Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Tamaşa var, çörək yoxdu

Seymur Baycan Seymur Baycan
., Mövqe
24 May 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
60499286 2019368811498404 1708495766525313024 o
Paylaş

Şəxsiyyətlərin ləyaqəti tapdanan yerdə xalqın şərəfi ola bilməz. 

Bertolt Brext

Vaxt vardı camaatımız toyxana, meyxana, xalq təlxəyi, əməkdar meymun yarışmalarına SMS-ləri yağış kimi yağdırırdı. Bu israfçılıq barəsində yazılar yazanda adamın üstünə şər atırdılar. Deyirdilər boş-bekar adamlardı, fərqli görünmək istəyirlər. Vaxt vardı camaatımız ölkədə keçirilən “beynəlxalq tədbirlərlə” müstəsna dərəcədə fəxr edirdilər. Onlara söz demək olmurdu, basıb adamın gözün çıxarırdılar. Deyirdilər bu tədbirlərin sayəsində ölkəmiz dünyada tanınır.

Puldu, vəzifədi, şöhrətdi bunlar duz yüküdü. Bu yükü daşımaq hər adamın, hər camaatın bacaracağı iş deyil. Gərək bu ağır yükü daşımağa hazır olasan. Camatımız və hakimiyyət neftdən gələn şıdırğı pula hazır deyildi. Ona görə hər iki tərəf reallıq hissini tamam itirmişdi. Elə bilirdilər bu oyun əsrlərlə belə də davam edəcək. Hər iki tərəf elə düşünürdü ki, bu alver əbədidi. Bir tərəf beşdən-üçdən verəcək, o biri tərəf də ağa qara, qaraya ağ deyəcək. Tarixdə iki dəfə camaatımızın əlinə pul keçibdi. Hər ikisində də “pulu xərcləmək qazanmaqdan daha çətindi” sözünün necə dəqiq bir söz olduğunu camatımız öz əməlləri ilə sübut edibdir.

Bəs yaxşı nə baş verdi ki, indi camaatımız Çingiz Mustafayevin “Avroviziya” mahnı yarışmasında qalib gəlməsini istəmədi. Xəbərimiz yoxdu bəlkə Azərbaycanda əlli min adam Corc Oruelin “1984” əsərini oxuyaraq necə idarə olunduqlarını dərindən dərk ediblər və nəticədə möhkəm sarsılıblar. Son vaxtlar bu barədə düşünməkdəyəm. Görəsən Azərbaycanda əlli min adam Corc Oruelin “1984” əsərini oxusa, nə baş verər? Əlli min adam… Əlli min adam əlli min ailə, əlli min küçə, əlli min kollektiv deməkdir.

Qayıdaq sualımıza. Nə baş verdi ki, camaat “Avroviziya” mahnı yarışmasında Çingiz Mustafayevin qalib gəlməsini istəmədi. Bu nə metamarfoza idi belə? Məsələ ondadır ki, əvvəllər müxtəlif fondlar, təşkilatlar, saytlar, qezetlər vasitəsi ilə yazmağı-pozmağı bacaran xeyli adam yalandan da olsa hakimiyyətin təbliğatçısına, qoruyucusuna çevrilmişdi. Hakimiyyət pul verirdi, böyük bir ordu bu pulun müqabilində ağa qara, qaraya ağ deyirdi. İndi hakimiyyət bu adamları daha əvvəlki kimi yemləyə bilmir. Üstəlik, ayrı-ayrı müəssisələrdə, şirkətlərdə dövlət idarələrində də xeyli ixtisarlar aparılıbdı. Nə qədər adam işini itirərək boş-bekar qalıbdır. Əvvəllər tamaşa ilə bərabər həm də azdan-çoxdan çörək də vardı. İndi tamaşa var, çörək yoxdu. Televizor həmin televizordu, soyuducu həmin soyuducu deyil.

Zəmanəmizin görkəmli mütəfəkkirlərindən birinin təbirincə desəm soyuducu televizora qalib gəlməyə başlayıb. Camaat pul istəyir. Vəssalam. Bu qədər sadə. Azərbaycanlıların sarı simi yoxdu. Onlar puldan savayı heç nəyə inanmırlar. Pulun ver oturub hansı tamaşaya deyirsən baxsınlar, əl çalsınlar, tərifləsinlər, yalandan müzakirə etsinlər, resenziyalar yazsınlar. Pulun verməsən, heç bir tamaşa onlara maraqlı gəlməyəcək. Pul vermədən azərbaycanlılara tamaşa göstərsən hətta onlar əsəbləşib səhnəyə çürük pomidor, lax yumurta da ata bilərlər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör