Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Yol ayırıcında Azərbaycan

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
22 Fevral 2021
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Hazırda dünya dərin bir böhran içindədir – təfərrüatlara varmağa ehtiyac yoxdur, hamıya bəlli olan faktdır. Pandemiyanın gətirdiyi böyük fəsadlardan başqa, krizis istər siyasi, istər maliyyə, istər sosial, istərsə də humanitar sferalara artıq çox dərindən nüfuz edib.

Dünya restart olunur – bunu görməmək mümkün deyil.

Azərbaycanda da dərin bir böhran mövcuddur, bunun önəmli xarici səbəbləri olduğu kimi, daxili səbəbləri də kifayət qədər güclüdür. Çünki nəticəsindən asılı olmayaraq istənilən cəmiyyət müharibədən sonra dəyişilir – fikrin özü paradoksal və absurd səslənsə də, təəssüf ki, müharibə bəşər tarixinin mahiyyətini təşkil edir, bu barədə “Totalitarizm və Avanqard” essesində ətraflı bəhs edilib.

Dünya tarixindən buna istənilən qədər misal gətirilə bilər. Uzağa getməyib, 200 ilə yaxın ortaq keçmişimizin olduğu rus imperiyasının tarixinə göz ataq: XIX əsrin əvvəlində Napoleona qalib gələn, Parisə kimi gedib çıxan rus ordusu geriyə dönür və üstündən 10 il keçdikdən sonra, 1825-ci ilin dekabrında, Peterburqun baş meydanında çara qarşı qiyama qalxır. Qiyam yatırılsa da, dekabristlər hərəkatı nəticədə imperiyadakı bir çox reformalara impuls verir.

Stalin dönəmində də eyni proses yaşanmışdı: 1945-də Berlinə gedib çxımış sovet ordusunun geri dönməsinin üstündən bir il keçməmiş, SSRİ-də repressiyalar yenidən vüsət alır, 1948-52-ci illər arası apogeyinə çatır, yalnız müstəbidin ölümü ilə bitir və son nəticə kimi (Xruşşovun) “Mülayimləşmə” erası (adı İlya Erenburqun 1954-cü ildə qələmə alınmış eyniadlı romanından götürülmüş «Оттепель» dövrü – 1954-64-cü illər) başlanır. Rus tarixində rus-yapon müharibəsi (1904-05) və I Dünya Müharibəsinin nəticəsində inqilabların baş verməsi də hamıya məlumdur.

Yeri gəlmiş, keçən həftə Rusiyada rejissor Konstantin Boqomolovun “Avropanın Oğurlanması 2.0” manifestinin mətni qızğın müzakirələrə səbəb oldu. Rejissor bu manifestində Avropanın dərin etik böhran içində olduğunu (“etnik Rech”ın “etik Rech”la əvəz edilməsi metaforasında) bildirmiş və Rusiyanın daha Qərbin dəyərlərinə orientasiya etməsinin anlamı qalmadığını iddia etmişdi, çünki onun fikrincə “Rusiya hazırda özünü Bosch-un cəhənnəminə şütüyən dəli bir qatarın quyruğundakı vaqona pərçimləyib”.

Bogomolov deyir ki, indi əgər Qərbdə hər hansı bir insanın davranışı “queer aktivistlər, fem-fanatiklər və ekopsixopatların” basqısı altında müəyyən edilmiş “etik standartlar”a cavab vermirsə, o zaman həmin adama hökmən təcavüz ediləcək: ən azından işindən rahatca qovulmaqla karyerası məhv olacaq, bundan başqa ictimai sferada da toplumdan xaric ediləcək, üzərinə də tabu qoyulacaq. Qərbdə baş verən proseslər bunu göstərir. Boqomolovun Manifestinin başlıca mesajı, hazırda keçmiş tarixindəki dəhşətlərdən (kolonializm, irqçilik, nasizm və s.) qorxan Qərbin sivilizasiya və mədəniyyətin başlıca məhvəri olan “mürəkkəb insan”dan çəkinərək, fərdin şəxsiyyətinin basqısı və kastrasiyasının yeni bir formasını icad etdiyi iddiasıdır. “Ənənəvi totalitar rejimlər düşüncə, fikir azadlığını boğurdu. Yeni qeyri-ənənəvi totalitarizm daha da irəli gedib duyğuları, emosiyaları idarə etmək istəyir.”

Manifest xüsusilə xarici işlər naziri Sergey Lavrovun “Rusiya Avropa ilə əlaqələri kəsməyə hazırdır” qalmaqallı bəyanatı fonunda ictimaiyyətdə, xüsusən sosial şəbəkə istifadəçiləri arasında total mübahisələrə səbəb oldu. Boqomolovu cavablayanlar arasında məşhur yazıçı Viktor Yerofeyev və filosof Kirill Martınov da vardı, amma səmimi desək onların arqumentasiyaları (“Sən Putin rejimindən danış!” səviyyəsində) kifayət qədər zəif oldu. Rusiyanın daxili problemləri dünyada baş verən sivilizasion kolliziyaların hər hansı bir ictimai müzakirəsini belə mümkünsüz edir. Azərbaycanda da mənzərə aşağı-yuxarı eynidir.

Bunlar əlbəttə ki, nəzəri söhbətlərdir, lakin detallar və təfərrüatlara dərindən girilməsə, nə “Çikaqo məktəbi” üslubundakı radikal libertarizm, nə də Dugin yönündəki “Avrasiyaçılıq” (bu iki əks qütb arasında əlbəttə ki, böyük bir spektri əhatə edən bir çox modellər var) az qala bütün postsovet ölkələrini sarmış dərin hakimiyyət böhranından çıxış yolu deyil.

Azərbaycanda isə hazırda Köhnə və Yeni arasında çox dərin bir kontrast, qarşıdurma yaranıb, müharibədən sonrakı dövrdə həyatın təşkili və idarəetmənin daha öncələr olduğu kimi davamının mümkünsüz olması fikri artıq düşünən hər bir kəsə bəllidir. Hakim dairələrdə elitalar arası krizis özünü yalnız sırf bioloji yaş, nəsil dəyişməsi formatında göstərmir, qarşıdurma eyni zamanda bu iqtidar piramidasında uzun illər bərqərar olmuş əski traybolist sistem ilə son dövrlər böhrandan mümkün çıxış yolu kimi ölkə idarəetməsində tətbiqini tapmış meritokratik prinsip arasında gedir. Bu proseslər müharibədən xeyli əvvəl, bəlkə 2016-nın aprel döyüşlərindən sonra yaranmış kritik məqamdan sonra başlamışdı. Hazırda tamamilə aydındır ki, hakim piramidanın özülündə çox dərin çatlar mövcuddur və onlar lap zirvəyədək uzanır.

Son dövrdə baş verənlər onu göstərir ki, məsələ ayrı-ayrı iri çaplı, kreslolarında illərlə kök-köməc atmış məmurların işdən kənarlaşdırılması, hətta zırpı fiqurların səs-küylü həbslərilə də məhdudlaşmayacaq, burada söhbət dərin sistem dəyişikliyindən gedir. Son zamanlar deyilənlər və baş verənlərə kiçik diqqət bu nəticələrə gətirir.

Misal üçün, gedişatdan belə görünür ki, əhalinin gözündə tamamilə etibardan düşmüş və çirkaba bulaşmış müxtəlif rayon icra başçılarının həbsləri ilə vəziyyət düzələn deyil, İcra Hakimiyyəti institutunun özü ləğv olunamalıdır, bölgə idarəçiliyində başqa formalara (o cümlədən seçkili valiliklər və s.) keçid edilə bilər, bəzi nazirlikləri də eyni tale gözləyə bilər, necə ki, günlər öncə bir neçə dövlət şirkəti (AZAL, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni – sonuncu ümumiyyətlə özəlləşdirilə bilər) Azərbaycan İnvestisiya Holdinqinə birləşdirildi.

Mikayıl Cabbarovun son zamankı açıqlamaları isə – “kiçik və orta sahibkarlığın əli-qolu açılmalıdır”, “kölgə iqtisadiyyatı ilə mübarizə aparılmalıdır” kimi, hətta dövlət şirkətlərində səmərəsiz idarəetmə barədə, hesabatların şəffaf olmaması, tenderlərin qaranlıq aparılması, yaramaz idarəetmənin dəyişməsi gərəkliyi, nəhayət monopoliyaların iqtisadiyyata zərər vurması və aradan qaldırılması zərurəti – iqtisadiyyat nazirinə yox, daha çox müxalifət liderinə yaraşardı.

Başqa nazirlər də bu tipli gurultulu açıqlamalar verməkdədirlər ki, bu da heç bir zaman Azərbaycanda müşahidə edilməmişdi. Bu gedişatla hətta yeni parlament seçkiləri olacağını belə tam istisna etmək olmaz – kimsə üçün sirr deyil ki, keçən parlament seçkilərində “köhnə qvardiya” mövqelərini əldən vermədi.

Bütün bunlar artıq “palaz altında döyüşlər”də yox, açıq media məkanında edilir, gözlə görüləcək optikaya gətirilib və hamıya da aydın olmalıdır ki, hazırda xarici və daxili faktorların təsiri nəticəsində ölkənin tarixi inkişafında bir “haça yolayrıcına” gəlib çıxmışıq – bu, əslində fövqəladə vəziyyətdir. Bu situasiya gözlənilməz istiqamətdə inkişaf edə bilər, hadisələr bunu göstərir.

44 günlük qalibiyyətli savaş xalqa ruh və özgüvən gətirdi, böyük çevrələrdə vətəndaşlıq hissini yenilədi, ən başlıcası, bu tarixi qələbə cəmiyyətimizdə aparıcı qüvvənin yeni nəsillərin olacağını dolğunluğu ilə hər kəsə çatdırdı. Yeni nəsil isə əski dövlət mexanizmləri və əvvəlki idarəetmə ilə həyata davam edə bilməz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör