Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Tanrının varlığı ilə yoxluğu arasında qalanlar

Gülnar Əhməd Gülnar Əhməd
Kültür
02 Avqust 2020

Aqnostisizmin konseptual çərçivəsi və məzmunu

Aqnostisizm, bu gün müasir dünyada ateizm və tanrıya qarşı tənqidi mövqe nümayiş etdirən oxşar fikir və fəlsəfi cərəyanlarla birlikdə geniş yayılıb mənimsənən fəlsəfi mövqedir. Hətta son vaxtlar dünyada özünü aqnostik olaraq təqdim edənlərin nisbəti, ateist olaraq təqdim edənlərin nisbətindən daha çoxdur. Bu baxımdan aqnostisizmin populyarlaşan bir trend olduğunu söyləmək mümkündür. Məsələn, 2006-cı ildə Amerikadakı universitet professorları arasında özünü ateist kimi təqdim edənlərin payı 10% idisə, aqnostik kimi təqdim edənlər 13% təşkil edirdi.

Aqnostisizm kəlməsinin etimologiyası antik yunancada “əmin olmamaq”, “dəqiq bilməmək” mənasında işlənən “agnostos” sözündən gəlir. Ərəblər bu anlayışı “laedriyyə” (ərəbcə “laedri” – “bilmirəm” sözündən götürülüb) ifadəsi ilə əvəzləyir, türk dilinə isə “bilinməzçilik” kimi tərcümə edilir. Ancaq müasir Türkiyə fəlsəfə ədəbiyyatında daha çox ingilis dilindəki orijinal variantı – “aqnostisizm” geniş istifadə olunur.

Aqnostisizmə bir termin olaraq tərif vermək göründüyü qədər asan deyil. Həm agnostisizmə yüklənən mənanın filosofdan filosofa, teoloqdan teoloqa dəyişməsi, həm zəif, güclü, deistik, teistik və ateistik aqnostisizmə ayrılmalar, həm də aqnostisizmə imperativ və alternativ yanaşmalar aqnostisizmin tərifini də, ona yüklənən anlamın da müəyyənləşdirilməsini çətinləşdirir. Həmçinin aqnostiklərin tanrıya inanıb inanmadıqları, tanrı inancları mövzusunda ateistlə aqnostik arasındakı fərqlərlə bağlı sualları da diqqətə alanda buradakı mürəkkəblik daha da dərinləşir.

Məsələn, “aqnostisizmə ateizmin yumşaldılmış bir forması kimi baxmağın yanlış olduğunu” və “əgər diqqətlə tədqiq edilərsə, həm əxlaqi, həm də epistemoloji baxımdan aqnostisizmin ateizmə nisbətən daha üstün olduğu görünəcək” deyən və özünü “evidensiyalist aqnostik” olaraq təqdim edən Entoni Kenni, ateizm ilə aqnostisizm arasındakı fərqləri bu şəkildə ifadə edir:

“Zahirən ateizm teizmdən daha güclü bir iddia irəli sürür. Ateist iddia edir ki, hansı formada tərif edilir-edilsin, “Tanrı yoxdur”. Teist isə “Tanrı var” iddiasını təsdiq edəcək, ən azı, bir “Tanrı” tərifi üzərində razılığa gəlməlidir. Güman edirəm ki, söhbət Homerin Olimp tanrılarından gedəndə çoxumuz aqnostik yox, ateist oluruq”.

Göründüyü kimi, Kenniyə görə tanrı qarşısındakı mövqeyimizin nə olduğuna qərar verməzdən və müəyyən statusda mövqe tutmazdan əvvəl, əslində Tanrının nə və necə bir varlıq olduğuna qərar verməliyik. Seçdiyi tanrının Homerin Olimp tanrılarından olmadığını, “mütləq güc, mütləq bilgi və uca mərhəmətə sahib ənənəvi Yəhudi-Xristian teologiyasındakı Tanrı” olduğunu söyləyən Kenni, bu “Tanrını bilib bilməyəcəyimiz, ona inanıb inanmayacağımız sualına qapıları açıq qoyuram. Bu mənada mən bir ateist deyiləm və aqnostik olaraq qalmağa davam edirəm” deyə fikrini tamamlayır.

“A Companion to Epistemology”nin müəllifi, müasir amerikalı din filosofu Alvin Palantinqa yuxarıda xarıtlatdığımız fərqlərə işarə edərək, terminə belə tərif verməyə çalışır:

“Populyar mənada Tanrıya inanmayan adama ateist deyilərkən, Tanrıya nə inanan, nə də inanmayan adama aqnostik deyilir. Ancaq daha texnik mənada aqnostisizm, Tanrının varlığı və ya yoxluğunu anlamaq üçün insan ağlının kifayət qədər rasional səviyyəyə sahib olmadığını irəli sürən yanaşmadır”.

Göründüyü kimi, Palantinqa terminə dualist yanaşır və populyar mənada onu şübhəçilik və qərarsızlıq vəziyyəti olaraq göstərir, tanrının mövcud olub-olmadığını müzakirə etməkdən qaçmaq, kifayət qədər dəlil olmadığı üçün tanrının varlığını qəbul etməmək şəklində tərif edir.

Aqnostisizmi araşdıran nadir türk filosoflarından biri – Fərid Uslu da aqnostiki, “Tanrının varlığı və ya yoxluğu ilə bağlı heç bir mülahizəsi olmayan, ya da kifayət qədər dəlil olmadığı üçün Tanrının varlığını qəbul etməyən adam” olaraq tərif edir.

Daha geniş və ümumi qəbul olunmuş tərifə görə, aqnostisizm – “bilginin ancaq zehnimizin yaratdığı, güvənə biləcəyimiz mövzularla məhdudlaşdığını irəli sürən, dolayısı ilə də tanrının mahiyyəti və anlamı kimi fizikadan kənar mövzuları bilməyin imkansızlığını müdafiə edən, bu mənada Tanrının bizdən çox fərqli olduğunu, buna görə də, onun isbat oluna bildiyini (falsifiability), yaxud bilinmədiyini irəli sürən təlim”dir. Bu təlimə görə, nə teizmin iddia etdiyi kimi tanrının mövcudluğunu, nə də ateizmin iddia etdiyi kimi yoxluğunu isbat etməyə imkan var.

Aqnostisizm anlayışı və onun fərqləndirici fəlsəfi anlamı XIX əsrdə dini inancla bağlı diskussiyalarda ortaya çıxmışdır. Məlum olduğu kimi, bu məfhum ilk dəfə 1869-cu ildə məşhur bioloq və fikir adamı, Darvinin yaxın dostu Tomas Haksli tərəfindən səsləndirilib. Haksli onun ziddi olan qnostisizm termininə istinadən asqnostisizm kəlməsindən istifadə edib. Qnostisizm – yunanca “gnosis” – “bilgi, hikmət, mərifət” və “gnostikos” – “dərk edən, bilən” sözlərindən yaranıb. Qnostiklər, qurtuluş üçün lazım olan əsas “bilgilər”in onlara verildiyinə inanırlar. Tanrı, kainat, insan və bunlar arasındakı əlaqələri xüsusi adamlara verilmiş gizli və müqəddəs (ezoterik) bilgi ilə açıqlayan Sabiilik, Manixeizm və Hermetizm kimi təlimlər, din tarixi ədəbiyyatında qnostik adlandırılırlar. Termini daha əhatəli anlayan və geniş mənada istifadə edən Haksli isə sadəcə Sabiilik, Manixeizm və Hermetizm kimi təlimləri deyil, eyni zamanda Yəhudilik, Xristianlıq və İslam kimi bütün dini ənənələri də qnostisizmə aid edir. Çünkü onların hamısı həm kainatın, həm insanın yaradılışına, anlamına və məqsədinə aid “xüsusi” bilgiyə sahib olduqlarını iddia edir. Haksli bu məsələyə belə aydınlıq gətirir:

“Bu söz (aqnostisizm) ağlıma, kilsə tarixinin qnostikliyinin ziddi olaraq gəldi. Çünki Kilsə mənim bilgisiz olduğum mövzularda çox şey bildiyini iddia edirdi… Bəxtim gətirdi ki, bu termin qəbul olundu”.

Haksli, intellektual yetkinliyə çatanda din və tanrı qarşısında epistemioloji mövqeyini dəqiqləşdirmək istəyirdi. Buna görə, o özündən ateist, teist, panteist, materialist, idealist, yoxsa bir xristian, ya da azad bir fikir adamı, qısası nə olduğunu və harda durduğunu soruşur. Nəticədə “azad bir fikir adamı” olduğu qərarına gəlir, adlarını sadaladığı təlimlərə və inanclara mənsub adamların fəlsəfi və dini problemlərlə bağlı xüsusi bilgiyə (gnosis) sahib olsalar da, özünün belə bir bilgiyə sahib olmadığını etiraf edir.

Haksli İngilis Metafizika Dərnəyinə qəbul olunduğu dövrdə bunları düşünürdü. Sözügedən dərnəkdə bütün fəlsəfi və dini görüşlərin təmsilçiləri vardı. Öz dili ilə desək, dərnək dostlarının bir çoxu hansısa görüşün tərəfdarı idi. Ancaq Haksli heç bir dini və fəlsəfi görüşün etiketini özünə uyğun görmür, yaraşdırmırdı. “Buna görə də, – Haksli deyir, – mən də öz yanaşmamı dilə gətirdim və ona ən uyğun ad olacağını düşünərək “aqnostik” kəliməsini icad etdim.”

“Aqnostik” qavramını bu şəkildə fəlsəfə dünyasına ərməğan edən Hakslinin onu, “bütün teoloji sistemlərin mərkəzi inancı olan Tanrıya inam başda olmaqla, təməl metafizik inanc və təkliflərin həqiqətəuyğunluğunun naməlum qaldığı, dolayısı ilə də bu mövzulardakı inancımıza şübhə ilə yanaşmalı olduğumuz yanaşma” kimi tərif etdiyini söyləyə bilərik.

Aqnostisizmin daha əsaslı bir tərifini yenə dövrün digər məşhur aqnostiki Uilyam Kliffordun yazılarında tapa bilərik. “İnanc əxlaqı” (“The Ethics of Belief”) adlı qısa, amma əsaslı məqaləsində hərəkət və davranışlarımız kimi (davranışlarımızın arxa plandakı səbəblərinin formalaşmasına görə), inancımızın da müəyyən bir əxlaqi prinsipə söykənməli olduğunu söyləyən Klifford həmin prinsipi belə ifadə edir: “Yetərsiz arqumentə söykənən bir şeyə inanmaq hamı üçün həmişə və hər yerdə yanlışdır”.

Dolayısı ilə bir şeyə inanmaq, yaxud bir şeyi inkar etmək üçün əlimizdə yetərli qədər dəlil yoxdursa, belə vəziyyətdə ən ağıllı hərəkət inanmaq, yaxud inanmamaq məsələsindəki qərarı, ən azı, təxirə salmaq, yəni, aqnostik bir davranış sərgiləməkdir. Dəlil və inanc arasındakı bənzər əlaqəyə və buradan meydana çıxan aqnostik mövqeyə, Robin le Poydevinin bu sətirlərində də rast gələ bilərik: “Teizm, yaxud ateizmdən birinin digərindən daha yüksək bir ehtimal dəyəri daşıdığını göstərən orijinal, yaxud təcrübi (həmçinin müşahidəyə əsaslanan) sübut mövcud deyil. Belə bir sübut olmadığına görə, teizmin, yaxud ateizmin doğruluğuna qərar vermək mümkün olmadığı üçün geriyə bir variant qalır. O da aqnostisizmin doğruluğudur”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021
seymur-baycan-1
.

Ölü evdən qeydlər

02 Yanvar 2021

Redaktorun seçimi

Beethoven – 250

Proyeksiya (əvvəli)

Firudin Allahverdinin Qars səfəri (II hissə)

Azərbaycansayağı faşizm

Memardan üzr istədilər

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf? – 2 hissə

Rəşadət Axundov: “Özümü məğlub sayıram”

Pazolininin tanış süjetləri

Ağlamayana pəpə yoxdur

Xərçəng haqqında 5 mif

AzLogos-u “bəyənməmək”

Futbol sadəcə futbol deyil

Bəşəriyyəti marsa aparacaq gəmi

Nasistlərin seks kuklaları və pank rok

Şahbaz Xuduoğlu: “Kitabxana yoxdursa, dövlət də yoxdur”

Xudbin

Kəşfiyyatın Maradonası – Markus Volf

Ölümü 1 il öncədən görən Süni intellekt

Müttəfiq həsrətində. Rusiya niyə Ermənistana kömək etmir?

Toponimika siyasət kimi: Çinarlı olan Vəng

Dixotomiya və Mürəkkəblik

Millidən iki imtina: Yorğunluq, ya küskünlük?

Radiasiya – çoxlarını qorxuya salan söz (info-animasiya)

Dinsiz din

Dövlətin sənəti qiymətləndirmə cədvəli

Belarus, Batya və Realpolitik

20 Yanvara gedən yol

Putin: “Onlar xain və cəllad idilər”

Zövqsüz olmaq haqqınızdır

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

Tanrının varlığı ilə yoxluğu arasında qalanlar

Gülnar Əhməd Gülnar Əhməd
Kültür
02 Avqust 2020

Aqnostisizmin konseptual çərçivəsi və məzmunu

Aqnostisizm, bu gün müasir dünyada ateizm və tanrıya qarşı tənqidi mövqe nümayiş etdirən oxşar fikir və fəlsəfi cərəyanlarla birlikdə geniş yayılıb mənimsənən fəlsəfi mövqedir. Hətta son vaxtlar dünyada özünü aqnostik olaraq təqdim edənlərin nisbəti, ateist olaraq təqdim edənlərin nisbətindən daha çoxdur. Bu baxımdan aqnostisizmin populyarlaşan bir trend olduğunu söyləmək mümkündür. Məsələn, 2006-cı ildə Amerikadakı universitet professorları arasında özünü ateist kimi təqdim edənlərin payı 10% idisə, aqnostik kimi təqdim edənlər 13% təşkil edirdi.

Aqnostisizm kəlməsinin etimologiyası antik yunancada “əmin olmamaq”, “dəqiq bilməmək” mənasında işlənən “agnostos” sözündən gəlir. Ərəblər bu anlayışı “laedriyyə” (ərəbcə “laedri” – “bilmirəm” sözündən götürülüb) ifadəsi ilə əvəzləyir, türk dilinə isə “bilinməzçilik” kimi tərcümə edilir. Ancaq müasir Türkiyə fəlsəfə ədəbiyyatında daha çox ingilis dilindəki orijinal variantı – “aqnostisizm” geniş istifadə olunur.

Aqnostisizmə bir termin olaraq tərif vermək göründüyü qədər asan deyil. Həm agnostisizmə yüklənən mənanın filosofdan filosofa, teoloqdan teoloqa dəyişməsi, həm zəif, güclü, deistik, teistik və ateistik aqnostisizmə ayrılmalar, həm də aqnostisizmə imperativ və alternativ yanaşmalar aqnostisizmin tərifini də, ona yüklənən anlamın da müəyyənləşdirilməsini çətinləşdirir. Həmçinin aqnostiklərin tanrıya inanıb inanmadıqları, tanrı inancları mövzusunda ateistlə aqnostik arasındakı fərqlərlə bağlı sualları da diqqətə alanda buradakı mürəkkəblik daha da dərinləşir.

Məsələn, “aqnostisizmə ateizmin yumşaldılmış bir forması kimi baxmağın yanlış olduğunu” və “əgər diqqətlə tədqiq edilərsə, həm əxlaqi, həm də epistemoloji baxımdan aqnostisizmin ateizmə nisbətən daha üstün olduğu görünəcək” deyən və özünü “evidensiyalist aqnostik” olaraq təqdim edən Entoni Kenni, ateizm ilə aqnostisizm arasındakı fərqləri bu şəkildə ifadə edir:

“Zahirən ateizm teizmdən daha güclü bir iddia irəli sürür. Ateist iddia edir ki, hansı formada tərif edilir-edilsin, “Tanrı yoxdur”. Teist isə “Tanrı var” iddiasını təsdiq edəcək, ən azı, bir “Tanrı” tərifi üzərində razılığa gəlməlidir. Güman edirəm ki, söhbət Homerin Olimp tanrılarından gedəndə çoxumuz aqnostik yox, ateist oluruq”.

Göründüyü kimi, Kenniyə görə tanrı qarşısındakı mövqeyimizin nə olduğuna qərar verməzdən və müəyyən statusda mövqe tutmazdan əvvəl, əslində Tanrının nə və necə bir varlıq olduğuna qərar verməliyik. Seçdiyi tanrının Homerin Olimp tanrılarından olmadığını, “mütləq güc, mütləq bilgi və uca mərhəmətə sahib ənənəvi Yəhudi-Xristian teologiyasındakı Tanrı” olduğunu söyləyən Kenni, bu “Tanrını bilib bilməyəcəyimiz, ona inanıb inanmayacağımız sualına qapıları açıq qoyuram. Bu mənada mən bir ateist deyiləm və aqnostik olaraq qalmağa davam edirəm” deyə fikrini tamamlayır.

“A Companion to Epistemology”nin müəllifi, müasir amerikalı din filosofu Alvin Palantinqa yuxarıda xarıtlatdığımız fərqlərə işarə edərək, terminə belə tərif verməyə çalışır:

“Populyar mənada Tanrıya inanmayan adama ateist deyilərkən, Tanrıya nə inanan, nə də inanmayan adama aqnostik deyilir. Ancaq daha texnik mənada aqnostisizm, Tanrının varlığı və ya yoxluğunu anlamaq üçün insan ağlının kifayət qədər rasional səviyyəyə sahib olmadığını irəli sürən yanaşmadır”.

Göründüyü kimi, Palantinqa terminə dualist yanaşır və populyar mənada onu şübhəçilik və qərarsızlıq vəziyyəti olaraq göstərir, tanrının mövcud olub-olmadığını müzakirə etməkdən qaçmaq, kifayət qədər dəlil olmadığı üçün tanrının varlığını qəbul etməmək şəklində tərif edir.

Aqnostisizmi araşdıran nadir türk filosoflarından biri – Fərid Uslu da aqnostiki, “Tanrının varlığı və ya yoxluğu ilə bağlı heç bir mülahizəsi olmayan, ya da kifayət qədər dəlil olmadığı üçün Tanrının varlığını qəbul etməyən adam” olaraq tərif edir.

Daha geniş və ümumi qəbul olunmuş tərifə görə, aqnostisizm – “bilginin ancaq zehnimizin yaratdığı, güvənə biləcəyimiz mövzularla məhdudlaşdığını irəli sürən, dolayısı ilə də tanrının mahiyyəti və anlamı kimi fizikadan kənar mövzuları bilməyin imkansızlığını müdafiə edən, bu mənada Tanrının bizdən çox fərqli olduğunu, buna görə də, onun isbat oluna bildiyini (falsifiability), yaxud bilinmədiyini irəli sürən təlim”dir. Bu təlimə görə, nə teizmin iddia etdiyi kimi tanrının mövcudluğunu, nə də ateizmin iddia etdiyi kimi yoxluğunu isbat etməyə imkan var.

Aqnostisizm anlayışı və onun fərqləndirici fəlsəfi anlamı XIX əsrdə dini inancla bağlı diskussiyalarda ortaya çıxmışdır. Məlum olduğu kimi, bu məfhum ilk dəfə 1869-cu ildə məşhur bioloq və fikir adamı, Darvinin yaxın dostu Tomas Haksli tərəfindən səsləndirilib. Haksli onun ziddi olan qnostisizm termininə istinadən asqnostisizm kəlməsindən istifadə edib. Qnostisizm – yunanca “gnosis” – “bilgi, hikmət, mərifət” və “gnostikos” – “dərk edən, bilən” sözlərindən yaranıb. Qnostiklər, qurtuluş üçün lazım olan əsas “bilgilər”in onlara verildiyinə inanırlar. Tanrı, kainat, insan və bunlar arasındakı əlaqələri xüsusi adamlara verilmiş gizli və müqəddəs (ezoterik) bilgi ilə açıqlayan Sabiilik, Manixeizm və Hermetizm kimi təlimlər, din tarixi ədəbiyyatında qnostik adlandırılırlar. Termini daha əhatəli anlayan və geniş mənada istifadə edən Haksli isə sadəcə Sabiilik, Manixeizm və Hermetizm kimi təlimləri deyil, eyni zamanda Yəhudilik, Xristianlıq və İslam kimi bütün dini ənənələri də qnostisizmə aid edir. Çünkü onların hamısı həm kainatın, həm insanın yaradılışına, anlamına və məqsədinə aid “xüsusi” bilgiyə sahib olduqlarını iddia edir. Haksli bu məsələyə belə aydınlıq gətirir:

“Bu söz (aqnostisizm) ağlıma, kilsə tarixinin qnostikliyinin ziddi olaraq gəldi. Çünki Kilsə mənim bilgisiz olduğum mövzularda çox şey bildiyini iddia edirdi… Bəxtim gətirdi ki, bu termin qəbul olundu”.

Haksli, intellektual yetkinliyə çatanda din və tanrı qarşısında epistemioloji mövqeyini dəqiqləşdirmək istəyirdi. Buna görə, o özündən ateist, teist, panteist, materialist, idealist, yoxsa bir xristian, ya da azad bir fikir adamı, qısası nə olduğunu və harda durduğunu soruşur. Nəticədə “azad bir fikir adamı” olduğu qərarına gəlir, adlarını sadaladığı təlimlərə və inanclara mənsub adamların fəlsəfi və dini problemlərlə bağlı xüsusi bilgiyə (gnosis) sahib olsalar da, özünün belə bir bilgiyə sahib olmadığını etiraf edir.

Haksli İngilis Metafizika Dərnəyinə qəbul olunduğu dövrdə bunları düşünürdü. Sözügedən dərnəkdə bütün fəlsəfi və dini görüşlərin təmsilçiləri vardı. Öz dili ilə desək, dərnək dostlarının bir çoxu hansısa görüşün tərəfdarı idi. Ancaq Haksli heç bir dini və fəlsəfi görüşün etiketini özünə uyğun görmür, yaraşdırmırdı. “Buna görə də, – Haksli deyir, – mən də öz yanaşmamı dilə gətirdim və ona ən uyğun ad olacağını düşünərək “aqnostik” kəliməsini icad etdim.”

“Aqnostik” qavramını bu şəkildə fəlsəfə dünyasına ərməğan edən Hakslinin onu, “bütün teoloji sistemlərin mərkəzi inancı olan Tanrıya inam başda olmaqla, təməl metafizik inanc və təkliflərin həqiqətəuyğunluğunun naməlum qaldığı, dolayısı ilə də bu mövzulardakı inancımıza şübhə ilə yanaşmalı olduğumuz yanaşma” kimi tərif etdiyini söyləyə bilərik.

Aqnostisizmin daha əsaslı bir tərifini yenə dövrün digər məşhur aqnostiki Uilyam Kliffordun yazılarında tapa bilərik. “İnanc əxlaqı” (“The Ethics of Belief”) adlı qısa, amma əsaslı məqaləsində hərəkət və davranışlarımız kimi (davranışlarımızın arxa plandakı səbəblərinin formalaşmasına görə), inancımızın da müəyyən bir əxlaqi prinsipə söykənməli olduğunu söyləyən Klifford həmin prinsipi belə ifadə edir: “Yetərsiz arqumentə söykənən bir şeyə inanmaq hamı üçün həmişə və hər yerdə yanlışdır”.

Dolayısı ilə bir şeyə inanmaq, yaxud bir şeyi inkar etmək üçün əlimizdə yetərli qədər dəlil yoxdursa, belə vəziyyətdə ən ağıllı hərəkət inanmaq, yaxud inanmamaq məsələsindəki qərarı, ən azı, təxirə salmaq, yəni, aqnostik bir davranış sərgiləməkdir. Dəlil və inanc arasındakı bənzər əlaqəyə və buradan meydana çıxan aqnostik mövqeyə, Robin le Poydevinin bu sətirlərində də rast gələ bilərik: “Teizm, yaxud ateizmdən birinin digərindən daha yüksək bir ehtimal dəyəri daşıdığını göstərən orijinal, yaxud təcrübi (həmçinin müşahidəyə əsaslanan) sübut mövcud deyil. Belə bir sübut olmadığına görə, teizmin, yaxud ateizmin doğruluğuna qərar vermək mümkün olmadığı üçün geriyə bir variant qalır. O da aqnostisizmin doğruluğudur”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021
seymur-baycan-1
.

Ölü evdən qeydlər

02 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel