Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Uduzduğumuz müharibə

Ülvi Mehdi Ülvi Mehdi
., Kültür
08 İyun 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Ulvi mehti
Paylaş

Erməni kinematoqrafçılarının Dağlıq Qarabağdakı hadisələrdən bəhs edən filminin 73-cü Kann Kinofestivalının “tammetrajlı debütlər” müsabiqə bölməsinə salınması kinematoqrafik hadisədən daha çox (tamaşaçıların əksəriyyəti filmi hələ görməyib), Ermənistan-Azərbaycan münaqişəsində təbliğat aləti rolunu oynayır. Preventiv cavabın nəinki yoxluğu (söhbət mütləq milli şedevrdən getmir), hətta buna bənzər nəyəsə ümidimizin də olmaması Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin fəaliyyətsizliyindən və acizliyindən xəbər verir.

acid-cannes-si-le-vent-tombe-numero-magazine1
Should the Wind Fall, Nora Martirosyan

Məni informasiya müharibəsinə qoşulmağa, məhz, nazirliyin saxta müsabiqəsinə göndərdiyim ssenari sifarşlərini yaxın buraxmayan və bunu guya mətnlərimin aktual, vətənpərvər və sair olmadığı tipli bəzəkli bəhanələrlə izah eləyən yerli kino xadimləri vadar elədilər. Deməli, “Lenfilm”in klassik filmində deyildiyi kimi “Müharibədə vəziyyətə uyğun davranmaq lazımdır” («На войне как на войне»).

Fiaskoya uğramış informasiya müharibəsinin köklərinə nəzər salsaq, onun, obrazlı desək, Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin “cinayətkar” siyasətində gizləndiyini görərik. Şanlı iqtisadi çiçəklənmə dövründə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişaf proqramı” təsdiqlənmiş, bunun üçün böyük maliyyə vəsaitləri (MDB çərçivəsində, ümumiyyətlə, ağlasığmaz) ayrılmışdı. Amma son on il ərzində milli kinematoqrafiyanın inkişafında heç bir əhəmiyyətli nəticə əldə olunmayıb. Nə ölkə daxilində, nə də ondan kənarda. Hərçənd yerli kino funksionerlərinin yarırəsmi “Biz beynəlxalq festivallarda iştirak etmək üçün çəkirik” tipli şüarlarını çox gözəl xatırlayıram. (O vaxtlar ölkədaxili prokatın vəziyyəti o qədər də ürəkaçan deyildi).

nabat_tokio_big

Yeganə istisna (məlum olduğu kimi, o, qaydaları təsdiqləyir) rejissor Elçin Musaoğlunun 2014-cü ildə Venesiya festivalının “Üfüqlər” müsabiqə bölməsində nümayiş olunan, Qarabağ müharibəsindən tutarsız, eyhamlarla bəhs eləyən “Nabat” bədii filmi olub. Amma burda iranlı co-prodüserlərin, demək olar ki, yüzfaizlik iştirakını qeyd etmək lazımdır. Əfsus ki, “Nabat” filmi rezonans doğurmadı. Nə təkzib-söyüş xarakterli, nə müsbət-sevincli.. Ümumiyyətlə, heç bir reaksiya almadı.

Prezidentin təsdiqlədiyi proqramın bitməsindən iki il keçib, Mədəniyyət nazirliyinin kinematoqrafiya şöbəsi isə hələ də proqramın həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış 80 milyon manatı (sözügedən illərdə bu məbləğ 80 milyon avroya bərabər idi) necə xərclədiyinə (mənimsədiyinə) dair normal bir hesabat verməyib. Söhbət heç də puldan getmir (bu barədə aşağıda yazacağam), hərçənd 80 milyon manat çox böyük məbləğdir.

Müqayisə üçün: Ermənistan Mədəniyyət Nazirliyinin rəsmi məlumatlarına görə, Kann festivalının yarışmaçısı “Əgər külək əssə” («Si le vent tombe») ideoloji filminə, təxminən, 100 min dollar sərf edilib. Düzdür, istehsalatda iştirak edən partnyor ölkələr – Fransa və Belçikanın ayırdığı vəsaitlər də var. Amma bütün hallarda söhbət, maksimum 500 min dollardan gedə bilər. Festivalın rəsmi saytında film haqqında xeyli az məlumat verilib, hələlik hətta treyleri də tapmaq mümkün deyil. Sadəcə Ermənistanın rusdilli KİV-ləri qısa annotasiyanı dərc ediblər.

ararat-370954144Belə bir ideoloji təbliğat filmi apriori şedevr ola bilməz, onun hədəfləri də bu olmayıb. Müxtəlif illərdə dünya kinoforumlarında Atom Eqoyanın, Taviani qardaşlarının, Fateh Akının 1915-ci il hadisələrindən bəhs edən filmləri nümayiş olunub. Statistikaya inansaq, bu ideoloji klişelər kassada uğur qazanmır, o cümlədən filmlərin özü də adları çəkilən rejissorların filmoqrafiyasında ötəri rol oynayır. Bu sizin üçün S.M.Eyzenşteynin 1925-ci ildə – böyük utopiya dövründə çəkdiyi, kinonun əlifbası sayılan, dahiyanə “Potyomkin” zirehli gəmisi” filmi deyil. Qriqoriy Çuxrayın “Əsgər haqqında ballada” filmi heç deyil. (Ermənilərlə münasibətimiz nöqteyi-nəzərindən, bu film azərbaycanlılara daha yaxındır).

Şübhəsiz ki, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlər mənimsənilib, özü də son dərəcə təmtəraqlı şəkildə. Bu yerdə Kann kinofestivalında ard-arda bir neçə il bədnam “Azərbaycan kinosu pavilyonlarının” açılmasını xatırlamaq yerinə düşər. Əslində həddindən artıq gözəl niyyətdir. Azərbaycan bayrağı altında qurulan bu rəsmi pavilyonlar sayəsində nazirliyin kinematoqrafiya şöbəsinin nümayəndə heyəti keyfiyyətli tammetrajlı filmlərin, o cümlədən, təbii ki, Qarabağ müharibəsindən bəhs edəcək filmlərin istehsalı üçün layiqli partnyorlar tapmalı idilər. Bundan əlavə, beynəlxalq arenada Azərbaycanın imicini qaldırmalı idilər.

Amma həmin pavilyonlara ayrılan nəhəng məbləğlərin niyə daha çox qastronom orqiyalara sərf olunduğunu anlamaq çətindir.

O pavilyonlardan necə nəticələr gözləyirdilər və ən vacibi – o “məşhur” nəticələr hardadır? Halbuki eyni illərdə erməni nümayəndə heyəti də (bizimkiləri təqlid etməyə çalışaraq) eyni pafosla öz pavilyonunu açmışdı. Amma sən demə, onlar paralel olaraq öz pavilyonlarından kənarda nəticə almaq üçün də çalışırmışlar. Və inanmıram ki, onları, məsələn, digər pavilyonların qastronomik və furşet özəllikləri maraqlandırmış olsun.

Cəsarətlə deyə bilərik ki, bu gün öz mövqelərimizin birbaşa yönləndirmə ilə ART-atəşinə tutulması ilə üzləşmişik. Çünki bizim əməkdar və xalq xadimlərimiz uca səslə özlərini, az qala, “cəbhənin ön xəttində” vuruşan döyüşçülər adlandırırdılar. Daha bilmirəm, onlar həmin cəbhə xəttini necə təsəvvür edirdilər. Ancaq onların gördükləri işlərin nəticələrini nəzərə alsaq, hətta real hərbi əməliyyatlar teatrında belə, mövqeləri qətiyyən qoruya bilməzdilər.

İşğal olunmuş ərazilərdə çəkilmiş erməni təbliğat filminin 73-cü Kann festivalının proqramına daxil edilməsi birbaşa azərbaycanlı tamaşaçının mövqelərinə vurulan zərbədir. Nazirliyin xadimləri (o cümlədən) belə xəbərləri mütəmadi olaraq Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarından eşidirlər. Amma təəssüf ki, müdafiə nazirliyindən fərqli olaraq, bizim başabəla mədəniyyət nazirliyimiz öz xəbərlərini təntənəli “düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulmuşdur” cümləsi ilə yekunlaşdıra bilmir.

f5ed8a9fe84af5_5ed8a9fe84b2a.thumb

Azərbaycan Mədəniyyət Nazirliyi kinematoqrafiya şöbəsinin əlində olan imkanlarla problemə strateji yanaşmaq, on il qabağa hesablanmış layihələr hazırlamaq mümkün və lazım idi. “Film” adıyla tez-tələsik sırınan özfəaliyyət oyunlarına yer verməyə ehtiyac yox idi. Azərbaycana karikatur kulinar kino xadimləri yox, istehsalat sahəsində, ən əsası isə, öz layihələrini dünyada, hər şeydən əvvəl isə “A” kateqoriyalı kinofestivallarda yaymaqda uzun illik və uğurlu təcrübəyə malik olan əsl kinoprodüserlər dəvət olunmalıydı. Bu, mümkün ola bilərdi, əgər kinematoqrafiya şöbəsinin sükanı peşəkarların, ya da heç olmazsa, müasir kinematoqrafiyanın hədəflərindən az-maz başı çıxan “prinsipial” gənc menecerlərin əlində olsaydı…

Ola bilsin ki, Qarabağ mövzusundan bəhs edən provokativ filmin Kann festivalının müsabiqə proqramına daxil edilməsində qlobal erməni lobbiçiliyinin də rolu olub. Fransada da, Rusiyada da, Hollivudda da erməni kino diasporası var. İnformasiya müharibəsinin bu, şərti desək, virtual hərbi dəstələri (onları başqa necə adlandıra bilərik?) onilliklər boyu planlı şəkildə həm kinematoqrafik, həm də sırf təbliğat baxımından son dərəcə diqqətli şəkildə formalaşdırılıb. Təcrübəli qərargah rəhbərləri də, gələcək hərbi əməliyyatları, təxminən, eyni şəkildə planlayırlar. Təbii ki, dünyadakı erməni kinoprodüserlərini sənədli kinonun klassiki, poetik “məsafəli montaj”la səciyyələnən özünəməxsus kino dilinə sahib kosmopolit Artavazd Peleşyanın fəaliyyəti maraqlandırmır. Peleşyan artıq neçə ildir ki, öz layihələri üçün maliyyə axtarır.

Vergi ödəyicilərinin halal pulunu kinofestivallarda israf eləyən başabəla mədəniyyət nazirliyinin kino işçilərinin, ermənilər kimi lazımlı və ciddi əlaqələr qurmalarına, bənzər, ya da fərqli şəkildə ölkə maraqlarını təbliği etmələrinə nə mane olurdu? Ya da, ən azı, düşmən tərəfdən dezinformasiya sızdırmaq cəhdlərinin qarşısının alınması ilə məşğul olmalarına?

Əgər Mədəniyyət nazirliyinin buna gücü çatmırdısa, onda dərhal öz yararsızlığını boynuna almağına və yerini daha gənc, daha istedadlı, daha işbilən insanlara verməyinə nə mane olurdu?

Təəssüf ki, biz hər şeyə qadir olan özünəməxsus tiplərlə üz-üzəyik. Sən demə, Ferma teoremini isbatlamaq çətindir, kinodan isə (bir də futboldan), demək olar ki, HAMI-nın başı çıxır. Görünür, nəticələrin bənzər olması da elə bundadır. O zaman bu gün, onillik dünənə görə kim cavab verəcək??? Özü də, təkrar eləyirəm, sərf olunan vəsaitlərdən daha çox (təbii ki, filmlər çəkilirdi, hərçənd mən vergilər müfəttişliyinin, ya da Hesablama Palatasının əməkdaşı deyiləm), kinematoqrafik baxımdan olmasa da (əlimizdən bu qədəri gəlib), ən azı, təbliğat fəaliyyətindəki uğursuzluqlara görə kim cavab verəcək?…

102450894_2004930906318447_7745765667688677376_o
“Should the Wind Fall”, Nora Martirosyan

Yenə KİV-də yayılan xəbərlərə və öz qoyunlarımıza qayıdaq. Erməni rejissoru Nora Martirosyan tammetrajlı filmlə 2020-ci il Kann kinofestivalında debütünü eləyir. Rejissorun əvvəlki işləri barədə heç bir məlumatım yoxdur. Yuxarıda qeyd etdiyim kimi, sözügedən film üç ölkənin – Belçika, Fransa və Ermənistanın müştərək istehsalıdır. Bu, artıq baş vermiş faktdır. Süjetə görə (məlumatlar KİV-də dərc olunmuş rəsmi materiallardan götürülüb), auditor Alen Xankəndi hava limanını (bu, vacibdir!) dəyərləndirmək və istifadəsinə yaşıl işıq yandırmaq üçün Dağlıq Qarabağa gəlir. Həmin vaxt hava limanında Edqar adlı yerli uğaq dolaşır. Kişi və uşaq, nəhayət, qarşılaşırlar. Bütün bunlarda bir problem yoxdur, amma son dərəcə mühüm bir məqam var. İndiki Xankəndində (SSRİ zamanın Stepanakert adlandırılmış vilayət mərkəzi) heç vaxt heç bir hava limanı olmayıb. Azərbaycan SSRİ-nin tərkibində muxtar respublika olan, hazırda isə de-yure Azərbaycan Respublikasının tərkibində olan Dağlıq Qarabağda hava limanı faciəvi tanınan… XOCALIDA yerləşib (indi də ordadır). Və bunlar faktlardır. 1992-ci il fevral ayının sonlarında keçmiş 4-cü sovet ordusunun 366-cı motoatıcı polkunun ikinci batalyonunun iştirakı ilə silahlı erməni qruplaşmaları tərəfindən dinc azərbaycanlı əhalinin qırğını və etnik təmizlənməsi ilə nəticələnən hadisələr də faktdır!

Diqqətəlayiqdir ki, erməni təbliğatçılarının həmin “Küləyə” (“Stepanakert hava limanı” adlanan yeri) yazdıqları annotasiyadakı utancaq yalan əslində, açıq-aşkar kino təxribatı olan bu layihənin – ona ideoloji aksiya da demək olmur – çoxgedişli düşünüldüyünü vurğulayır. İndi isə təsəlli olaraq yalnız Azərbaycan XİN-nin mətbuat xidmətinin dərhal verəcəyi, Kann kinofestivalı ilə bağlı yaranmış vəziyyəti lazımi istqamətə yönləndirməyə, ya da, ən azından, acı dərmanı şirinləşdirməyə qadir olan reaksiyaya ümid eləmək qalır.

MV5BZjBjYTRhODctNTFmMS00NTg0LWFhZTMtYjYzYTczNzAzZTFkXkEyXkFqcGdeQXVyNzcyOTM1NjQ@._V1_SY1000_CR0,0,709,1000_AL_

P.S. Bu ilki Kann kinofestivalında Azərbaycanın müstəliq kinematoqrafiyamız tərəfindən təmsil olunmağı da müsbət təsəllidir (İTV Azərbaycanın dəstəyi ilə). Azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” filmi festivalın “Kinotənqidçilər həftəsi” bölməsinə daxil edilib. Fransız kinotənqidçiləri ittifaqı tərəfindən yaradılmış müsabiqənin fəaliyyətə başlamasından keçən 59 ildə Azərbaycan ilk dəfədir ki, burda təmsil olunur. Prodüser-rejissor Teymur Hacıyev müstəqil müəllif kinosu çərçivəsində azbüdcəli layihələrlə işləməyə üstünlük verir. Azərbaycan Mədəniyyət nazirliyi dəfələrlə cürbəcür böhtan və iftiralarla onun yaradıcı fəaliyyətinə mane olmağa çalışıb.

“Kinotənqidçilər həftəsi” proqramının hədəfi – dünya kinematoqrafiyasında yeni adlar kəşf etmək və beynəlxalq karyeralarının ilk mərhələlərində onları dəstəkləməkdir. İlk filmləri bu bölmədə iştirak eləyən rejissorlar arasında Bernardo Bertoluççi, Otar İoseliani, Ken Louç, Vonq Kar-vay, Jak Odiar, Gilyermo del Toro, Qaspar Noe, Leos Karakas, Kevin Smit, Fransua Ozon, Alexandro Qonsales İnyarutti kimi dünya kinosunun ustaları var.

Bizə yalnız həmvətənimizə uğurlar və yeni yaradıcılıq zirvələri arzulamaq qalır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör