Azlogos
  • Kimlər var
  • Bizi tanı

Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seymur Baycana açıq məktub

Ələkbər Əliyev Ələkbər Əliyev
., Kültür
09 Aprel 2020

Qızım sənə deyirəm, gəlinim sən eşit

El məsəli

Seymur, sənin “Gənc publisistlər üçün məsləhətlər”ini oxudum və yazıya mütləq reaksiya verməli olduğumu düşündüm. Bunun bir neçə səbəbi var, axı səbəb heç vaxt bir olmur. Əslinə qalsa, indi fikirlərim çox dolaşıqdır; onları cəmləyə, səliqəyə sala, heç qeydlər apara bilmirəm, mənim kimi disiplinli, bu işlərdən azdan-çoxdan anlayan adam girinc qalıb. Uzun zaman yazmamağın nəticəsidir.

Birincisi, mənə elə gəlir sən öz yazında iki yerdə, üzr istəyirəm ifadəmə görə, mənə söz soxmusan. İki dəfə qanının qara olduğunu qeyd etmisən, çox güman ki, qanını mən qaraltmışam, sən ərinməyib bunu iki dəfə üzümə vurmusan. Qaldı ki, Əli İldırımoğlu demişkən sən zatən ömrünün “həssas çağını yaşayırsan” deyə, “ancaq xoş sözlər eşitmək istəyirsən”. Həyat isə belə deyil, hərdən bizə xoş olmayan şeyləri də eşitməli oluruq, bunu da tragediyaya çevirmək lazım deyil.

Sonra isə məsləhətlər arasında bəzi adamların baxdıqları filmlər, oxuduqları kitablar haqda danışmağı sevmədiyini; izlədiklərini və oxuduqlarını başqalarından gizlətdiklərini, paylaşmadıqlarını bildirərək, oxucunu onlar kimi olmamağa səsləmisən.

“Gənc publisist” olmasam da, oxuduğu kitablar və izlədiyi filmlər haqda danışmağı, bunları paylaşmağı sevmədiyini ictimaiyyətə açıqlamış biri olaraq, buradan özümə də pay götürürəm. İddia etmirəm ki, həmin “etirafı” sən də oxumusan (sözün düzü heç yadımda deyil harda yazdığım) və məhz məni nəzərdə tutmusan. Özüm və mənim kimilərin adına yazıram bunları.

Belə adamlara topdan xəsis, yaxud artist demək olar, bu, işin asan tərəfidir. Yaxşı yadıma düşdü bəs, necə olur ki, kitab siyahısı paylaşıb-paylaşmamaq məsələsində İsa Qəmbər cavabı səni hər zaman qane edirdi, belə çıxır ki, sən indi o cavabı da istisna edirsən? Doğrusu, mən heç o cavabın da arxasına gizlənmirəm, motivlərim tamam başqadır və inan ki, çox məntiqlidir. Bilmirəm harda və nə zaman yazdığım “film və kitablar haqda danışmağı sevmirəm”in konteksti də başqa idi. Ümumiyyətlə yaradıcılıq passivliyimdən danışırdım; yazmaq istəmədiyimi, bundan sonra bədii əsər yazmayacağımı, Mauzer vlogunu çəkməyə həvəsimin olmadığını və müvafiq olaraq oxuduqlarımı, izlədiklərimi heç kəsə vermək istəmədiyimi demişdim.

Həm də axı bu sürət çağında (indilərdə zəruri məhdudlaşsa da) nə yazım, kimə yazım? Netflix-də nə izlədiyimi yazım? Adama gülərlər. Əndərəbadi arthaus nümunəsi paylaşım? Hər şeyin bu qədər əlçatan olduğu dünyada, kütləvi istehlak məhsulları (kitab, film) məsləhət görmək çox qeyri-aktual məsələdir. İndi aktual olan müxtəlif xarici saytlardan maraqlı məqalələr paylaşmaqdır, nə qədər qəribə səslənsə də, publisistika yeni bir mərhələyə keçib dünyada və çiçəklənir. AzLogos imkan düşdükcə maraqlı nümunələr tapır və tərcümə edir.

Kino demişkən, o gün bir yoldaşa Almadovarın son filminə baxmadığımı dedim, yoldaş isə baxmışdı deyə bir az danışdı. Belə qərara gəldim ki, görünür manıs qocalıb, işi təmiz endirib gey romantikaya. Şəxsən mən istərdim Almadovar hərtərəfli olsun, bir mövzu üzərində davamlı parazitizasiya (ifadə CG Bros pank qrupuna aiddir) sənətkarı tez bitirir, əlini-qolunu bağlayır, bizim gəncliyimizin Kusturitsasını xatırla. Bunları elə-belə yazdım, ya da elə-belə yazmadım, bilmirəm.

Belə adamlar başqası onların oxuduğunu oxumuş, baxdığına baxmış olanda cırnayırlar yazmısan, məncə də qəşəng cümlədir, özünəməxsus hiberbolaların da işin dadı-duzudur. Amma lap elə deyil, hətta tərsinədir – xüsusilə çox da yaxından tanımadığın şəxslə ünsiyyətdə bu cür detallar üzə çıxanda adam intellektual orqazm keçirir. Təbii, şəxs sənə simpatikdirsə. Çünki, sən də bilirsən ki, əbədi olan və olmayan mövzular var. Özün də yazında işarə etmisən insanları oxumuş-oxumamışlara ayırmağın yolverilməzliyinə, yəni öz kosmosuna dəvət edirsən oxucunu. Yolaverdi mövzulara yox, əbədi mövzulara həm də.

Planetimiz son üç onilliyini qlobalizmin tolerantlıq (yəni dözüm) iynəsinin üstündə oturdu. İndi yavaş-yavaş iynənin üstündən düşür. Çiçəklənən, qlobal dünyanın baş problemləri beşinci gender, on beşinci gender idi, Qreta Tunberq idi, feminizmin üçüncü dalğası idi – heç fors-major belə olmayan indikinə bənzər xırda bir sarsıntıda beşinci gender, on beşinci gender, Qreta Tunberq, feminizmin üçüncü dalğası – hamısı getdi işinə. Müvafiq QHT-lərin, qrupların, icmaların heç biri çıxıb demir ki, “statistikanı dəqiq göstərin – filan qədər kişi, filan qədər qadın və filan qədər üçüncü, dördüncü, beşinci cinsin nümayəndəsi yoluxdu, yaxud da öldü”. ÜST-dən bunu tələb edən yoxdur, Avropa ölkələri bu günlərdə, bu dəqiqələrdə pasientləri qadınlar və kişilər olaraq ayırıb hesablayır, çünki üçüncü və s. saylı cinslər əhəmiyyətsizləşib, etiraz səsini yüksəldən də yoxdur. Deməli beşinci gender, on beşinci gender, Qreta Tunberq, feminizmin üçüncü dalğası – bunların hamısı xırda yel əsən kimi sarsılan; yaxşı, komfortlu, sakit, hər şeyin dörd-dördlük işlədiyi, çiçəklənmiş, göyqurşağı rəngində, bəşəriyyətin s..kinə xurma yedizdirdiyi cici dünyanın əyləncələridir. Narahat, qeyri-müəyyən dünyada heç bir əhəmiyyəti olmayan mövzulardır. Deməli onlar olmadan da yaşamaq olar, çünki bizi son nəfəsimizə qədər ayaqda saxlayacaq, ömrümüzə məna qatacaq əbədi dəyərlər var və onların arasında üçüncü-beşinci cinslər, Tunberqlər, feministlər yoxdur. Uzun sözün qısası, bir balaca təlatümdə hər kəs və hər şey konkretləşir – kişi və qadın. Nəinki təbiət, yaxud Allah üçüncünü nəzərdə tutmayıb, belə anlarda hər şey özlüyündən adı ilə çağırılmağa başlayır.

Rahatlığın elə bir dərəcəsi var ki, orda “fitri” olmayan əlavə mənalar, dəyərlər istehsal edilir, çünki insan nə iləsə başını qatmalıdır. Deməli bütün bu söhbətlər baş qatma idi, bəs nədir bütün zamanların və situasiyaların əbədi söhbətləri? İstəmirəm söhbət təyyarədə dua edən ateist hekayəsinə oxşasın, əlbəttə hər situasiyanın davranış qaydaları, sürü instinktinin reaksiyası vardır.

Yazdıqlarımda sarkazm yoxdur. Tunberqlə, feministlərlə bir ixtilafım, davam da həmçinin. Praktikada nə etmək istədiyimiz də ortadadır – bütün fikirlərin müzakirə olunduğu meydan yaratmaq. “Ağlı başında, düşünən, oxuyan, analiz edən və özünü ifadə edə bilən bütün təbəqələrin adamları birləşin”. Burada nə eksperiment keçirmirik, nə də məzələnmirik. Çətin zamandayıq, qəbilədən xalq düzəldirik, düşünən hər adam qızıl qiymətinədir. Qəbilə üzvləri heç ipə-sapa yatan növdən deyil, qanma ilə bağlı çətinlik yaşayır, içində xeyli narazı var və onlar ümumiyyətlə narazıdırlar, onları yalnız ərəbizasiya xilas edə bilər, onlar yalnız ərəbizasiyadan xoşbəxt ola bilərlər. Azərbaycanlılar ərəb kimi olmaq, yaşamaq istəyirlər. Bunu sən də bilirsən. Özün bu barədə yazmısan ki, onlar üçün fərqi yoxdur ostanlıqda yoxsa bostanlıqda, krallıqda yoxsa şahlıqda yaşayırlar. Əslində, hər kəsin əlinə ölkədə aylıq üç min avro pul verilsə və deyilsə ki, gedin kef edin ölkə olacaq Dubayın çoxsaylı ərəb əkizlərindən biri. Deyirlər Dubayda hansısa bir hotelin sonuncu mərtəbəsindəki barda klassik simli trioya, pianoda ifalara qulaq asmaq olar, ağ adamlar ora yığışırmış. Nə olsun, amma ərəblərin pulu var.

Səninlə başqa mətləblərdən danışmaq istəyirdim, gör haralara gedib çıxdım. Özünə də yazmışdım ki, müəllif mən olsaydım 14 maddəlik məsləhətlər siyahına bir vacib 15-ci maddəni də əlavə edərdim ki, siyasətlə maraqlanmaq, məşğul olmaq istəyirsinizsə bunu peşəkar səviyyədə edin. Qeyri-peşəkarlıq, siyasi oyunbazlıqlar da adamın reputasiyasını pis zədələyir. Elə bir həyat yaşayın ki, özünüzü “zorən şeylər”ə məcbur hiss etməyəsiniz. Sən isə işin sırf publisistika, yaradıcılıq tərəfinə toxunduğunu mənə xatırlatdın.

Yazdığının iki qatını oxumayan adam yazmamalıdır. Doğru deyirsən, gənc publisistlər lazımi qədər oxumurlar, bəzilərinin yazılarından bunu görmək olur. 20 illik mətnlə işləmə təcrübəmdən deyirəm – mənə bir yazı verin, müəllifinin nə qədər, necə və nələr oxuduğunun təxmini statistikasını çıxarım. Çox rahat. Burda heç bir hokus-pokus da yoxdur, bunu müəyyən edə biləcək tək ekzemplyar deyiləm. Amma biz, hər kəsə şans tanıyırıq, kömək edirik, pafoslu olsa da, andımıza sadiq qalırıq – hər kəsə tribuna veririk. Biz heç bir sosial qrupun yanında deyilik, heç kəsdən çəkinmirik, bizim rahatlığımız heç kəsdə yoxdur və bu, hər zaman, hər kəsdə xoş emosiyalar doğurmur.

Bəlkə ardı da olacaq

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021

Redaktorun seçimi

Demşiza kimdir, kimə deyilir?

Cəfər Cabbarlının ölümü – 1

Sənan Qurbanov. Bohem sənətkar.

Yeni insan tipləri

50 il əvvəl basılan ayaq

“I have a scream” – Paris

“Kədər əbədi olaraq davam edəcək…”

Azərbaycanlılar koronoavirusa niyə inanmır?

Azərbaycan gömrüyü hibridlərə qarşı

“Gecəyarısı uşaqları” adlı cəfəngiyyat

Koronavirusun yaşatdığı antropoloji şok

“Bakılılar günü” – olsun, olmasın?

Rafiq Hunaltay: “Xalq həmişə idarəedilən olub”

Rusiyanın pomidor siyasəti: siyasi embarqo, yoxsa…

Nə müharibə, nə sülh – Atəşkəsin 25 ili

Tütünçü

Teatrımızın tarixini nə vaxtdan hesablayaq?

Babi Bədəlov – Dünya qalereyalarından

Afaq Bəşirqızı haqlıdırmı?

İsmayıl Səfi: “Biz Rusiyaya bu bölgədəki opponentimiz kimi baxmırıq”

Cənnət illüziyası, yoxsa İsveçrəsayağı kommunizm?

Hədəfdə bütün Azərbaycandır

Yüngül atletika maneji əvəzinə “Zumray Palace”

Bernardin Evaristo. İnkluziv nəşrlərin əhəmiyyəti

Azərbaycan tatları

Qərb cəbhəsində Milad bayramı var!

Kütlənin əleyhinə getmək haqda kiçik bir esse

Elon Musk Starship prototip raketini təqdim etdi

Azərbaycan uşaqları

Rüstəm İbrahimbəyov – Uğurlu məğlubiyyət (İkinci hissə)

Seymur Baycana açıq məktub

Ələkbər Əliyev Ələkbər Əliyev
., Kültür
09 Aprel 2020

Qızım sənə deyirəm, gəlinim sən eşit

El məsəli

Seymur, sənin “Gənc publisistlər üçün məsləhətlər”ini oxudum və yazıya mütləq reaksiya verməli olduğumu düşündüm. Bunun bir neçə səbəbi var, axı səbəb heç vaxt bir olmur. Əslinə qalsa, indi fikirlərim çox dolaşıqdır; onları cəmləyə, səliqəyə sala, heç qeydlər apara bilmirəm, mənim kimi disiplinli, bu işlərdən azdan-çoxdan anlayan adam girinc qalıb. Uzun zaman yazmamağın nəticəsidir.

Birincisi, mənə elə gəlir sən öz yazında iki yerdə, üzr istəyirəm ifadəmə görə, mənə söz soxmusan. İki dəfə qanının qara olduğunu qeyd etmisən, çox güman ki, qanını mən qaraltmışam, sən ərinməyib bunu iki dəfə üzümə vurmusan. Qaldı ki, Əli İldırımoğlu demişkən sən zatən ömrünün “həssas çağını yaşayırsan” deyə, “ancaq xoş sözlər eşitmək istəyirsən”. Həyat isə belə deyil, hərdən bizə xoş olmayan şeyləri də eşitməli oluruq, bunu da tragediyaya çevirmək lazım deyil.

Sonra isə məsləhətlər arasında bəzi adamların baxdıqları filmlər, oxuduqları kitablar haqda danışmağı sevmədiyini; izlədiklərini və oxuduqlarını başqalarından gizlətdiklərini, paylaşmadıqlarını bildirərək, oxucunu onlar kimi olmamağa səsləmisən.

“Gənc publisist” olmasam da, oxuduğu kitablar və izlədiyi filmlər haqda danışmağı, bunları paylaşmağı sevmədiyini ictimaiyyətə açıqlamış biri olaraq, buradan özümə də pay götürürəm. İddia etmirəm ki, həmin “etirafı” sən də oxumusan (sözün düzü heç yadımda deyil harda yazdığım) və məhz məni nəzərdə tutmusan. Özüm və mənim kimilərin adına yazıram bunları.

Belə adamlara topdan xəsis, yaxud artist demək olar, bu, işin asan tərəfidir. Yaxşı yadıma düşdü bəs, necə olur ki, kitab siyahısı paylaşıb-paylaşmamaq məsələsində İsa Qəmbər cavabı səni hər zaman qane edirdi, belə çıxır ki, sən indi o cavabı da istisna edirsən? Doğrusu, mən heç o cavabın da arxasına gizlənmirəm, motivlərim tamam başqadır və inan ki, çox məntiqlidir. Bilmirəm harda və nə zaman yazdığım “film və kitablar haqda danışmağı sevmirəm”in konteksti də başqa idi. Ümumiyyətlə yaradıcılıq passivliyimdən danışırdım; yazmaq istəmədiyimi, bundan sonra bədii əsər yazmayacağımı, Mauzer vlogunu çəkməyə həvəsimin olmadığını və müvafiq olaraq oxuduqlarımı, izlədiklərimi heç kəsə vermək istəmədiyimi demişdim.

Həm də axı bu sürət çağında (indilərdə zəruri məhdudlaşsa da) nə yazım, kimə yazım? Netflix-də nə izlədiyimi yazım? Adama gülərlər. Əndərəbadi arthaus nümunəsi paylaşım? Hər şeyin bu qədər əlçatan olduğu dünyada, kütləvi istehlak məhsulları (kitab, film) məsləhət görmək çox qeyri-aktual məsələdir. İndi aktual olan müxtəlif xarici saytlardan maraqlı məqalələr paylaşmaqdır, nə qədər qəribə səslənsə də, publisistika yeni bir mərhələyə keçib dünyada və çiçəklənir. AzLogos imkan düşdükcə maraqlı nümunələr tapır və tərcümə edir.

Kino demişkən, o gün bir yoldaşa Almadovarın son filminə baxmadığımı dedim, yoldaş isə baxmışdı deyə bir az danışdı. Belə qərara gəldim ki, görünür manıs qocalıb, işi təmiz endirib gey romantikaya. Şəxsən mən istərdim Almadovar hərtərəfli olsun, bir mövzu üzərində davamlı parazitizasiya (ifadə CG Bros pank qrupuna aiddir) sənətkarı tez bitirir, əlini-qolunu bağlayır, bizim gəncliyimizin Kusturitsasını xatırla. Bunları elə-belə yazdım, ya da elə-belə yazmadım, bilmirəm.

Belə adamlar başqası onların oxuduğunu oxumuş, baxdığına baxmış olanda cırnayırlar yazmısan, məncə də qəşəng cümlədir, özünəməxsus hiberbolaların da işin dadı-duzudur. Amma lap elə deyil, hətta tərsinədir – xüsusilə çox da yaxından tanımadığın şəxslə ünsiyyətdə bu cür detallar üzə çıxanda adam intellektual orqazm keçirir. Təbii, şəxs sənə simpatikdirsə. Çünki, sən də bilirsən ki, əbədi olan və olmayan mövzular var. Özün də yazında işarə etmisən insanları oxumuş-oxumamışlara ayırmağın yolverilməzliyinə, yəni öz kosmosuna dəvət edirsən oxucunu. Yolaverdi mövzulara yox, əbədi mövzulara həm də.

Planetimiz son üç onilliyini qlobalizmin tolerantlıq (yəni dözüm) iynəsinin üstündə oturdu. İndi yavaş-yavaş iynənin üstündən düşür. Çiçəklənən, qlobal dünyanın baş problemləri beşinci gender, on beşinci gender idi, Qreta Tunberq idi, feminizmin üçüncü dalğası idi – heç fors-major belə olmayan indikinə bənzər xırda bir sarsıntıda beşinci gender, on beşinci gender, Qreta Tunberq, feminizmin üçüncü dalğası – hamısı getdi işinə. Müvafiq QHT-lərin, qrupların, icmaların heç biri çıxıb demir ki, “statistikanı dəqiq göstərin – filan qədər kişi, filan qədər qadın və filan qədər üçüncü, dördüncü, beşinci cinsin nümayəndəsi yoluxdu, yaxud da öldü”. ÜST-dən bunu tələb edən yoxdur, Avropa ölkələri bu günlərdə, bu dəqiqələrdə pasientləri qadınlar və kişilər olaraq ayırıb hesablayır, çünki üçüncü və s. saylı cinslər əhəmiyyətsizləşib, etiraz səsini yüksəldən də yoxdur. Deməli beşinci gender, on beşinci gender, Qreta Tunberq, feminizmin üçüncü dalğası – bunların hamısı xırda yel əsən kimi sarsılan; yaxşı, komfortlu, sakit, hər şeyin dörd-dördlük işlədiyi, çiçəklənmiş, göyqurşağı rəngində, bəşəriyyətin s..kinə xurma yedizdirdiyi cici dünyanın əyləncələridir. Narahat, qeyri-müəyyən dünyada heç bir əhəmiyyəti olmayan mövzulardır. Deməli onlar olmadan da yaşamaq olar, çünki bizi son nəfəsimizə qədər ayaqda saxlayacaq, ömrümüzə məna qatacaq əbədi dəyərlər var və onların arasında üçüncü-beşinci cinslər, Tunberqlər, feministlər yoxdur. Uzun sözün qısası, bir balaca təlatümdə hər kəs və hər şey konkretləşir – kişi və qadın. Nəinki təbiət, yaxud Allah üçüncünü nəzərdə tutmayıb, belə anlarda hər şey özlüyündən adı ilə çağırılmağa başlayır.

Rahatlığın elə bir dərəcəsi var ki, orda “fitri” olmayan əlavə mənalar, dəyərlər istehsal edilir, çünki insan nə iləsə başını qatmalıdır. Deməli bütün bu söhbətlər baş qatma idi, bəs nədir bütün zamanların və situasiyaların əbədi söhbətləri? İstəmirəm söhbət təyyarədə dua edən ateist hekayəsinə oxşasın, əlbəttə hər situasiyanın davranış qaydaları, sürü instinktinin reaksiyası vardır.

Yazdıqlarımda sarkazm yoxdur. Tunberqlə, feministlərlə bir ixtilafım, davam da həmçinin. Praktikada nə etmək istədiyimiz də ortadadır – bütün fikirlərin müzakirə olunduğu meydan yaratmaq. “Ağlı başında, düşünən, oxuyan, analiz edən və özünü ifadə edə bilən bütün təbəqələrin adamları birləşin”. Burada nə eksperiment keçirmirik, nə də məzələnmirik. Çətin zamandayıq, qəbilədən xalq düzəldirik, düşünən hər adam qızıl qiymətinədir. Qəbilə üzvləri heç ipə-sapa yatan növdən deyil, qanma ilə bağlı çətinlik yaşayır, içində xeyli narazı var və onlar ümumiyyətlə narazıdırlar, onları yalnız ərəbizasiya xilas edə bilər, onlar yalnız ərəbizasiyadan xoşbəxt ola bilərlər. Azərbaycanlılar ərəb kimi olmaq, yaşamaq istəyirlər. Bunu sən də bilirsən. Özün bu barədə yazmısan ki, onlar üçün fərqi yoxdur ostanlıqda yoxsa bostanlıqda, krallıqda yoxsa şahlıqda yaşayırlar. Əslində, hər kəsin əlinə ölkədə aylıq üç min avro pul verilsə və deyilsə ki, gedin kef edin ölkə olacaq Dubayın çoxsaylı ərəb əkizlərindən biri. Deyirlər Dubayda hansısa bir hotelin sonuncu mərtəbəsindəki barda klassik simli trioya, pianoda ifalara qulaq asmaq olar, ağ adamlar ora yığışırmış. Nə olsun, amma ərəblərin pulu var.

Səninlə başqa mətləblərdən danışmaq istəyirdim, gör haralara gedib çıxdım. Özünə də yazmışdım ki, müəllif mən olsaydım 14 maddəlik məsləhətlər siyahına bir vacib 15-ci maddəni də əlavə edərdim ki, siyasətlə maraqlanmaq, məşğul olmaq istəyirsinizsə bunu peşəkar səviyyədə edin. Qeyri-peşəkarlıq, siyasi oyunbazlıqlar da adamın reputasiyasını pis zədələyir. Elə bir həyat yaşayın ki, özünüzü “zorən şeylər”ə məcbur hiss etməyəsiniz. Sən isə işin sırf publisistika, yaradıcılıq tərəfinə toxunduğunu mənə xatırlatdın.

Yazdığının iki qatını oxumayan adam yazmamalıdır. Doğru deyirsən, gənc publisistlər lazımi qədər oxumurlar, bəzilərinin yazılarından bunu görmək olur. 20 illik mətnlə işləmə təcrübəmdən deyirəm – mənə bir yazı verin, müəllifinin nə qədər, necə və nələr oxuduğunun təxmini statistikasını çıxarım. Çox rahat. Burda heç bir hokus-pokus da yoxdur, bunu müəyyən edə biləcək tək ekzemplyar deyiləm. Amma biz, hər kəsə şans tanıyırıq, kömək edirik, pafoslu olsa da, andımıza sadiq qalırıq – hər kəsə tribuna veririk. Biz heç bir sosial qrupun yanında deyilik, heç kəsdən çəkinmirik, bizim rahatlığımız heç kəsdə yoxdur və bu, hər zaman, hər kəsdə xoş emosiyalar doğurmur.

Bəlkə ardı da olacaq

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel