Azlogos
  • Kimlər var
  • Bizi tanı

Orxan Adıgözəl. Ələkbər Əliyevin "Sarı Gəlin" romanının təhlili Mərkəzi Asiyanın Dağlıq Qarabağı Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sadə görünməkdən qorxmaq

Seymur Baycan Seymur Baycan
Kültür
18 Mart 2021

Səmimiyyətlə sırtıqlığın, səxavətlə israfçılığın, xəsisliklə qənaətin, həmçinin sadəliklə bayağılığın sərhədini müəyyən etmək bir az çətin məsələdir. Bu mövzuda bir dəfə danışmışıq. Bunun üçün insandan həyat təcrübəsi, savad və bir para digər şeylər tələb olunur.

Taqorla ilk görüşümüz tələbəlik illərimə təsadüf etdi. Onunla ilk dəfə Bərdə və Ağcabədi rayonlarının arasında qarşılaşdıq. Bir qrup yoldaşım təhsilini atıb rayona getmişdi. Mən də getmişdim qrup yoldaşıma baş çəkməyə. Bir evdə yaşamışdıq. Şəhərin bir neçə yerində. Nizami metrosunun arxasında, Kombinat deyilən yerdə…

Bu evlərdən şəraitsiz olanı da vardı, nisbətən şəraitlisi də. Ev sahiblərindən yaxşı olanı da vardı, pisi də vardı. Qonşular da onun kimi. Getdim rayona, gördüm adamın it qədər hörməti yoxdur. Universiteti atıb evə qayıtmaq bağışlanılmaz günahdır. Adamlar söhbət etməyə mövzu axtarır. Sən də dayandıqları yerdə onlara mövzu verirsən. Buna baxmayaraq, hər halda qonaq olduğum üçün qəzəbli qayğı göstərdilər. Sonra biz getdik qoyunların saxlanıldığı yerə. Belə deyək fermaya. Burada çölün düzündə bir ədəbiyyat həvəskarına rast gəldim. Bəlkə də indi onunla söhbət etmək adamın ürəyini qısardı, amma o vaxtlar çox maraqlı idi. Biz Martin İdendən, Gün var əsrə bərabərdən, Qoca və dənizdən danışdıq. Taqorun mənsur şeirləri ilə o vaxt tanış oldum. Ruhuma çox uyğun gəldi. Xeyli enerji aldım. İstifadə etdim. Bir sözlə xeyli işimə yaradı.

İkinci dəfə Taqorla hardasa iyirmi yeddi yaşımla otuz yaşımın arasında qarşılaşdım. O vaxtlar mürəkkəb, qarışıq, ağır əsərləri oxumağa daha çox üstünlük verirdim. Sadəliklə bayağılığın sərhədini müəyyən edə bilmirdim. Sadə əsər qıcıq doğururdu. Ona görə də Taqor mənə bayağı gəldi. Hətta bir neçə yazımda onun bir yazıçı kimi Nobelə layiq olmadığını vurğulamışdım.

İki-üç il əvvəl Taqoru bir daha oxudum və böyük bir haqsızlığa yol verdiyimi anladım. Onun bir yazıçı kimi məziyyətləri haqda çox yazmaq olar. Taqor tənqidi realizmi, bədiiliyi, şərq müdrikliyini, nə bilim lirikanı, romantikanı təbiət təsvirlərini, hər şeyi bir-birinə qarışdırmış hiperhissiyyatlı yazıçıdır. Taqorun xatirələrindən çox faydalandım. Onun “Təbiətin intiqamı” pyesi adamı sarsıdır. Taqor deyir: Sənətdə öz gücünü dəqiq hesablamaq vacib şərtdir. Təəssüf ki, bir çox insanlarımız, xüsusən sənət adamlarımız sadə görünməkdən qorxurlar. Bayağılıqla sadəliyin sərhədini müəyyən etməkdə çətinlik çəkirlər. Qaldıra bilməyəcəkləri yükün, mövzunun altına girirlər. Nəticədə gülməli vəziyyətə düşürlər. Ədəbiyyatda şərtilik vacibdi. Flober deyir ki, şərtiliksiz ədəbiyyat ola bilməz.

Təəssüf ki, sənət adamlarımız şərtiliklə süniliyi qarışdırırlar. Ətrafları, yan-yörələri doludur mövzularla, onlar isə özlərindən mücərrəd mövzular, süni süjetlər, hadisələr, dialoqlar uydururlar. Halbuki ətrafdakıları yazsalar nə qədər real və inandırıcı görünərlər. Bir çoxları da sadə görünməkdən qorxaraq yazılarını rəssam, film, yazıçı, əsər adlarıyla doldururlar. Lakin əsərlərlə həyatımız, günümüz-güzəranımız arasında paralellər apara bilmədiklərinə görə bu çəkilən adlar oxucuya heç nə demir, oxucunu bu əsərlərə tərəf yönləndirmir. Gərək yazıda adını çəkdiyin əsərlə yaşadığımız həyat arasında paralellər aparmağı bacarasan. Hansısa əsərdən xatırladığın məqam, gətirdiyin sitat yazının, mövzunun içində tam əriməlidi, ta əsərdən götürdüyün bir hissə, yaxud da gətirdiyin sitat yazıda yamaq kimi görünməməlidir. Yazının içini əsər, rəssam, yazıçı, filosof, film adıyla səbəbsiz yerə doldurmaq sadə görünmək qorxusundan irəli gəlir. Yazı nə qədər sadə yazılsa, bir o qədər adamlar tərəfindən asan qavranılar.

Bəzən bir dəstə insan özünü dahiliyə qoyaraq sizi azdırmağa çalışacaqlar. Onlar guya oxumağa çətin mətnlər, yazıda dərinlik, fəlsəfə axtarırlar. Əsla və əsla belə avara, klub təfəkkürlü adamlara fikir vermək lazım deyil. Belə adamlarla çox qarşılaşmışam. Onlar sözün həqiqi mənasında sadə yazdığıma görə məndən çox narazıdırlar. Neçə dəfə üzümə deyiblər: – Sənin yazılarında dərinlik yoxdur. Cavab vermişəm: – Mən heç dərinliyə iddia etmirəm. Bildiyim şeylərdən yazmağa üstünlük verirəm. Belə olduqda yazı daha çox effekt doğurur. Bilmədiyim şeylər haqqında yazıb özümü biabır etmək istəmirəm. Vəssalam.

Bir para adamların fikirincə yazıda, bədii əsərdə dil nə qədər çox yüklənirsə, cümlə nə qədər əndrabadi olursa, deməli bir o qədər ədəbiyyatdır. Kökündən yalnış yanaşmadır. Süni surətdə yüklənmiş dil yazının, əsərin dinamikasını azaldır. Tempi aşağı salır. Yazıçının əlini-qolunu bağlayır. Bir sözlə, həyatımız və məişətimiz nə gündədirsə, ədəbiyyatımız da o gündədir. Necə ki, evimiz hər cür lazımsız əşyalarla, hər cür mənasız şit, bayağı zir-zibillə doludur, ədəbiyyatımız da bax beləcə süni, qeyri-səmimi, əndrabadi, reallıqdan uzaq, uydurma mövzularla zəngindir. Sadə görünməkdən qorxuruq. Bir çoxları bu qorxunun nəticəsində öz rahatlıqlarını tamam itiriblər. Nə baş verdiyini anlaya bilmirlər. Bir dəfə bir nəfərdən soruşdum: – Əynindəki kurtkanı neçəyə almısan? Dedi:- Min iki yüz manata.

Min iki yüz manat az pul deyil. Min iki yüz manata bir külfətin qış paltarını almaq olar. Tiflisdə bir zənən xeylağıyla bazara getmişdim. Dedim sən nə lazımdırsa al (göyərti, meyvə, ət, balıq…) sonra yenə görüşərik. Çünki arvad xeylağıyla bazara getmək dünyanın ən axmaq işlərindən biridir. Xırdaçılıq edirlər. Ürəyim sıxılır. Bazarda gərək satıcılarla çənə-boğaz döyməyəsən. Nəsə xoşuna gəldisə pulunu verib almalısan. Qərəz bu zənən xeylağını qoydum bazarın meyvə-tərəvəz, ət filan satılan hissəsində, özüm keçdim köhnə, işlənmiş əşyalar satılan hissəyə. Burada dəhşətli bir depressiya hökm sürürdü. Hər bir əşya birdən-birə o qədər xatirələr oyadırırdı ki, adam heç bilmirdi nəyi daha çox xatırlasın, hansı xatirənin üstündə daha çox dayansın. Pioner qalstukunu gördüm, ocaq başında dayanıb pioner andı içdiyim gün yadıma düşdü. Raduqa televizorunu gördüm. İlk dəfə evimizə Raduqa markalı rəngli televizorun alınmasını xatırladım. Necə sevinirdik, ekranda hər şey necə aydın görünürdü. Atam dedi:- Bu vaxta qədər biz futbola baxmamışıq.

Hər şey necə də sürətlə dəyişir. İndi kimin başına güllə sıxsan o televizorda futbola baxmaz. Hər şey necə də sürətlə inkişaf edir. Bu sürətlə hara gedirik bilinmir. Gələcək adamı qorxudur. Gələcək haqqında danışmağa ehtiyat edirsən. Sovet təqvimləri, sovet jurnalları, köhnə radiolar, çap maşınları… Bunlar yaddaşımı necə amansızcasına qıcıqlandırdı. Sonra köhnə kitabların arasında eşələndim. İlyas Əfəndiyevin Moskvada rus dilində nəşr olunmuş kitabına rast gəldim. Qəribə təsadüf idi. Köhnə əşyalar satılan yerdən köhnə paltarlar satılan hissəyə keçdim. Orada dayanmağa gücüm qalmamışdı. Burada da asan olmadı. Əyri-üyrü, əldən düşmüş ayaqqabılar yan-yana düzülmüşdü. Öz-özümə düşündüm. Görəsən bu ayaqqabıları kimlər alırlar? Doğrudanmı ehtiyac, vəziyyət adamı belə əyri-üyrü ayaqqabıları alıb ayağına keçirməyə məcbur edə bilər? Gördüm alanlar var. Bir yerdə isə bir nəfər köhnə corablar satırdı. Qarşısında bir topa köhnə corablar vardı. Bir qadın gəlib bir neçə uşaq kolqotkası aldı.

Bu zaman kurtkanın qiyməti yadıma düşdü. Min iki yüz manat… Əlbəttə insan yaxşı geyinməlidir. Səliqəli geyinməlidir, amma bir kurtkaya min iki yüz manat vermək nə dərəcədə doğrudur? Zövqünü nümayiş etdirdin bəs edir. Deməli, bir çox hallarda insanlar geyimə çoxlu, lazım olduğundan artıq pul xərcləməklə öz mənəvi boşluqlarını ört-basdır etməyə çalışırlar. Heç kim demir insan cır-cındır içində gəzməlidir. Xeyr. Sadəcə az pulla da zövqlə geyinmək olar. Az pulla da evdə yaxşı şərait yaratmaq mümkündür. Şərt deyil evi hər cür lazımlı və lazımsız bəzək əşyaları, suvenirlərlə, süni güllərlə doldurasan. Deməli, sadə görünməkdən qorxmamaq üçün insan özünə arxayın olmalıdır. Bu tək sənətə aid deyil. Həyatın hər bir sahəsində belədir. Sadəlik rahatlığın məhsuludur. Konkret ədəbiyyata gəldikdə isə, ədəbiyyatın işi sadələşdirməkdir, mürəkkəbləşdirmək deyil.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2021-04-12 at 21.33.14
.

Orxan Adıgözəl. Ələkbər Əliyevin “Sarı Gəlin” romanının təhlili

12 Aprel 2021
sev-2
.

O olmasın, amma bu da olmasın

06 Aprel 2021
img2.rtve
.

Xilaskar

05 Aprel 2021
thumbs_b_c_46b0d5e066c0f6e9b9d6b6179782589b
.

Əhməd Həmdi Tanpınar. Bizdə roman jurnalistikanın bir şöbəsidir.

03 Aprel 2021
MyCollages (12)
Kültür

Təxəyyül çatışmazlığının fəsadları haqqında

03 Aprel 2021
orhan-pamuk-life-literary-creed
.

Orhan Pamuk. “Məsumiyyət muzeyi”nin ilham mənbələri arasında gəzinti.

01 Aprel 2021

Redaktorun seçimi

İlham Əliyevə eşq və üsyan

Maarif Məmmədov: “Hər pornonu izləmək faydalı deyil”

Əbədi koronavirus

Saturn halqalarını itirir

Seçkidən başqa hər şey

Müsəlman İspaniyası: Avropada islam sivilizasiyası

Bütün dünyanın əməkçiləri birləşin!

Dənizdə itmək

Sərhədlərə sığmayan qadın

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

Oğru “demokratlar”

Amputant gözəllik – utancdan imtina

“Gəlmə” və “yerli” xalqlar

Müqəddəs Luis gəmisi xilas etmədi

Yaxşı pişiyə yaxşı siçan

Əmək prosesinin sadələşdirilməsi haqqında

İndi biz kimə inanaq?

Hərislik öz yerində, amma biz dürüstük

Ermənistan necə boşalır

Üzeyir bəyin karikaturası

Hökumətin trolları və primitiv media siyasətinə dair

Romantikadan uzaq adamlar

Lars von Trier: “Ateistəm. Yaxşı insan olmalıyam”

Məsud Aşina: “Missiyam şifrəni çözməkdir”

Azərbaycanlılar kimdir?

Londonda azərbaycanlı vəkil

Niderland antitellərin müjdəsini verdi

SSRİ-nin 44 günlük virus əməliyyatı

İnformasiya çatışmazlığı sindromu

190 manatın fəlsəfəsi

Sadə görünməkdən qorxmaq

Seymur Baycan Seymur Baycan
Kültür
18 Mart 2021

Səmimiyyətlə sırtıqlığın, səxavətlə israfçılığın, xəsisliklə qənaətin, həmçinin sadəliklə bayağılığın sərhədini müəyyən etmək bir az çətin məsələdir. Bu mövzuda bir dəfə danışmışıq. Bunun üçün insandan həyat təcrübəsi, savad və bir para digər şeylər tələb olunur.

Taqorla ilk görüşümüz tələbəlik illərimə təsadüf etdi. Onunla ilk dəfə Bərdə və Ağcabədi rayonlarının arasında qarşılaşdıq. Bir qrup yoldaşım təhsilini atıb rayona getmişdi. Mən də getmişdim qrup yoldaşıma baş çəkməyə. Bir evdə yaşamışdıq. Şəhərin bir neçə yerində. Nizami metrosunun arxasında, Kombinat deyilən yerdə…

Bu evlərdən şəraitsiz olanı da vardı, nisbətən şəraitlisi də. Ev sahiblərindən yaxşı olanı da vardı, pisi də vardı. Qonşular da onun kimi. Getdim rayona, gördüm adamın it qədər hörməti yoxdur. Universiteti atıb evə qayıtmaq bağışlanılmaz günahdır. Adamlar söhbət etməyə mövzu axtarır. Sən də dayandıqları yerdə onlara mövzu verirsən. Buna baxmayaraq, hər halda qonaq olduğum üçün qəzəbli qayğı göstərdilər. Sonra biz getdik qoyunların saxlanıldığı yerə. Belə deyək fermaya. Burada çölün düzündə bir ədəbiyyat həvəskarına rast gəldim. Bəlkə də indi onunla söhbət etmək adamın ürəyini qısardı, amma o vaxtlar çox maraqlı idi. Biz Martin İdendən, Gün var əsrə bərabərdən, Qoca və dənizdən danışdıq. Taqorun mənsur şeirləri ilə o vaxt tanış oldum. Ruhuma çox uyğun gəldi. Xeyli enerji aldım. İstifadə etdim. Bir sözlə xeyli işimə yaradı.

İkinci dəfə Taqorla hardasa iyirmi yeddi yaşımla otuz yaşımın arasında qarşılaşdım. O vaxtlar mürəkkəb, qarışıq, ağır əsərləri oxumağa daha çox üstünlük verirdim. Sadəliklə bayağılığın sərhədini müəyyən edə bilmirdim. Sadə əsər qıcıq doğururdu. Ona görə də Taqor mənə bayağı gəldi. Hətta bir neçə yazımda onun bir yazıçı kimi Nobelə layiq olmadığını vurğulamışdım.

İki-üç il əvvəl Taqoru bir daha oxudum və böyük bir haqsızlığa yol verdiyimi anladım. Onun bir yazıçı kimi məziyyətləri haqda çox yazmaq olar. Taqor tənqidi realizmi, bədiiliyi, şərq müdrikliyini, nə bilim lirikanı, romantikanı təbiət təsvirlərini, hər şeyi bir-birinə qarışdırmış hiperhissiyyatlı yazıçıdır. Taqorun xatirələrindən çox faydalandım. Onun “Təbiətin intiqamı” pyesi adamı sarsıdır. Taqor deyir: Sənətdə öz gücünü dəqiq hesablamaq vacib şərtdir. Təəssüf ki, bir çox insanlarımız, xüsusən sənət adamlarımız sadə görünməkdən qorxurlar. Bayağılıqla sadəliyin sərhədini müəyyən etməkdə çətinlik çəkirlər. Qaldıra bilməyəcəkləri yükün, mövzunun altına girirlər. Nəticədə gülməli vəziyyətə düşürlər. Ədəbiyyatda şərtilik vacibdi. Flober deyir ki, şərtiliksiz ədəbiyyat ola bilməz.

Təəssüf ki, sənət adamlarımız şərtiliklə süniliyi qarışdırırlar. Ətrafları, yan-yörələri doludur mövzularla, onlar isə özlərindən mücərrəd mövzular, süni süjetlər, hadisələr, dialoqlar uydururlar. Halbuki ətrafdakıları yazsalar nə qədər real və inandırıcı görünərlər. Bir çoxları da sadə görünməkdən qorxaraq yazılarını rəssam, film, yazıçı, əsər adlarıyla doldururlar. Lakin əsərlərlə həyatımız, günümüz-güzəranımız arasında paralellər apara bilmədiklərinə görə bu çəkilən adlar oxucuya heç nə demir, oxucunu bu əsərlərə tərəf yönləndirmir. Gərək yazıda adını çəkdiyin əsərlə yaşadığımız həyat arasında paralellər aparmağı bacarasan. Hansısa əsərdən xatırladığın məqam, gətirdiyin sitat yazının, mövzunun içində tam əriməlidi, ta əsərdən götürdüyün bir hissə, yaxud da gətirdiyin sitat yazıda yamaq kimi görünməməlidir. Yazının içini əsər, rəssam, yazıçı, filosof, film adıyla səbəbsiz yerə doldurmaq sadə görünmək qorxusundan irəli gəlir. Yazı nə qədər sadə yazılsa, bir o qədər adamlar tərəfindən asan qavranılar.

Bəzən bir dəstə insan özünü dahiliyə qoyaraq sizi azdırmağa çalışacaqlar. Onlar guya oxumağa çətin mətnlər, yazıda dərinlik, fəlsəfə axtarırlar. Əsla və əsla belə avara, klub təfəkkürlü adamlara fikir vermək lazım deyil. Belə adamlarla çox qarşılaşmışam. Onlar sözün həqiqi mənasında sadə yazdığıma görə məndən çox narazıdırlar. Neçə dəfə üzümə deyiblər: – Sənin yazılarında dərinlik yoxdur. Cavab vermişəm: – Mən heç dərinliyə iddia etmirəm. Bildiyim şeylərdən yazmağa üstünlük verirəm. Belə olduqda yazı daha çox effekt doğurur. Bilmədiyim şeylər haqqında yazıb özümü biabır etmək istəmirəm. Vəssalam.

Bir para adamların fikirincə yazıda, bədii əsərdə dil nə qədər çox yüklənirsə, cümlə nə qədər əndrabadi olursa, deməli bir o qədər ədəbiyyatdır. Kökündən yalnış yanaşmadır. Süni surətdə yüklənmiş dil yazının, əsərin dinamikasını azaldır. Tempi aşağı salır. Yazıçının əlini-qolunu bağlayır. Bir sözlə, həyatımız və məişətimiz nə gündədirsə, ədəbiyyatımız da o gündədir. Necə ki, evimiz hər cür lazımsız əşyalarla, hər cür mənasız şit, bayağı zir-zibillə doludur, ədəbiyyatımız da bax beləcə süni, qeyri-səmimi, əndrabadi, reallıqdan uzaq, uydurma mövzularla zəngindir. Sadə görünməkdən qorxuruq. Bir çoxları bu qorxunun nəticəsində öz rahatlıqlarını tamam itiriblər. Nə baş verdiyini anlaya bilmirlər. Bir dəfə bir nəfərdən soruşdum: – Əynindəki kurtkanı neçəyə almısan? Dedi:- Min iki yüz manata.

Min iki yüz manat az pul deyil. Min iki yüz manata bir külfətin qış paltarını almaq olar. Tiflisdə bir zənən xeylağıyla bazara getmişdim. Dedim sən nə lazımdırsa al (göyərti, meyvə, ət, balıq…) sonra yenə görüşərik. Çünki arvad xeylağıyla bazara getmək dünyanın ən axmaq işlərindən biridir. Xırdaçılıq edirlər. Ürəyim sıxılır. Bazarda gərək satıcılarla çənə-boğaz döyməyəsən. Nəsə xoşuna gəldisə pulunu verib almalısan. Qərəz bu zənən xeylağını qoydum bazarın meyvə-tərəvəz, ət filan satılan hissəsində, özüm keçdim köhnə, işlənmiş əşyalar satılan hissəyə. Burada dəhşətli bir depressiya hökm sürürdü. Hər bir əşya birdən-birə o qədər xatirələr oyadırırdı ki, adam heç bilmirdi nəyi daha çox xatırlasın, hansı xatirənin üstündə daha çox dayansın. Pioner qalstukunu gördüm, ocaq başında dayanıb pioner andı içdiyim gün yadıma düşdü. Raduqa televizorunu gördüm. İlk dəfə evimizə Raduqa markalı rəngli televizorun alınmasını xatırladım. Necə sevinirdik, ekranda hər şey necə aydın görünürdü. Atam dedi:- Bu vaxta qədər biz futbola baxmamışıq.

Hər şey necə də sürətlə dəyişir. İndi kimin başına güllə sıxsan o televizorda futbola baxmaz. Hər şey necə də sürətlə inkişaf edir. Bu sürətlə hara gedirik bilinmir. Gələcək adamı qorxudur. Gələcək haqqında danışmağa ehtiyat edirsən. Sovet təqvimləri, sovet jurnalları, köhnə radiolar, çap maşınları… Bunlar yaddaşımı necə amansızcasına qıcıqlandırdı. Sonra köhnə kitabların arasında eşələndim. İlyas Əfəndiyevin Moskvada rus dilində nəşr olunmuş kitabına rast gəldim. Qəribə təsadüf idi. Köhnə əşyalar satılan yerdən köhnə paltarlar satılan hissəyə keçdim. Orada dayanmağa gücüm qalmamışdı. Burada da asan olmadı. Əyri-üyrü, əldən düşmüş ayaqqabılar yan-yana düzülmüşdü. Öz-özümə düşündüm. Görəsən bu ayaqqabıları kimlər alırlar? Doğrudanmı ehtiyac, vəziyyət adamı belə əyri-üyrü ayaqqabıları alıb ayağına keçirməyə məcbur edə bilər? Gördüm alanlar var. Bir yerdə isə bir nəfər köhnə corablar satırdı. Qarşısında bir topa köhnə corablar vardı. Bir qadın gəlib bir neçə uşaq kolqotkası aldı.

Bu zaman kurtkanın qiyməti yadıma düşdü. Min iki yüz manat… Əlbəttə insan yaxşı geyinməlidir. Səliqəli geyinməlidir, amma bir kurtkaya min iki yüz manat vermək nə dərəcədə doğrudur? Zövqünü nümayiş etdirdin bəs edir. Deməli, bir çox hallarda insanlar geyimə çoxlu, lazım olduğundan artıq pul xərcləməklə öz mənəvi boşluqlarını ört-basdır etməyə çalışırlar. Heç kim demir insan cır-cındır içində gəzməlidir. Xeyr. Sadəcə az pulla da zövqlə geyinmək olar. Az pulla da evdə yaxşı şərait yaratmaq mümkündür. Şərt deyil evi hər cür lazımlı və lazımsız bəzək əşyaları, suvenirlərlə, süni güllərlə doldurasan. Deməli, sadə görünməkdən qorxmamaq üçün insan özünə arxayın olmalıdır. Bu tək sənətə aid deyil. Həyatın hər bir sahəsində belədir. Sadəlik rahatlığın məhsuludur. Konkret ədəbiyyata gəldikdə isə, ədəbiyyatın işi sadələşdirməkdir, mürəkkəbləşdirmək deyil.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2021-04-12 at 21.33.14
.

Orxan Adıgözəl. Ələkbər Əliyevin “Sarı Gəlin” romanının təhlili

12 Aprel 2021
sev-2
.

O olmasın, amma bu da olmasın

06 Aprel 2021
img2.rtve
.

Xilaskar

05 Aprel 2021
thumbs_b_c_46b0d5e066c0f6e9b9d6b6179782589b
.

Əhməd Həmdi Tanpınar. Bizdə roman jurnalistikanın bir şöbəsidir.

03 Aprel 2021
MyCollages (12)
Kültür

Təxəyyül çatışmazlığının fəsadları haqqında

03 Aprel 2021
orhan-pamuk-life-literary-creed
.

Orhan Pamuk. “Məsumiyyət muzeyi”nin ilham mənbələri arasında gəzinti.

01 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel