Azlogos
  • Kimlər var
  • Bizi tanı

TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Şeirimizin Elza Seyidcahan zirvəsi

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
14 İyun 2020

Tarixin müxtəlif  mərhələlərində həmişə belə bir qənaət hasil olmuşdur ki, şeir artıq öz ömrünü başa vurub, insanları heyrətləndirmək qüdrətini itirib. Lakin belə düşünənlər daim yanılıblar; elə indi də bu cür fikirləşənlər varsa, onlar da ciddi səhvə yol verirlər. Böyük mütəfəkkirimiz Nizami Gəncəvi hələ XII yüzillikdə yazırdı ki:

Şerdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da…

Lakin sonralar ədəbiyyata Füzulilərin, Vaqiflərin gəlişi sübut etdi ki, elə dahi şairimiz də səhv edirmiş. Poeziya elə əngin qüdrətə malikdir ki, o hər zaman özünün yeni nəhənglərini yaradır, ortaya çıxarır, bəşəriyyətin mənəvi xəzinəsini bir az da zənginləşdirir.

72d4bc_9955aeb9d2be48aea933f2524d08556f_mv2

“Bir dövrdəyəm ki, nəzm olub xar” – Məhəmməd Füzuli bunu XVI yüzillikdə yazıb, ancaq aradan 500 il keçdikdən sonra da şeirin “xar olmağından” danışmaq mümkün deyil. Poeziya hələ də öz sirri, sehri ilə insanların qəlbini ovsunlayır, onların ruhunu oxşayır.

Kimlər ki elə düşünür, indiyəcən Nizamilər, Füzulilər, Bayronlar, Heynelər, Puşkinlər, Lermontovlar  yazılası nə varsa yazıblar və artıq şeirlə heç kimi təəccübləndirmək mümkün deyil, əlbəttə, günümüzün parlaq bədii istedad sahiblərinə qarşı böyük haqsızlıq edirlər. Şübhə yoxdur ki, bu cür fikirləşənlər müasir ədəbi prosesi izləmirlər. Əks halda təkcə Elza Seyidcahan imzası ilə tanışlıq kifayətdir ki, Azərbaycan poeziyası və onun timsalında dünya şeirinin hələ də dimdik ayaqda olduğunu görəsən.

Elza xanımın bu günlərdə oxuduğum bir şeiri mənim bu qənaətimi daha da möhkəmləndirdi. Həmin poetik nümunə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcı, poeziyamızda təzə bir cığırın açılması kimi qiymətləndirilməlidir. “Dalqabağ” adlanan şeirdə dilimizin gözəlliyi və zənginliyi Elza xanımın sözə həssas münasibəti və fitri istedadı ilə çox təbii şəkildə çulğalaşaraq meydana gözəl bir əsərin çıxmasını şərtləndirib.

Gəlsən gedək dalqabağ,

Sev sən məni sağbasağ.

Ək, yetişsin tağbatağ,

Göndər bizə balqabağ, –

 görün necə gözəl deyilib!

(Biz müəllifin üslubuna toxunmayaraq hörmətli şairəmizin bəzi sözlərdə “q” samitini “ğ” kimi yazmasına müdaxilə etməyi yersiz saydıq. Fikrimizcə, bu, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşalrı üçün ciddi tədqiqat mövzusu ola bilər).  

23933_0

Hər misrasında dərin fəlsəfi məna yatan şeirin növbəti bəndində Elza xanım ənənəvi Şərq düşüncə tərzi ilə modern Qərb təfəkkürünün qeyri-adi sintezini yaratmağa nail olmuşdur:

Gedirəm yol uzunu,

Yolda qoydum özümü.

Qınayımmı sözümü?

Mən daldayam, yol qabağ.

Burada Elza xanım təkcə  klassik fəlsəfənin kodlarını açmağa çalışmır, eyni zamanda müasir dövrümüzdə Azərbaycanın aktual problemlərindən birinə – şişirdilmiş büdcələrlə çəkilən yolların keyfiyyətsizliyinə, vaxtından əvvəl uçulub-dağılmasına diqqət çəkir. Müəllif sətiraltı şəkildə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yarıtmazlığını ifşa edir, onun tikintisinə böyük pullar xərclədiyi  yolların müasir standartlardan uzaq olduğuna işarə vurur və bununla da həmin yollar inşa edilərkən ciddi korrupsiya faktlarına yol verildiyini cəsarətli (və istedadlı!) şəkildə ortaya qoyur.

Şeirin üçüncü bəndində Elza xanım bütün çatışmazlıqlara rəğmən ölkəmizin gələcəyinə nikbin münasibətini dilə gətirir. O göstərir ki, optimist olmaq lazımdır, kədərə təslim olmaq yolverilməzdir.

Olma belə qaraqabağ,

Onsuz yarıçılpağ.

Yenə gedək dal-qabağ,

Həyat olsun cağbacağ.

Bu misralardakı nikbin əhval-ruhiyyə, optimist ovqat Süleyman Rüstəmin hələ 1920-ci illərdə “Ələmdən nəşəyə” şeiri ilə başlatdığı şən ədəbiyyat axımının günümüzdəki layiqli davamıdır, poetik keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymasıdır.

Elza xanım ədəbiyyat tariximizdə artıq indidən öz yerini tutan “Dalqabağ” şeirinin son bəndində isə bir neçə ciddi siyasi-ictimai, sosial-fəlsəfi problemi olduqca usta şəkildə işıqlandırmağı bacarmışdır.

Bal qabağ, dal yasağ,

Gah dalda, gah qabağda

Qabağlar qoyardılar

Yar gözün intizarda.

Göründüyü kimi, bu bənddə müəllif həm yar gözünü intizarda qoymayaraq milli-mənəvi dəyərlərimizdən sürətlə uzaqlaşmağımıza üsyan edir, həm də “Bal qabağ, dal yasağ” yazaraq girəyənliyin təhlükəli nəticələrinə diqqət çəkir. Eyni zamanda tabulara, qadağalara öz protestini olduqca poetik şəkildə dilə gətirir. Bir sözlə, cəmi dörd misrada dövrümüzün siyasi çətinliklərini özündə əks etdirməklə yanaşı, əxlaqi-didaktik problemlərə də özünəməxsus yanaşma sərgiləyir.

542c123631b4c0b584597575d44a3c9f02e3e224

Çəkinmədən qeyd etmək lazımdır ki, “Dalqabağ” şeiri çağdaş Azərbaycan poeziyasının öz çoxəsrlik siqlətini qoruyub saxladığını və daha da gücləndirdiyini göstərir. Bu şeirin timsalında bir daha aydın olur ki, Elza xanımın yaradıcılığında ənənə ilə novatorluq, klassika ilə müasirlik çox məharətli şəkildə birləşir, yeni poetik nəfəs yaradır.

Çox görkəmli, hətta çox-çox görkəmli alim İsa Həbibbəyli məşhur şairimiz Rəsul Rza yaradıcılığından bəhs edərkən yazır: “Dünya, zaman və insan haqqında bənzərsiz düşüncələr Rəsul Rza sənətinin cövhəridir. Rəsul Rza həm də mükəmməl bəşəri poeziya yarada bilmişdir. Rəsul Rza dünya haqqında düşüncələrinin qüvvətli orijinal və sərbəst ifadəsi olan şeirlərində bəşəriyyətin ərzi-halı poetik baxımdan bənzərsiz şəkildə mənalandırılmışdır. Rəsul Rza Azərbaycanda yaşayıb-yaradan dünyamiqyaslı müasir şair idi. Dünyanın real mənzərəsini ayıq-sayıq görən və proseslərin gedişatını doğru-düzgün göstərən şair, ümumiyyətlə, Yer kürəsində insanlığın keşiyində dayanmağın poetik çağırışlarını bütün qüvvəsi ilə səsləndirmişdir. Rəsul Rza şeirlərində bəşəriyyətin müqəddəratına mənsub olduğu xalqın taleyinin işığında nəzər salaraq uğurlu bədii ümumiləşdirmələr aparmışdır”.

Tam məsuliyyətilə deyərdim ki, İsa müəllimin bu fikirlərini eyni zamanda Elza Seyidcahan yaradıcılığına şamil etmək olar.

Sonda ümidvar olduğumu bilmək istəyirəm ki, şeirimizin yeni zirvəsinə çevrilməkdə olan Elza xanımın poeziyası oxucular və ədəbiyyat cameəsi ilə yanaşı partiya və hökumətimiz tərəfindən layiqli qiymətini alacaq, ona vətənimizin ən ali orden və medalları təqdim olunacaq. Həmçinin şair-yazıçılarımızın müqəddəs ocağı olan Azərbaycan Yazıçılar Birliyinin tarixindəki bir ədalətsizliyə son qoyulacaq, Elza Seyidcahanın timsalında bu təşkilata nəhayət ki, bir yaradıcı qadın rəhbərlik etməyə başlayacaqdır.

Hisslərim mənə həmin günün heç də uzaqda olmadığını söyləyir!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Redaktorun seçimi

Afaq Bəşirqızı haqlıdırmı?

Əsir və girov götürülmüşlər

Ətağa Sertifikat

“Mövcud olmayan müqəddəs kitab” – Tora Ağabəyova təqdim edir

Proyeksiya (sonu)

Nüvə silahının casus tarixçəsi

Azərbaycan kinosu və yulaflı peçenye

Demşiza kimdir, kimə deyilir?

Dəli olmağın iki vacib şərti

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf?

Siyasi millət vs Folklor xalqı

Talışlarla gələn şiəlik

Hitlerin sevimli qadınları

200 manatın problemi

Əl Cahizin “Təkamül” ideyeası

Qrafika dəyişimi sivilizasion seçim kimi

Azərbaycanda qadın olmaq

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

“Sifariş”inizi yesinlər

Ölümə məhkum edilən dullar

Vəhşilərin tərbiyəsi

Posthumanizm dövründə sevgi

Tanrının varlığı ilə yoxluğu arasında qalanlar

Oyun mədəniyyəti: Dominodan “Playstation”a

Azərbaycanda kitab oxunurmu?

Alzheimer – beyinin taleyi

Koronavirus Azərbaycanda

Günel və Elmirin sındırdığı tabular

Seymur Baycandan incilər

Azərbaycanın kino bazarı

Şeirimizin Elza Seyidcahan zirvəsi

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
14 İyun 2020

Tarixin müxtəlif  mərhələlərində həmişə belə bir qənaət hasil olmuşdur ki, şeir artıq öz ömrünü başa vurub, insanları heyrətləndirmək qüdrətini itirib. Lakin belə düşünənlər daim yanılıblar; elə indi də bu cür fikirləşənlər varsa, onlar da ciddi səhvə yol verirlər. Böyük mütəfəkkirimiz Nizami Gəncəvi hələ XII yüzillikdə yazırdı ki:

Şerdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da…

Lakin sonralar ədəbiyyata Füzulilərin, Vaqiflərin gəlişi sübut etdi ki, elə dahi şairimiz də səhv edirmiş. Poeziya elə əngin qüdrətə malikdir ki, o hər zaman özünün yeni nəhənglərini yaradır, ortaya çıxarır, bəşəriyyətin mənəvi xəzinəsini bir az da zənginləşdirir.

72d4bc_9955aeb9d2be48aea933f2524d08556f_mv2

“Bir dövrdəyəm ki, nəzm olub xar” – Məhəmməd Füzuli bunu XVI yüzillikdə yazıb, ancaq aradan 500 il keçdikdən sonra da şeirin “xar olmağından” danışmaq mümkün deyil. Poeziya hələ də öz sirri, sehri ilə insanların qəlbini ovsunlayır, onların ruhunu oxşayır.

Kimlər ki elə düşünür, indiyəcən Nizamilər, Füzulilər, Bayronlar, Heynelər, Puşkinlər, Lermontovlar  yazılası nə varsa yazıblar və artıq şeirlə heç kimi təəccübləndirmək mümkün deyil, əlbəttə, günümüzün parlaq bədii istedad sahiblərinə qarşı böyük haqsızlıq edirlər. Şübhə yoxdur ki, bu cür fikirləşənlər müasir ədəbi prosesi izləmirlər. Əks halda təkcə Elza Seyidcahan imzası ilə tanışlıq kifayətdir ki, Azərbaycan poeziyası və onun timsalında dünya şeirinin hələ də dimdik ayaqda olduğunu görəsən.

Elza xanımın bu günlərdə oxuduğum bir şeiri mənim bu qənaətimi daha da möhkəmləndirdi. Həmin poetik nümunə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcı, poeziyamızda təzə bir cığırın açılması kimi qiymətləndirilməlidir. “Dalqabağ” adlanan şeirdə dilimizin gözəlliyi və zənginliyi Elza xanımın sözə həssas münasibəti və fitri istedadı ilə çox təbii şəkildə çulğalaşaraq meydana gözəl bir əsərin çıxmasını şərtləndirib.

Gəlsən gedək dalqabağ,

Sev sən məni sağbasağ.

Ək, yetişsin tağbatağ,

Göndər bizə balqabağ, –

 görün necə gözəl deyilib!

(Biz müəllifin üslubuna toxunmayaraq hörmətli şairəmizin bəzi sözlərdə “q” samitini “ğ” kimi yazmasına müdaxilə etməyi yersiz saydıq. Fikrimizcə, bu, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşalrı üçün ciddi tədqiqat mövzusu ola bilər).  

23933_0

Hər misrasında dərin fəlsəfi məna yatan şeirin növbəti bəndində Elza xanım ənənəvi Şərq düşüncə tərzi ilə modern Qərb təfəkkürünün qeyri-adi sintezini yaratmağa nail olmuşdur:

Gedirəm yol uzunu,

Yolda qoydum özümü.

Qınayımmı sözümü?

Mən daldayam, yol qabağ.

Burada Elza xanım təkcə  klassik fəlsəfənin kodlarını açmağa çalışmır, eyni zamanda müasir dövrümüzdə Azərbaycanın aktual problemlərindən birinə – şişirdilmiş büdcələrlə çəkilən yolların keyfiyyətsizliyinə, vaxtından əvvəl uçulub-dağılmasına diqqət çəkir. Müəllif sətiraltı şəkildə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yarıtmazlığını ifşa edir, onun tikintisinə böyük pullar xərclədiyi  yolların müasir standartlardan uzaq olduğuna işarə vurur və bununla da həmin yollar inşa edilərkən ciddi korrupsiya faktlarına yol verildiyini cəsarətli (və istedadlı!) şəkildə ortaya qoyur.

Şeirin üçüncü bəndində Elza xanım bütün çatışmazlıqlara rəğmən ölkəmizin gələcəyinə nikbin münasibətini dilə gətirir. O göstərir ki, optimist olmaq lazımdır, kədərə təslim olmaq yolverilməzdir.

Olma belə qaraqabağ,

Onsuz yarıçılpağ.

Yenə gedək dal-qabağ,

Həyat olsun cağbacağ.

Bu misralardakı nikbin əhval-ruhiyyə, optimist ovqat Süleyman Rüstəmin hələ 1920-ci illərdə “Ələmdən nəşəyə” şeiri ilə başlatdığı şən ədəbiyyat axımının günümüzdəki layiqli davamıdır, poetik keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymasıdır.

Elza xanım ədəbiyyat tariximizdə artıq indidən öz yerini tutan “Dalqabağ” şeirinin son bəndində isə bir neçə ciddi siyasi-ictimai, sosial-fəlsəfi problemi olduqca usta şəkildə işıqlandırmağı bacarmışdır.

Bal qabağ, dal yasağ,

Gah dalda, gah qabağda

Qabağlar qoyardılar

Yar gözün intizarda.

Göründüyü kimi, bu bənddə müəllif həm yar gözünü intizarda qoymayaraq milli-mənəvi dəyərlərimizdən sürətlə uzaqlaşmağımıza üsyan edir, həm də “Bal qabağ, dal yasağ” yazaraq girəyənliyin təhlükəli nəticələrinə diqqət çəkir. Eyni zamanda tabulara, qadağalara öz protestini olduqca poetik şəkildə dilə gətirir. Bir sözlə, cəmi dörd misrada dövrümüzün siyasi çətinliklərini özündə əks etdirməklə yanaşı, əxlaqi-didaktik problemlərə də özünəməxsus yanaşma sərgiləyir.

542c123631b4c0b584597575d44a3c9f02e3e224

Çəkinmədən qeyd etmək lazımdır ki, “Dalqabağ” şeiri çağdaş Azərbaycan poeziyasının öz çoxəsrlik siqlətini qoruyub saxladığını və daha da gücləndirdiyini göstərir. Bu şeirin timsalında bir daha aydın olur ki, Elza xanımın yaradıcılığında ənənə ilə novatorluq, klassika ilə müasirlik çox məharətli şəkildə birləşir, yeni poetik nəfəs yaradır.

Çox görkəmli, hətta çox-çox görkəmli alim İsa Həbibbəyli məşhur şairimiz Rəsul Rza yaradıcılığından bəhs edərkən yazır: “Dünya, zaman və insan haqqında bənzərsiz düşüncələr Rəsul Rza sənətinin cövhəridir. Rəsul Rza həm də mükəmməl bəşəri poeziya yarada bilmişdir. Rəsul Rza dünya haqqında düşüncələrinin qüvvətli orijinal və sərbəst ifadəsi olan şeirlərində bəşəriyyətin ərzi-halı poetik baxımdan bənzərsiz şəkildə mənalandırılmışdır. Rəsul Rza Azərbaycanda yaşayıb-yaradan dünyamiqyaslı müasir şair idi. Dünyanın real mənzərəsini ayıq-sayıq görən və proseslərin gedişatını doğru-düzgün göstərən şair, ümumiyyətlə, Yer kürəsində insanlığın keşiyində dayanmağın poetik çağırışlarını bütün qüvvəsi ilə səsləndirmişdir. Rəsul Rza şeirlərində bəşəriyyətin müqəddəratına mənsub olduğu xalqın taleyinin işığında nəzər salaraq uğurlu bədii ümumiləşdirmələr aparmışdır”.

Tam məsuliyyətilə deyərdim ki, İsa müəllimin bu fikirlərini eyni zamanda Elza Seyidcahan yaradıcılığına şamil etmək olar.

Sonda ümidvar olduğumu bilmək istəyirəm ki, şeirimizin yeni zirvəsinə çevrilməkdə olan Elza xanımın poeziyası oxucular və ədəbiyyat cameəsi ilə yanaşı partiya və hökumətimiz tərəfindən layiqli qiymətini alacaq, ona vətənimizin ən ali orden və medalları təqdim olunacaq. Həmçinin şair-yazıçılarımızın müqəddəs ocağı olan Azərbaycan Yazıçılar Birliyinin tarixindəki bir ədalətsizliyə son qoyulacaq, Elza Seyidcahanın timsalında bu təşkilata nəhayət ki, bir yaradıcı qadın rəhbərlik etməyə başlayacaqdır.

Hisslərim mənə həmin günün heç də uzaqda olmadığını söyləyir!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel