Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Söyülmək və öyülmək arasında

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
03 Sentyabr 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Cavid ramazanlı (1)
Paylaş

Son illərdə, xüsusilə publisistikada ümumi mənzərə belədir: oxucular ya topdan söyən, ya da topdan öyən yazıları oxuyur və təqdir edirlər.

Hazırda bizdə məqalə deyiləndə, elə bil ya təhqir etməli, ya da tərsinə, tərif etməli olan bir qavram başa düşülür. Uğur qazanası mətnin inqrediyentləri qayğanağınkı qədər sadədir: nöqtə-vergülün yerində olsun, imla qaydalarına riayət et, ya topdan söy, ya da topdan təriflə, onda yazın mütləq “uğur qazanacaq”. Müvafiq olaraq da bizdə indi əsasən iki yazıçı tipi var: söyülən və öyülən yazıçılar. Digərlərinə qaldıqda, deyəsən, nə və nə cür yazmalarından asılı olmayaraq, mətnlərini özlərindən başqa, kimsə oxumur. Belədir: nə qədər yaxşı yazırsan yaz, əgər yazınla kimisə ayaqlayıb əzişdirmirsənsə, ya da ictimaiyyətin qılığına girməyə çalışmırsansa, yazdığın maraqlı deyil, nə mövzu, nə də estetik baxımdan.

Yazıda kobud ümumiləşdirmələr, həqarətlər, təhrifetmələr, yaxud tərifetmələr, əxlaqi-didaktika dərsləri az qalsın nöqtə-vürgül qədər əhəmiyyət qazanıb. Sanki yazarlarla oxucular arasında gizli bir razılaşma əldə olunub — siz bizi söyün, biz də sizi söyək; siz bizi öyün, biz də sizi öyək. 

Bunun çoxsaylı səbəbləri ola bilər, amma mənə elə gəlir əsas səbəblərdən biri mətnimizə məişət təfəkkürünün çox bulaşmasıdır. Bizim məişətimiz əksərən problem çözməyə deyil, intriqaya meyillidir. Bizim üçün çox zaman rasionallıq deyil, irrasionallıq; məntiq deyil, hisslər; aydınlıq deyil, qarmaqarışıqlıq; dərinlik deyil, şöhrət vacibdir. Çox zaman özümüzü problemin həllini axtaran bir qərbli kimi deyil, qeyri-müəyyənliyin dalınca qaçan tipik bir şərqli kimi aparırıq. Mətnlərimizdə boğazacan mühakimə, diqtəçilik, cığalçılıq, mənəm-mənəmlik var — eynilə məişətimizdəki kimi.

Qısası, siyasətdə, incəsənətdə, elmdə necə məişətdən qopmamışıqsa, belə görünür, mətndə də qopmamışıq. Nəsr və publisistikamıza məişətimizdəki kimi kobud manipulyasiya, hay-küy və təkəbbür hakimdir.

Halbuki əslində, mətnimiz heç olmasa, bir neçə addım qabaqda olmalıydı. Çünki ən azından təkcə son 10-15 ildə pis-yaxşı minlərlə kitab tərcümə edilərək Azərbaycan dilinə qazandırılıb. Bakıda kitab mağazalarının sayı artıb. Xarici dillərdə kitab oxuyanların da sayı çoxalıb. Lakin yenə də mətnimizdən nağara-zurna-balaban səsləri gəlir.

Buna bir digər əsas səbəb həm də bizim nəzəriyyəyə maraq duymamağımız, ya da nəzəriyyənin əhəmiyyətini başa düşməməyimiz ola bilər. Mətn həm də bir nəzəriyyədir. Son bir neçə əsrdə mətn və ədəbi tənqidlə bağlı Qərbdə minlərlə nəzəriyyələr yazılıb. Qapalı sovetlər bizə bu əsərlərlə tanış olmağa imkan verməyib. Ondan sonrakı dövrdə də nəzəriyyəyə qarşı ənənədən irəli gələn başısoyuqluq olub. Ona görə də mətn bizdə amorf interpretasiyalar verilən anlaşılmaz bir məfhum olaraq qalır. Beləcə ortaya çoxlu ziddiyyətli, əksərən səthi yanaşmalar atılır.

Bir neçə il əvvələ qədər kitaboxuma fləşmobları keçirmək, kitab oxumağın faydaları barədə silsilə yazılar yazmaq (mən də yazmışam) ölkədə milli idman növlərindən biri idi. Bəlkə faydalıdır, bəlkə də yox — indi də belə yazılar yazılır və aksiyalar keçirilir. Amma belə görünür ki, təkcə yazı yazmaqla və oxumaqla da hər şey düzəlmir.

Hazırda Azərbaycan dilində heç vaxt olmadığı qədər kitab var, mağazalar romanlarla, melodramlarla, fərdi inkişaf kitablarıyla dolub daşır, mütaliə edənlərin də sayı artıb. Ancaq nə müasir, nə də köhnə nəzəri ədəbiyyat nümunələrinin yetərincə olmaması bir ciddi problemə gətirib çıxarır: mətnə kəllə-mayallaq münasibət göstərilir. Nəticədə Qaraqanın, JoJo Moyes, Jose Saramago və Milan Kundera’nın kitablarını paralel oxuyan, hamısını da eyni vaxtda tərifləyən oxucu kütləsi yetişib.

Və indi məlum olur ki, bir mətni yazmaq və oxumaq hələ yetərli deyil, onu necə yazmaq və necə oxumaq da bir o qədər əhəmiyyətlidir.

Biz özümüzü daim romançı deyil, şair; eksperimentçi deyil, ənənəçi; alim deyil, münəccim; nəzəriyyəçi deyil, gopçu deyib tənqid edirik. Bəlkə də bu daimi və üzücü mühakimələrdən  xilas olmağın yolu özümüzü nəzəriyyə oxumağa alışdırmaqdan, azacıq mütaliə əziyyətinə qatlaşmaqdan,  analitik, tənqidi kitabların kütləvi tərcümə və çap olunmasından keçir.

Yoxsa bu intriqalar, əxlaqi-didaktika dərsləri, məişətbaz hökmlər bizi qiyamətəcən təqib edəcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör