bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Yəhudi tərzi sosializm

Məryəm İsmayılova Məryəm İsmayılova
., Sərbəst
23 May 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
TOPSHOT ISRAEL PALESTINIAN CONFLICT US SETTLERS

TOPSHOT - Children wave Israeli flags during a gathering in the settlement of Mehola in the Jordan valley in the occupied West Bank, on February 3, 2020, to welcome a convoy of settlers in agricultural vehicles which started in the Israeli city of Beit Shean, to demand the implementation of a proposed US peace plan. - US President Donald Trump's Middle East peace proposal announced on January 28 gives Israel Washington's green light to annex the Jordan Valley, a strategically vital area, and Jewish settlements in the occupied West Bank. (Photo by EMMANUEL DUNAND / AFP) (Photo by EMMANUEL DUNAND/AFP via Getty Images)

Paylaş

Əli Amirin “Günah keçisi” əsərini ötən il oxumuşam. Əsərə başladığım günlərdə işdən yenicə çıxmışdım. Gündəlik vərdişlərdən uzaqlaşmaq bir az vaxt aparır. Hər gün işə getməyə öyrəşdiyim üçün işdən çıxdıqdan sonra da səhər evdən çıxmaq alışqanlığım hələ qalmaqdaydı. Ancaq səhər saat 8-də evdən çıxıb gediləsi yerlər üçün alternativlər o qədər də çox deyil. Beləcə Milli Kitabxananın həftə içi səhər saatlarında gediləcək ən sakit yer olduğunu düşündüm və hər səhər kitabxanaya gedərək, nahar vaxtına qədər mütaliə ilə məşğul oldum. Həmin dönəmdə Əli Amirin məşhur əsəri olan “Günah keçisi”ni oxumağa başladım.

6-m“Ərəb ölkələrindən gələn mühacirlər tranzit düşərgələrdə yerləşdilər və tamamilə yeni bir sosial-mədəni reallığa tab gətirməklə iş yerlərində işləməyə məcbur oldular. Bəziləri uşaqlarını əsas İsrail hesab olunan kibbutzimdə təhsil almağa göndərdilər. 13 yaşındakı Nuri ailəsi ilə İraqdan köç edir və onun kimi digər oğlan və qızlarla birlikdə sosialist ideyalarla çiçəklənən kibbutza göndərilir. Qarşılaşma travmatikdir və iki dünya arasında qarşıdurma, həmçinin şəxsiyyət və uyğunlaşma kimi böyük problemlər yaradır. Halbuki, Əmir Şərqin və Qərbin arasındakı boşluğu aradan qaldırmağa çalışarkən bu gənclərin inteqrasiyasını rəhmsiz və hətta bir çimdik yumorla təsvir edir.

Kitabın müxtəlif fəsillərində Nurinin yaşadıqları dövrdə qrupun dominant simasına çevrildiyi və hər birinin yeni reallığa özünəməxsus şəkildə reaksiya verdiyi digər gənclərin həyatı təsvir olunur. Oğlan atasına qarşı olan təhqirlərdən qurtula bilmir. Bağdadda atası hörmətli vəkil idi, ancaq İsraildə çətinliklə pul qazanır və Nuri onu “övladlığa götürən” ölkəni heç vaxt bağışlamayacağına and içir. O, köhnə dünyası və yeninin cazibəsi arasında qalır. Əl əməyi, sosial bərabərlik və ədalət ideallarını eyniləşdirir, lakin İsrail cəmiyyətinin bir hissəsi olmaq istəsə də, ailəsindən və onu yetişdirən mədəniyyətdən uzaq olmaq istəmir. Öz həyatında ictimai, mədəni və hətta fərdi sintezlər arzulayır”.

Günah keçisi ifadəsinin kökü yəhudilikdən gəlir. Belə ki, rəvayətə görə yəhudilər yom kippur, yəni kəffarə – dini qaydaları pozan şəxsin bağışlanması üçün etməli olduğu bəzi işlər – zamanı keçi sürüsündən 2 erkək seçir, onlardan biri tanrıya qurban olaraq kəsir, digərinin qulağına isə xalqın günahları, etdikləri pislikləri söyləyərək səhraya göndərirdilər. Qədim zamanlarda səhraya yollanan bu heyvana günah keçisindən əlavə qaçan ya da qurtulan keçi (Scapegoat) də deyilirdi.

Əli Amir 1950-ci ildə ailəsi ilə birlikdə İraqdan İsrailə miqrasiya edənlərdən idi. Müəllif öz həyatına əsaslanaraq, 50-ci illəri, İsrailin çox qısa bir müddətdə dünyanın hər yerindən yəhudilərin kütləvi köç etməsi hadisələrini təsvir edir və kitabda yeniyetmə oğlan Nurinin dilindən kibbutzda başına gələnlər, insanların yaşayış tərzi, mədəniyyətlər haqqında danışır.

D31-035-1-1024x640

Əsərdə mənim diqqətimi çəkən kibbutz yaşayış məskənləri, onlara bağlı sonradan yaranan yaşayış və həyat tərzləridir. İndi İsrailin turizmini canlandıran bu ərazilərin maraqlı tarixi olub. Şərqi Avropadan Osmanlı Fələstininə köç edən yəhudilər sosialist ideyalarının təsiri altında idilər. Onlar ərəblər tərəfindən məskunlaşmış yəhudi məskənlərini rədd edərək, əməyin fəthinə çalışır və sadəcə yəhudi əməyinin sayəsində yəhudi dövlətinin qurulacağına inanırdılar. Ancaq işçi qüvvəsi olan ərəblərlə yarışmaq çox da asan deyildi. Buna görə də Zionist Məskunlaşma İdarəsi kənd təsərrüfatı məktəblərini yaratmağa başladı. Bu məktəbdən bir qrup şagird ilk kibbutzları yaratmaq üçün 1909-cu ildə İsrailin ən böyük gölü sayılan Qaliley dənizinin, başqa adla Təbəriyyə gölünün sahilinə göndərildi və onlar Kibbutz Deganiyasının əsasını qoydular. Bu söz ivritcə taxıl mənasını verir. Bura əvvəllər əkinçilik və məskunlaşma məqsədilə yaxınlıqdakı bataqlıq ərazilərdə qurutma işləri aparan, özləri üçün cəmiyyət qurmaq istəyən bir qrup gənc yəhudi tərəfindən yaradılıb. Əkinçilik üçün çox da əlverişli geomorfologiyaya, torpaq ehtiyatına malik olmayan bu yerlər yəhudi fondu tərəfindən satın alınıb. Münbitlik üçün bir çox səylərdən sonra, pionerlər kənd təsərrüfatına əsaslanan cəmiyyət yaratdılar. Deganiyanın yaradılmasından sonra İsraildə, Qaliley dənizi ətrafında və İsrail vadisində bir çox kibbutzim məntəqələri quruldu. Bugün İsraildə 270-dən çox kibbutzim (kibbutz sözünün cəm forması) var və onlar kənd təsərrüfatına başlayandan bəri çox şaxələndirilib, eyni zamanda bir çoxu hal-hazırda özəlləşdirilib. “Kibbutz” sözü “bir yerə toplaşmaq” mənasını versə də, ilk kibbutzim “qrup” mənasını verən “kvutzat” adlandırılmışdır.

Hal-hazırda turizm məkanlarına çevrilmiş bu köhnə yaşayış yerləri əvvəllər özünün ayrıca iqtisadiyyatı olan məskənlər idi. Bu gün bu yerlərə səyahət edə və ya kibbutz otellərində qala bilərsiniz, lakin bunlar bizə heyranedici və bənzərsiz olan kibbutz həyatı barədə real düşüncə aşılamır. Bunun üçün kibbutzu gəzmək, tarixini oxumaq, 70-80-ci illərə qayıtmaq lazımdır.

Kibbutzim, demək olar ki, kənd təsərrüfatı iqtisadiyyatına əsaslanan yaşayış məskənləri idi. Burada iqtisadi motivasiya mövcud deyildi, kommunanın üzvləri hər şeyi paylaşır və kollektiv qrup üzvləri kimi işləyirdilər. İlk vaxtlar, hər şey bölüşdürüldüyü üçün yaşayış daha da çətin idi. Cəmiyyətdə kibbutz üzvlərinin müxtəlif vəzifələri var idi. Bu kənd təsərrüfatından və ya başqa bir yerdə-mətbəx, bağça ya da “uşaq evləri” ola bilərdi.

Üzvlər sadə bir şəkildə yaşasalar da, uşaqlar həmyaşıdları ilə birlikdə “uşaq evlərində” yaşayır, valideynlərini gündə bir neçə saat görürdülər. Bütün yeməklər kibbutz yemək salonunda yeyilirdi.

Kibbutz
Foto: Hulton Archive/Getty Images

1960-cı illərdə israillilərin yalnız 4%-i kibbutzimdə yaşayırdı, ancaq insanların meqa şəhərlərdən uzaqlaşma, səssizlik axtarma istəyi kibbutz məskənlərində əhalinin çoxalmasına gətirib çıxardı. İsrailin ilk baş naziri David Ben Gurion da təqaüdə çıxdıqdan sonra Kibbutz Sde Boker’ə köçür. Yeri gəlmişkən, haçansa ziyarət etsəniz, gəzməli yerlər sırasında əsas Sde Boker, Revivim, Degania, Gesher, Rosh Hanikra ən məşhurlarıdır.

Vegeterian moşavlar kibbutzda ən çox diqqəti çəkənlərdəndir. Yəhudi mühacirətinin ikinci dalğası, 1957-1959 illəri arasında kommunist rejiminin liberallaşdırılması zamanı baş verdi və müxtəlif təbəqələrdən olan bir qrup vegetarian, vegan, üzvi həyat tərzi və ideologiyasına əsaslanan kibbutz kimi ilk yaşayış yerləri olan moşavı yaratmaq üçün bir araya gəldi. Tel-Əvivin vegeterian və veqan paytaxtı olmasında onların böyük rolu var. Moşavlar kibbutzlar kimi orta kənd təsərrüfatı alətlərinə sahib olsalar da, onların sonda götürdükləri məhsul fərdi idi. Yəni, ailə torpağını əkib becərmək üçün ortaq alətdən istifadə edir, amma məhsulu digərləri ilə paylaşmır.

Ətin dadsız, donmuş qoyun ətinin kilosunun 45 manat olduğu, dolmaya həsrət qaldığımız Polşada son vaxtlar vegeterian yeməklər diqqətimi cəlb edərkən, 1938-ci ildə polyak-yəhudi naşir Kletzkin, Polşanın (indiki Litva paytaxtı) Vilnüs şəhərində bir yəhudi vegetarian restoranı işlədən Fania Levandonun müəllifi olduğu vegetarian yemək kitabını nəşr etdiyini öyrəndim. Eyni zamanda Levadonun Kuchina Dieta-Jarska adlı vegeterian kafesi yəhudilərin daima getdiyi yer olmuşdur və bəlkə də 50-ci illərdə İsrailə köç edən yəhudilər arasında vegeterianlığın yayılmasına töhfə vermişdir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör