Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Online bahis sektöründe global ölçekte tanınan bettilt her geçen gün büyüyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan bettilt güvenin simgesidir.

Online bahis dünyasında güvenin ve hızın sembolü bettilt olmaya devam ediyor.

Klasik masa oyunlarından slotlara kadar bettilt çeşitliliği sunuluyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan paribahis güvenin simgesidir.

Kumarhane heyecanını seven kullanıcılar bettilt ile keyif buluyor.

Slot oyunlarında bahis miktarı, kazanç potansiyelini doğrudan etkiler; bettilt iletişim numarası oyunculara bu konuda rehberlik eder.

Curacao Gaming Authority 2024 raporunda, lisanslı platformların kullanıcı memnuniyet oranı %92 olarak ölçülmüştür ve bettilt kimin bu standardı yakalamaktadır.

OECD verilerine göre online bahis kullanıcılarının %70’i futbol üzerine bahis yapıyor ve bahsegel giriş güncel futbol kategorisinde en yüksek oranları sunuyor.

2025 yılında yeni sürümüyle bahsegel piyasaya çıkıyor.

Bahis dünyasında modern ve hızlı altyapısıyla öne çıkan bahsegel kullanıcılarına fark yaratır.

Basketbol maçlarına özel oranlar paribahis kısmında sunuluyor.

Avrupa’daki kullanıcıların %39’u haftada en az iki kez bahis oynar; bu istatistik bahsegel bonus kullanıcılarında daha yüksektir.

Adres değişikliklerinde sorun yaşamamak için her zaman Madridbet kontrol edilmeli.

Online oyun dünyasında kaliteyi temsil eden bettilt giriş güvenilirliğiyle öne çıkar.

Engellemelere rağmen erişim sağlamak için bahsegel kullanılıyor.

Bahis sektöründeki denetimler sıklaşsa da kullanıcı ilgisi azalmamaktadır, bettilt deneme bonusu popülerliğini korur.

Bahis sektöründe köklü bir isim olan paribahis her yıl büyümesini sürdürüyor.

Adres doğrulaması yapmak için paribahis kullanmak şart.

Bahis yaparken heyecanı doruklarda yaşamak isteyenler için paribahis mükemmeldir.

Her bütçeye uygun bahis seçenekleri ve bonus fırsatlarıyla öne çıkan paribahis giriş yap, kazancı herkes için erişilebilir hale getiriyor.

Bahisçilerin finansal güvenliğini sağlayan bahsegel sistemi öne çıkıyor.

Statista verilerine göre, canlı casino oyunları 2024 yılında online casino gelirlerinin %35’ini oluşturmuştur; bu oran her yıl artmaktadır ve bettilt girş bu alanda aktif şekilde büyümektedir.

Online eğlenceyi güvenle yaşamak isteyenler için Madridbet mükemmel bir platformdur.

Lisanslı yapısı ile güven veren bettilt kullanıcıların tercihi oluyor.

Finansal işlemler için bahsegel sistemleri büyük önem taşıyor.

Dijital eğlenceye yönelen bahisçiler bettilt sitelerini seçiyor.

Promosyonlardan yararlanmak isteyenler bettilt giriş sayfasını sık sık ziyaret ediyor.

Türkiye’de slot turnuvaları artan ödüllerle daha rekabetçi hale gelmiştir; bettilt giirş bu etkinliklere ev sahipliği yapar.

Spor tutkunları için yüksek oranlar paribahis giriş kategorisinde bulunuyor.

Adres güncellemeleri sayesinde bettilt üzerinden kesintisiz erişim sağlanıyor.

Türkiye’de 18 yaş altındaki kişilerin bahis oynaması yasaktır ve bettilt para çekme bu kuralı katı şekilde uygular.

Mobil kullanıcılar için optimize edilmiş paribahis hızlı yüklenme süreleri sunar.

OECD’ye göre online bahis sitelerinin %90’ı düzenli denetimden geçerken, bettilt giril her yıl bağımsız testlerden geçmektedir.

Kazancını artırmak isteyen oyuncular bettilt fırsatlarını değerlendiriyor.

Bahis sektöründe güvenliği ön planda tutan bahsegel anlayışı önem kazanıyor.

Kullanıcı güvenliğini ön planda tutan bahsegel verilerinizi şifreli sistemle korur.

Kumarhane oyunlarının heyecanını yaşayan kullanıcılar bahsegel ile vakit geçiriyor.

Online bahis dünyasında güvenli işlem garantisi sunan bahsegel öncü markadır.

Kampanya severler için hazırlanan paribahis seçenekleri cazip hale geliyor.

Profesyonel krupiyeler sayesinde bahsegel indir apk canlı rulet oyunlarında gerçek casino atmosferi yaşatır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

OECD’ye göre, Avrupa’daki bahis kullanıcılarının %26’sı kadınlardan oluşur ve Paribahis güncel link kadın oyunculara özel fırsatlar sunar.

Her gün yeni kampanyalarla kazanç şansını artıran Paribahis sektörde fark yaratıyor.

Online kumar oynayan kullanıcıların %60’ı hızlı ödeme sistemlerini tercih ederken, Bahsegel giriş güncel anında çekim özelliğiyle bu beklentiyi karşılıyor.

Online platformlarda sorunsuz performansıyla öne çıkan Bettilt giriş kullanıcılarını memnun eder.

Oyuncular hızlı oturum açmak için Bahsegel giriş bağlantısına tıklıyor.

Cep telefonundan işlem yapmak isteyenler Bahsegel çözümünü kullanıyor.

Avrupa’da bahis oynayan kullanıcıların %52’si kazançlarını yeniden yatırmayı tercih ediyor; bu oran bahsegel giril kullanıcılarında %61’dir.

Bahis severler, 2025 yılı için planlanan yenilikleri bettilt versiyonunda bekliyor.

Anında işlem yapmak isteyenler için paribahis versiyonu hız kazandırıyor.

Curacao lisanslı sitelerin kullanıcı güvenlik oranı bağımsız laboratuvar testlerinde %99.2 olarak ölçülmüş olup, bettilt yeni giriş bu denetimlerden başarıyla geçmiştir.

Yeni üyeler, hızlı oturum açmak için paribahis güncel giriş adresini kullanıyor.

2025 yılında piyasaya çıkacak olan bahsegel versiyonu yeni kampanyalarla geliyor.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, rokubet para çekme bu süreci yakından izlemektedir.

Canlı rulet masalarında hem yeni başlayanlar hem deneyimli oyuncular için farklı kategoriler bulunur; bu çeşitlilik Rokubet canlı destek nerede üzerinde sağlanmıştır.

Adres değişikliklerine karşı hazırlanan Bahsegel bağlantıları kesintisiz erişim sunuyor.

Her spor dalında en iyi oranlara sahip madridbet oyuncuların tercihidir.

Her oyuncunun güvenini artıran bettilt sistemleri ön planda.

Statista’nın 2025 tahminlerine göre global online bahis kullanıcı sayısı 2,2 milyarı aşacak ve bu kullanıcıların %80’i mobil cihazlardan işlem yapacak; bu oran Bahsegel kimin’te zaten gerçekleşmiş durumda.

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

Aygün Aslanlı Aygün Aslanlı
., Kültür
18 İyul 2019
Oxuma vaxtı:14 dəqiqəyə oxunur
Margarita ooo 770x404
Paylaş

Bilirsiniz, kommersiya elementi kimi yaranmış sinematoqrafın incəsənətə doğru atdığı ilk addım nə olub? – ekranizasiyalar. Üstəlik bu təsadüfi yox, düşünülmüş addım idi. Yəni təzə oyuncaqları ilə oynayıb yorulan avropalılar, kinonun əsl mahiyyəti haqqında düşünməyə başlayırlar və qərara gəlirlər ki, əgər o, incəsənət statusuna iddialıdısa, əyləncədən başqa nəsə təklif eləməlidi, xeyir verməlidi. Məsələn, geniş kütlə üçün naməlum qalan ədəbiyyatı vizuallaşdırmalıdı. Özü də bu işi teatr rejissorları- yəni müəyyən bilgi bazası olan insanlar həyata keçirməlidilər. Və beləcə ədəbiyyatla kinematoqrafiyanın əməkdaşlığı rəsmiləşdirilir.

Artıq XXI əsrdi. Kino dilinə “tərcüməsi” mümkün və qeyri-mümkün əsərlərin əksəriyyəti ekranlaşdırılıb. Kinonun sayəsində bəziləri təkrar doğulub, populyarlaşıb, hərdən ədəbiyyat filmin kölgəsində, hərdən də film ədəbiyyatın kölgəsində qalıb. Bir də müəllifin qanı ilə yazılmış vampir əsərlər var. Mixail Bulqakovun “Ustad və Marqarita” romanı kimi..

Rusiya Pravoslav Kilsəsinin “satanizmi təbliğ eləyən əsər” damğası vurduğu “Ustad və Marqarita”, yazıldığı vaxtdan (1936-38) otuz il sonra işıq üzü görüb: 1966-cı ildə “Moskva” jurnalında ixtisarla dərc olunub. Qısa müddətdə həm SSRİ-də, həm də xaricdə məşhurlaşan əsər, XX əsrin ən mistik romanı titulunu qazanıb. Təbii ki, kinematoqraf, belə bir hadisəyə laqeyd qala bilməzdi. “Ustad və Marqarita”nı ekranlaşdırmaq istəyən rejissorların siyahısında Fellinidən Tarkovskiyə, Bortkoya qədər ən müxtəlif rejissorların adları var. Ancaq bu, onlardan yalnız bir neçəsinə qismət olub: xoşbəxtlikdən, ya da bədbəxtlikdən. Xoşbəxtlikdən, çünki “Ustad və Marqarita” kimi mistik, faciəvi, komik, realist, kəhanət- bir sözlə, rəngbərəng əsəri vizuallaşdırmağa hər igid rejissorun cəsarəti çatmır. Bədbəxtlikdən- çünki buna cəsarət eləmiş hər kəs qismən də olsa, lənətdən nəsibini alıb.

Amma bu barədə sıra ilə.

ANCEY VAYDA: “PİLAT VƏ DİGƏRLƏRİ”

İlk dəfə “Ustad və Marqarita” romanına polyak rejissoru Ancey Vayda (“Kül və almaz”, “Katın”) müraciət eləyir və əsərin motivləri əsasında «Pilat və digərləri» adlı film çəkir.

Xatırlayırsınızsa, Bulqakovun romanında hadisələr iki zamanda baş verir – 20-ci əsrin əvvəlləri və Bibliya dövrü. Vayda, təkcə Bibliya dövrünü – Pilat və İeşua Qanostri xəttini götürüb və hadisələri müasir dövrə köçürüb.

Film, intervyu səhnəsi ilə başlayır. Vayda sallaqxanada qırmızı buynuzlu qoçdan müsahibə alır. Sual-cavabdan belə məlum olur ki, qoç, sallaqxanada vacib vəzifə tutur: o, qoyun sürülərini aldadıb ölümə aparmaqla məşğuldu. Sürünü qəssablara təhvil verəndən sonra sivişib arxa qapıdan çıxır. Vayda müsahibədə qoçun, işini əxlaqi hesab eləyib-eləmədiyini aydınlaşdırmağa çalışır. Cavab çox sadədi: “Mən eləməsəm, başqaları eləyəcək. Mən bu işi vicdanla yerinə yetirirəm. Ümumiyyətlə, yalnız tamamilə azad insanın əxlaqdan danışmağa haqqı var”. Bu kadrdan sonra tamaşaçı, dərhal Pilatın İeşuanın dindirdiyi epizodu görür. Burda yunanlar almanca danışır, onların bəzi jestləri isə faşistləri xatırladır. Qəhrəmanların yarısı müasir, yarısı qədim yunan geyimlərindədi. Kamera bizi gah antik qəsrin xarabalıqları arasında, gah da müsir Frankfurtun yarıqaranlıq küçələrində gəzdirir. Lakin zaman hibridi tamaşaçını qətiyyən karıxdırmır. Ekranda gördüyün hər şeyi normal qəbul edirsən. Elə-bil, çarmıxa çəkilən İeşunanın başının üstündən həqiqətən təyyarə keçibmiş, İeşua, həqiqətən, özünü bir anlıq o təyyarədə hiss edibmiş… Leviy Matvey (Daniel Olbrıxskiy) müasir jurnalistləri xatırladır, sanki Qolqofadan reportaj hazırlayır. İuda, İeşuanın sözlərini ünvanına avtomat telefonla çatdırır, dəstəyi qoyandan sonra avtomatdan otuz gümüş tökülür.

Maraqlı rejissor həllinə görə “Ustad və Marqaritanın” ən yaxşı ekran versiyası adına layiq olan “Pilat və digərləri”, ekranlara çıxmağa macal tapmamış İeşua rolunu oynayan aktyor müəmmalı şəraitdə ölür, filmin özü də sosialist Polşasında qadağan olunur. Filmin premyerası yalnız bir ildən sonra- 29 mart 1972-ci ildə AFR-də baş tutur. Pasxa bayramı ərəfəsində göstərildiyinə görə titrlərdə «Qanlı cümə gününə ithaf olunur» yazılır.

ALEKSANDR PETROVİÇ: «USTAD VƏ MARQARİTA»

İtaliya və Yuqoslaviyanın birgə istehsalı olan bu film, 1972-ci ildə – romanın «Moskva» jurnalında ixtisarla verilmiş variantı əsasında ekranlaşdırılıb.

Yuqoslav rejissoru Aleksandr Petroviçin eyniadlı filminin taleyi Bulqakovun romanının taleyi qədər mürəkkəbdi. Yox, «Ustad və Marqarita», polşalı qardaşı kimi qadağan edilmir. Əksinə, filmin premyerası da keçirilir, Yuqoslaviya Milli Kino Festivalında mükafat da qazanır. Amma SSRİ rəhbərliyinin tələbi ilə rejissora təzyiqlər başlayır. Nəticədə A.Petroviç ölkəsini tərk eləyib AFR-ə köçməyə məcbur olur. Sözsüz ki, yuqoslav «Ustad və Marqarita»sının sovet ittfaqında nümayişindən söz belə gedə bilməzdi. Film, hətta yenidənqurmanın qızğın çağlarında da sovet ekranlarına buraxılmayıb.

Düzü, Petroviçin versiyası, Qərbdə böyük maraqla qarşılansa da, indinin özündə də rus tamaşaçıları onu elə də sevmirlər, didaktik, orijinaldan uzaq sayır, rejissoru Rusiya reallığının səthi təsvirində, personajları dəyişdirməkdə ittiham eləyirlər.

Yuqoslav rejissorunun «Ustad və Marqarita»sı, romandan xeyli fərqlənir. A.Petroviç romanı olduğu kimi ekranlaşdırmağa yox, anlamağa, «Ustad və Marqarita»nın qəhrəmanlarının yox, Bulqakovun faciəsini göstərməyə çalışır.

Film, yazıçının iki əsərinin – «Ustad və Marqarita» ilə «Teatral roman»ın sintezidi. Rejissor, romanın mistik xəttindən tamamilə imtina eləyib, Ponti Pilat və İeşua Qanostri Nikolay Maksudovun (filmin qəhrəmanı- Ustad) «Ponti Pilat» pyesində rol almış adi aktyorlardı. Petroviç, otuzuncu illərin Moskvasının ağır, məşum atmosferini canlandırır və onun fonunda Bulqakovun həyatını danışır. Filmdə təqiblərə məruz qalan, pyesi qadağan olunan Ustadın qüdrətli Berlioza yazdığı məktub – Mixail Bulqakovun 1930-cu ildə Stalinə yazdığı məktubdu.

 Bu ekran əsərində yaddaşlara köçmüş məşhur sitatların («Əlyazmalar yanmır») heç biri yoxdu. Rejissor, qəsdən romanın yaratdığı bütün stereotipləri dağıdır.

Yeri gəlmişkən, filmin musiqisi Ennio Marikoneyə məxsusdu. Amma onun rus motivləri ilə yanaşı 60-70-ci illərdə xalq arasında populyar olan rus mahnılarından da (məsələn, Bulat Okudcava «Qara pişik») istifadə olunub. 

VLADİMİR NAUMOV, ELDAR RYAZANOV, ELEN KLİMOV

Sovet İttifaqında da «Ustad və Marqarita»nı ekranlaşdırmaq istəyən rejissorlar az deyildi – Andrey Tarkovski, Rolan Bıkov, İqor Talankin, Gennadi Poloka, Vladimir Naumov, Eldar Ryazanov, Elen Klimov… Amma rejim, müxtəlif bəhanələrlə onların heç birinə bu arzunu gerçəkləşdirmək imkanı verməmişdi.

Eldar Ryazanova filmi çəkməyi yuxarıdan qadağan ediblər. Rejissor nə qədər çalışsa da, qadağanın kimin tərəfindən qoyulduğunu və səbəbini aydınlaşdıra bilməyib.

«Ustad və Marqarita», Vladimir Naumovun Bulqakov yaradıcılığına ilk müraciəti deyildi. Məşhur «Qaçış» filmi də yazıçının «Qaçış», «Ağ qvardiya» və «Qara dəniz» əsərlərinin motivləri əsasında çəkilmişdi. Rejissorun, «Ustad və Marqarita»nı ekranlaşdırmaq arzusu da elə «Qaçış»ın çəkilişləri zamanı yaranmışdı – filmin ədəbi məsləhətçisi Yelena Sergeyevna Bulqakovadan (yazıçının həyat yoldaşı) romanın orijinalını alıb oxuyandan sonra. V.Naumov hər zaman birlikdə işlədiyi Aleksandr Alovla «Ustad və Marqarita»nın çəkilişlərinə hazırlaşmağa başlayanda Elen Klimov, Kinematoqrafçılar İttifaqının sədri seçilir və Dövlət Kinematoqrafiya Komitəsi romanı ekranlaşdırmaq hüququnu Alov və Naumova yox, Klimova verir (1987-ci il). Həmin vaxt Yelena Sergeyevna artıq dünyasını dəyişmişdi. V.Naumov xatirələrində yazır: «Biz, bu filmi çəkəcəyimizə qəti əmin idik. Odur ki, komitənin qərarı ikimizə də çox pis təsir elədi. Klimov isə artıq çəkilişlərə başlamış, hətta Hollivudu da istehsalata cəlb eləmişdi. Bütün qəzetlər gələcək filmdən danışırdılar. Ancaq sonra qəribə, mistik bir hadisə baş verdi». Bir gecə rejissorun qapısı döyülür. V.Naumov qapını açır və qarşısında… Yelena Sergeyevnanı görür. Çaşqınlıq içində qadını mətbəxə dəvət eləyir. Yelena Sergeyevna «Mən bir dəqiqəlik gəlmişəm. Mixail Afanasyeviç aşağıda gözləyir. Gəldim deyim ki, narahat olmayın. Film çəkilməyəcək» deyib gedir. Bu hadisədən bir neçə ay sonra kifayət qədər vəsait və texniki imkanlar olmadığına görə, Elen Klimovun çəkilişləri dayandırılır.

Bir qədər sonra «Ustad və Marqarita» layihəsi «İt ürəyi» filmini (1988) təzəcə prokata buraxmış Vladimir Bortkoya təklif edilir, amma o, Elen Klimovla dost olduğuna görə razılaşmır.

Və beləcə, XX əsrin bu mistik romanını Rusiyada ekranlaşdırmaq ilk dəfə 1994-cü ildə rejissor Yuri Karaya nəsib olur.

YURİ KARA «USTAD VƏ MARQARİTA»

Bu filmdə əsl ulduz heyəti çalışırdı. Voland roluna Valentin Qaft, Ponti Pilata Mixail Ulyanov, Korovyev roluna Aleksandr Filippenko, Azazello roluna Vladimir Steklov dəvət olunmuşdu. Şair Bezdomnını Sergey Qarmaş, doktor Stravinskini İqor Kvaşa, İeşuanı Nikolay Burlyayev, Ustadı Viktor Rakov, Marqaritanı Anastasiya Vertinskaya ifa edirdi.

Amma 15 milyon dollar və möhtəşəm aktyor komandasının əziyyəti bahasına başa gələn film, düz on ilə yaxın rəflərdə qalır. Çəkilişlərdə iştirak eləyənlərin əksəriyyəti 2006-ci ilə qədər zəhmətlərinin nəticəsini görə bilmir. Aktyorlardan bəziləri – Mixail Ulyanov, Viktor Pavlov, Spartak Mişulin, filmin bəstəkarı Alfred Şnitke, operatoru Yevgeniy Qrebnev, rəssamı Yuri Ustinov dünyasını dəyişir.

Yuri Kara bu filmi haqqında danışanda «o qədər əngəl yaranmışdı ki, sanki roman özü var-gücü ilə bizə müqavimət göstərirdi. Payızın əvvəlində Sudakda qədim Yerusəlimin bahalı dekorasiyalarını qurduq. Ancaq «Motor!» komandasını vermək istəyəndə qar yağdı. Çəkilişi təxirə salmağa, dekorasiyaları isə təzədən qurmağa məcbur olduq» deyir.

Ancaq əsl həngamə çəkilişlər bitəndən sonra başlayır. Filmin sponsoru, «TAMP» kompaniyasının prezidenti Vladimir Skorıy 200 dəqiqəlik filmin 80 dəqiqəyə qədər ixtisar olunmasını tələb eləyir. Bu, onun məhvi demək idi. Yuri Kara ilə sponsor arasında konflikt yaranır, məhkəmə filmin nümayişinə qadağa qoyur.

1999-cu ilə qədər davam eləyən uzun məhkəmə proseslərindən sonra tərəflər razılığa gəlirlər –xronometraj 130 dəqiqəyə endirilir. Nümayişə qoyulmuş qadağa götürülür, amma bu dəfə də filmin taleyinə təsir eləyən başqa adam peyda olur- Bulqakovun arvadının nəvəsi Sergey Şilovski.

Bulqakovla Yelena Sergeyevnanın övladı yox idi. Odur ki, Yelena Sergeyevnanın ölümündən sonra Bulqakov yaradıcılığının müəlliflik hüquqları qadının birinci ərindən olan uşaqlarına – Sergey Şilovski və qardaşı qızı Darya Şilovskayaya keçir. Sergey Şilovski də varislik hüququnu əsas göstərərək prodüserlərdən öz haqqını istəyir. Nəticədə məhkəmə ikinci dəfə filmin nümayişini yasaqlayır.

Məhkəmələrin davam elədiyi müddətdə filmin orijinal versiyası seyfdən yoxa çıxır və düz on ildən sonra internetdə peyda olur. Montaj edilmiş versiyanın premyerası isə 2006-cı ildə 28-ci Moskva Kinofestivalı çərçivəsində baş tutur.

VLADİMİR BORTKO – «USTAD VƏ MARQARİTA»

On seriyalı «Ustad və Marqarita» televiziya filmi, rejissor Vladimir Bortkonun Bulqakovla ilk «əməkdaşlığı» deyildi. O, yenidənqurmanın qızğın çağlarında yazıçının «İt ürəyi» romanını da kino dilinə çevirmişdi. Və yəqin, elə bu filmin uğuruna görə «Rossiya» kanalı 2000-ci ildə «Ustad və Marqarita»nı ekranlaşdırmağı Bortkoya təklif eləyir. Ancaq Bulqakovun varisləri romanın hüquqlarını ABŞ-a satdığına görə, layihə müvəqqəti təxirə salınır və 2004-cü ildə – RTR, Şilovskilərdən hüquqları alandan sonra bərpa olunur.

Çəkilişlər doqquz ay çəkir. Berlioz rolunu Aleksandr Adabaşyan, Volandı Oleq Basilaşvili, Pilatı Kirill Lavrov, Korovyevi Aleksandr Abdulov, İeşuanı Sergey Bezrukov, Ustadı Aleksandr Qalibin, Marqaritanı Anna Kovalçuk oynayır. 19 dekabr 2005-ci ildə «Rossiya» telekanalı serialı tamaşaçıların ixtiyarına verir.

Vladimir Bortko müsahibələrində çəkiliş heyətinin doqquz ay ərzində heç bir mistika ilə üzləşmədiyini deyir. Ardınca da əlavə eləyir: «Hərçənd çəkilişlərə başlamazdan bir müddət əvvəl Patriarşixdə gəzəndə yanımdan keçən bir adam «Heç nə alınmayacaq!» dedi və getdi. Mən onun ardınca düşmədim, niyə elə dediyini aydınlaşdırmağa çalışmadım».

Rejissor, naməlum kişinin dediklərinə inanmasa da, ehtiyatı əldən buraxmır. Çəkilişlər başlayanda layihəyə xeyir-dua vermək və pavilyonu qara qüvvələrdən təmizləmək üçün keşiş dəvət eləyir. Amma deyəsən, bu, o qədər də işə yaramır. Bortkonun serialı sağ-salamat ərsəyə gəlib, ekranlara əngəlsiz çıxsa da, çəkilişlərdə o qədər əcaib hədisələr baş verib ki, gərginliyə dözməyən rejissor meydançada «Bulqakova nifrət eləyirəm!» deyə bağırırmış.

Voland rolunun ifaçısı Oleq Basilaşvili çəkiliş meydançasında səsini itirib. Həkimlər ona səs tellərinə qansızması diaqnozu qoyublar.

Marqarita rolunun ifaçısı Anna Kovalçuk sınaq çəkilişlərindən sonra yuxuda böyük bir otaqda uçduğunu görüb. Üç gündən sonra isə rola təsdiqləndiyini öyrənib. Serial başa çatandan sonra da ərində boşanıb.

Berlioz rolunda A.Adabaşyan yox, Aleksandr Kalyaqin çəkilməli imiş. Lakin aktyor çəkilişlərin başlamağına az qalmış infarkt keçirib. Tam müayinə və müalicədən sonra pavilyona qayıtmağa hazırlaşanda infarkt təkrarlanıb, aktyor roldan imtina etməyə məcbur olub və Berlioz rolu Aleksandr Adabaşyana verilib.

Rejissor V.Bortko deyir ki, serialı ölümlərdən bir şey xilas edib: ssenarinin əsərdən bir qədər fərqlənməyi və improvizasiyalara yer ayrılmağı.

HOLLİVUD

Hollivud da «Ustad və Marqarita»nı ekranlaşdırmağa bir neçə dəfə cəhd eləyib. 80-ci illərin sonlarında Roman Polanski ssenari üzərində işləməyə başlayıb. Amma filmin büdcəsi «Uorner Brazers» studiyasına həddindən çox göründüyündən layihəni bağlayıb. Polanski, tez-tez müsahibələrində bu vaxta qədər ən yaxşı ssenarini, məhz, «Ustad və Marqarita» üçün yazdığını deyir və hələ də filmi çəkmək arzusu yaşayır.

Bu, Tom Tıkverin də arzusudu. Rejissor, nə vaxtsa məqsədinə çata bilsə, Voland roluna Conni Deppi dəvət eləmək istəyir.

Q.Q.Markesin eyniadlı romanı əsasında çəkdiyi «Vəba zamanı eşq» filmi ilə məşhurlaşmış Skott Steyndorf da 2008-ci ildən eyniadlı layihə üzərində işləməyə başlamışdı və romanın ekranizasiya hüququnu almaq üçün Bulqakovun yeganə varisi Sergey Şilovskiyə altı sıfırlı məbləğ ödəmişdi. Hətta aktyor heyəti də artıq məlum idi: Al Paçino (Voland), Ralf Fayns (Ustad), Deni De Vito (Begemot), Con Malkoviç (Pilat), Mett Deymon (Bezdomnıy), Nikolas Keyc (İeşua). Lakin filmdən hələlik xəbər yoxdu. Bəlkə o da mistik güclərin qurbanı olub. Kim bilir?!

***

Bəlkə də “Ustad və Marqarita”, həqiqətən, İblisin diqtəsi ilə yazılıb. Yoxsa eyniadlı tamaşada boynuna iki xaç salıb Voland rolunu oynayan aktyor Viktor Avilov elə səhnədə yerə yıxılıb qalmazdı.

Ya da sadəcə üzərində, yazıldığı dövrün lənətini daşıyan dahi romandı. Başına gələnlər və gətirilənlər isə öz içimizdəki hər kəsə xain iblislərin əməlləridi.

Ya da Vladimir Naumovun dediyi kimi Bulqakov “Ustad və Marqarita” üçün rejissorları özü seçir.

Ya da bu ehtimalların hamısı doğrudu.

Nə fərqi var ki?! Gerçək odur ki, Bulqakov, “Ustad və Marqarita” romanında insanlığa güzgü tutmuşdu. Və yəqin, hələ bundan sonra da o güzgüyə baxmaqdan, gördüklərini göstərməkdən çəkinməyən rejissorlar tapılacaq. Nə qədər ki “insanlar elə həminki kimidilər. Pulu sevirlər, amma bu həmişə belə olub. Bəşəriyyət pulu sevir. Bir az yelbeyindilər. Hərdən ürəklərinə mərhəmət qonaq gəlir… adi insandılar… Uzun sözün qısası, əvvəlkiləri xatırladırlar. Bircə bu mənzil məsələsi onları korlayıb”.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör