Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Venesiya – Abbas Atilay təqdim edir

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
12 May 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
9
Paylaş

Həyatda paxıllıq etdiyim insan qrupu gəzənlərdir. Kiminsə harasa, mən bilmədiyim, tanımadığım yerə getdiyini eşitsəm ona həm həsəd aparıram, həm də zəli kimi yapışıram. O qədər sual verirəm ki, adam bezir.

Paxıllıq etdiyim adamlardan biri 15 ilə yaxın dostluq etdiyim təbrizli Əsəddir. Bir neçə ildir öz peşəsi həkimliyi buraxıb dünyanı gəzir. Bir evi var idi, onu satdı, karavan maşın aldı. Maşın dediyim şey elə öz-özlüyündə evdir, soyuducusundan tutmuş, duş kabinəsinə qədər hər şeyi var. İndi o, Stokholmda oturur maşına, çıxır dünya turuna. Bir gün Ukraynada, başqa gün Misirdə. Bir gün Barselonadan gəlir səsi, başqa gün Vilnüsdən. Ünsiyyətcil tip olduğundan getdiyi yerin insanları ilə əlaqə qurur, onları tanıyır, mətbəxini öyrənir, yeni mədəniyyətlər kəşf edir. Həyat gəzdikcə gözəldir…

Mənə Venesiya haqqında Əsəd çox şey danışmışdı, amma necə deyərlər, eşitmək ilə görmək eyni dadı vermir. Ona görə ora getmək həvəsim çoxdan yaranmışdı. Reklam olsa da, bilməyən dostlara xatırlatmaq üçün deyim ki, “Easyjet” Hava Yolları Avropada səyahət üçün bir nemətdir. Uyğun tariflərə tuş gəlsəniz dörd nəfərlik bir ailə ilə hansısa uzaq bir şəhərə 100-150 avroya gedib-gələ bilərsiniz.

Sizə çox gəzən, gəzməyi sevən bir adam kimi deyim ki, bəzi şəhərlər var, bu şəhərlər öz ağırlığı ilə adamı sıxır. O qədər ağır şəhərdir ki, adam bu ağırlığı qaldıra bilməyəcək deyə ora getməyə tələsmir. Misal üçün Vyana mənim üçün belə şəhərlərdəndir. Və ya Milan. Mənim yaşadığım şəhərdən Milana maşınla 3 saatlıq yoldur, amma mənə o qədər uzun gəlir ki, heç cür ora gedib çıxa bilmirərm.

Venesiya da belə şəhərlərdən biri idi. Fikirləşirdim ki, bu şəhərdə özümü sıxılmış hiss edəcəyəm. Amma belə olmadı. Düzdür, insanlığın su içində yaratdığı bu möhtəşəm abidə o qədər əzəmətlidir ki, günün bütün saatlarında adamı valeh edir. Amma buna baxmayaraq da çox yumşaq şəhərdir. Hər kateqoriyaya aid insan burda özünü rahat hiss edə bilir.

XIII əsrdən başlayaraq təqribən 3 əsr Adriatik və Aralıq dənizi sularında donanması və ticarəti ilə at oynadan bu şəhər haqqında, Antonio Vivaldinin müşayiətində videolar tapıb baxa bilərsiniz. Və ya, əgər baxmamısınzsa, 2010 istehsalı “Turist” filminə baxsanız, Venesiyanın necə bir yer olduğunu çox yaxşı başa düşəcəksiniz. Bu filmdə Angelina Jolie və Johnny Deppin məqsədi sanki izləyicilərə Venesiyanı tanıtmaqdır. Necə deyərlər, “çox hörmətli Casanova”-nın macəraları da Venesiya üçün bir duzdur.

Venesiya haqqında ümumi nə yazsam bu sizin üçün yeni olmayacaq, artıq onları bilirsiniz, misal üçün “Grand” başda olmaqla yüzlərlə kanal, San Marko meydanı, Rialto Körpüsü, “romantik ab-hava” və s…

Bir şəhər, bir gəzinti insana informasiya verməklə yanaşı, onda bir təəssürat da yaradır. Məlumatı, informasiyanı başqasına ötürmək olur, təəssüratı yox. Mən sizə gördüyüm şeylərdən yazı və fotolarla informasiya verirəm. Bir şeyin insanda yaratdığı təəssüratı isə izah etmək heç cür mümkün deyil. Ona görə mən sizə fotolar göstərməklə yanaşı 118 adadan ibarət Venesiyanı öz gözlərinizlə görməyi arzu edirəm.

 

1 - 25
- +
14
7
13
12
25
24
23
22
21
20
19
18
17
16
15
10
8
6
5
4
3
2
1
9
IMG 0604a

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör