Azlogos
  • Qaydalar
  • Kimlər var

Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir? İnsan necə ağıllı ola bilər?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Söyüş

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
30 Noyabr 2019

Bu yazıda “İnsanlar niyə söyüş söyür? Söyüşlərin məzmunu nələrdən xəbər verir?” kimi sualları təhlil etməyə çalışacam.

S.Freud deyirdi ki, daş atmaq əvəzinə söyüş söyən ilk insan sivilizasiyanın təməlini qoymuşdur. Bu fikirdən yola çıxsaq, belə qənaətə gəlmək olar ki, bizə hər zaman pis bir şey kimi təqdim edilən söyüş, əslində, həm də bizim xilaskarımızmış. Çünki aqressiya bir çox canlı kimi insanın da təbiətinə xasdır. Bu aqressiyanın ifadə edilmə forması isə bəşər tarixi boyunca müxtəlif olub. İlk insanlar aqressiyalarını əlinin altında olan vasitələrdən istifadə edərək boşaldırdılar. Məsələn A şəxsi B şəxsini əsəbləşdirəndə, B daşı götürüb A-nı öldürürdü və ya ona aid nəyisə, kimisə özününküləşdirirdi, zərər vururdu. Bütün bu fiziki olaraq icra edilən şeyləri sadəcə verbal şəkildə ifadə etmək isə söyüşdür. Bu mənada söyüş “hələ etməmişəm, amma edə bilərəm” mesajı daşıyan təhdiddir.

Bəzən isə insanlar xırda konfliktlər zamanı da söyüş söyürlər. Çünki söyüş söyərək, təhqir edərək şəxsi dərhal alçaltmaq olur və bir növ atılan güllə birbaşa hədəfə dəyir. Söyüşlər, adətən, şəxslərin dəyər verdiyi, əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni söyüş söymək, “sənin dəyər verdiyin, əxlaq çərçivəsinə daxil etdiyin şeyləri alçaldıram, əzirəm” deməkdir. Söyüş söyən şəxs bunun üzərində düşünməsə də, bilir ki, bu zaman qarşı tərəfin sərhəddini pozmuş, onu incitmiş olacaq və incidilmiş insanlarda gizli və ya açıq şəkildə qəzəb yaranacaq. Bununla da, söyüş söyən şəxs çox vaxt öz istəyinə tez bir zamanda nail olur. Belə desək, söyüş bəsit və dərhal effekt verən vasitə halını alıb. İnsan beyni konfor zonadan çıxmağı, özünü işlətməyi bir o qədər sevmədiyi üçün asan yolları hər zaman daha çox sevir, bu səbəbdən dolayı çox insan aqressiyasını ifadə edərkən söyüş söyür. Hər cəmiyyətin özünə xas söyüş tərzi olur. Zənnimcə, istənilən cəmiyyətin tabularını araşdırarkən mütləq söyüşlərini də analiz etmək lazımdır. Bu yazıda həm də söyüşlərimizdə əks olunan bəzi tabulara nəzər salmaq istəyirəm.

Elə götürək öz cəmiyyətimizi və söyüşlə ifadə etdikləri şeyləri. Bizim cəmiyyətdə söyüşlərin əksəriyyətində 1) seksual hərəkətlərin icrasının sözlə ifadəsi var, 2) bunu daha çox qadınlar üzərindən ifadə edirlər. Çünki bizim cəmiyyətdə seks ciddi problemdir. Bu problem çox genişdir, sadəcə bir neçə detala səthi toxunacam: bizim cəmiyyətdə insanın təbiət etibarilə biseksual olması qəbul edilmir; yəni insanın öz həmcinsinə də maraq göstərməsi yol verilməzdir. Buna görə də arzular, meyllər basdırılmağa çalışılır. Bir şeyin basdırılması onun yox olması demək deyil, o, yenə də şüuraltında mövcuddur və şəxs eqosunu öz istədiyi kimi nəzarətdə saxlaya bilmədikdə o şeylər şüur səviyyəsinə çıxır. Bunların şüura çıxma vasitəsi də, əsasən, ya zarafatlardır, ya da söyüşlər. Ona görə söyüş söyərkən həmcinsi olsa belə söyüşün məzmununda ona qarşı seksual hərəkət ifadə edilir. Normal vaxtı o şəxslərə öz həmcinsi ilə münasibətə necə baxdığını soruşsaq, çoxu buna sərt cavab verəcək və ya qəbullanmayacaq, çünki eqo buna imkan verməyəcək.

Həmçinin şəxs bilir ki, bu, qarşı tərəf üçün cəmiyyətdə qəbul edilməz bir şeydir. Yəni bir daşla iki quş vurulur: 1) həm şüuraltı öz basdırılmış istəklərini ifadə edir, 2) şəxsi cəmiyyətdə tabu olan şeylə alçaldır.

Bəs niyə söyüşləri daha çox qadınlar üzərindən edirlər?

Şərq cəmiyyətində qadın uzun əsrlər boyu missioner pozada utancaq vəziyyətdə dayandığı üçün, qarşı tərəf onu əxlaqsız kimi görməsin deyə zövq aldığını göstərməyi sərhədlədiyindən, elə anlaşılıb ki, seks sadəcə kişinin zövq almasına xidmət edir, qadın həqiqətən də bir tarladır. Əsrlər dəyişsə də, məncə, daha çox kişilərin istəyi ilə bəzi yeni pozaları yoxlasalar da, qadın hələ də seksdə tam olaraq həzz alan iki şəxsdən biri deyil, hələ də bir çox qadın seksdə qarşı tərəfin istəyinə görə iş icra edən tərəfdir. Buna görə də nəinki təkcə qadının özünü söyəndə, eləcə də kişi kişini söyəndə də qadın üzərindən söyür, buradan “qadın kişinin şəxsi mülkiyyətidir” fikri çıxır, eynilə bayaq dediyim sahibkarın iş icra edən aparatıdır. Ona görə də kişi kişini söyəndə qadını mülkiyyət hesab edərək söyür. Amma düşünmür ki, qadın şəxsdir, o, belə bir şey etsə, qadın da zövq alacaq. Məsələn təsvvür edin kimisə söyəndə “sənə masaj edərəm/ sənin üçün mahnı oxuyaram ha” deyirsiniz, necə də gülməli səslənir. Çünki kimsə bizə masaj edəndə bədənimiz dincələcək və ya mahnı oxusa, zövq alacağıq. Eləcə də qarşı tərəf qadını sekslə söyəndə qadının da həzz alacağını düşünsə, eyni formada söyə bilməyəcək. Belə yanaşanda kişi seksi, daha aydın desəm, penisini alçaltmaq üçün görməyəcək. Hətta təsəvvür edin, bir qadın kişini eyni tərzdə öz anatomik quruluşuna əsaslanaraq söyür, anlayıram, təsəvvür etmək çətindir. Çünki bir çox qadın seksdə hələ o qədər azad deyil.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022

Redaktorun seçimi

Məşhurluq vs Keyfiyyət – Elm adamlarına skeptik baxış

İşsizlik və “dananın quyruğu”

Kütlə və fərd – dialektik təzad

Jack Ma rəsmi olaraq təqaüdə çıxdı

Cem Yılmazın odlu Bakı biletləri

Şahmat taxtasının ikinci yarısı və Kassandra kəhanəti

Serena filminin təqdimi

Seksuallıq nədir və necə dəyişir?

Korona işarəsi altında

Yaxın qonşunun uzaqlığı

Posthəqiqət dünyasında sağ qalmaq

Erməni ilə məsələmiz

Qəhvə və parkinqi nə birləşdirir?

Ermənistan nə qazanır?

Müstəqil ölkənin, müstəqil olmayan kinosu

Seymur Baycana açıq məktub

Öldürmək olmaz, amma lazımdır

Oxudu, oxudu oldu… başdanxarab

Oxucunun səviyyəsi

Xüsusən “Kolleksiyaçı” haqqında

Nuşirəvan seriallarımız

“Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır…”

Kinorejissorlar niyə məmur olmaq üçün yerikləyir?

Andrey Tarkovskinin “Donmuş zaman” məqaləsindən parçalar

Aşura sonrası tarixi qeydlər

Qadın bədəni

Abşeron mayakı – 160

Facebook-dan gedin və xoşbəxt olun

Əmilən oksigen və digital perspektivlər

Yemək və Yazı

Söyüş

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
30 Noyabr 2019

Bu yazıda “İnsanlar niyə söyüş söyür? Söyüşlərin məzmunu nələrdən xəbər verir?” kimi sualları təhlil etməyə çalışacam.

S.Freud deyirdi ki, daş atmaq əvəzinə söyüş söyən ilk insan sivilizasiyanın təməlini qoymuşdur. Bu fikirdən yola çıxsaq, belə qənaətə gəlmək olar ki, bizə hər zaman pis bir şey kimi təqdim edilən söyüş, əslində, həm də bizim xilaskarımızmış. Çünki aqressiya bir çox canlı kimi insanın da təbiətinə xasdır. Bu aqressiyanın ifadə edilmə forması isə bəşər tarixi boyunca müxtəlif olub. İlk insanlar aqressiyalarını əlinin altında olan vasitələrdən istifadə edərək boşaldırdılar. Məsələn A şəxsi B şəxsini əsəbləşdirəndə, B daşı götürüb A-nı öldürürdü və ya ona aid nəyisə, kimisə özününküləşdirirdi, zərər vururdu. Bütün bu fiziki olaraq icra edilən şeyləri sadəcə verbal şəkildə ifadə etmək isə söyüşdür. Bu mənada söyüş “hələ etməmişəm, amma edə bilərəm” mesajı daşıyan təhdiddir.

Bəzən isə insanlar xırda konfliktlər zamanı da söyüş söyürlər. Çünki söyüş söyərək, təhqir edərək şəxsi dərhal alçaltmaq olur və bir növ atılan güllə birbaşa hədəfə dəyir. Söyüşlər, adətən, şəxslərin dəyər verdiyi, əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni söyüş söymək, “sənin dəyər verdiyin, əxlaq çərçivəsinə daxil etdiyin şeyləri alçaldıram, əzirəm” deməkdir. Söyüş söyən şəxs bunun üzərində düşünməsə də, bilir ki, bu zaman qarşı tərəfin sərhəddini pozmuş, onu incitmiş olacaq və incidilmiş insanlarda gizli və ya açıq şəkildə qəzəb yaranacaq. Bununla da, söyüş söyən şəxs çox vaxt öz istəyinə tez bir zamanda nail olur. Belə desək, söyüş bəsit və dərhal effekt verən vasitə halını alıb. İnsan beyni konfor zonadan çıxmağı, özünü işlətməyi bir o qədər sevmədiyi üçün asan yolları hər zaman daha çox sevir, bu səbəbdən dolayı çox insan aqressiyasını ifadə edərkən söyüş söyür. Hər cəmiyyətin özünə xas söyüş tərzi olur. Zənnimcə, istənilən cəmiyyətin tabularını araşdırarkən mütləq söyüşlərini də analiz etmək lazımdır. Bu yazıda həm də söyüşlərimizdə əks olunan bəzi tabulara nəzər salmaq istəyirəm.

Elə götürək öz cəmiyyətimizi və söyüşlə ifadə etdikləri şeyləri. Bizim cəmiyyətdə söyüşlərin əksəriyyətində 1) seksual hərəkətlərin icrasının sözlə ifadəsi var, 2) bunu daha çox qadınlar üzərindən ifadə edirlər. Çünki bizim cəmiyyətdə seks ciddi problemdir. Bu problem çox genişdir, sadəcə bir neçə detala səthi toxunacam: bizim cəmiyyətdə insanın təbiət etibarilə biseksual olması qəbul edilmir; yəni insanın öz həmcinsinə də maraq göstərməsi yol verilməzdir. Buna görə də arzular, meyllər basdırılmağa çalışılır. Bir şeyin basdırılması onun yox olması demək deyil, o, yenə də şüuraltında mövcuddur və şəxs eqosunu öz istədiyi kimi nəzarətdə saxlaya bilmədikdə o şeylər şüur səviyyəsinə çıxır. Bunların şüura çıxma vasitəsi də, əsasən, ya zarafatlardır, ya da söyüşlər. Ona görə söyüş söyərkən həmcinsi olsa belə söyüşün məzmununda ona qarşı seksual hərəkət ifadə edilir. Normal vaxtı o şəxslərə öz həmcinsi ilə münasibətə necə baxdığını soruşsaq, çoxu buna sərt cavab verəcək və ya qəbullanmayacaq, çünki eqo buna imkan verməyəcək.

Həmçinin şəxs bilir ki, bu, qarşı tərəf üçün cəmiyyətdə qəbul edilməz bir şeydir. Yəni bir daşla iki quş vurulur: 1) həm şüuraltı öz basdırılmış istəklərini ifadə edir, 2) şəxsi cəmiyyətdə tabu olan şeylə alçaldır.

Bəs niyə söyüşləri daha çox qadınlar üzərindən edirlər?

Şərq cəmiyyətində qadın uzun əsrlər boyu missioner pozada utancaq vəziyyətdə dayandığı üçün, qarşı tərəf onu əxlaqsız kimi görməsin deyə zövq aldığını göstərməyi sərhədlədiyindən, elə anlaşılıb ki, seks sadəcə kişinin zövq almasına xidmət edir, qadın həqiqətən də bir tarladır. Əsrlər dəyişsə də, məncə, daha çox kişilərin istəyi ilə bəzi yeni pozaları yoxlasalar da, qadın hələ də seksdə tam olaraq həzz alan iki şəxsdən biri deyil, hələ də bir çox qadın seksdə qarşı tərəfin istəyinə görə iş icra edən tərəfdir. Buna görə də nəinki təkcə qadının özünü söyəndə, eləcə də kişi kişini söyəndə də qadın üzərindən söyür, buradan “qadın kişinin şəxsi mülkiyyətidir” fikri çıxır, eynilə bayaq dediyim sahibkarın iş icra edən aparatıdır. Ona görə də kişi kişini söyəndə qadını mülkiyyət hesab edərək söyür. Amma düşünmür ki, qadın şəxsdir, o, belə bir şey etsə, qadın da zövq alacaq. Məsələn təsvvür edin kimisə söyəndə “sənə masaj edərəm/ sənin üçün mahnı oxuyaram ha” deyirsiniz, necə də gülməli səslənir. Çünki kimsə bizə masaj edəndə bədənimiz dincələcək və ya mahnı oxusa, zövq alacağıq. Eləcə də qarşı tərəf qadını sekslə söyəndə qadının da həzz alacağını düşünsə, eyni formada söyə bilməyəcək. Belə yanaşanda kişi seksi, daha aydın desəm, penisini alçaltmaq üçün görməyəcək. Hətta təsəvvür edin, bir qadın kişini eyni tərzdə öz anatomik quruluşuna əsaslanaraq söyür, anlayıram, təsəvvür etmək çətindir. Çünki bir çox qadın seksdə hələ o qədər azad deyil.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel