. Muğam üstə “Bəyin ağsaqqal atası, kəndimizin babası” kimi təriflər gəlir. Bəyin əmisi bunu görcək tez yaxınlaşıb “xələt” verir və əvəzində təxmini “bəyin qoçaq əmisi, qəhrəmanı, Nəbisi, Koroğlusu, mərd oğlu” və nəsə buna bənzər oxşamalar alır. Bundan sonra bütün qohum-əqrəba işə keçir – xalalar, bibilər, dayılar, nənələrdən tutmuş xalanəvəsi, bibinəvəsinə qədər gedib çıxılır. Bu zaman edilən sifariş və verilən “xələtlərdən” vəcdə gəlmiş müğənni yəqin ki, təxəyyülündə “12 stul” filminin baş qəhrəmanı “Kisa” kimi yığılan pulları hesablamağa çalışır, eyni zamanda eyforiyada bu sifarişçilərə o ki, var tərif döşəyir, qadınları Həcər, Nigar, Tomris, daha nə bilim nələr kimi müqayisələrdə göylərə ucaldır.

Toyda el adətinə görə bəyin bacısı da əlində məcməyi qonaqlara xidmət göstərirmiş. Görünür edilən şıdırğı təriflərə onun da hissləri oyanıb, o üzdən bu xanım camaata qulluq edə-edə ortalıqda meydan sulayan müğənniyə arxa tərəfdən yaxınlaşıb, əlindəki əskinası uzadıb və onun qulağına “bəyin bacısı, bacısı!” pıçıldayıbmış. Uğurlardan cuşa gəlmiş müğənni qardaş da elə anidən, paralel olaraq muğam üstündə oxumağa davam edərək, heç geriyə dönmədən pulu arxadan alıb cibinə soxuşdura-soxuşdura ilk ağlına gələn – “Bəyin gözəl-göyçək, ay parçası, daldan verən bacısı” – deyibmiş ki, həmən məcməyi onun başında partlayır.

Gözlənilməz gedişdən toy dəyir bir-birinə. Bircə anın içində, əslində günahsız müğənni qardaşın yalvarışlarına əhəmiyyət verməyən kənd cahılları onun üstünə hücub edib döyməyə başlayır. Qalxmış mərəkədən digər toyxanaçılar güclə qaçıb canlarını qurtara bilibmişlər. Uzun həngamədən sonra kəndin ağsaqqalları, əyalət yerində yolverilməz xəta buraxmış bəlalı müğənnini heç nədən qızışmış cahılların əlindən alıb gətirir kəndin qırağına sığınmış manıs dəstəsinə. Kənddən “bu saatca rədd olmaları” tələbi də öz yerində. Suyu süzülə-süzülə pərt-pərişan gəlib Bakıya çatıbmışlar…

Gənc vaxtlarımız idi, uğunub getdik bu söhbəti eşidən an, klarnetçi də gülməyə başlayıb, anidən yenə tutuldu – “Ala bizi orda öldürə bilərdilər e, başa düşmürsüz e! Pul da qaldı orda!”

Görünür situasiyanın komizmi, camaata səthi də təsir etməyibmiş.

Hazırki Azərbaycan cəmiyyəti Moliere, Rable, Servantes qəhrəmanlarının canlı prototipləri, Mirzə Cəlil və Sabirin personajları ilə dolu olsa da, bizdə bunlara adekvat yumor yaranmır. Bunun bir izahı toplumda sırf intellektual individlərin potensial azlığı olsa da, bəlkə daha əsası cəmiyyətin tam seqmentar, sosial param-parça olmasındadır. Gülüş üçün hədəfləri bunca fərqlənən ikinci belə bir tərkibcə müxtəlif olan toplum çətin tapıla. Maraqlıdır ki, son illər milli kinematoqrafımızda komediya janrında yaradılmış və diqqəti çəkəcək bircə filmi də örnək gətirmək çətindir, əlbəttə Vaqif Mustafayevin traqikomik üslüblü filmlərini sırf komediya hesab etməsək – “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba” və s.

Fransız filosofu və sosioloqu Henri Bergson yumorun, gülüşün başlıca funksiyasını cəmiyyətin islahı hesab edirdi. İslahın isə bizim toplum üçün necə bir zərurət olduğu aksiomadır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel