Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Şəmkirli azərbaycanlının İsveçrədə kibertəhlükəsizlik Mərkəzi

AzLogos AzLogos
., Sərbəst
30 Oktyabr 2021
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
фото
Paylaş

Azərbaycanlı gənc hüquqşünas və İT sahəsində mütəxəssis Samir Əliyev İsveçrədə «Swiss Cyber ​​Institute» – kibertəhlükəsizlik üzrə tədris mərkəzinin rəhbəridir.

Fəaliyyət göstərdiyi bu üç il ərzində mərkəz daha da böyüyərək, 15 mütəxəssisi bir araya gətirib, İsveçrə Təhsil Komitəsində rəsmi qeydiyyatdadır və İT və onunla əlaqəli istiqamətlərdə mütəxəssislər üçün təlim kursları təqdim edir.

Mərkəzin açılmasından dərhal sonra pandemiya ilə bağlı çətinliklər yarandığı üçün layihənin hədəfləri zamanın reallıqlarına uyğunlaşdırılmalı oldu. Bu zaman kiber təhlükəsizlik sahəsində diqqətin daha çox onlayn təlimlərə verilməsi qərarı alındı və bu uğurla həyata keçirildi.

“Hazırda Mərkəzimiz İsveçrədə kibertəhlükəsizlik sahəsində onlayn formatda təhsil təqdim edən yeganə mərkəzdir”, – deyə onun təsisçisi Samir Əliyev bu haqda qürurla danışır.

Lakin bu uğur asan əldə olunmayıb və onun arxasında uzun illərin mübarizəsi dayanır.

Samir Əliyevin sözlərinə görə, o, 1985-ci ildə Azərbaycanın Şəmkir rayonunda sadə ailədə anadan olub. 16 yaşınadək, yəni məktəbi bitirənədək burada yaşayıb. Böyük ambisiyalar, inkişaf və böyük məqsədlərə nail olmaq arzusu onu əvvəlcə hüquqşünaslıq sahəsində ali təhsil aldığı Bakıya, sonra isə hüquq sahəsində magistratura təhsilini alması üçün Ankaraya gətirib çıxarır.

Öz ideyalarını doğma ölkəsində gerçəkləşdirməyə imkan tapmayan Samir 2016-cı ildə 31 yaşında öz bəxtini Avropada sınamağa qərar verir və bunu bacarır. Sürixdə Alman dili kurslarına yazıldıqdan sonra Sürix Universitetinə daxil olur, sonra isə ali məktəbi də bitirərək diplomlarının siyahısına daha birini əlavə edir və burada qalmaq qərarına gəlir.

Hüquq sahəsində əmək bazarında rəqabətin son dərəcə yüksək olduğunu dərk edən gənc rəqiblərin arasında üstünlük əldə etmək üçün öz peşəkar biliklərini əlavə bacarıq və biliklərlə artırmaq lazım olduğunu düşünür.

Beləliklə, Samirin seçimi kibertəhlükəsizlik sahəsinə, yəni virtual məkanda təhlükələrdən qorunmanın üzərinə düşür, çünki rəqəmsallaşmanı gələcəyin tendensiyası hesab edir. Bu qərar onu Harvard universitetinə gətirib çıxarır, burada o, xüsusi təlim kursu keçir və kibertəhlükələrə qarşı müdafiə sahəsində sertifikatlaşdırılmış mütəxəssis olur.

Bu gün Samir Əliyev “İsveçrə Cyber Institute” Mərkəzini uğurla idarə edir, Həmçinin İsveçrə hüquqşünaslarına dərs dediyi Sankt-Qallen Universitetində rəhbərlərin kiber təhlükəsizlik sahəsində iki təlim proqramına rəhbərlik edir.

Samir Əliyev Kibertəhlükəsizlik Tədris Mərkəzinin uğurlu inkişafını nisbətən qısa müddətdə praqmatik yanaşma səbəbindən olduğunu hesab edir. Onun sözlərinə görə, burada nəzəriyyəyə deyil, praktikaya əsaslanan biliklər verilir ki, bu da məzunlara həmin bilikləri gündəlik işlərində uğurla tətbiq etməyə zəmanət verir.

фото 6
Şəkildə: «Swiss Cyber ​​Institute» mərkəzinin təqdimatıdır, Sürix.

Samir Əliyev İsveçrədə təmsil olunan dünyanın aparıcı şirkətlərinin etimadını qazanmağı bacardığı və onların öz işçilərini «Swiss Cyber Institute» mərkəzinə hazırlığa inamla göndərdikləri üçün fəxr edir. Bununla yanaşı ölkənin hökumət institutları ilə də əməkdaşlıqlar qurulub.

«Google, Huawei, FIFA, Credi Swiss, UBS kimi dünyanın nəhəng şirkətləri öz tələbələrini bizə yönləndirir, həmçinin Sürixin iki ən prestijli universiteti də öz işçilərini bizə göndərirlər», – deyə, o 1news.az-a öz müsahibəsində dildirib.

Samir Əliyevin planlarına 2022 -ci ilə öz Mərkəzinin əməkdaşlarının sayını 20 nəfərə çatdırmaq, gələn ildən Avropa çərçivəsində fəaliyyətini genişləndirmək, yaxın beş il ərzində isə mərkəzin məzunlarının sayını 10 minə çatdırmaq daxildir.

Yelena Ostapenko

1news.az-dan tərcümə

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör