Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sosial elmlərin güzgüdə əksi: utopiya və antiutopiya

Zaur Hüseynzadə Zaur Hüseynzadə
., Kültür
06 May 2020

Ətrafımızda gördüyümüz hər bir şeyi tətbiqi və dəqiq elmlərin bəhrəsi hesab edə bilərik. Olduğunuz yerdə ətrafınıza baxın. Divarlar, onların əmələ gətirdiyi otaqlar, binalar, evlərin içindəki stol-stul, qab-qacaq, kitab-dəftər, paltar və s. Hətta insanın özü belə bu günə qədər tibb və digər elmlərin məhsulu kimi gəlib çıxıb. Amma yalnız tətbiqi və dəqiq elmlərin inkişafı ilə bəşəriyyətin əsas problemi öz həllini tapa bilmir. Bu elmlərin bəhrələrinin düzgün və ədalətli istifadə edilməsi, doğru yerləşdirilməsi kimi problemlər bu gün də qalmaqdadır.

1_hOV6t8s7kq60CKPtLkYEMQBunların həllini isə sosial elmlər öz öhdəsinə götürməyə çalışır. Sosial elmlər dəqiq və tətbiqi elmlərin faydalarını maksimallaşdırmaq və daha da optimallaşdırmaq üçün onları idarə etmək funksiyasını öz üzərinə götürür. Tətbiqi və dəqiq elmlər yaradır, yol açır, sosial elmlər isə yaranmış bəhrələri ən doğru şəkildə istifadə etmək üçün nəzəriyyəçilərin, sosioloqların beyin yarışına start verir. Lakin bütün insanlıq tarixinə nəzər saldıqda çəkinmədən deyə bilərik ki, sosial elmlər tətbiqi elmlərin bəhrələrinin yükü altında tab gətirə bilmir. Sosial elmlərdə sanki nə isə çatışmır, hər dəfə hansısa fakt nəzərə alınmır və ya gələcəyi görməyin müşküllüyü ucbatından nəzərə alına bilmir və ədalətli cəmiyyət kimi ali bir məqsəd üçün düşünülmüş planlar suya düşür.

Bununla belə, dəqiq və tətbiqi elmlər ilə sosial elmlərin zərgər dəqiqliyi ilə uzlaşdığı və mükəmməl mexanizm şəklində bir-birini müşayiət etdiyi cəmiyyəti xəyal etmək mümkündür. Necə deyərlər, xəyal etməkdən zərər gəlməz. Necə ki, tarix boyu müxtəlif yazıçılar, filosoflar bunu ediblər. Onlar öz əsərlərində bu cür cəmiyyətləri təsvir edərək, bəlkə özləri də bilmədən ədəbiyyata utopiya tipli əsərləri daxil ediblər. Zaman keçdikcə digər növ əsərlər də ortaya çıxıb. Tətbiqi və dəqiq elmlər ilə sosial elmlər arasındakı uçurumun təsvir olunduğu əsərlər. Bunlar isə distopiya, kakotopiya və ya öz mahiyyətini açıq şəkildə göstərdiyi adı ilə antiutopiya adlandırılıb.

Distopiya utopiyanın əksidir, hərfi mənada isə “pis yer” deməkdir. Bu növ əsərlərdə arzuolunmaz bir cəmiyyət təsvir edilir. Tətbiqi elmlərin çox yüksək səviyyədə inkişafı olsa da, məsələn, texnoloji kəşflər ağılasığmaz dərəcədə əzazil fəaliyyətlər üçün istifadə olunur. Bundan fərqli olaraq, utopik əsərlərdə isə əksinə, insanların azruladığı bir cəmiyyət, kəşflərin də, bu kəşflərin idarə olunmasının da ən mükəmməl şəkildə olduğu bir cəmiyyət əks olunur. Bu iki növün anlaşılmasındakı çətinlik fərqi də məhz elə buradan doğur. Utopiya insanların arzuladığı və mükəmməl hesab etdikləri şeylərdir, yaşayış tərzidir. Buna görə də utopik əsərin başa düşülməsi daha sadədir. Çünki oxucu əsərdə qarşılaşdığı hər hansı gözqamaşdırıcı bir yeniliyi mütləq özü də nə zamansa beynindən keçirib, mütləq nə zamansa “kaş belə olardı” deyib. Utopik əsər bir növ, insanların ürəyindən keçənlərin yazıldığı bir salnamədir. Siz Tomas Morun “Utopiya”, Kampanellanın “Günəş ölkəsi” əsərini bir nəfəsə oxuyub bitirə bilərsiniz.

bca8ab727c8595ad81be351804ce889c

“Utopiya” əsərində Amaurot sakinlərinin qızıla və gümüşə saxta dəyərlər yükləməməsini və ya özlərinə faydası olmayacaq hər hansı bir şey başqa biri üçün yararlıdırsa, onu bundan məhrum etmənin ədalətsizlik olmasını düşünmələrini oxuyan zaman bir insan bunu çox sadə şəkildə qavrayır və kitabda davamlı şəkildə bu qəbildən mükəmməl davranış nümunələri hesab etdiyi məlumatlarla rastlaşır. Utopiya, insanların ürəyinin dərinliklərində yatan və onların mövcud ədalətsiz sistemdə unutduqları, dilə gətirib söyləməyə qorxduqları davranışları onlara xatırladır. Utopiyada sanki insanlara onların kimliyini unutdurmağa çalışan riyakar sistemə qarşı dirənən mükəmməllik dininin katexizisləri əks olunur.

Amma digər tərəfdən, bu növün əksi olan antiutopiyanın anlaşılması bir qədər çətindir. Bu çətinlik əsərin ümumi cizgilərindən də qaynaqlana bilər. Zamyatinin “Biz” əsərində işlədilmiş riyazi yazı tərzi müəyyən çətinliklər yarada bilər, amma bu, sırf yazı tərzinin yaratdığı çətinlikdir. Əsas çətinlik yaradan məqam isə fərqli bir şeydir və bu demək olar ki, bütün distopyalar üçün xarakterikdir: orada təsvir olunan və insanın təsəvvüründə canlandırmağa çətinlik çəkdiyi və həyatı boyu heç zaman təsəvvür etmədiyi məqamlar. Bütün digər sivilizasiyaları özünə tabe etdirmək məqsədilə yaradılmış odpüskürən “İnteqral” kosmik gəmisini anlamaq və Zamyatinin “Biz” romanında nələrin baş verdiyini ilk dəfədən başa düşmək oxucu üçün elə də asan deyil. Çünki burada oxucunun ömür boyu həsrətində olduğu şeylər yazılmayıb.

PS_2019.03.28_science-knowledge_featured_image

Tətbiqi elmlər ilə sosial elmlər arasındakı uçurum bu qədər çox ola bilərmi ki, texnologiyanın bəhrəsi olan odpüskürən gəminin yaradılma məqsədi digər sivilizasiyaları işğal etmək olsun? Bəlkə də oxucu bunu dünyamızdakı siyasi mənzərə ilə qarşılaşdırdıqda, heç də yad bir şey görməyəcək. Amma divarları şəffaf şüşələrdən ibarət olan və yalnız sekslə məşğul olmaq üçün əldə etdiyi çəhrayı talonlardan sonra pəncərələrində pərdələrin endirilməsinə icazə verilən evləri təsəvvürünə belə gətirə bilməz. İndi bu, artıq onun üçün yeni bir alçaqlıqdır. Sosial elmlərin, həllini öz öhdəsinə götürə bilmədiyi bir alçaqlıq. Bu cəmiyyət arzuolunmaz cəmiyyətdir və arzuolunmazlıq təxminedilməzdir, sonsuzdur. Və o təxminedilməz növbəti bir alçaqlıq oxucu tərəfindən çətin anlaşılır, çünki oxucunun qəlbində bu cür fitnələrin rüşeymi yoxdur.

Bu baxımdan götürdükdə, antiutopiya utopiyadan daha geniş və sonsuzdur. Əksər insanlar üçün mükəmməllik konkretdir: çörək, azadlıq, rifah, ədalət. Utopiya oxucuya bunları verir. Ancaq bunların əksi konkret olaraq bir-iki şeydən ibarət deyil. Bunların əksi ədalətsizlikdir və ədalətsizliyin milyonlarla növü ola bilər. Bəli, insan ədalətliliyi öz təbiəti baxımından insan ədalətsizliyindən geri qalır, sayına görə ona açıq-aşkar uduzur. Bu ona bənzəyir ki, milyonlarla addımdan yalnız bir neçəsi ədaləti təmsil edir və sən gəzirsən… gəzirsən… Buna görə də hər yer distopyadır və bu təxminedilməzdir.

Feminist distopiya və Hitlerin zəfəri

Elmi fantastikanın çox maraqlı başqa bir forması alternativ tarixdir. Alternativ tarix baş vermiş tarixi hadisələrin əksinin baş verməsini fantastik üslubda təsvir edir. Bu tip əsərlərin ilk nümunələrinin hələ 15-ci əsrlərə aid olduğunu görmək olar. Valensiya cəngavəri Juanot Marturel tərəfindən yazılmış “Ağ tirant” əsərində alternativ tarix kimi Osmanlının Konstantinopolu ələ keçirə bilməməsi işlənib.

Portada Tirant1

20-ci əsrin alternativ tarix romanları isə daha maraqlı hesab oluna bilər. Bu əsərlərdə hadisələrin gedişatının alternativ formada göstərilməsi ilə yanaşı, bu alternativ üzərində qurulan gələcəyin necə olacağı ilə bağlı təsvirlər də yer alır. Bu janra aid 20-ci əsrin ən məşhur əsərlərindən biri feminist distopyanın ustalarından olan Ketrin Burdekinin 1937-ci ildə qələmə aldığı “Svastika gecələri” romanıdır. Bu əsər distopya olmaqla yanaşı, alternativ tarix nümunəsi də hesab edilə bilər. Bunu deməyə əsərin süjet xətti imkan verir.

Əsərdə hadisələr 2633-cü ildə cərəyan edir. Hitler koalisiyası iyirmi il davam edən müharibədən sonra qalib gəlir və dünya üzərində nəzarəti ələ alır. Hitler tanrı kimi qəbul olunur və kişilərin ona ibadət etməsi üçün ibadətgahlar yaradılır. Bəli, məhz kişilərin. Çünki yəhudilərdən sonra nasistlərin növbəti hədəfi qadınlar olur. Onlar qadınları ruhsuz heyvanlar adlandırırlar və gözəllik anlayışını sırf kişi cinsinə bağlayırlar. Bununla da, qadınlar hər cür zülmə məruz qalırlar. Bu baxımdan, əsəri feminist distopyaya aid etmək olar. Bu kitabdakı cəmiyyətə əks olan bir cəmiyyətin təsvir olunduğu başqa bir əsər də var (Alternativ tarix olmasa belə). Feminist utopiyanın əsas simalarından olan Şarlotta Perkins Gilmanın yazdığı “Qadınlar ölkəsi” (Herland) kitabı. Kitabda yalnız qadınların yaşadığı, kişi sözünün “k” hərfinin belə olmadığı və sosial ədalətin hökm sürdüyü bir ölkədən bəhs olunur. Müəllifin şah əsəri “Sarı divar kağızı” hesab olunsa da, “Qadınlar ölkəsi” feminist utopiyanın ən məşhur əsərlərindən hesab olunur.

308580_3

Lakin, elmlə ayaqlaşmayan müəyyən məqamlarına görə əsərdə çatışmazlıqlar mövcuddur. Məsələn, müəllifin təsvir etdiyinə görə qadınlar kişilərə ehtiyac olmadan partenogenez üsulu ilə çoxalırlar. Bu təsvir birbaşa qadınların “reproduktiv” haqlarına işarədir və müasir feministlər tərəfindən dəstəklənir. Amma belə bir şeyin elmi cəhətdən mümkünlüyü hələ də sual altındadır. Alternativ tarix mövzusunda yazılmış 20-ci əsr əsərlərində əsas yeri məhz 2-ci dünya müharibəsinin alternativ nəticələri tutur. Təbii ki, bu mövzudan danışarkən Filip Dikin yazdığı “Uca qəsrdəki adam” (“The man in the high castle”) kitabını xatırlamamaq olmaz. Əsərdə yenə də nasistlərin ittifaqı qalib gəlir, ABŞ müttəfiqlər arasında üç hissəyə bölünür və.s

Azərbaycanda distopik film çalarları

Yazının sonunda ölkəmiz ilə distopiya janrının əlaqəsi barədə bir neçə cümlə yazmaq istərdim. Daha doğrusu, var-gəl edirdim. Amma bu günlərdə izlədiyim “İdiokratiya” adlı distopik filmdən sonra yazının bu hissəsini yazmağı qətiləşdirdim. Filmdə ondan bəhs olunurdu ki, biri hərbçi, digəri isə fahişə olan iki nəfəri elmi təcrübə məqsədilə dondururlar və bildirirlər ki, onları bir ildən sonra konteynerdən çıxaracaqlar. Amma iş elə gətirir ki, bu eksperimenti həyata keçirən zabit həbs olunur və laboratoriya ləğv olunur, oradakı konteynerlər isə unudulur. Laboratoriyanın yerinə isə kafe tikilir. Dondurulmuş iki nəfər ayıldıqda artıq hadisənin üstündən beş yüz il keçmiş olur. Təkamül isə geriyə doğru gedib. Dünya nəhəng bir zibilxanaya çevrilib. İnsanlar axmaqlaşıblar və IQ səviyyələri yerlə sürünür. Buğdanı enerji içkisi ilə sulayırlar, televizorda izlədikləri şey yalnız və yalnız pornoqrafiyadır. Bütün görüntüsü yel buraxan çılpaq insan götündən ibarət olan və dəfələrlə Oskar almış ən məşhur filmlərindən birini kinoteatrda çox böyük şövqlə izləyib qəhqəhə çəkirlər. Açığını desəm bir qədər sərt ola bilər, amma yenə də deyəcəyəm. Bu gün bizim televiziyalarımızda insanların hər gün baxıb qəhqəhə çəkdiyi epizodlar həmin göt filmindən çox da fərqlənmir.

FACE_idiocracy_screenshot_caro_4

Ümumiyyətlə ölkəmizi istənilən distopik ssenari ilə müqayisə etmək mümkündür. Bu çox asan olacaq. Amma bu filmin ölkəmiz ilə oxşarlığı təkcə sosial elmlərin yarıtmazlığı yox, həm də dəqiq və tətbiqi elmlərin çox aşağı səviyyədə olmasıdır. Hər ikisində elmi inkişafdan söhbət belə gedə bilməz. Filmdə iki əsas məqamı Azərbaycan reallığına daha çox bənzətdim. Bunlar adamlardan birini tutan polislər və ona cəza verən məhkəmə idi. Filmin bütün səhnələri məndə müəyyən qorxu və həyəcan oyatsa da, özümü bir anlıq axmaqlarla bir yerdə hiss edərək sıxılsam da, polis və məhkəmə məsələsində heç bir çətinlik yaşamadım. Biz artıq o distopiyanı yaşamışıq, ona görə də bu mənə adi bir şey təəssüratı bağışladı. Sadəcə bizdəkilər kostyum və qalstuk ilə daha ciddi görkəm alıblar və vəzifə başında pivə içmirlər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021

Redaktorun seçimi

Eşşəkliyin adı brutallıq olanda

Yaza bilməməyin dözülməz yüngüllüyü

Tolstoy və Şekspir

“Quqark” romanı Polşada nəşr edildi

Torpağın duzu

2019-nCoV koronavirusu

Jazzman ölümləri

SSRİ niyə dağıldı?

Tarixi coğrafiya və bizim tarixçilər

Vüqarın landşaft və arxitekturası

Saturn halqalarını itirir

Bəşəriyyəti marsa aparacaq gəmi

Ayətullah Xomeyni: “Solçular heç vaxt bizimlə əməkdaşlıq etməyib”

Nikasın azərbaycanlı ürəyi

Çılğın, asi və əsl sənətkar

AzLogos-dan çürüklərin ələnməsi

Prezidenti söyək, ya söyməyək?

“Həzz markası” romanının təhlili

Zəhmətimin «Sizif əməyi» olduğunu bildiyim halda

Apostrof – Qadın olmaq

Naftalin qoxulu ritorika

Trans-Xəzər qaz kəməri

Ev bizim, sirr sizin

Tural Həsənov – Airbus-da bir azərbaycanlı

190 manatlıq sədəqə

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

Kütlə və fərd – dialektik təzad

“Əfsanəvi general” propaqandasının süqutu

Zorakılıq və istefa

InSight-ın ilk “selfiesi”

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel