Azlogos
  • Qaydalar
  • Kimlər var

Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri Erməni baş nazirinin etirafları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Serjant Pərviz Hüseynovun bəyanatı

Elçin Əliyev Elçin Əliyev
., Dizayn
08 Fevral 2020

Həmin gün səhər qızım Zivəri məktəbə apardım, sonra da iş dünyası oyanana qədər Bayılda, Qurban Abbasov küçəsi tərəflərdə foto çəkmək qərarına gəldim – orda çox sevdiyim “stalin tərzi” ampirli gözəl binalar var. İş ondadır ki, son illər həmin dövrdə memarlığın inkişafına həsr olunmuş kitab üzərində işləyirəm və hələ salamat qalmış memarlıq abidələrini lentə köçürməyə çalışıram.

Yenicə maşından fotoaparatı çıxarıb obyektivi eyvanın ulduz oymalı kronşteyninə tuşlamışdım ki, yerli yoldaşlar, adlarını sonradan öyrəndiyim Fuad Kərimovla Rahib Həsənovun kobud, o qədər də ədəbli olmayan çığırtılarını eşitdim. Məndən niyə fotoçəkiliş aparmağımla bağlı izahat və şəxsiyyətimi təsdiq eləyən sənədlər tələb edirdilər.

Təbii ki, mən onlara memar olduğumu, fotoları gələcək ktablarım üçün çəkdiyimi izah eləyə bilərdim – amma düşündüm ki, mən niyə tanımadığım insanların qarşısında özümə bəraət qazandırmalıyam, onlara nə dəxli var? Məgər şəkil çəkmək mənim hüququm deyil?

Və həmin iki yerliyə, “özəl həyatın” müdafiəçilərinə uyğun şəkildə cavab verdim: “yaxşı eləyirəm, bunun sizə nə dəxli var?”. Oy! Hər şey bunu deyəndən sonra başladı!

Dostlar, icazənizlə, bu yerdə kiçik bir haşiyə çıxmaq istəyirəm: Bayıldakı tarixi binaların necə pis vəziyyətdə olduğunu təsəvvür belə eləmirsiniz! Elə ordakı insanlar da eyni şəraitdə yaşayırlar… Əsəbi, acıqlı, öz sabahına inamsız… Heç kim onlara sabah evlərinin və öz talelərinin necə olacağını demir. Bəlkə elə buna görə də, əlində fotoaparat olan hər kəs onlar tərəfindən inşaat şirkətinin potensial kəşfiyyatçısı və onların yaxın gələcəyinə aydınlıq gətirəcək obyekt kimi qəbul olunur.

İndiki halda belə əsəbi, kinli və kobud insanlarla danışmaqdan ötrü ya onların səviyyəsinə enib onların boş-boş sözlərlə, hədələrlə dolu dilində danışmaq lazımdır – ki, mən bunu bacarmıram – ya da onlara baş qoşmamaq üçün gərək səssizcə razılaşıb geri çəkiləsən. Onlara memarlıqdan və ya kitab çapından danışıb nəyisə izah eləməyə çalışmağın heç bir faydası yoxdur, onlar həmsöhbətin mədəniliyini zəiflik kimi görürlər, yalnız gücü anlayırlar. Bununla belə, vəziyyəti sağlam dəyərləndirsəm də, təkrar-təkrar onlara öz hərəkətlərimi izah eləməyə çalışdım – hətta söz başa düşməyən insanlarla da dialoq qurmağı xoşlayıram – danışıqların başqa alternativi yoxdur.

Hərçənd bunun köməyi olmadı: mənim səbəblərimi dinləyən insanlar barmaqlarını gözümə soxmadılar (buna görə də sağ olsunlar – mənim özümə yox, təmirdən təzə çıxmış fotoaparatıma heyfim gəlir), polis çağırmaq qərarına gəldilər, dedilər ki, hansısa düşmən casusu niyəsə binaların fotolarını çəkir və sənədlərini göstərməkdən imtina eləyir. Nə deyirsiniz, deyin, amma xoşbəxtlikdən, əhalinin hüquq səviyyəsi artır.

Təxminən, on dəqiqədən sonra 99AP246 nömrə nişanlı, pəncərələrində barmaqlıqlar olan böyük polis maşını gəldi, içindən ciddi görkəmli serjant Pərviz Hüseynov düşdü və mənə yaxınlaşdı. Düşündüm ki, Allaha şükür, qanun təmsilçisinin işitrakı artıq yaxşı əlamətdir: bizim polisimiz narahat olmuş yerli sakinlərə mənim heç kimin hüquqlarını pozmadığımı, Qanunlarımızın şəkil çəkməyi yasaqlamadığını başa salacaq, məndən kim olduğumu soruşacaq və çox güman ki, buraxacaq.

Amma yox! Küçədə mənim başıma toplaşmış qəzəbli yerli yoldaşları dinləyəndən sonra serjant zəhmli səslə fotoçəkiliş aparmağımın səbəbini aydınlaşdırmaq qərarına gəldi. Məni anlayacağı ümidilə ona memar olduğumu, foto çəkməyi sevdiyimi, hərdən içimdən gəldiyi üçün kitablar yazdığımı, gözəl “stalinka”nı da buna görə lentə aldığımı izah elədim.

Pərviz Hüseynov bir az fikirləşəndən, ratsiya ilə rəhbərlikdən kimləsə danışandan sonra elan elədi: “Azərbaycanda binaların şəklini çəkmək qadağandır!”. Sonra da kimliyimi və fotoçəkilişin gerçək səbəblərini aydınlaşdırmaq məqsədilə onunla birlikdə Səbail rayonunun səkkizinci polis bölməsinə getməyimi istəyərək ətrafıma toplaşmış yoldaşları sevindirdi. Doğma dövlətimin nümayəndəsi maşının barmaqlıqlı qapısını lütfkarlıqla mənim üçün açdı və oturmalı olduğum yeri göstərdi. “Mənə bu da azdır!”- deyə düşündüm.

“Nəyə görə? – ondan soruşdum. – Məgər qanunu pozmuşam? Bəyəm şəkil çəkmək olmaz? Bu, harda yazılıb? Ümumiyyətlə, üstümdə heç bir sənəd yoxdur, hamısı maşınımda qalıb, mənim kim olduğumu necə müəyyənləşdirəcəksiniz?”

Serjant cavabında “az danış, şöbədə səninlə məşğul olacaqlar” deyərək vəsiqəmi maşından götürməyimə icazə vermədi.

Təbii ki, uzun yoldan sonra məşğul oldular: dümsükləyərək, qaba və nəzakətsiz münasibətlə… Səni birindən o birinə ötürən müstəntiqin təyinolunma prosedurundan, dəhlizlərdə uzun gözləntilərdən sonra, axır ki, mənimlə məşğul olan müstəntiq Orxan Məmmədzadə üzünü mənə tutdu:

– “Ay kişi, ala, sən foto niyə görə çəkirsən? Arxeoloqsan?

– Zəhmət olmazsa, mənə «ay kişi, sən» yox, “siz” ilə müraciət edin, memaram! – ona cavab verdim.

– Uşaqlar, ala, bu kişi deyilmiş ki! Kişi müraciətim xoşuna gəlmir! – o, həmkarlarına müraciət elədi və onlarla birlikdə mənə güldü.

“İndi sənə necə müraciət eləyək?” və söhbətin gerisi ümumi hırıltı sədaları altında bu şəkildə davam elədi. “Ponyatka”lara uyğun həyat haqqında uzun-uzun filosofluq eləyəndən sonra Məmmdəzadə, nəhayət, nitqini yekunlaşdırdı.

“Sən mənim də həyətimdə çəksəydin, sənə bilirsən, nə edərdim? Tutub eşşək qədər döyərdim” – üzdən 30 yaşında görünən, vəzifəsi mənim hüquqlarımı qorumaq olan qudurğan gənc müstəntiq, öz cəzasızlığına arxayın halda dedi.

Mənimlə elə danışırdılar, elə bil mən, həqiqətən dövlətin düşməni idim, onun təməllərinə qəsd eləmişdim – vətəndaşın şəxsiyyətinə, ləyaqətinə, hüquqlarına hörmətdən əsər-əlamət yox idi. Baş verənlərin məğzinə varmağa və aydınlaşdırmağa cəhd belə göstərmirdilər: belə görünürdü ki, bölməyə gəlmiş insanın özündən çıxıb cavab verəcəyi ümidilə – bundan sonrası artıq sxemdir – kobudluq eləmək və alçaltmaq onlara böyük zövq verir.

Belə münasibətə dözmədiyimi, indicə, həqiqətən, özümdən çıxacağımı görüb – ki, bunu etmək qətiyyən olmazdı, çünki təxribatçılar elə bunu gözləyirlər – hətta özüm üçün belə gözlənilmədən ayağa qalxdım və bölmə rəisinin kabinetinə sarı yollandım. Rəisin xoşagəlimli katibəsi “vətəndaş, hara gedirsiniz? Rəisin başı qarışırdır!” dedi. Başqa çarəm yox idi – arxadan mənə çatmaq üzrə olan müstəntiq gəlirdi – sərt hərəkətlə qapını açıb tək-tənha böyük, boş masanın arxasında əyləşmiş polis polkovniki Bayram İslamovun yanına girməyə məcbur oldum. Dedim ki, bəs belə-belə, müstəntiq mənə qarşı kobudluq, tərbiyəsizlik eləyir və əgər belə davam eləsə, mənim burdan çıxmağım mümkün görünmür. Lakin nədənsə mənə digərləri kimi nümayişkaranə şəkildə “sən”lə müraciət eləyən yüksək rütbəli şəxs öz işçilərini dəstəkləmək qərarına gəldi və məni xuliqanlıqla bağlı iş açacaqları ilə hədələməyə başladı: sən demə, mən qanunverici orqanların işi başından aşan qulluqçusunun kabinetinə qəbula yazılmadan soxulmuşam. “Rədd ol burdan! – O dedi. – Yoxsa bu dəqiqə sənə iş açacağıq!”

Hə, təqsirsizlik prezumpsiyası bu polis bölməsində nadir qonaqdır…

Borcu Qanunu, məni və mənim hüquqlarımı qorumaq olan dövlət nümayəndələrinin, bölmədə vətəndaşın müdafiəsiz, hüquqsuz vəziyyətindən istifadə eləyərək onunla kobud, ədəbsiz və həyasız davranmağı çox qorxuncdur. Elə bir vəziyyət yaranmışdı ki, mən ordan, ümumiyyətlə, çıxmaya bilərdim!

İki saatlıq əsəb gərginliyindən, yazılı izahatdan, gedib mənim sənədlərimi gətirəndən sonra çıxmağıma icazə verdilər. Müstəntiqdən məni geri, bölmədən çox uzaqda saxladığım, pul kisəmi içində qoyduğum maşınımın yanına aparmasını xahiş elədim – cibimdə bir qəpik olmadan ora necə gedəcəyəm?

Ancaq bu bizim polisimizi maraqlandırmır, onların problemi deyil… Sevin ki, hələ səni buraxıblar!

Piyada getdim.

İndi evdə oturmuşam və düşünürəm: Doğrudanmı, hətta polis bölməsinin rəisi belə anlamır ki, fotoaparatlı insanı məsuliyyətə cəlb etmək qanunsuzluqdur? Elə polisi belə yüksək vəzifəyə necə təyin edə biliblər? Biz hansı turizmdən, ya da hansı əcnəbi qonaqlardan danışırıq? Belə çıxır ki, biz öz inkişaf yolumuzda heç bir millimetr də irəliləməmişik: buna bənzər insidentlər ilk dəfə başıma 25-30 il əvvəl gəlmişdi və hər il mütəmadi təkrarlanır!

Elə təəssürat yaranır ki, cənab prezidentin çoxsaylı səyləri məmurların fəaliyyətsizliyi və qərəzli sabotajı ilə üzləşir və kağız üzərində qalır. Sanki bir-birilə kəsişməyən iki paralel dünya var: KİV-də (mən yerli telekanallara baxmıram) nikbin məqalələr və sərt reallıq.

Əfsus ki, belə situasiyalarda həmvətənlərimlə ünsiyyətdə olandan sonra belə nəticə çıxarıram ki, bizim addım-addım, tədricən, minimal səviyyədə dözümlülük, başqasının hüquqlarına hörmət, demokratiya anlayışlarını qavramağımız üçün, yəqin, hələ, ən azı, əlli il inkişaf yolu keçməliyik.

Allah eləməsin ki, bu gün Azərbaycanda şəffaf və dürüst seçkilər keçirilsin – onda xaos yaranacaq, hakimiyyətə demaqoqlar, populistlər və kim bilir, başqa kimlər gələcək. Bu gün əhalinin böyük əksəriyyəti onları seçəcək. O əksəriyyət ki, düşünülmüş, şüurlu seçim etməkdən ötrü heç bir hüquqi savad səviyyəsi və mədəniyyəti yoxdur. Çünki onu heç kim maarifləndirmir, heç kim öyrətmir: həmin gün o küçədə onlarla adam binanın şəklini çəkən və hərəkətləri, düşüncə tərzi ilə onlardan fərqlənən insanın üstünə atılmağa hazır idilər. Bizi necə bir gələcək gözləyir?

Stalin memarlığının nümunəsi olan o abidənin çəkməyimə isə icazə vermədilər –yaxın günlərdə ora qayıtmalı olacağam, öz işimlə bağlı qərarı gözləyirəm – bir də gördün, “memarlıq üzrə” korrupsiyalaşmış məmurları sevindirirdilər və məni düşmən casusu elan etdilər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022

Redaktorun seçimi

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

Kabuslarla sovurulanlar

Əli İsa Cabbarov: “Müxalifət ziyalılarla dialoq qura bilmir”

Koronavirus rekordları uğrunda

190 manatlıq virus və real işsizlik

Siyasi gigiyena barədə

Rüfət Həsənovun sistemli manipulyasiyaları və rejissor Cavid Zaidovun etirazı

Sevda Sultanova təqdim edir

Üç azərbaycanlı həkimdən müalicə müjdəsi?

Mtatsminda parkının pilləkənləri

“731-ci dəstə”: yapоn ölüm fabriki haqqında dəhşətli həqiqətlər (18+)

Ölümün nəfəsi

Firudin Allahverdinin “”Türkmənçay” və “Gülüstan” müqaviləsi tariximizdə müsbət hadisədir” iddiasına cavab

Təmkinli olmağın mənfi və müsbət tərəfləri haqqında bədii-fəlsəfi esse

Abşeron mayakı – 160

Andre Morua: “Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil”

Peçat sözdən sonra qışqıranlar

Erməni əsilli millət vəkili Garo Paylan: «Xocalı üçün əlimdən gələni edəcəyəm!»

Qarabağ və ədalətsizlik

Totalitarizmin növbəti siması – Ləğv Mədəniyyəti

“Şuşanı vur” məsələsi

İyrənmə

Ya TƏBİB-i

Mənfidən sıfıra

Əbədi məhbus?

Pis xalq, yaxşı xalq

Azərbaycanda orta sinif varmı?

Starlink missiyası tamamdır

Quranda olan hər şey dindir?

Demşiza kimdir, kimə deyilir?

Serjant Pərviz Hüseynovun bəyanatı

Elçin Əliyev Elçin Əliyev
., Dizayn
08 Fevral 2020

Həmin gün səhər qızım Zivəri məktəbə apardım, sonra da iş dünyası oyanana qədər Bayılda, Qurban Abbasov küçəsi tərəflərdə foto çəkmək qərarına gəldim – orda çox sevdiyim “stalin tərzi” ampirli gözəl binalar var. İş ondadır ki, son illər həmin dövrdə memarlığın inkişafına həsr olunmuş kitab üzərində işləyirəm və hələ salamat qalmış memarlıq abidələrini lentə köçürməyə çalışıram.

Yenicə maşından fotoaparatı çıxarıb obyektivi eyvanın ulduz oymalı kronşteyninə tuşlamışdım ki, yerli yoldaşlar, adlarını sonradan öyrəndiyim Fuad Kərimovla Rahib Həsənovun kobud, o qədər də ədəbli olmayan çığırtılarını eşitdim. Məndən niyə fotoçəkiliş aparmağımla bağlı izahat və şəxsiyyətimi təsdiq eləyən sənədlər tələb edirdilər.

Təbii ki, mən onlara memar olduğumu, fotoları gələcək ktablarım üçün çəkdiyimi izah eləyə bilərdim – amma düşündüm ki, mən niyə tanımadığım insanların qarşısında özümə bəraət qazandırmalıyam, onlara nə dəxli var? Məgər şəkil çəkmək mənim hüququm deyil?

Və həmin iki yerliyə, “özəl həyatın” müdafiəçilərinə uyğun şəkildə cavab verdim: “yaxşı eləyirəm, bunun sizə nə dəxli var?”. Oy! Hər şey bunu deyəndən sonra başladı!

Dostlar, icazənizlə, bu yerdə kiçik bir haşiyə çıxmaq istəyirəm: Bayıldakı tarixi binaların necə pis vəziyyətdə olduğunu təsəvvür belə eləmirsiniz! Elə ordakı insanlar da eyni şəraitdə yaşayırlar… Əsəbi, acıqlı, öz sabahına inamsız… Heç kim onlara sabah evlərinin və öz talelərinin necə olacağını demir. Bəlkə elə buna görə də, əlində fotoaparat olan hər kəs onlar tərəfindən inşaat şirkətinin potensial kəşfiyyatçısı və onların yaxın gələcəyinə aydınlıq gətirəcək obyekt kimi qəbul olunur.

İndiki halda belə əsəbi, kinli və kobud insanlarla danışmaqdan ötrü ya onların səviyyəsinə enib onların boş-boş sözlərlə, hədələrlə dolu dilində danışmaq lazımdır – ki, mən bunu bacarmıram – ya da onlara baş qoşmamaq üçün gərək səssizcə razılaşıb geri çəkiləsən. Onlara memarlıqdan və ya kitab çapından danışıb nəyisə izah eləməyə çalışmağın heç bir faydası yoxdur, onlar həmsöhbətin mədəniliyini zəiflik kimi görürlər, yalnız gücü anlayırlar. Bununla belə, vəziyyəti sağlam dəyərləndirsəm də, təkrar-təkrar onlara öz hərəkətlərimi izah eləməyə çalışdım – hətta söz başa düşməyən insanlarla da dialoq qurmağı xoşlayıram – danışıqların başqa alternativi yoxdur.

Hərçənd bunun köməyi olmadı: mənim səbəblərimi dinləyən insanlar barmaqlarını gözümə soxmadılar (buna görə də sağ olsunlar – mənim özümə yox, təmirdən təzə çıxmış fotoaparatıma heyfim gəlir), polis çağırmaq qərarına gəldilər, dedilər ki, hansısa düşmən casusu niyəsə binaların fotolarını çəkir və sənədlərini göstərməkdən imtina eləyir. Nə deyirsiniz, deyin, amma xoşbəxtlikdən, əhalinin hüquq səviyyəsi artır.

Təxminən, on dəqiqədən sonra 99AP246 nömrə nişanlı, pəncərələrində barmaqlıqlar olan böyük polis maşını gəldi, içindən ciddi görkəmli serjant Pərviz Hüseynov düşdü və mənə yaxınlaşdı. Düşündüm ki, Allaha şükür, qanun təmsilçisinin işitrakı artıq yaxşı əlamətdir: bizim polisimiz narahat olmuş yerli sakinlərə mənim heç kimin hüquqlarını pozmadığımı, Qanunlarımızın şəkil çəkməyi yasaqlamadığını başa salacaq, məndən kim olduğumu soruşacaq və çox güman ki, buraxacaq.

Amma yox! Küçədə mənim başıma toplaşmış qəzəbli yerli yoldaşları dinləyəndən sonra serjant zəhmli səslə fotoçəkiliş aparmağımın səbəbini aydınlaşdırmaq qərarına gəldi. Məni anlayacağı ümidilə ona memar olduğumu, foto çəkməyi sevdiyimi, hərdən içimdən gəldiyi üçün kitablar yazdığımı, gözəl “stalinka”nı da buna görə lentə aldığımı izah elədim.

Pərviz Hüseynov bir az fikirləşəndən, ratsiya ilə rəhbərlikdən kimləsə danışandan sonra elan elədi: “Azərbaycanda binaların şəklini çəkmək qadağandır!”. Sonra da kimliyimi və fotoçəkilişin gerçək səbəblərini aydınlaşdırmaq məqsədilə onunla birlikdə Səbail rayonunun səkkizinci polis bölməsinə getməyimi istəyərək ətrafıma toplaşmış yoldaşları sevindirdi. Doğma dövlətimin nümayəndəsi maşının barmaqlıqlı qapısını lütfkarlıqla mənim üçün açdı və oturmalı olduğum yeri göstərdi. “Mənə bu da azdır!”- deyə düşündüm.

“Nəyə görə? – ondan soruşdum. – Məgər qanunu pozmuşam? Bəyəm şəkil çəkmək olmaz? Bu, harda yazılıb? Ümumiyyətlə, üstümdə heç bir sənəd yoxdur, hamısı maşınımda qalıb, mənim kim olduğumu necə müəyyənləşdirəcəksiniz?”

Serjant cavabında “az danış, şöbədə səninlə məşğul olacaqlar” deyərək vəsiqəmi maşından götürməyimə icazə vermədi.

Təbii ki, uzun yoldan sonra məşğul oldular: dümsükləyərək, qaba və nəzakətsiz münasibətlə… Səni birindən o birinə ötürən müstəntiqin təyinolunma prosedurundan, dəhlizlərdə uzun gözləntilərdən sonra, axır ki, mənimlə məşğul olan müstəntiq Orxan Məmmədzadə üzünü mənə tutdu:

– “Ay kişi, ala, sən foto niyə görə çəkirsən? Arxeoloqsan?

– Zəhmət olmazsa, mənə «ay kişi, sən» yox, “siz” ilə müraciət edin, memaram! – ona cavab verdim.

– Uşaqlar, ala, bu kişi deyilmiş ki! Kişi müraciətim xoşuna gəlmir! – o, həmkarlarına müraciət elədi və onlarla birlikdə mənə güldü.

“İndi sənə necə müraciət eləyək?” və söhbətin gerisi ümumi hırıltı sədaları altında bu şəkildə davam elədi. “Ponyatka”lara uyğun həyat haqqında uzun-uzun filosofluq eləyəndən sonra Məmmdəzadə, nəhayət, nitqini yekunlaşdırdı.

“Sən mənim də həyətimdə çəksəydin, sənə bilirsən, nə edərdim? Tutub eşşək qədər döyərdim” – üzdən 30 yaşında görünən, vəzifəsi mənim hüquqlarımı qorumaq olan qudurğan gənc müstəntiq, öz cəzasızlığına arxayın halda dedi.

Mənimlə elə danışırdılar, elə bil mən, həqiqətən dövlətin düşməni idim, onun təməllərinə qəsd eləmişdim – vətəndaşın şəxsiyyətinə, ləyaqətinə, hüquqlarına hörmətdən əsər-əlamət yox idi. Baş verənlərin məğzinə varmağa və aydınlaşdırmağa cəhd belə göstərmirdilər: belə görünürdü ki, bölməyə gəlmiş insanın özündən çıxıb cavab verəcəyi ümidilə – bundan sonrası artıq sxemdir – kobudluq eləmək və alçaltmaq onlara böyük zövq verir.

Belə münasibətə dözmədiyimi, indicə, həqiqətən, özümdən çıxacağımı görüb – ki, bunu etmək qətiyyən olmazdı, çünki təxribatçılar elə bunu gözləyirlər – hətta özüm üçün belə gözlənilmədən ayağa qalxdım və bölmə rəisinin kabinetinə sarı yollandım. Rəisin xoşagəlimli katibəsi “vətəndaş, hara gedirsiniz? Rəisin başı qarışırdır!” dedi. Başqa çarəm yox idi – arxadan mənə çatmaq üzrə olan müstəntiq gəlirdi – sərt hərəkətlə qapını açıb tək-tənha böyük, boş masanın arxasında əyləşmiş polis polkovniki Bayram İslamovun yanına girməyə məcbur oldum. Dedim ki, bəs belə-belə, müstəntiq mənə qarşı kobudluq, tərbiyəsizlik eləyir və əgər belə davam eləsə, mənim burdan çıxmağım mümkün görünmür. Lakin nədənsə mənə digərləri kimi nümayişkaranə şəkildə “sən”lə müraciət eləyən yüksək rütbəli şəxs öz işçilərini dəstəkləmək qərarına gəldi və məni xuliqanlıqla bağlı iş açacaqları ilə hədələməyə başladı: sən demə, mən qanunverici orqanların işi başından aşan qulluqçusunun kabinetinə qəbula yazılmadan soxulmuşam. “Rədd ol burdan! – O dedi. – Yoxsa bu dəqiqə sənə iş açacağıq!”

Hə, təqsirsizlik prezumpsiyası bu polis bölməsində nadir qonaqdır…

Borcu Qanunu, məni və mənim hüquqlarımı qorumaq olan dövlət nümayəndələrinin, bölmədə vətəndaşın müdafiəsiz, hüquqsuz vəziyyətindən istifadə eləyərək onunla kobud, ədəbsiz və həyasız davranmağı çox qorxuncdur. Elə bir vəziyyət yaranmışdı ki, mən ordan, ümumiyyətlə, çıxmaya bilərdim!

İki saatlıq əsəb gərginliyindən, yazılı izahatdan, gedib mənim sənədlərimi gətirəndən sonra çıxmağıma icazə verdilər. Müstəntiqdən məni geri, bölmədən çox uzaqda saxladığım, pul kisəmi içində qoyduğum maşınımın yanına aparmasını xahiş elədim – cibimdə bir qəpik olmadan ora necə gedəcəyəm?

Ancaq bu bizim polisimizi maraqlandırmır, onların problemi deyil… Sevin ki, hələ səni buraxıblar!

Piyada getdim.

İndi evdə oturmuşam və düşünürəm: Doğrudanmı, hətta polis bölməsinin rəisi belə anlamır ki, fotoaparatlı insanı məsuliyyətə cəlb etmək qanunsuzluqdur? Elə polisi belə yüksək vəzifəyə necə təyin edə biliblər? Biz hansı turizmdən, ya da hansı əcnəbi qonaqlardan danışırıq? Belə çıxır ki, biz öz inkişaf yolumuzda heç bir millimetr də irəliləməmişik: buna bənzər insidentlər ilk dəfə başıma 25-30 il əvvəl gəlmişdi və hər il mütəmadi təkrarlanır!

Elə təəssürat yaranır ki, cənab prezidentin çoxsaylı səyləri məmurların fəaliyyətsizliyi və qərəzli sabotajı ilə üzləşir və kağız üzərində qalır. Sanki bir-birilə kəsişməyən iki paralel dünya var: KİV-də (mən yerli telekanallara baxmıram) nikbin məqalələr və sərt reallıq.

Əfsus ki, belə situasiyalarda həmvətənlərimlə ünsiyyətdə olandan sonra belə nəticə çıxarıram ki, bizim addım-addım, tədricən, minimal səviyyədə dözümlülük, başqasının hüquqlarına hörmət, demokratiya anlayışlarını qavramağımız üçün, yəqin, hələ, ən azı, əlli il inkişaf yolu keçməliyik.

Allah eləməsin ki, bu gün Azərbaycanda şəffaf və dürüst seçkilər keçirilsin – onda xaos yaranacaq, hakimiyyətə demaqoqlar, populistlər və kim bilir, başqa kimlər gələcək. Bu gün əhalinin böyük əksəriyyəti onları seçəcək. O əksəriyyət ki, düşünülmüş, şüurlu seçim etməkdən ötrü heç bir hüquqi savad səviyyəsi və mədəniyyəti yoxdur. Çünki onu heç kim maarifləndirmir, heç kim öyrətmir: həmin gün o küçədə onlarla adam binanın şəklini çəkən və hərəkətləri, düşüncə tərzi ilə onlardan fərqlənən insanın üstünə atılmağa hazır idilər. Bizi necə bir gələcək gözləyir?

Stalin memarlığının nümunəsi olan o abidənin çəkməyimə isə icazə vermədilər –yaxın günlərdə ora qayıtmalı olacağam, öz işimlə bağlı qərarı gözləyirəm – bir də gördün, “memarlıq üzrə” korrupsiyalaşmış məmurları sevindirirdilər və məni düşmən casusu elan etdilər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel