Azlogos
  • Kimlər var
  • Bizi tanı

Peçat sözdən sonra qışqıranlar Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb? Sağır nun - fağır nun Data jurnalistikası Azərbaycanlı oxucunun şüur defisiti
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yazmaq istəmədiyim yazı

Seymur BaycanSeymur Baycan
., Mövqe
26 Oktyabr 2020

Hər yuvaya əlini salma, birində siçan var, birində ilan.

Atalar məsəli

Azı on beş adam Elmir Mirzəyevin məlum müsahibəsinin linkini mənə tərəf ataraq aşağı-yuxarı, təxminən eyni sulları veriblər: Bu adama nə olub? Niyə belə edir? Nə baş verir?

Hal-hazırda bu suallara rasional cavabım yoxdu. Mən özüm də iki gündür bu suallara elə hey, dayanmadan cavab axtarmaqdayam. Elmirin bir gün elə müsahibə verəcəyinin əlamətləri görünürdü, amma etiraf edim ki, ondan bu dərəcədə sərt dönüş, belə “yüksək dərəcəli performans” gözləmirdim. Elmirin bu dərəcədə özünü buraxacağı, bu dərəcədə özünü biabir edəcəyi mənim üçün gözlənilməz oldu.

Onun müsahibəsini oxuyanda qorxdum. Canımı vahimə bürüdü. Qorxdum ki, hansısa səbəbin, səbəblərin nəticəsində günlərin bir günü mən də o vəziyyətə düşə bilərəm. Bu lənətə gəlmiş fani və mənasız həyatda heç kim, heç nədən sığortalanmayıb. Bircə ölüb bir ovuc torpağa, külə çevrilsəydik canımız bu mənasız iztirablardan qurtarardı. Mən elə bilirdim yaşıma görə çox şey görmüşəm. Müharibə, 90–cı illərin Rusiyasını, 90–cı illərin Şimalı Qafqazını, vağzallar, qatarlar, minlərlə məclislər, ayrılıqlar, ölümlər və sairə və ilaxır. Elə bilirdim çox şey bilirəm. Kənar şəxslərdən bu istiqamətdə, bu məzmunda daima təriflər eşitməyim də görünür məni xeyli dərəcədə aldadıb. Tərif çox axmaq şeydir. Demə hər şey illüziya imiş. Demə heç nə görməmişəm. Demə heç nə bilmirmişəm. Demə hələ tragikomediya, görəcəyim günlər qabaqda imiş…

Hər kəsə məlumdur ki, ölüm ağır imtahandır. O dünyanın olmadığını, günlərin bir günü ölub əlli-ayaqlı yoxa çıxmağı qəbul etmək, bu ağır, həm də bayağı həqiqətin gözünə dik baxmaq hər adamın işi deyil. Bunun üçün adamda yekə bir “ruh” olmalıdır. İnsanların böyük əksəriyyəti bilərəkdən və ya bilməyərəkdən o dünyanın olmaması həqiqətinə qarşı öz səviyyələrinə uyğun formada mübarizə aparırlar. O dünyanın olmaması adlı bayağı həqiqətin törətdiyi qorxunun nəticəsində insanlar özlərini dini məzmunlu əfsanələrə, nağıllara inandırırlar. İnsan bir gün ölüb tamam yoxa çıxmaq qorxusu qarşısında özündən sonra yaşayacaq bir şey, nişanə qoyub getmək istəyir. Övladlarına ölmüş atasının, anasının adını qoyur ki, o öləndə övladları da öz növbəsində öz övladlarına onun adın qoysunlar. Atasının, anasının qəbri üstündə yekə bir məqbərə tikdirir ki, o da öləndə onun qəbri üstündə yekə bir məqbərə tiksinlər. Əlbəttə, bütün bunlar çox gülməlidir. Hətta yox olmaq, əlli–ayaqlı itmək qorxusunun qarşısında adını qayalıqlara, tualet divarlarına yazan adamlar da var.

Qatı ateist bir insanın söykəndiyi dayaqlar, illərlə söykəndiyi fikirlər ölüm adlı imtahanın qarşısında asanlıqla sarsıla bilər. Məsələn, gözəl yazıçımız Çingiz Hüseynovun illərlə söykəndiyi dayaqlar, fikirlər ölüm adlı imtahanın qarşısında tam sarsılıb. Axundovun həyatından bəhs edən, “Fəthəli fəthi” adlı möhtəşəm roman yazmış (yeri gəlmişkən, oxumayanlara bu gözəl romanı oxumağı tövsiyə edirəm) Çingiz müəllim ölüm adlı imtahanın qarşısında sarsılaraq əməlli-başlı mollaya çevrilib. Çingiz müəllim uzun illər inandığı, təlqin və təbliğ etdiyi fikirlərdən imtina edərək əsl molla kimi danışmaqdadır. Özünün mollaya çevrilməyi bəs deyilmiş kimi, haqqında gözəl, həqiqətən möhtəşəm roman yazdığı Axundovu da mollaya çevirmək istəyir. Zorla Axundovun boynuna qoymaq istəyir ki, yox e, sən molla olmusan. Bu mövzuda Çingiz müəllimə açıq məktub yazmışam. Axundov bütün dinləri puç və əfsanə hesab edirdi. Çingiz müəllim isə son neçə ildə iddia edir ki, Axundov Allaha inanırdı. Çingiz müəllim ölüm qorxusu qarşısında prinsiplərindən imtina edibsə, bu, onun öz işidir. Alqışlamırıq, amma başa düşürük. Anlayışla qarşılayırıq. Həyatdır, bir–birimizi birtəhər yola verməliyik. Bəs yaxşı, Çingiz müəllim Axundovdan nə istəyir? Nə verib Axundova indi ala bilmir? Niyə Axundovu rahat buraxmaq istəmir? Hər şey bir tərəfə, bir yazıçının öz qəhramanına qarşı belə ədalətsiz mövqe tutması, ona açıq-aşkar şər atması, onu oz tövbələrinə alət, vasitə etməsi nə dərəcədə məqbuldur? Axundovun dinə qarşı açıq mövqeyi ortadadır. O, din haqqında elə fikirlər, elə cümlələr yazıb ki, mən o fikirləri, o cümlələri öz tərəfimdən tirajlamağa qorxuram. İlan vuran ala çatıdan qorxar. Bir dəfə Axundovun din haqqında bir fikrindən yazımda istifadə etmişdim. Buna görə başım xeyli ağrıdı. Bu fikrin mənim şəxsi fikrim olmadığını, Axundovun fikri olduğunu camaata izah etmək üçün xeyli əziyyət çəkməli oldum. Çingiz müəllim isə neçə ildir deyir və yazır ki, Axundov molla olub.

Əziz Nesin ölümün nəcə ağır imtahan olduğunu dəqiq bilirdi. Ona görə də özünü əvvəlcədən sığortalayaraq demişdi: “Əgər nə vaxtsa dilimə Allah kəlməsi gəlsə, bilin ki, artıq ağlım başımda deyil” İndi Əziz Nesinin sözü olmasın, nə vaxtsa, hansısa səbəblər nəticəsində (fiziki işgəncə istisna olunmaqla) Elmirin müsahibəsi tərzində bir müsahibə versəm, onun müsahibədə səsləndirdiyi cümlələri yazımda işlətsəm, bilin ki, hər şeydən əvvəl mən bir insan kimi artıq bitmiş insanam. Dostlarımdan da acizanə təvəqqem budur ki, nə vaxtsa Elmirin müsahibəsi tərzində müsahibə versəm, onun müsahibədə səsləndirdiyi cümlələləri yazımda işlətsəm, keçmiş münasibətimizdən utanmasınlar, heç nəyi, kəsdiyimiz duz-çörəyi nəzərə almasınlar, ünvanıma ən ağır, ən təhqiramiz sözləri yazsınlar. Daha bir acizanə təveqqem var. Nə vaxtsa Elmirin müsahibəsi tərzində müsahibə versəm, onun müsahibədə səsləndirdiyi cümlələri yazımda işlətsəm, min bir əziyyətlə, bir qarnı ac, bir qarnı tox, şəraitsiz kirayə evlərdə yazdığım kitabların vərəqlərini dostlarım tərəddüd etmədən, bir qram da ağrı, vicdan əzabı çəkmədən tualet kağızı kimi istifadə etsinlər.

Bu yazını yazmaq mənim üçün ağırdır. İyirmi ildir yazı yazıram. Bəlkə də əlimə qələm aldığım vaxtdan üzü bəri heç bir yazını belə ağır ovqatda yazmamışam. Elmirlə uzun illər münasibətimiz olub. Tonlarla çörək kəsmişik, tonlarla araq içmişik. Bir-birimizin uğurlarına sevinmişik, bir-birimizin çətin günlərində kədərlənmişik. Ağır, çətin günlərdə bir-birimizə mənəvi dayaq olmuşuq. Elmir ölkənin ən intellektual adamlarından biridir. Onunla müxtəlif tədbirlərdə, konfranslarda iştirak etmişəm. Səfərlərdə olmuşam. Elmirin rəsmi və qeyri-rəsmi atmosferlərdə gözəl çıxışlarını dinləyəndə, yaxşı alınmış yazılarını oxuyanda bir dost kimi ürəyimə su səpilib, belə bir intellektual adamla yaxın dost olduğuma görə qürur hissi keçirmişəm. Aramızda yaş fərqi az olsa da hətta ən qeyri-rəsmi atmosferlərdə, hətta bir yerdə getdiyimiz “şuluq yerlərdə” belə ona Elmir müəllim, Maestro, Elmir bəy deyərək müraciət etmişəm. Onu da qeyd edim ki, insanın üzünə çox nadir hallarda “sən mənim dostumsan” sözünü deyirəm. Bunu deməyə ehtiyac görmürəm. Prosesləri həmişə öz axarına buraxıram. Düşünürəm ki, insana dostum deməyə ehtiyac yoxdur. O özü sənin ona hansı ali hisslər bəslədiyini müəyyən etməlidir. İnsanı süni şəkildə sınağa, imtahana çəkib onun həqiqi dost olub, həqiqi dost olmadığını yoxlamağı da düşüklük, səydəşlik hesab edirəm. Belə oyunlar yeniyetmələr üçündür. Ümumiyyətlə, hesab edirəm ki, dostluq bir sənət növüdür. Hər sənətin ustaları və naşıları olduğu kimi dostluq sənətinin də ustaları və naşıları olur. Elmirin müsahibəsini oxuyanda nə qədər dilxor olsam da ona heç nə yazmadım. Yazmaqda məna görmədim. İnsan özünü bu dərəcədə buraxıbsa, özünə hörmət hissini itiribsə, deməli ona nəsə deməyin, nəsə izah etməyin, heç bir mənası yoxdur. İnsan ozünü o dərəcədə buraxıbsa, deməli artıq özünü nələrəsə inandırıb, özünü bloklayıb. Qaf dağını iynə ilə deşmək indi Elmirə nəsə izah, şərh etməkdən daha asandır. Sadəcə, müsahibəni oxuyanda dərin məyusluq hissi keçirdim. Özü bilər. Uşaq, yeniyetmə deyil. Yaşlı, savadlı, kifayət qədər həyat təcrübəsi olan adamdır. Durub ona ağıl verəsi deyiləm. Mənim özümə ağıl verən adam lazımdır. Heç kim də heç kimə görə cavabdeh deyil.

Emin Milli özün buraxanda bir nəfər dəqiq söz işlətmişdi: “Görəsən adamlar niyə özlərinə hörmət etməyi bacarmırlar?”

Böyük Fransız mütəfəkkiri Monteskyo yazırdı ki, şöhrətpərəstlik hissi insanın ən ibtidai hisslərindən biridir. Belə çıxır ki, Elmirdə heç şöhrətpərəstlik hissi də yox imiş. Çünki şöhrətpərəst insan özünü o dərəcədə buraxmaz. Şəxsən mən öz cıqqılı, dar cığırımda özümə göstərdiyim hörmətə, şöhrətpərəstlik hissimə, yerə-göyə sığmayan eqoma görə iməkləməkdəyəm. Başqalarının aqibəti məni maraqlandırmır. Düzdür, arada yazılarımda bəşəriyyətin, insanlığın taleyindən zaddan qaxlılar demişkən nələrsə “küləkləyirəm”, yəni haqq-hesaba basıram, amma bütün o tipli yazılar oyun çıxarmaqdan, publikaya oynamaqdan savayı bir şey deyil. Necə deyərlər, aldanma şair sözünə, əlbət yalandır. Allah varsa sabah yerin üstü altına çevrilsin, daş daş üstündə qalmasın, heç vecimə də deyil. İtin dişi, donuzun dərisi, qoy çəkişdirsin, məndən nə gedir? Xülaseyi-kəlam, bütün fəaliyyətim, maddi çətinliklər içində canım üzülsə də, bütün sağlamlığım sıradan çıxsa da kimlərəsə yaltaqlanmamağım, sırf şöhrətpərəstlik hissinin, eqomun nəticəsidir.

Yazının lap əvvəlində vurğuladığım kimi hal-hazırda “bu adama nə olub? ”, “niyə belə edir?”, “nə baş verir?” suallarına heç bir rasional cavabım, şərhim, izahım yoxdur. Ağlıma ancaq bir versiya gəlir. Bu adamda ciddi psixoloji pozğunluq yaranıbdır. İnsanda psixoloji pozğunluğun yaranması faciə deyil. Həyatdır, hər şey ola bilər. Mənim özümdə də ciddi psixoloji pozğunluq yaranıb. Özü də lap çoxdan. Dostlar-tanışlar bunu yaxşı bilirlər. Sağ olsunlar, bunu anlayışla qarşılayırlar, axmaqlıqlarıma, hər cür səyliyimə tolerant münasibət göstərirlər. Fürsətdən istifadə edib hər birinə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Allah onlardan həm bu dünyada, həm də o dünyada razı olsun! Onu da deyim ki, mənim psixoloji pozğunluğum Elmirin psixoloji pozğunluğunu təpiyin altına salıb, necə lazımdır döyər. Mənim psixoloji pozğunluğum Elmirin psixoloji pozğunluğunun ağzının-burnunun qanını bir-birinə qatar. Lakin hər bir məsələdə olduğu kimi bu psixoloji pozğunluq məsələsində də incə nüanslar vardır. Düşünürəm ki, insanın həyatında nə baş versə də, məişət müstəvisində nə qədər çətinliklərlə üzləşsə də, bu, onun ictimai-siyasi məzmunlu fikirlərinin sağlamlığına mənfi təsir göstərməli deyil . İnsanın həyatında nə baş versə də, bu onun ictimai-siyasi məzmunlu fikirlərinin xəstələnməsinə səbəb olmamalıdır. Bu barədə “Dəli olmağın iki vacib şərti” adlı yazımda daha ətraflı oxuya bilərsiniz.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-02-24 um 19.39.55
.

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

23 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021

Redaktorun seçimi

İqitdar-xalq-müxalifət – eşq üçbucağı

Qar – Abbas Atilayın təqdimatında

Eşq olsun seçkilərə!

Seymur Baycanın kitabı nəşr olunub

ONA.az, DİN və seqreqasiyaya dair

“Hərb və Sülh”ün ekrana gəlişi

Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır

Ziddiyyətlər ölkəsi

ABŞ – Vüqar Bəhmənzadənin obyektivində

Oğru “demokratlar”

Qatil niyə gec tapıldı?

“Yeni sadəlik” bəstəkarı: Gia Kançeli

Genlərlə ötürülən 5 xüsusiyyət

Mal və şöhrət hərisliyi barədə psevdosöhbət

Ermənini axıra qədər qovmaq

Kütlə təqibçilərinin aqibəti

Bakı. Hökumət evi. Tarix və miras.

Cəsarətli olmaq haqqında

Qafqazlı qadın – ər evinin köləsi

ABŞ Donanması UFO videolarını təsdiqlədi

Müqəddəs Luis gəmisi xilas etmədi

Kərimlinin məkrli gülü

Əsir və girov götürülmüşlər

Azərbaycanlıların şəxsi məlumatları

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

Sosial şəbəkələr tərəfdirmi?

Üçüncü Reyxdə Seks

Əl çirki, yoxsa rüşvət və borc bataqlığı?

Allahsız kosmos

Həqiqəti bulandıran miflər, müharibədə ermənilərin məğlubiyyətinə səbəb oldu

FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel