Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Umberto Eko Rusiyaya niyə laqeyd idi?

AzLogos AzLogos
., Kültür
18 Mart 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
NBkSUhL2gVQnnMmyPqzJrMCqzJ3z8Zii1SLFh fH nKUPXuaDyXTjHou4MVO6BCVoZKf9GqVe5Q CPawk214LyWK9G1N5ho=T7EMohLokrut6KQKNVrQpQ
Paylaş

Umberto Eko Rusiyanı sevmirdi. Daha doğrusu, Rusiyanın ona olan dərin məhəbbəti qarşılığında professor bu ölkəyə qarşı aşkar şəkildə laqeyd idi. Qoqol və Çexov, Tolstoy və Dostoyevski sayəsində az qala bütün Qərbi Avropa intellektuallarının qəlbini fəth edən Rusiya Ekonun ürəyinə heç cür yol tapa bilmirdi. Professorun Rusiyaya niyə laqeyd qalmasının səbəbləri haqqında ədəbiyyat çevrələrində müxtəlif söz-söhbətlər dolaşır. Ekonun əsərlərinin rus dilinə tərcüməçisi Yelena Kostyukoviç də bu barədə öz mülahizələrini vaxtilə Moskva24 nəşri ilə müsahibəsində səsləndirmişdi. AzLogos müsahibədən həmin hissəni təqdim edir.

MÜXBİR: Yenidən Rusiya mövzusuna qayıtsaq, niyə bizim ölkəmiz Eko üçün maraqlı deyildi?

KOSTYUKOVİÇ: Necə deyim… Məncə bu, ayrıca bir söhbətin mövzusudur. Sadəcə onun 1998-ci ildə buraya gəldiyini deyə bilərəm. O zaman Rusiyada Ekonu çox sevirdilər, ona qarşı rəğbət və inanılmaz maraq hissi var idi. Biz Moskvaya uçurduq, mən Ekonun Rusiya səfəri üçün italyanlardan dəstək almağa çalışırdım, amma onlar əllərini ağdan qaraya vurmaq istəmirdilər. Bizdə isə nəşriyyat çox kasıb idi, professoru qəbul etməyə kifayət qədər pulları yox idi. Buna görə biletləri bahalı olmasına baxmayaraq öz pulumla almışdım. Axı Ekoya deyə bilməzdim ki, yol pulunu öz cibindən versin.

Biz ekonom siniflə uçurduq, uçuşdan əvvəl “Aeroflot”un İtaliya təmsilçiliyinin rəhbəri Luici Kolombo təyyarəyə daxil oldu. O, hər uçuşdan əvvəl təyyarə salonunu yoxlayır, hər bir təyyarənin uçuşunu şəxsən özü təsdiqləyirdi. O bizi görən kimi dedi: “Professor Eko niyə ekonom sinifdə səyahət edir? Biznes sinfi bomboşdur, xahiş edirik ora buyurasınız.” Biz də dörd nəfər idik: Eko həyat yoldaşı ilə, mən və daha bir nəfər. Nəticədə dördümüz də biznes sinfə keçdik.

Eko ilə bir təyyarədə səyahət etdiklərini görən sərnişinlər onu alqışlarla qarşılamışdı. Bizimlə eyni təyyarədə çox koloritli bir kompaniya da uçurdu, onlar xarici görünüşdən sanki bir komediya filmindən çıxmış cənublu mafiya qrupunu xatırladırdı. Bu qaraqabaq sərnişinlər biri-biriləri ilə kart oynayırdı. Mən özümü saxlaya bilmədim və Ekoya dedim: “Bilirsiniz, Rusiyada banditlər arasında belə bir adət var – onlar bəzən adam üzərindən oynayırlar. Oyunda uduzduqları adamı da axırda kəsirlər. Adətən ən kök olanı.” Professor mənim yəqin zarafat etdiyimi soruşdu, mən də cavab verməli oldum: “Bir onlara baxın, heç zarafat edənə oxşayıram?” (Kostyukoviç gülür)    

Beləcə Moskvaya gəldik. Fiat bizə bir dənə 06 model Jiquli ayırmışdı, özü də sürücüsüz! Nə yaxşı ki, bizneslə məşğul olan tanışlarımdan xahiş etmişdim, onlar bizə tünd şüşəli bir bandit cipi gətirmişdilər, biz də bu maşınla hər yerə gedirdik. Çox möhtəşəm idi.

nBkSUhL2gVQnnci_PqzJrMCqzJ3z8Zii1SLFh_fH_nKUPXuaDyXTjHou4MVO6BCVoZKf9GqVe5Q_CPawk214LyWK9G1N5ho=ADOd7P0Hr7rnu3fYJR37xA
Ekonun həyat yoldaşı Renata, Elena Kostyukoviç və Umberto Eko. Moskva, 1998

Eko qəribə şeylər görürdü və çox qorxmuşdu. Ölkə ona təəccüblü dərəcədə ziddiyyətli gəlirdi. Onu çıxışları qeyri-adi anşlaqla keçirdi, insanlar pəncərələrdən asıla-asıla ona qulaq asırdılar. Sankt-Peterburqda tədbir keçirilən zala daxil ola bilmək üçün atlı milislər işə qarışmalı olmuşdu. Onda Eko mənə demişdi: “Çox qəribə yerdir, çox qorxuram, qorxuludur, havam çatmır, çox ağırdır.” Bir də Moskvada soruşurdu ki, Qızıl Meydana nə vaxt gedəcəyik. Bizim isə cədvəlimiz dolu idi, belə bir gəzintini nəzərdə tutmurdu. Nəhayət, gecə vaxtı meydana gedə bildik.

Sonralar Eko öz çıxışlarını tez-tez xatırlayardı, özü bu tədbirləri dəhşətli dərəcədə bəyənmişdi. Bir də Kremlin ulduzları ilə işıqlanan tam qaranlıq Qızıl Meydanda dayanmağımızı. Burada yerin həqiqətən də yuvarlaqlaşdığını deyirdi: “Mən bunu bilirdim, amma inana bilmirdim.”

Eko bir neçə gün də Moskvada qalmaq istəyirdi, amma biz tez-tələsik Peterburqa uçmalı idik. Piterdə isə güclü külək az qalırdı adamın başını bədənindən qopartsın, professorun şlyapasını da başından aparırdı. Ümumiyyətlə, bütün bunlar onun üçün çətin idi. Ekonun Rusiya ilə bağlı təəssüratları bunlardır. Daha sonra da buraya bir daha gəlmək istəmədi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör