Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Vaçkonun bir günü

Məryəm İsmayılova Məryəm İsmayılova
., Kültür
09 İyun 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Z24646865V, Dzien swira
Paylaş

“Mən həyatda heçnə etməyimə baxmayaraq, ölü kimi yorğunam.”

Polşa kinematoqrafiyası son dönəmlərdə “365 gün” kimi üzqızardan, vaxt itkisi hesab edilə biləcək filmlərlə xatırlansa da, 20-ci əsrin sonu, 21-ci əsrin başlanğıcında bir çox maraqlı filmləri ərsəyə gətirməsiylə də öyünə bilər. Polyakları və Polşa cəmiyyətini yaxından tanımaq istəyənlərə 39-45-ci illərlə bağlı filmləri bir kənara qoyub “Dzien Swira” – “Vaçkonun Günü”nü izləməklərini tövsiyə etmək istəyirəm. Mənə görə bu kinonu Polşanın “paraziti” adlandırmaq olar. Yəqin ki, bu film Hollivudda çəkilsəydi indi mükafatların altında qalmışdı. Komediya-dram tərzində çəkilən film insanın gündəlik həyatı, baş verənlərlə mübarizə istəyi, tənhalığın rituallarla necə ört-basdır edilməyə çalışıldığını göstərir. 2002-ci ildə ərsəyə gələn “Vaçkonun Günü” mesajlarla doludur. Bir çox məşhur polyak aktyor və aktrisaların olduğu bu kinoda baş rol Marek Kondrata məxsusdur. İzləmək istəyənlər youtubedan ingiliscə subtitrlə tapa bilər.

z24646865V,-Dzien-swira-

Kommunist rejimində müəllimliyin müqəddəs peşə sayıldığı, müəllimlərin sayılıb-seçilən olduğu dövrlərin artıq geridə qalması, dil-ədəbiyyat müəllimi olan Miauçinskini daha da qəzəbləndirir. O artıq nə peşəsindən, nə də həyatından məmnun deyil. Hər şeyə nifrət etməyə başlayan intelligent polyakın həyatı açıq komediya ilə göstərilir, bir çox məsələlər məsxərəyə qoyulur.

İntelligentlər çox vaxt tənha olur. Miauçinksi də tənha biridir. Əgər film indiki dövrdə çəkilsəydi, yəqin ki, bu ədəbiyyat müəllimi bir tvitter hesabı açar, insanlara orada nifrət edər, öz fikirlərini paylaşardı.

Polşada müxtəlif cərəyanlara aid edilən film adamları “Vaçkonun günü”nün artıq kult olduğunu qəbul edir. Film, əsasən, həyat nəsrində tək və monoton bir mübarizə mövzusundadır. Qəhrəman özünü Şopenin musiqisini sevən bir ziyalı hesab edir, bir halda ki, Şopen özü şəxsən ifa etsin. Ümidsiz həyatı ilə getdikcə ətrafındakıları və özünü narahat edir. Numeroman, hipondrit, narkotik aludəçisi, uğursuz evlilik edib daha sonra boşanmış, hər gün eyni həyatı yaşayan bu şəxsə hər şey işkəncə kimi görünür. O, həyatı detallardan ibarət, böyük hadisələrin kiçik məna ifadə etdiyini başa düşür və bunun narahat edici olduğunu düşünür. Burada filmin adı daha çox diqqət çəkir, çünki polyak dilində “świra”, “gözlənilməz, qeyri-adi” mənasını verir.

1,2,3,4,5,6,7 – 3 dəfə sağa, 4 dəfə sola. Saat 17:30 da kofemi içdim, saat 18:30 qəzetimi oxumağa başladım.

Həyatında bir çox dəyişiklərlər baş vermiş 49 yaşlı bu adamın səsə, qadınlara, məşhur alkoqolik polyaklara, köhnə həyat yoldaşına, hətta xəyallarındakı qadına qarşı nifrəti getdikcə daha da artır. Beləcə, əvvəllər sahib olduğu həyat tərzinin yerinə insanları vecinə almayan, istəmədiyi, şizofreniya ilə dolu yaşayış gəlir.

Sevmədiyi qadınla ailə qurması onun üçün daha ağır yük olub, hər dəfə gözündə ilk sevgilisinin surəti canlanır. Ancaq Miauçinskinin həyatında qadına yer yoxdur. Çünki o, intelligentdir və özü ilə eyni zövqləri paylaşmayan insanlarla bərabər olmaq istəmir. Bitirdiyi 2 universitet, bir neçə aylıq praktika, iş təcrübələrinə baxmayaraq, hələ də aldığı maaş qəpik-quruşdur, çox təəssüf ki, bu gün də bu məsələdə çox dəyişiklik yoxdur.

dzien-swira (1)

Filmdə yenilənən sistemlə birlikdə feminizm, alkoqolizm, insanların kobudluğu və individuallıq mövzularına da toxunulub. Belə ki, qatarda gedərkən uşağı ilə bərabər ağzını narahatedici şəkildə marçıldadaraq çips yeyən qadınla qəhrəmanımız arasında dialoq keçir.

“Bəydən çemodanımı düşürtmək üçün kömək xahiş edə bilərəm?

Yox.

Necə yəni?

Mən yox dedim. Kimsə mənə bunun üçün kömək edir mi?

Siz kişisiniz elə deyil?

Mən qadın və kişi bərabərliyini dəstəkləyirəm. Siz də hazırda bütün haqlara sahib qadınsınız.

Siz sadəcə həqiqi kişi deyilsiniz.

Görürsünüz ki, sizin üçün “əsl kişi” zibili atan, elektrik yuvasını təmir edən, tramvay və avtobuslarda sizə yer verən biridir. Belədirsə, mən artıq həqiqi kişi deyiləm, çünki buna artıq ehtiyac yoxdur. Siz özünüz indi “əsl kişi” kimisiniz.”

Film bir neçə səviyyədən ibarətdir. Hər dəfə qutu açıldıqca yeni nəsə ortaya çıxır. Birinci səviyyə bizi vulqar sözlər işlətməklə güldürməyə çalışır. Filmin müəllifi gerçəkliyimizin bezdirici elementini götürür və onu sürreal nisbətlərlə şişirdir. Nifrət dolu mənasız reklamlar, parlamentdəki axmaq üzvlər, Koterskinin itləri və sahiblərinin problemlərlə qarşılaşması kimi məsələlər ortaya qoyulur. Ancaq bu incə yumor hamı üçün maraq doğurmaya bilər.

Növbəti təbəqədə ortaq bir insanı, onun axmaqlığını, fədakarlığını, idealların olmamasını və başqasının tam maraqsızlığını görə bilərik. İstər mağazada olsun, istərsə də seymdə, qarşılaşdığı hər xarakterin onun həyatını maraqlı etmək üçün ortaya çıxdığını düşünərək buna görə hərəkət edir. Bu, axşam duası səhnəsində çox açıq şəkildə ifadə edilib.

“Axşam işıqları sönəndə, başımı yastığa qoymazdan əvvəl dua edirəm.

Onun qarajınıı soysunlar,

O öz ərini aldatsın,

Onun mağazasını yandırsınlar,

Onun başını kərpiclə əzsinlər,

Onun qızı qaradəriliyə qaçsın və acılara düçar olsun,

O, AİDSə və xərçəngə yaxalansın,

Budur, bir polyakın gecə duası”.

Baş qəhrəman isə gecələr dua etmir, o özünü belə insanlardan ayrı sayır. O, insanların gündəlik rituallar etməyini mənasız hesab etsə də, fərqində olmadan özü də rituallar edir. Miçkeviçi oxuması, polyak dilini qrammatik səviyyədə mükəmməl bilməsinin onu yüksək səviyyəli adam halına gətirdiyini düşünür. Ancaq özünü dərində gizlədir. Bizim gündəlik həyatda özümüzü gizlətdiyimiz kimi. Böyük şəhərlərdə, bina evlərində yaşayan, gündəlik monoton həyatı olan, səssizliyə həsrət qalmış insanlar elə Miauçinskinin özü və heç vaxt bitirə bilmədiyi şeiridir.

Kral və kraliça cütlüyü bağçada oturub.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör