Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Totalitarizmin növbəti siması – Ləğv Mədəniyyəti

Bilal Əşrəfov Bilal Əşrəfov
., Kültür
17 İyul 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Pixlr 20200712134719682
Paylaş

Bir müddət əvvəl Amerika Dilçilər Cəmiyyətində (LSA) Qərbin ən tanınmış intellektuallarından biri, Harvard Universitetinin əməkdaşı, psixoloq və linqvist Steven Pinker əleyhinə, tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edən bir kampaniya başladılmışdı. Təşəbbüskarlarının əksəriyyəti doktorantura namizədlərindən ibarət olan bu çağırış, oturuşmuş intellektual dairə tərəfindən əks reaksiya ilə qarşılanmışdı. Amma görünən o idi ki, proses təkcə bununla bitməyəcəkdi, çünki məsələ sadəcə bu hadisədən ibarət deyildi.

Sözügedən hadisədən bir neçə gün sonra mediada Harper’s Letter deyə əks səda yaradan, 150-dən çox görkəmli şəxsin imzaladığı açıq məktub dərc olundu. İmzalayanlar arasında nüfuzlu universitetlərin professorları – Noam Chomsky, Jonathan Haidt, Francis Fukuyama və Deirdre McCloskey kimi dünyaca məşhur intellektualların, Fareed Zakaria, Anne Applebaum və Malcolm Gladwell kimi jurnalistlərin, habelə J. K. Jowling və Margaret Atwood kimi görkəmli yazarların yer aldığı açıq məktubda vurğulanan əsas məqam hazırda ifadə azadlığının çox ciddi təhlükə altında olmasıdır. Məktubda, onu ən fərqli sahələr üzrə mütəxəssislərin imzalamasından əlavə, diqqət çəkən başqa bir məsələ də iştirakçılar arasındakı siyasi fikir müxtəlifliyidir. Və bu dəfə hədəf hökumət yox, mədəniyyətdir — ifadə etdikləri fikirlərə görə müəlliflərin tutduqları pozisiyadan uzaqlaşdırılmasına və ictimai arenadan “yoxa çıxarılmasına” nail olmağa çalışan Ləğv Mədəniyyəti (Cancel Culture).

pixlr_20200712134719682_20200715210029976
Sıra ilə (soldan sağa, üstdən aşağıya): J. K. Rowling, Fareed Zakaria, Steven Pinker, Noam Chomsky, Margaret Atwood, Jonathan Haidt, Salman Rushdie, Francis Fukuyama, Garry Kasparov

Müəlliflər, imzaladıqları məktubda “liberal cəmiyyətin can damarı olan fikir mübadiləsinin getdikcə sıxışdırılması” ilə bağlı narahatlıqlarını açıq şəkildə dilə gətirirlər:

Redaktorlar mübahisəli yazıları dərc etdiklərinə görə işdən qovulurlar; kitablar, həqiqətəuyğun olmadığı əsas gətirilərək yığışdırılır; jurnalistlərə müəyyən mövzularda yazmaq qadağandır; professorlar sinifdə bədii əsərlərdən sitat gətirdiklərinə görə yoxlanılırlar; bir tədqiqatçı nəzərdən keçirilmiş bir akademik tədqiqatı yaydığı üçün işdən azad olunur; və təşkilat rəhbərləri bəzən sadəcə kiçik bir səhvə yol verdikləri üçün vəzifələrindən uzaqlaşdırılırlar.

İfadə azadlığı ətrafındakı potensial repressiv mühitin öz növbəsində akademik azadlığa toxunmaması mümkün deyil. Digər yandan, daha az nüfuz dairəsinə sahib olduqları üçün ləğv mədəniyyətindən çəkinən qrupların başında akademiya sahəsinə yeni addım atanlar gəlir. Bu kontekstdə “üstündən xətt çəkilməsi” daha çətin olan nüfuzlu şəxslərin potensial yeni namizədlər üçün səslərini yüksəltməsi məktubu, onu imzalayanlar adına daha da təqdirəlayiq edir. Ləğv mədəniyyətinin hədəflərindən və məktubu imzalayanlardan biri – Steven Pinker, Times qəzetinə verdiyi müsahibədə bu halı xüsusilə qeyd edir:

“Məni ən çox narahat edən məsələ repressiv atmosferin o qədər də rahat pozisiyada olmayan insanlara təsiridir. Gənc elmi işçilərdən “açığı, belə düşünürəm, amma dilə gətirməyə cəsarət edə bilmərəm” tərzində şeylər eşidirdim”.

Həmçinin məktubu imzalayan şəxslər arasında yazdığı kitaba (The Satanic Verses) görə vaxtilə haqqında Şərqdəki dini avtoritetlər tərəfindən ölüm fətvası verilən Salman Rushdie-nin də olması, ifadə azadlığının artıq Qərbdə belə əvvəlki təminatlı statusunda olmadığını düşünməyə vadar edir.

Lakin sözügedən məktub da müəyyən qədər əks reaksiya ilə üzləşib. Tənqidçilər, məktubu imzalayan şəxslərin (hamısının olmasa da) ləğv mədəniyyətinə istinadən ifadə etdikləri fikirlərin nəticələrindən yayınmağa çalışdıqlarını yazırlar.

Buna baxmayaraq, tənqidlərdən sonra məktubla bağlı tərəddüdləri olanların imzaçılar arasından çıxması, ən azından, ləğv mədəniyyətinin mövcud olduğuna dəlalət edir. Açıq məktubu imzalayanlardan biri, görkəmli jurnalist Malcolm Gladwell, ifadə azadlığının təhlükə altında olduğu ilə bağlı narahatlıqdan daha çox imzaçılara diqqət yetirilməsinin doğru olmadığını bildirir:

“Məktubu imzalamağımın səbəbi onu imzalayanlar arasında fikirlərini bölüşmədiyim şəxslərin də olması idi. Düşünürəm ki, məktubun məqsədi, məhz, budur”.

Bütün hallarda, açıq məktubun ifadə azadlığı ilə bağlı yaranmış müzakirələrin gedişatına verəcəyi istiqaməti və gələcəkdəki diskussiyalara mümkün töhfəsini maraqla izləməyə dəyər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör