Azlogos
  • Kimlər var
  • Bizi tanı

İŞİD-in doğuşu Mənasızlıqda məna yaratmaq Azərbaycanın elektromobil perspektivləri Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yaxşı tanımadığımız evimiz

Məryəm İsmayılova Məryəm İsmayılova
., Elm
26 Aprel 2020

“Əziz Valideyn,

Coğrafiya – müasir və aktual olmaqla yanaşı – öyrənmək üçün ən həyəcanverici, sərgüzəştli və dəyərli fənlərdən biridir. Bugün dünyanın bir çox problemi coğrafiyanın içində qaynayır və bizim bütün bunları anlamağımıza kömək üçün coğraflara ehtiyacımız var.

Qlobal istiləşmə, qida istehsalının davamlılığı, sunami, zəlzələ tərzində təbii fəlakətlər, xəstəliklərin yayılması, miqrasiya səbəbi və gələcəkdəki enerji qaynaqları kimi məsələlər coğrafların qarşılaşacağı böyük çətinliklərin bəziləridir.

İki mükəmməl müəllim tərəfindən verilmiş coğrafiya təhsili həyatımı zənginləşdirdi və məni uzun, bəzən də çətin səyahətə çıxmağa təşviq etdi. Coğrafiya zehnimi genişləndirməklə bərabər, mənə başqalarından öyrənməkdənsə, araşdırmaçı olmaq vərdişini aşıladı.”

İngiltərədə Kral Coğrafiya Cəmiyyətinin prezidenti, eyni zamanda aktyor və komediyaçı olan Michael Palin, valideynlərə uşaqlarını coğrafiya oxutmağa həvəsləndirmək üçün məktubunda belə yazmışdı.

Məni isə coğrafiya fakultəsində təhsil almağa başlayandan bəri hələ də bir sual düşündürür. Azərbaycanda coğrafiyaçıların gələcəyi varmı? Haradasa bu sahə üzrə təhsil aldığını deyəndə adətən ölkələrlə bağlı sorğu-sual da başlamış olur. “Afrikada neçə ölkə var?”, ”Amerika qitəsində neçə ölkə var?” “Afrikada filan ölkənin paytaxtı hansıdır?” Qısacası, coğrafiya deyəndə insanımızın ağlına xəritə, ölkələr və paytaxtlar gəlir. Bu fənni tədris edən müəllimlər nəql edirdi ki, onların dövründə coğrafiya müəllimləri daha “tələbkar” olub. Hətta dərs danışarkən tələbə xəritəyə arxasını çevirməli, ölkələrlə bağlı verilən suallara bu vəziyyətdə cavab verərək, onların yerini çubuqla göstərməli idi. Bu yanaşma gələcək müəllimlərin psixologiyasını pozmaqla, biz tələbələrə “miras” olaraq ötürüldü. Belə yanaşma ucbatından indi də insanlar Palinin dediyi kimi, coğrafiyanın artıq kitab və xəritələrdən öyrəndiyiklərimiz olmadığını anlamaqda çətinlik çəkirlər.

ezgif.com-webp-to-jpg (1)

Universitet vaxtı Böyük və Kiçik Qafqaz dağlarındakı ən kiçik yüksəkliyin adını əzbər bilsək də, onların hansı materiallardan təşkil olunduğunu, hansı teknonik hadisələrin baş verdiyini, gələcəkdə bu zirvələrdə nələrin dəyişə biləcəyi haqqında məlumat almırdıq, bu haqda düşünmürdük belə. Yenilik olmadan tədris, hər dəfə sadəcə üz qapağı dəyişdirilərək yenidən nəşr edilən coğrafiya kitabları, bir-birinin plagiatı və təkrarı olan elmi işlər, heç bir yenilik olmadan tədris olunan müxtəlif fənlər, sözün əsl mənasında Sovetdən qalma, kiril əlifbası ilə yazılmış ədəbiyyat və s. insanda sadəcə bu elmə həvəsi öldürür. Bəh-bəhlə danışdığımız Böyük Qafqazın bizə aid olan hissəsinin buzlaqlarının sahəsini axırıncı dəfə 60-cı illərdə B.A.Budaqov ölçüb. Azərbaycanda bu elm 60-70-ci illərdə qalıb.

Təəssüf ki, yaxın günlərdə gündəmdə olan hadisələr və şəxslər bizi Azərbaycanda coğrafiya elmi və onun gələcəyi barədə bir daha düşündürməyə vadar etdi. Məktəbdə və universitetdə dəfələrlə müəllim təhqirinə və təzyiqinə məruz qalmış gənclər üçün çox əyləndirici olan bu mövzu bütün coğrafların 4 illik universitet həyatındakı dərdlərini açdı. Danışdıqca danışdılar, yenidən müzakirələr, şikayətlər başlanıldı.

Uşaqlıqda azrularımız bir az qabarıq olur. Məni cəlb edənlərdən biri isə universitetdə tədrislə məşğul olmaq idi. Amma universitet illərində fərqinə vardım ki, bu cəmiyyətə daxil olmaq üçün gərək bütün enerjini sərf edəsən, həyat eşqini sovuran, səni atdığın hər addımda izləyən quyunu qazan qoca qartallarla mübarizə aparıb, dəfələrlə məğlub olub, yenidən ayağa qalxmağa çalışasan. Gənc müəllimlərin danışdıqlarını eşidib, çəkdikləri əziyyətləri görəndən sonra bizə “hamısı sizə qalsın” deyib, arxamıza baxmadan qaçmaq qalır.

İnsanmı coğrafiyaya təsir edir, yoxsa coğrafiyamı insana? Bu sualın cavabını araşdıran məşhur coğraf Vidal de la Blanche coğrafiyanı “məkan” edənin insan olduğunu deyirdi. Üzərində yaşadığımız yer insanların iqtisadi, sosial, ideoloji və texnoloji toxunuşları əsasında dəyişərək, peyzaja təsir edən əsas amil olduğunu bildirmişdir. İnsanlar ətraf mühitin onlara verdikləri arasından seçim edirlər. Buna görə də müxtəlif yerlərdə yaşayan əhalinin texnologiya, mədəniyyət və iqtisadiyyatında da fərqliliklər var. Blanche öz zamanında bu nəzəriyyəsini irəli sürərək, Darvinin “determinizm” nəzəriyyəsinə qarşı çıxdı. Bu nəzəriyyə təbiətin insana təsirini əsas gətirərək, insanın ona uyğunlaşdığını iddia edir. Biz coğraflar üçün Darvin haqlı idi. Bizim beton divarlara təsir etməyimiz lazım olduğu halda, onlar bizi içinə sıxışdırdı.

Azərbaycanda dörd divar arasında yetişən coğrafları, daim yaşlı müəllimlər tərəfindən əzilən cavan müəllimləri digər ölkələrdəki coğraflarla necə müqayisə edəsən? Çox yaxın tanışım bir dəfə şikayətlənərək “Türkiyədəki universitet müəllimləri özlərindən çox razıdır, maaşlarını azaltmaq lazımdır” demişdi. Düzdür, orada müəllimlər və tələbələr hər nə qədər şikayət etsələr də, sistemin və elmin yaxşı işlədiyinin, coğrafların cəmiyyətdə yeri olduğunun, açıq-aşkar dövlətə lazım olduqlarının da fərqindədirlər. Su anbarı, hava limanı, tullantı zavodu, yeni qəsəbə və ya istənilən mühəndislik tələb edən fəaliyyətlərdə, mühəndislərin yanında daima coğraflar var. Universitet vaxtı gənc müəllimlərimizdən biri daima xatırladırdı ki, SSRİ vaxtı coğraflara çox ehtiyac duyulurdu. İndi isə onlar sadəcə universitet müəllimi olmaqla və maaşları yetmədiyi üçün repititorluq etməklə məşğuldurlar. Nazirliklərin birində işləyən GİS – Geographical Information System xəritəçəkmə proqramı ilə işləyən çox yaxın coğraf dostum işdən çıxma təhlükəsi ilə üz-üzə qalmışdı və müdir ona “bizim bu proqram üçün coğrafa yox iqtisadçılara ehtiyacımız var” demişdi.

Facebook sosial şəbəkəsində izlədiyim Elmlər Akademiyasının səhifələrinin birində əl yuma çağırışlarına başlanılıb. Təmiz əllər, əlləri necə yumaqla bağlı müxtəlif universitetlərdən olan müəllim heyəti videolar paylaşır. Bu, ciddi şəkildə narahat edicidir, təbiətə və psixi sağlamlığa zərərlidir. Videolara baxdıqda görürük ki, əllərini yuyan müəllimlər əl sabunlayarkən su kranını açıq saxlayırlar. Məncə, bu, bir coğrafiya müəlliminə yaraşacaq hərəkət deyil. Hələ bu video ictimaiyyətə təqdim olunursa, daha gülüncdür. Bir tərəfdə okeanların səviyyə artışı, buzların əriməsi, qlobal böhrandan danışırsan, digər tərəfdən də suyu şırhaşır axıdırsan.

Keçən ilin oktyabrında National Geographic Türkiyə “25 litr” adlı çox maraqlı və informativ bir sənədli film yayımlayıb. Filmdə “Athena” qrupunun solisti Gökhan Özoğuz Türkiyədə suyun gələcəyi ilə bağlı araşdırmalar aparır. Gələcəkdə İstanbulda su problemi yaşanarsa, adambaşına günlük 25 litr su verilməsi mövzusu müzakirə olunur. Bu sistem artıq Cənubi Afrika Respublikasında Keyp Taun 50 litr olaraq tətbiq edilmişdir. CARlı məşhur bluz musiqiçisinin danışdığına görə insanlara bu, əvvəlcə çətin gəlsə də, bir müddət sonra uyğunlaşdılar. Məsələn, dişlərini fırçalayarkən fırçanı sadəcə bir az nəm edib, daha sonra yumaq lazım gəldikdə suyu açırsan, mümkün qədər tez duş alırsan, duş alarkən suyu vedrələrə yığır, daha sonra bu tullantı suyu tualet üçün istifadə edirsən. Təmiz maşınla gəzmək, bağçanı sulamaq qonşularının əsəbinə və sərt reaksiyasına səbəb ola bilər. Təbii ki, bütün bunlar bizə suyun nə qədər dəyərli olduğunu göstərir. Ümid edirəm “təmiz əllər” çağırışına qoşulanlar bir gün buna diqqət edərlər. Axı bunlar çox sadədir.

Coğrafiya elminin ilk yarandığı dövrlərdə elm əsasən səyahət və səyyahlarla bağlı olsa da, illər keçdikcə bu yanaşma dəyişməyə başladı. Coğrafiya tarixində böyük uğurlara imza atmış səyyahların sayının çox olmasına baxmayaraq, orta əsr araşdırmaçılarından olan Cənubi Amerika materikinin şərq sahillərində Atlantik okean cərəyanının adını daşıdığı Aleksandr von Humboltun yerini məxsusi vurğulaya bilərik. Humboltun səyahətləri Cənubi Amerika və Meksikada bir çox mövcud olan şəhərin coğrafi yerini dəqiqləşdirməklə, sözün əsl mənasında amerikan kartoqrafiyasında çevriliş etdi. O, ABŞ-ın ən detallı xəritəsini – cənubdan Meksikanın şimal sərhəddindən Kanadaya qədər olan hissə – hazırladı. Humbolt bu xəritəni ABŞ prezidenti Tomas Jeffersonla paylaşaraq ölkənin sərhədlərinin dəqiqləşdirilməsinə mühüm töhfə vermiş oldu.

60a7e982696ae8c9e1969d729abbe60dv1_max_755x425_b3535db83dc50e27c1bb1392364c95a2

Eyni zamanda, Aleksandr Humboltun “Kosmos” adlı əsəri coğrafiya üçün yenilik idi. 30 illik araşdırmalardan sonra Humbold, öz idealarını yaymaq və araşdırmalarını sınamaq üçün 1827-ci ildə Berlində müxtəlif seminarlar verməyə başlayır. Coğraf, bu çıxışlarından və qeydlərindən ibarət kitab hazırlamağa başlayanda 1834-cü çox yaxın dostu Varnhagenə yazırdı:

“Mən öz əl işimi çap etməyə hazırlaşıram, həyatımın işini… Bu dəli xülya məni tək bir əsərdə büttün maddi dünyanı təmsil etməkdən məhrum etdi. Ulduzların dumanından qrabit qayalarındakı yosunların coğrafi bölgüsünə qədər, səma və yerdəki yaşayış haqqında bizə məlum olan hər şey; bu, canlı bir üslubun bir anda maraqlı və cazibədar olacağı əsərdir.

Hər böyük və vacib olan nə varsa, göründüyü yerdən asılı olmayaraq faktlarla qeyd olunmalıdır. Mənim hal-hazırkı başlığım “Kosmos- Fiziki dünyanın təsviri”dir.”

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Isis lead illo
.

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians
.

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili
.

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021

Redaktorun seçimi

Leonardo da Vinçinin əlyazmaları hamıya əlçatan oldu

Mühakimə edən mələklər

Biznesdə kitabların yazmadığı şeylər – III HİSSƏ

İnsan ölməmişdən qabaq onun xatirələri ölür

Hansı Çingiz? Valentino Çingiz

Dağlıq Qarabağ Muxtar Vilayəti əraziləri

2019-nCoV koronavirusu

Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”

Andre Morua: “Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil”

Bəşəriyyəti marsa aparacaq gəmi

Oğru “demokratlar”

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

İkinci Qarabağ Müharibəsi: səbəblər və ilkin şərtlər

Beyinyumanın anatomiyası

Psycho təqdim edir

Uydurma talış problemi

Avropanın tərk edilmiş məkanları

Göydən yerə

Fuko: Məhbəsin yaranışı mövzusunda analiz

Dünya universitetləri: dünəndən bu günə

“Molla Nəsrəddin“ məktəbi

Ac əllərə isti çörək

Psixoloji müqavimət

Polşada qadın olmaq

Millətimin gic-gici gülüşü

Yad Azərbaycan

Natiq Cəfərlinin acizliyi

Tofiqus Yaqubus. Post-modern karnaval

Rədd olsun papaq!

Nümayiş sezonu – iqtidarın sınaq günləri

Yaxşı tanımadığımız evimiz

Məryəm İsmayılova Məryəm İsmayılova
., Elm
26 Aprel 2020

“Əziz Valideyn,

Coğrafiya – müasir və aktual olmaqla yanaşı – öyrənmək üçün ən həyəcanverici, sərgüzəştli və dəyərli fənlərdən biridir. Bugün dünyanın bir çox problemi coğrafiyanın içində qaynayır və bizim bütün bunları anlamağımıza kömək üçün coğraflara ehtiyacımız var.

Qlobal istiləşmə, qida istehsalının davamlılığı, sunami, zəlzələ tərzində təbii fəlakətlər, xəstəliklərin yayılması, miqrasiya səbəbi və gələcəkdəki enerji qaynaqları kimi məsələlər coğrafların qarşılaşacağı böyük çətinliklərin bəziləridir.

İki mükəmməl müəllim tərəfindən verilmiş coğrafiya təhsili həyatımı zənginləşdirdi və məni uzun, bəzən də çətin səyahətə çıxmağa təşviq etdi. Coğrafiya zehnimi genişləndirməklə bərabər, mənə başqalarından öyrənməkdənsə, araşdırmaçı olmaq vərdişini aşıladı.”

İngiltərədə Kral Coğrafiya Cəmiyyətinin prezidenti, eyni zamanda aktyor və komediyaçı olan Michael Palin, valideynlərə uşaqlarını coğrafiya oxutmağa həvəsləndirmək üçün məktubunda belə yazmışdı.

Məni isə coğrafiya fakultəsində təhsil almağa başlayandan bəri hələ də bir sual düşündürür. Azərbaycanda coğrafiyaçıların gələcəyi varmı? Haradasa bu sahə üzrə təhsil aldığını deyəndə adətən ölkələrlə bağlı sorğu-sual da başlamış olur. “Afrikada neçə ölkə var?”, ”Amerika qitəsində neçə ölkə var?” “Afrikada filan ölkənin paytaxtı hansıdır?” Qısacası, coğrafiya deyəndə insanımızın ağlına xəritə, ölkələr və paytaxtlar gəlir. Bu fənni tədris edən müəllimlər nəql edirdi ki, onların dövründə coğrafiya müəllimləri daha “tələbkar” olub. Hətta dərs danışarkən tələbə xəritəyə arxasını çevirməli, ölkələrlə bağlı verilən suallara bu vəziyyətdə cavab verərək, onların yerini çubuqla göstərməli idi. Bu yanaşma gələcək müəllimlərin psixologiyasını pozmaqla, biz tələbələrə “miras” olaraq ötürüldü. Belə yanaşma ucbatından indi də insanlar Palinin dediyi kimi, coğrafiyanın artıq kitab və xəritələrdən öyrəndiyiklərimiz olmadığını anlamaqda çətinlik çəkirlər.

ezgif.com-webp-to-jpg (1)

Universitet vaxtı Böyük və Kiçik Qafqaz dağlarındakı ən kiçik yüksəkliyin adını əzbər bilsək də, onların hansı materiallardan təşkil olunduğunu, hansı teknonik hadisələrin baş verdiyini, gələcəkdə bu zirvələrdə nələrin dəyişə biləcəyi haqqında məlumat almırdıq, bu haqda düşünmürdük belə. Yenilik olmadan tədris, hər dəfə sadəcə üz qapağı dəyişdirilərək yenidən nəşr edilən coğrafiya kitabları, bir-birinin plagiatı və təkrarı olan elmi işlər, heç bir yenilik olmadan tədris olunan müxtəlif fənlər, sözün əsl mənasında Sovetdən qalma, kiril əlifbası ilə yazılmış ədəbiyyat və s. insanda sadəcə bu elmə həvəsi öldürür. Bəh-bəhlə danışdığımız Böyük Qafqazın bizə aid olan hissəsinin buzlaqlarının sahəsini axırıncı dəfə 60-cı illərdə B.A.Budaqov ölçüb. Azərbaycanda bu elm 60-70-ci illərdə qalıb.

Təəssüf ki, yaxın günlərdə gündəmdə olan hadisələr və şəxslər bizi Azərbaycanda coğrafiya elmi və onun gələcəyi barədə bir daha düşündürməyə vadar etdi. Məktəbdə və universitetdə dəfələrlə müəllim təhqirinə və təzyiqinə məruz qalmış gənclər üçün çox əyləndirici olan bu mövzu bütün coğrafların 4 illik universitet həyatındakı dərdlərini açdı. Danışdıqca danışdılar, yenidən müzakirələr, şikayətlər başlanıldı.

Uşaqlıqda azrularımız bir az qabarıq olur. Məni cəlb edənlərdən biri isə universitetdə tədrislə məşğul olmaq idi. Amma universitet illərində fərqinə vardım ki, bu cəmiyyətə daxil olmaq üçün gərək bütün enerjini sərf edəsən, həyat eşqini sovuran, səni atdığın hər addımda izləyən quyunu qazan qoca qartallarla mübarizə aparıb, dəfələrlə məğlub olub, yenidən ayağa qalxmağa çalışasan. Gənc müəllimlərin danışdıqlarını eşidib, çəkdikləri əziyyətləri görəndən sonra bizə “hamısı sizə qalsın” deyib, arxamıza baxmadan qaçmaq qalır.

İnsanmı coğrafiyaya təsir edir, yoxsa coğrafiyamı insana? Bu sualın cavabını araşdıran məşhur coğraf Vidal de la Blanche coğrafiyanı “məkan” edənin insan olduğunu deyirdi. Üzərində yaşadığımız yer insanların iqtisadi, sosial, ideoloji və texnoloji toxunuşları əsasında dəyişərək, peyzaja təsir edən əsas amil olduğunu bildirmişdir. İnsanlar ətraf mühitin onlara verdikləri arasından seçim edirlər. Buna görə də müxtəlif yerlərdə yaşayan əhalinin texnologiya, mədəniyyət və iqtisadiyyatında da fərqliliklər var. Blanche öz zamanında bu nəzəriyyəsini irəli sürərək, Darvinin “determinizm” nəzəriyyəsinə qarşı çıxdı. Bu nəzəriyyə təbiətin insana təsirini əsas gətirərək, insanın ona uyğunlaşdığını iddia edir. Biz coğraflar üçün Darvin haqlı idi. Bizim beton divarlara təsir etməyimiz lazım olduğu halda, onlar bizi içinə sıxışdırdı.

Azərbaycanda dörd divar arasında yetişən coğrafları, daim yaşlı müəllimlər tərəfindən əzilən cavan müəllimləri digər ölkələrdəki coğraflarla necə müqayisə edəsən? Çox yaxın tanışım bir dəfə şikayətlənərək “Türkiyədəki universitet müəllimləri özlərindən çox razıdır, maaşlarını azaltmaq lazımdır” demişdi. Düzdür, orada müəllimlər və tələbələr hər nə qədər şikayət etsələr də, sistemin və elmin yaxşı işlədiyinin, coğrafların cəmiyyətdə yeri olduğunun, açıq-aşkar dövlətə lazım olduqlarının da fərqindədirlər. Su anbarı, hava limanı, tullantı zavodu, yeni qəsəbə və ya istənilən mühəndislik tələb edən fəaliyyətlərdə, mühəndislərin yanında daima coğraflar var. Universitet vaxtı gənc müəllimlərimizdən biri daima xatırladırdı ki, SSRİ vaxtı coğraflara çox ehtiyac duyulurdu. İndi isə onlar sadəcə universitet müəllimi olmaqla və maaşları yetmədiyi üçün repititorluq etməklə məşğuldurlar. Nazirliklərin birində işləyən GİS – Geographical Information System xəritəçəkmə proqramı ilə işləyən çox yaxın coğraf dostum işdən çıxma təhlükəsi ilə üz-üzə qalmışdı və müdir ona “bizim bu proqram üçün coğrafa yox iqtisadçılara ehtiyacımız var” demişdi.

Facebook sosial şəbəkəsində izlədiyim Elmlər Akademiyasının səhifələrinin birində əl yuma çağırışlarına başlanılıb. Təmiz əllər, əlləri necə yumaqla bağlı müxtəlif universitetlərdən olan müəllim heyəti videolar paylaşır. Bu, ciddi şəkildə narahat edicidir, təbiətə və psixi sağlamlığa zərərlidir. Videolara baxdıqda görürük ki, əllərini yuyan müəllimlər əl sabunlayarkən su kranını açıq saxlayırlar. Məncə, bu, bir coğrafiya müəlliminə yaraşacaq hərəkət deyil. Hələ bu video ictimaiyyətə təqdim olunursa, daha gülüncdür. Bir tərəfdə okeanların səviyyə artışı, buzların əriməsi, qlobal böhrandan danışırsan, digər tərəfdən də suyu şırhaşır axıdırsan.

Keçən ilin oktyabrında National Geographic Türkiyə “25 litr” adlı çox maraqlı və informativ bir sənədli film yayımlayıb. Filmdə “Athena” qrupunun solisti Gökhan Özoğuz Türkiyədə suyun gələcəyi ilə bağlı araşdırmalar aparır. Gələcəkdə İstanbulda su problemi yaşanarsa, adambaşına günlük 25 litr su verilməsi mövzusu müzakirə olunur. Bu sistem artıq Cənubi Afrika Respublikasında Keyp Taun 50 litr olaraq tətbiq edilmişdir. CARlı məşhur bluz musiqiçisinin danışdığına görə insanlara bu, əvvəlcə çətin gəlsə də, bir müddət sonra uyğunlaşdılar. Məsələn, dişlərini fırçalayarkən fırçanı sadəcə bir az nəm edib, daha sonra yumaq lazım gəldikdə suyu açırsan, mümkün qədər tez duş alırsan, duş alarkən suyu vedrələrə yığır, daha sonra bu tullantı suyu tualet üçün istifadə edirsən. Təmiz maşınla gəzmək, bağçanı sulamaq qonşularının əsəbinə və sərt reaksiyasına səbəb ola bilər. Təbii ki, bütün bunlar bizə suyun nə qədər dəyərli olduğunu göstərir. Ümid edirəm “təmiz əllər” çağırışına qoşulanlar bir gün buna diqqət edərlər. Axı bunlar çox sadədir.

Coğrafiya elminin ilk yarandığı dövrlərdə elm əsasən səyahət və səyyahlarla bağlı olsa da, illər keçdikcə bu yanaşma dəyişməyə başladı. Coğrafiya tarixində böyük uğurlara imza atmış səyyahların sayının çox olmasına baxmayaraq, orta əsr araşdırmaçılarından olan Cənubi Amerika materikinin şərq sahillərində Atlantik okean cərəyanının adını daşıdığı Aleksandr von Humboltun yerini məxsusi vurğulaya bilərik. Humboltun səyahətləri Cənubi Amerika və Meksikada bir çox mövcud olan şəhərin coğrafi yerini dəqiqləşdirməklə, sözün əsl mənasında amerikan kartoqrafiyasında çevriliş etdi. O, ABŞ-ın ən detallı xəritəsini – cənubdan Meksikanın şimal sərhəddindən Kanadaya qədər olan hissə – hazırladı. Humbolt bu xəritəni ABŞ prezidenti Tomas Jeffersonla paylaşaraq ölkənin sərhədlərinin dəqiqləşdirilməsinə mühüm töhfə vermiş oldu.

60a7e982696ae8c9e1969d729abbe60dv1_max_755x425_b3535db83dc50e27c1bb1392364c95a2

Eyni zamanda, Aleksandr Humboltun “Kosmos” adlı əsəri coğrafiya üçün yenilik idi. 30 illik araşdırmalardan sonra Humbold, öz idealarını yaymaq və araşdırmalarını sınamaq üçün 1827-ci ildə Berlində müxtəlif seminarlar verməyə başlayır. Coğraf, bu çıxışlarından və qeydlərindən ibarət kitab hazırlamağa başlayanda 1834-cü çox yaxın dostu Varnhagenə yazırdı:

“Mən öz əl işimi çap etməyə hazırlaşıram, həyatımın işini… Bu dəli xülya məni tək bir əsərdə büttün maddi dünyanı təmsil etməkdən məhrum etdi. Ulduzların dumanından qrabit qayalarındakı yosunların coğrafi bölgüsünə qədər, səma və yerdəki yaşayış haqqında bizə məlum olan hər şey; bu, canlı bir üslubun bir anda maraqlı və cazibədar olacağı əsərdir.

Hər böyük və vacib olan nə varsa, göründüyü yerdən asılı olmayaraq faktlarla qeyd olunmalıdır. Mənim hal-hazırkı başlığım “Kosmos- Fiziki dünyanın təsviri”dir.”

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Isis lead illo
.

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians
.

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili
.

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel