Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
  • Bizi tanı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Yaşıl meydan
  • Gender
  • Texno
  • Foto-qrafika
  • Kimlər var
  • TV
Azlogos
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Yaşıl meydan
  • Gender
  • Texno
  • Foto-qrafika
  • Kimlər var
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“The best Messi”: Narazılığa əsas varmı?

Zaur Xudiyev Zaur Xudiyev
25 Sentyabr 2019
., Yaşıl meydan
5 dəqiqəyə tam oxunur.

Lionel Messinin növbəti dəfə “The best FİFA 2019″da ən yaxşı kişi futbolçu seçilməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Əvvəlcədən qeyd edim ki, dünyanın ən yaxşı futbolçusunun seçilməsi üçün səsvermə 1991-ci ildən etibarən keçirilir.

İlk olaraq bu mükafat “FIFA World Player of the Year” (1991-2009), daha sonra “FIFA Ballon d’Or” (2010-2015) və hazırkı adı “The Best FIFA Men’s Player” (2015 -…) ilə təqdim olunub.

Adlar fərqli olsa da, mahiyyət və seçim prosesi bəzi xırda dəyişiklikləri nəzərə almasaq, eyni qalıb.

“Barselona”nın argentinalı superulduzu karyerası boyunca üst-üstə 6-cı dəfə dünyanın ən yaxşı oyunçusu seçilsə də, yuxarıda da qeyd etdiyim kimi, bu barədə fikirlər haçalandı.

Təkcə Azərbaycanda deyil, həmçinin dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarında, kulislərdə bu mövsüm Leonun bu mükafata layiq olmadığı, ən yaxşı olmağın daha çox “Liverpul”la Çempionlar Liqasının qalibi və İngiltərə Premyer Liqasının gümüş medalçısı olmuş, eyni zamanda Hollandiya millisi ilə UEFA Millətlər Liqasının finalına yüksəlmiş Vircil Van Deykin haqqı olduğu iddia olundu.

Onu da qeyd edim ki, FİFA-nın sözügedən mükafatı təqdimetmə zamanı istifadə etdiyi seçim prosesi olduqca şəffaf və ədalətlidir.

Belə ki, ən yaxşını seçmək üçün dünyanın ali futbol qurumuna üzv olan ölkələrinin milli komandalarının baş məşqçiləri, kapitanları, hər ölkədən bir nəfər qeydiyyatdan keçmiş jurnalist və internet vasitəsilə azarkeşlər səs verə bilirlər.

Hər kəs müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq gördüyü oyunçunun adını qeyd edir, daha sonra xallar hesablanır və ən yaxşı, eyni zamanda ikinci və üçüncü yerin sahibi bəlli olur. Qaydalara görə, oyunçular özlərinə səs verə bilməzlər, ancaq baş məşqçilər öz yığmasının oyunçusunu seçməkdə azaddır.

Mükafatlar təqdim edildikdən dərhal sonra FİFA nəticələri açıqlayaraq tam şəffaf şəkildə kimin hansı xalı toplaması, hansı məşqçinin, kapitanın kimə səs verməsi ilə bağlı sənədləri yayımladı.

Gəlin, rəqəmlərə qısaca olaraq birlikdə baxaq.

“The best” seçilən Lionel Messi baş məşqçilərin seçimindən 379 xal toplayıb. İkinci olan Van Deykdə bu göstərici 289, üçüncü Kristiano Ronaldoda isə 307-yə bərabərdir.

Kapitanların səsverməsində də Messi öndədir. Müvafiq olaraq: 377, 337 və 330.

Yaranmış ajiotaj və narazılıqdan da bəlli olduğu kimi medianın ən çox etimadını qazanan hollandiyalı Van Deyk olub – 462. Messi yalnız bu platformada əsas rəqibindən geri qalıb – 364. Ronaldo isə 264 xal toplaya bilib.

Azarkeşlərin səsverməsində isə Leo açıq-aşkar öndədir – 1359728.

Van Deyk və Ronaldo isə müvafiq olaraq 704235 və 962919 xal toplayıblar. Göründüyü kimi, futbolsevərlər iki hücumçu ilə müqayisədə müdafiəçiyə daha az etimad göstəriblər.

Ümumi nəticələrə baxdıqda ilk təəssürat yaranır ki, media nümayəndələrindən fərqli olaraq məşqçilər, kapitanlar və azarkeşlər Messinin hamıdan güclü olduğunu düşünürlər.

Bəs, maraqlıdır, həm də öz ölkələrinin milli komandalarının kapitanları olan səbəbkarlar özləri kimə səs veriblər?

FİFA o siyahını da açıqlayıb.

Argentina millisinin kapitanı Lionel Messi ən yaxşı kimi ötən mövsüm “Liverpul”la Çempionlar Liqasının qalibi olmuş Sadio Maneni görüb. İkinciliyi əzəli rəqibi Kristiano Ronaldoya verən argentinalı, üçüncü yer üçün yayda “Ayaks”ı “Barselona”ya dəyişmiş gənc komanda yoldaşı Frenki De Yonqun adını qeyd edib.

Hollandiya millisinin kapitanı Vircil Van Deykin seçimi daha maraqlıdır. Müdafiəçi əsas rəqibi Leo Messinin əksəriyyət kimi hamıdan yaxşı hesab edirsə, ikinci və üçüncülüyü komanda yoldaşları Muhammed Salah və Sadio Mane arasında bölüşdürüb.

Kristiano Ronaldo isə daha çox gəncləri fərqləndirib. Portuqaliya yığmasının kapitanı uyğun olaraq “Yuventus”dan komanda yoldaşı Mattiys De Ligt, “Barselona”dan Frenki De Yonk və PSJ-dən Kilian Mbappe variantlarını seçib.

Göründüyü kimi, hətta ən yaxşı olduğu iddia edilən Van Deyk belə ən yaxşı kimi Messini görürsə, seçimin ədalətinə və şəffaflığına şübhə yeri qalmır.

Oxucularımız üçün maraqlı olduğunu nəzərə alaraq Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç və kapitan Maksim Medvedevin hansı oyunçuları seçdiklərini də nəzərinizə çatdıraraq mövzuya yekun vurum.

Xorvatiyalı baş məşqçimiz Yurçeviçin fikrincə Ronaldo ən yaxşı, Messi ikinci, Salah isə üçüncü olmalı idi.

Maksim isə bu məsələdə baş məşqçisi ilə razılaşmır. O hesab edir ki, birinci yer Van Deyk, ikinci Salah, üçüncü isə Matiys De Ligt seçilməlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Bakının identikliyi

Selcan: Feminizmin ilk qələbəsi

Redaktorun seçimi

Azərbaycanın ilk inqilabçıları
.

Azərbaycanın ilk inqilabçıları

Toğrul Maşallı
31 May 2019

Digər yazılar

.

Seks və dölləndirmə – bitməyən macəramız

09 İyul 2019
.

Erməni anam-bacım

19 Noyabr 2019
.

Karl Marx cavabı çoxdan verib

22 Noyabr 2019
.

Azərbaycanlı alimə 5.3 milyon euro

10 Dekabr 2019
.

Ermənilər və biz

14 Noyabr 2019
.

Asqırmaqla öskürməyin əşəddu-fərqi

22 Noyabr 2019
.

Söyüş

30 Noyabr 2019
.

СНАП

22 Noyabr 2019
.

Cem Yılmaz və stereotiplər

19 Noyabr 2019
Sərbəst

Albaniya

25 Noyabr 2019
.

İsanı Qolqofaya aparanlar

22 Noyabr 2019
.

Xudbin

27 Noyabr 2019
Facebook Twitter Youtube Instagram

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Layihənin baş sponsoru:

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Yaşıl meydan
  • Gender
  • Texno
  • Foto-qrafika
  • Kimlər var
  • TV

Redaksiya

İdeya, promouter: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

İncəsənət: Aygün Aslanlı

Ədəbiyyat: Günel Mövlud

Foto-qrafika: Gündüz Ağayev

Elm: Hacı Hacıyev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • Kültür
  • Elm
  • Sərbəst
  • Gender
  • Foto-qrafika
  • Söhbət
  • TV
  • Kimlər var
  • Bizi tanı

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel