Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Haut Königsbourg qalası – Abbas Atilay təqdim edir

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
24 May 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
IMG
Paylaş

İsveçrə Bazelindən Fransa Strasburquna gedərkən maşının sürəti bir az azalır, yolun ortasında çörək dükanına bənzər bir köşkün yanından keçirsiniz. Bəzən burada uniformalı tək-tük polisə rast gələ bilərsiniz. Onları görməsəniz heç hiss etməzsiniz ki, bir ölkədən digərinə keçirsiniz. 4-5 dəqiqədən sonra maşının sürəti yenidən artır və siz Fransadasınız. Dərdinizi təzələmək, yaranızı qaşımaq istəmərəm, amma Allah xatirinə, bir Salyan postunu düşünün…

Bazeldən Strasburq istigamətində, 90–cı km-də xudmani bir qəsəbə var – Orchwiller –  sakinləri fransızdır, amma alman dilində də danışırlar. Bu qəsəbə bir əsrdə bir neçə dəfə müharibələr sonunda almanların əlinə keçib, amma fransızlara məxsus memarlığını itirməyib. Kiçik qəsəbədir, amma alman və İsveçrə şəhərlərindən, qəsəbələrindən bir xeyli fərqlənir. Bu qəsəbədən deyil, sizə bu qəsəbəyə aid, Fransada ən çox ziyarət edilən 4-cü abidədən danışacağam.

Fransanın Alsace (Elzas) bölgəsindəki bu abidə “Haut Koenigsbourg” qalasıdır. Qala “Templar”ların (“Məbəd keşikçiləri” – “Knights Templar”) Fransada böyük nüfuz və mülk sahibi olduğu illərdə – 1147-ci ildə inşa edilib. Qala dağın zirvəsində tikildiyindən müdafiə istehkamından daha çox bələdçi qarovulxanası rolunu oynayırmış. Amma həmin əsrin sonlarına doğru “Kral qalası” mənasını verən bu bina yerli krallığın sarayına çevrilib.

Siz fotolarda bu qalanı görüb, hələ də ayaq üstə nücə möhtəşəm dayandığına təəccüblənə bilərsiniz. Amma əslində indi gördüyünüz bu qala bir öncəkilərin xarabalıqları üzərində qurulub: XII əsrin ortalarında ucaldılmış bu abidə “Habsburqlar”ın dirçəlişi zamanı, 1462-ci ildə dağıdılır. Buna baxmayaraq qısa zaman sonra 1479-cu ildə qala bərpa edilir, amma bu dəfə qala divarları top mərmilərinə davam gətirə biləcək səviyyədə inşa edilir.

Qalanın ikinci çöküşü “30 illik Müharibə” (1618-1648) zamanı baş verir. Müharibələrin gedişatında 1633-cü ildə qala tamamilə dağıdılır. Bu dağıntılara 200 ildən çox heç kim yaxın düşmür. Ta 1865-ci ilə qədər. Həmin il qalanın yaxınlığındakı Selestat qəsəbəsi onu satın alır və bərpa edərək əvvəlki əzəmətinə qovuşdurmasa da, xudmani abidəyə çevirir.

Fransa ilə Almaniya arasında daim müharibəyə səbəb olan Elzas bölgəsi yenidən savaş poliqonuna çevirilir və qala sahibi olan Selstatlılar tərəfindən I Wilhelmə hədiyyə edilir.

I Dünya Müharibəsinə qədər alman mülkiyyətində olan qala, Wilhelm Almaniyasının məğlubiyyətindən sonra yenidə aid olduğu bölgə ilə birgə Fransaya geri qayıdır.

Qalanın son restavrasiyası 1993-cü ilə təsadüf edir. Qala bir neçə dəfə dağıdılsa da, onda Templyar detallar hələ də mövcuddur. Əgər bir gün yolunuz Elzasa düşərsə bu qalanı özünüz üçün kəşf edin. Maşın yolu qala divarlarına qədər sizi aparır, amma istəsəniz qala içinə meşə içindən keçən piyada yolu ilə də gedə bilərsiniz. Qalaya giriş böyüklər üçün 9, uşaqlar üçün 5 avro, necə deyərlər, bizim pulla havayı.

PS: Qala içindəki bəzi otaqlara giriş üçün çox uzun bir növbə olduğundan otaqlarda çəkiliş edə bilmədim. Həmin otaqlardan fotoları qalanın rəsmi internet səhifəsindən götürmüşəm.

 

1 - 27
- +
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
IMG
La salle darmescjean luc stadler (1)
Logis sudcklaus stoeber (1)
Vue aeriennecjean luc stadler (1)

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör