Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rəqəmsal konslager Peçat sözdən sonra qışqıranlar Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb? Sağır nun - fağır nun Data jurnalistikası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seymur Baycan too

Hacı HacıyevHacı Hacıyev
Mövqe
25 Yanvar 2019

Öncə onu deyim ki, yazının manşetində Seymurun adının qeyd olunması, həm də bu yazının daha çox adama çatmasına hesablanıb. Amma əsas məqsəd bu deyil.

Seymur Baycan 2000-lər adlanan Azərbaycan ədəbi cərəyanının parlaq simalarından biridir. Onun “Quqark” romanı, heç şübhəsiz, Qarabağ müharibəsi və ümumiyyətlə sülh mövzusunda yazılmış ən yaxşı Azərbaycan romanlarından biridir. Baycanın yazıçı, publisist, maarifçi kimi gördüyü işlər danılmazdır. Seymur hər zaman sülhün, dünyaviliyin, azad fikrin, bir sözlə işığın tərəfində olub.

Amma onun çox böyük və müasir sənət adamı üçün bağışlanılmaz bir xüsusiyyəti var. O, islahı mümkünsüz görünən seksistdir. Özü də, bu məsələyə ideologiya kimi baxır və hər yazısında bir cümlə də olsa, bunu qeyd etməyi özünə borc bilir. Seymur həqiqətən də fikirləşir ki, qadın-kişi bərabərliyi mifdir. Onun fikrincə qadının yeri mətbəxdir, məişətdir.

Bu fikirlərin təftişinə başlamazdan əvvəl qeyd etməliyəm ki, şəxsən mən də özümü seksist hesab edirəm. Məsələn, mən yemək bişirə bilmirəm, paltar ütüləməyi, ev təmizləməyi də, elə siz deyən bacarmıram. Amma bunu üstünlük kimi də qəbul etmirəm. 30 yaşınadək mən kişinin qadından üstün olması norma kimi qəbul olunmuş bir ailədə, bir ortamda böyüyüb, formalaşmışam. İndi də həyat yoldaşım feminist olsa da, bir çox ev işlərini özü görməyi xoşladığından, məni məcbur etmir. Amma mən də paltar yuyub asmaqda, uşaqlara qulluq etməkdə və başqa məişət işlərində iştirak edirəm.

Dediyim odur ki, uşaqlıqdan mənə təlqin olunmuş patriarxallıq heç yerə getməyib. Amma bu, heç bir halda mənim üstünlüyüm deyil. Əksinə, çatışmazlığımdır. Mən bunu anlayır və bununla mübarizə aparmağa çalışıram.

İnsanı ali varlıq edən, onun primitiv hisslərini idarə etmək bacarığıdır. Bunun üçün isə özünütənqid çox vacibdir. Özünütənqid hissinin azalması, həmişə reallıq hissinin itməsi və mütləq primitivliklə müşayət olunur.

Bunun çox sadə psixoloji mexanizmi var. Şüur ilk növbədə kritika, sintez-analiz hadisəsidir. Heyvani instinktlərimizin də yaşadığı təhtəlşüurun şüurdan əsas fərqi onun tənqid funksiyasından məhrumluğudur. Şüur hər zaman öz tənqid “qılıncı” ilə təhtəlşüura nəzarət edir. Ona görə də bu funksiyanın zəifləməsi istisnasız olaraq hər zaman primitiv fikirlərin təhtəlşüur zindanından azad olması ilə müşayət olunur.

Açığı, dostumuz Seymur Baycanın bu cür deqradasiya etməsini müşahidə etmək çox pis təsir edir adama. Zamanında çağdaş bir yaradıcı insan gözümüzün qabağında özünü cəhalətə, qaranlığa basdırır.

Son bir neçə ildə dünyada yayılmış “Mee too” feminist hərəkatına münasibətim heç də birmənalı deyil. Əvvəl qadın haqları uğrunda başlayan bu aksiya, zaman keçdikcə kişi düşmənçiliyinə çevrilərək, iyrənc formalar almağa başladı. Zamanın üzdə olan elm adamlarına çamur atmaq bir adət halına çevrildi. Bu məsələdə mən heç bir halda ifrata varmanı dəstəkləyə bilmərəm. Amma bu, o demək deyil ki, qadın-kişi bərabərliyi özü-özlüyündə doğru deyil.

Bəli, qadınla, kişi arasında bioloji fərqlərin olması danılmazdır. Amma kişinin intellektual baxımdan qadından üstün olmasını göstərən heç bir ciddi elmi istinad yoxdur. Xatırladım ki, bu günədək iki fundamental (humanitar sahələr bura aid deyil) elm sahəsində Nobel mükafatı almış ilk və yeganə insan, qadındır. Özü də, Maria Küri buna seksizmin tüğyan etdiyi bir zamanda və ortamda nail olmuşdu. Hətta bu mükafatı aldıqdan sonra da, məhz qadın olduğu üçün, onu bir müddət Sorbonne kimi nüfuzlu universitetdə dərs deməyə qoymurdular. Rektorun əsas arqumenti isə o idi ki, mən icazə verə bilmərəm ki, Sorbonne-da bir qadın professor olsun.

Amma indi kim xatırlayır o rektorun adını? Siz xatırlayırsınızmı? Mən yox.

Nobel mükafatçıları arasında qadınların az olması da, heç bir halda kişinin daha üstün olmasına işarə vermir. Nobel mükafatçıları arasında afroamerikanlılar da azdır. Bu o deməkdirmi ki, intellekt insanın irqindən asılıdır? O mükafatı alanların əksəriyyəti ABŞ və Avropa alimləridir. Amma bu o demək deyil ki, Asiya və Afrikada yaşayan insanlar daha aşağı intellekt imkanlarına malikdirlər.

Məsələ ondadır ki, bu vaxtacan dünyada ən imtiyazlı təbəqə, ağdərili, qərb kökənli kişilər olub. Ən yaxşı yeməkləri onlar yeyir, ən isti paltarları onlar geyir, ən keyfiyyətli təhsili onlar alırlar. Onlara hər yerdə yaşıl işıq yanır. Buna görə də, hər sahədə ən yüksək məqamlara onlar yüksəlirlər.

Amma dünya dəyişir. Bu gün hətta ictimai fikrə çox ciddi təsir etmiş klassiklərin belə əsərləri seksizm elementinə görə təftiş olunur. Bu təftişdən keçməyən fikirlər unutqanlıq zibilliyinə atılır.

Çünki, prioritetlər dəyişib. Bir zamanlar dünyaya qənim kəsilmiş din, bu gün böyük anlamda təhlükə olmaqdan çıxıb.

Elə Azərbaycanın özündə də vəziyyət 10 il əvvəlki kimi deyil. Ortada xeyli sayda gözüaçıq, dünya trendlərindən xəbərdar, öz hüquqlarını bütün çətinliklərə baxmayaraq, dişiylə, dırnağıyla qazanan və cəsarətlə müdafiə edən xeyli sayda qadın var. Özü də bu cür qeyribərabər şərtlər altında. Şəxsən mənim əxlaqım yol verməzdi ki, o cür çətinliklərə rəğmən, məndən beş dil artıq bilən, öz sahəsinin kompetenti olan qadınları gördüyüm halda, “qadının yeri mətbəxdir” mesajı verim.

Bədii ədəbiyyatı və ya fəlsəfəni dərindən oxumamışam, amma məsələn, bilirəm ki, Russo kimi filosofun, Lermontov və Turgenyev kimi ədəbi klassiklərin də mətnlərində seksizm işartıları var. Amma məlum bioloji səbəblərdən, o adamlar öz fikirlərini korrektə etmək imkanından məhrumdurlar.

Seymur Baycanın isə belə bir imkanı var. Hələ ki, var.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021

Redaktorun seçimi

Toyotadan “gələcəyin şəhəri” prototipi

Mamba out…

İnfarkt sizdən uzaq olsun

Alman xalqını formalaşdıran təhsil sistemi

Söyüş

Camaat nə deyər?

DTX-nın “Mədəniyyət” əməliyyatı

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

Azərbaycanda ispan qripinin izləri

Fürsətçiliyimiz taleyimizdir

33 yaşlı amerikalı Antarktidanı təkbaşına qət edib

Yeni həyat

Biznesdə kitabların yazmadığı şeylər – III HİSSƏ

Uydurma talış problemi

Azərbaycanda ən yüksək maaşı kim alır?

Bakının “kapitalizm” yaddaşı

Yüngül atletika maneji əvəzinə “Zumray Palace”

200 manatın problemi

Qaldığımız evlər

Kişi alimlərin özünüreklam məharəti

İkinci Qarabağ müharibəsi – reallıqlar və tələblər

Cahangir Süleymanov: “İndi uşaqlar sovet cizgi filmlərinə baxmırlar, çünki onların rəngləri sönükdür”

Kütlə istəklərinin ifadəçiləri

“Vanilli səma” filmi barədə

Yuri Norşteyn: “Uşaqlıq – həyatın xırdalıqlarıdı”

İqtisadi mühacirlərin siyasiləşməsi

Serjant Pərviz Hüseynovun bəyanatı

Bertran Rassel – “Asudə vaxtın mədhi”

Kobra effekti

Oqtay Gülalıyevdən nə istədilər?

Seymur Baycan too

Hacı HacıyevHacı Hacıyev
Mövqe
25 Yanvar 2019

Öncə onu deyim ki, yazının manşetində Seymurun adının qeyd olunması, həm də bu yazının daha çox adama çatmasına hesablanıb. Amma əsas məqsəd bu deyil.

Seymur Baycan 2000-lər adlanan Azərbaycan ədəbi cərəyanının parlaq simalarından biridir. Onun “Quqark” romanı, heç şübhəsiz, Qarabağ müharibəsi və ümumiyyətlə sülh mövzusunda yazılmış ən yaxşı Azərbaycan romanlarından biridir. Baycanın yazıçı, publisist, maarifçi kimi gördüyü işlər danılmazdır. Seymur hər zaman sülhün, dünyaviliyin, azad fikrin, bir sözlə işığın tərəfində olub.

Amma onun çox böyük və müasir sənət adamı üçün bağışlanılmaz bir xüsusiyyəti var. O, islahı mümkünsüz görünən seksistdir. Özü də, bu məsələyə ideologiya kimi baxır və hər yazısında bir cümlə də olsa, bunu qeyd etməyi özünə borc bilir. Seymur həqiqətən də fikirləşir ki, qadın-kişi bərabərliyi mifdir. Onun fikrincə qadının yeri mətbəxdir, məişətdir.

Bu fikirlərin təftişinə başlamazdan əvvəl qeyd etməliyəm ki, şəxsən mən də özümü seksist hesab edirəm. Məsələn, mən yemək bişirə bilmirəm, paltar ütüləməyi, ev təmizləməyi də, elə siz deyən bacarmıram. Amma bunu üstünlük kimi də qəbul etmirəm. 30 yaşınadək mən kişinin qadından üstün olması norma kimi qəbul olunmuş bir ailədə, bir ortamda böyüyüb, formalaşmışam. İndi də həyat yoldaşım feminist olsa da, bir çox ev işlərini özü görməyi xoşladığından, məni məcbur etmir. Amma mən də paltar yuyub asmaqda, uşaqlara qulluq etməkdə və başqa məişət işlərində iştirak edirəm.

Dediyim odur ki, uşaqlıqdan mənə təlqin olunmuş patriarxallıq heç yerə getməyib. Amma bu, heç bir halda mənim üstünlüyüm deyil. Əksinə, çatışmazlığımdır. Mən bunu anlayır və bununla mübarizə aparmağa çalışıram.

İnsanı ali varlıq edən, onun primitiv hisslərini idarə etmək bacarığıdır. Bunun üçün isə özünütənqid çox vacibdir. Özünütənqid hissinin azalması, həmişə reallıq hissinin itməsi və mütləq primitivliklə müşayət olunur.

Bunun çox sadə psixoloji mexanizmi var. Şüur ilk növbədə kritika, sintez-analiz hadisəsidir. Heyvani instinktlərimizin də yaşadığı təhtəlşüurun şüurdan əsas fərqi onun tənqid funksiyasından məhrumluğudur. Şüur hər zaman öz tənqid “qılıncı” ilə təhtəlşüura nəzarət edir. Ona görə də bu funksiyanın zəifləməsi istisnasız olaraq hər zaman primitiv fikirlərin təhtəlşüur zindanından azad olması ilə müşayət olunur.

Açığı, dostumuz Seymur Baycanın bu cür deqradasiya etməsini müşahidə etmək çox pis təsir edir adama. Zamanında çağdaş bir yaradıcı insan gözümüzün qabağında özünü cəhalətə, qaranlığa basdırır.

Son bir neçə ildə dünyada yayılmış “Mee too” feminist hərəkatına münasibətim heç də birmənalı deyil. Əvvəl qadın haqları uğrunda başlayan bu aksiya, zaman keçdikcə kişi düşmənçiliyinə çevrilərək, iyrənc formalar almağa başladı. Zamanın üzdə olan elm adamlarına çamur atmaq bir adət halına çevrildi. Bu məsələdə mən heç bir halda ifrata varmanı dəstəkləyə bilmərəm. Amma bu, o demək deyil ki, qadın-kişi bərabərliyi özü-özlüyündə doğru deyil.

Bəli, qadınla, kişi arasında bioloji fərqlərin olması danılmazdır. Amma kişinin intellektual baxımdan qadından üstün olmasını göstərən heç bir ciddi elmi istinad yoxdur. Xatırladım ki, bu günədək iki fundamental (humanitar sahələr bura aid deyil) elm sahəsində Nobel mükafatı almış ilk və yeganə insan, qadındır. Özü də, Maria Küri buna seksizmin tüğyan etdiyi bir zamanda və ortamda nail olmuşdu. Hətta bu mükafatı aldıqdan sonra da, məhz qadın olduğu üçün, onu bir müddət Sorbonne kimi nüfuzlu universitetdə dərs deməyə qoymurdular. Rektorun əsas arqumenti isə o idi ki, mən icazə verə bilmərəm ki, Sorbonne-da bir qadın professor olsun.

Amma indi kim xatırlayır o rektorun adını? Siz xatırlayırsınızmı? Mən yox.

Nobel mükafatçıları arasında qadınların az olması da, heç bir halda kişinin daha üstün olmasına işarə vermir. Nobel mükafatçıları arasında afroamerikanlılar da azdır. Bu o deməkdirmi ki, intellekt insanın irqindən asılıdır? O mükafatı alanların əksəriyyəti ABŞ və Avropa alimləridir. Amma bu o demək deyil ki, Asiya və Afrikada yaşayan insanlar daha aşağı intellekt imkanlarına malikdirlər.

Məsələ ondadır ki, bu vaxtacan dünyada ən imtiyazlı təbəqə, ağdərili, qərb kökənli kişilər olub. Ən yaxşı yeməkləri onlar yeyir, ən isti paltarları onlar geyir, ən keyfiyyətli təhsili onlar alırlar. Onlara hər yerdə yaşıl işıq yanır. Buna görə də, hər sahədə ən yüksək məqamlara onlar yüksəlirlər.

Amma dünya dəyişir. Bu gün hətta ictimai fikrə çox ciddi təsir etmiş klassiklərin belə əsərləri seksizm elementinə görə təftiş olunur. Bu təftişdən keçməyən fikirlər unutqanlıq zibilliyinə atılır.

Çünki, prioritetlər dəyişib. Bir zamanlar dünyaya qənim kəsilmiş din, bu gün böyük anlamda təhlükə olmaqdan çıxıb.

Elə Azərbaycanın özündə də vəziyyət 10 il əvvəlki kimi deyil. Ortada xeyli sayda gözüaçıq, dünya trendlərindən xəbərdar, öz hüquqlarını bütün çətinliklərə baxmayaraq, dişiylə, dırnağıyla qazanan və cəsarətlə müdafiə edən xeyli sayda qadın var. Özü də bu cür qeyribərabər şərtlər altında. Şəxsən mənim əxlaqım yol verməzdi ki, o cür çətinliklərə rəğmən, məndən beş dil artıq bilən, öz sahəsinin kompetenti olan qadınları gördüyüm halda, “qadının yeri mətbəxdir” mesajı verim.

Bədii ədəbiyyatı və ya fəlsəfəni dərindən oxumamışam, amma məsələn, bilirəm ki, Russo kimi filosofun, Lermontov və Turgenyev kimi ədəbi klassiklərin də mətnlərində seksizm işartıları var. Amma məlum bioloji səbəblərdən, o adamlar öz fikirlərini korrektə etmək imkanından məhrumdurlar.

Seymur Baycanın isə belə bir imkanı var. Hələ ki, var.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel