Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Səbr etmək sənəti

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
15 Yanvar 2020

Günlərin bir günü qəfildən dərk etmişdim ki, mən öz ölkəmi müsəlman coğrafiyasıyla, xüsusilə Yaxın Şərqlə müqayisə etmirəm. Aydınlanma anı idi: qəfildən bir məkan hissimin olduğunu və bu məkan hissinin insanın taleyində necə həlledici rol oynadığını qavramışdım. Burada deyil, orada doğulsaydım; burada deyil, orada böyüsəydim, tərbiyələnsəydim, formalaşsaydım, dostluqlar qursaydım, aşiq olsaydım, tamamilə fərqli bir insan olardım. Bizi biz edən şey həm də yaşadığımız məkan, özümüzü aid etdiyimiz coğrafiyadır.

Heç fikir vermisinizmi, müqayisə etməli olduqda, bizim insanlar ölkələrini əsasən Gürcüstanla, Ukraynayla, MDB-nin qərb hissəsiylə, Avropa ilə müqayisə edirlər. Bu müqayisələrin əksəriyyətindən biz “nə gündəyik” kimi bir damğayla çıxsaq da, dərindən götürəndə, ürəyimizdə ən azından həmin ölkələrin sırasında olmağı arzulamaq kimi bir yanğı da var. Bizdə çox nadir hallarda insanlar ölkələrini Yaxın Şərq coğrafiyasıyla, İraqla, İranla, Suriyayla, Ərəbistanla və digərləriylə müqayisə edirlər. Biz ənənəvi müsəlman coğrafiyasından, həmin o problemli, xaotik, qatı məkandan çoxdan qopmuşuq çünki. Bunun bir səbəbi yüz illər boyunca təbəəsi olduğumuz dövlətlərin bizi bu coğrafiyadan fiziki şəkildə qoparması idisə, digər səbəbi də intellektual və kültür müstəvisində qoparılmağımız idi. Ta Mirzə Fətəli Axundovdan Rafiq Tağıya qədər intellektual və kültür tariximizin əsas qayəsi bu qoparılmanı həyata keçirmək cəhdindən ibarət olub və bu ənənə hələ də davam edir.  

Bizdə tək-tük istisnalar olmaqla, intelligensiya daim Azərbaycanı ənənəvi müsəlman cəmiyyətlərinin xaricində təsəvvür edib – həmçinin müstəqillikdən bəri dövlət də birbaşa və ya bilavasitə bu dünyagörüşə sadiq qalmağa çalışıb, hələlik. Sekulyarlığa, mütərəqqi modern dəyərlərə və modern kültürə canatma azərbaycanlı identikliyinin, məxsusiliyinin ən ümdə cəhətlərindən biri olub. Nə qədər ki, biz bu məxsusiliyimizin üzərində prinsipiallıqla dayanacağıq, tərəqqi imkanlarımız da çox olacaq; nə zamankı bu yoldan çıxacağıq, ənənəvi bir Şərq cəmiyyəti olmaq təhlükəsi də bir o qədər artmış olacaq. Və belə bir təhlükə hər zaman var.

Zaman heç də həmişə bütün dərdlərin dərmanı deyil, zamanın özü də bəzən bir xəstəlik ola bilir. Azərbaycanda yüzminlərlə insanın keyfiyyətli təhsil almaq imkanı yoxdur, universitetlərin diplom satdığı, azad akademik mühitin əngəlləndiyi, ifadə azadlığının və digər azadlıqların boğulduğu basqıçı mühitdə yaşayırıq, belə olan təqdirdə zaman əleyhimizə işləyir. Zaman keçdikcə, cəmiyyət daxilində keçmiş kodlar oyanır, bir vaxtlar üstü tələm-tələsik örtülmüş, görməzdən gəlinmiş ziddiyyətlər gün işığına çıxır, din, məzhəb, keçmiş adət-ənənələr, atalarının yaşayış tərzi və davaları insanların yadına düşür və başqa alternativlər olmadığından, keçmişin həsrəti çəkilməyə başlanır. Bu mənada indiki dövrdə xüsusilə mürtəce görünən ideyalara rəğbətin artması da təəccüblü olmamalıdır: məzhəbpərəstlik, ura-patriarxallıq, misoginiya (qadınsevməzlik) genişlənir, İran generalının ölümünə yas saxlayanların və edam hökmünün bərpa olunmasını tələb edənlərin sayı artır.

Bir mənada bu ola bilsin, başadüşüləndir, nə də olsa, Salman Rüşdünün təbirincə desəm, “əndazəsizlik kültürü”nün yayğın olduğu coğrafiyadan – o coğrafiyakı əndazəsiz emosionallıqdan, hay-küydən, kütləvilikdən, qeyri-fərdiyyətçilikdən, irrasionializmdən boldur – bizim də payımıza nələrsə düşüb. Zaman keçdikcə, bizdə də bu “əndazəsizlik kültürü”nün nümayəndələrinin hay-küyü ucadan çıxmağa başlayacaq. Bəlkə də təbiidir bu. Amma təbii olmayan və insanı ən azından yerində nigarançılıqla qurcuxmağa vadar edən bir məqam var: bu da intellektualların, oxumuşların özlərini bu əndazəsizlik axınına qapdırmalarıdır.

Şairanə mürtəce ideyaların təəssübünü çəkən, məzhəbpərəst, İran generalının ölümünə yas saxlayan və edam hökmünün bərpasını tələb edən intellektuallar, oxumuşlar boy göstərməyə başlayır. Halbuki bu keçilmiş yol olmalı idi, bu barədə nə danışılmalı idisə, danışılmış, nə yazılmalı idisə yazılmış, nə çəkilməli idisə çəkilmişdi. Görünür, mürtəce quruluşun mövcud olduğu bir cəmiyyətdə mütərəqqi ideyalardan dəm vurmağın mənası yoxdur, diskurs dəyişməyəcək, mürtəce quruluşda mütərəqqi ideyalar ayaq tutub yeriyə bilməz çünki

Nə etmək olar, çətin zamanlardan keçirik. Amma indiki məqamda tələsmədən, təkcə səbrlə müşahidə etməyin, gözləməyin özü də bir fəzilət ola bilərdi. Bizim mütərəqqi modern dünyadan götürdüyümüz dəyərlər – kültür, sənət, dünyagörüş – hər halda təkcə ağıllı danışmaq, ağıllı görünmək üçün deyil, həm də ağılla baxmaq, dinləmək, müşahidə etmək üçün lazımdır. 

Bizlərdən çoxumuz hər gün Bakının Avropai memarlıq üslubundakı binaların, heykəllərin, abidələrin, sərgi, səhnə salonlarının yanından anlaqsızca o tərəfə, bu tərəfə keçir, bir dəfə başımızı qaldırıb diqqətlə baxmağı (lap elə Azad Qadın heykəlinə!), müşahidə etməyi bacarmırıq, halbuki bunu etməyi bacarsaydıq, görərdik ki, keçilən yol nə qədər qiymətlidir.

Təmkinlə dayanıb baxmağı, müşahidə etməyi, birazca gözləməyi bacarsaydıq, məlum olardı ki, qanlı bir generala simpatiya bəsləməyə, yas saxlamağa başlamazdan əvvəl, təmkinlə gözləməkdə, müşahidə etməkdə nə böyük fayda var, çünki heç 3-4 gün keçməyəcək, məlum olacaqdı ki, qanlı generalın təmsil etdiyi rejim qaranlığı təmsil edir, o dərəcədə ki, gecənin qaranlığında sərnişin təyyarəsini gözünü qırpmadan vurub sala bilər.

Buna şahid olmaq üçün təkcə müşahidə etmək və səbrlə gözləmək kifayət edərdi. Səbrlə gözləyib, diqqətlə müşahidə edəndə, məlum olacaqdı ki, doğrudan da qaranlığı təmsil edənlər işıqlı işlər görə bilməzlər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

Mənfidən sıfıra

Çauşesku: edama aparan yol

Kərimlinin məkrli gülü

Mehdi Hüseynin ölümü – 2

Azərbaycanda diktaturanın tarixi kökləri

Yeddi dəvə istərəm

Sənan Qurbanov. Bohem sənətkar.

Azərbaycanda əcaib işsizlik

Müttəfiq həsrətində. Rusiya niyə Ermənistana kömək etmir?

Onurğa travmam

Tokio metrosunda ağ-qara bir gün

Ermənistan nə qazanır?

“Qarabağ”la AFFA-nın nə fərqi var ki?

Yuxulu kalaçililər

Media era

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

Dəstəbazlıq

Zaman-məkanın qırılması

Yumor ictimai problem kimi

Seks intizarı haqqında

Azərbaycanda ilk respublika: Car-Balakən camaatlığı

“Bakirə intiharlar” və identiklik sorağında

Yad gözü ilə Azərbaycan

Goranboy əməliyyatı

Evdəki diktator

Rədd olun Çindən!

“Kədər əbədi olaraq davam edəcək…”

Ölümün təvazökar cazibəsi

Koronavirus pandemiyasının dünyaya verdiyi mesajlar, dərslər, işarələr haqda

Səbr etmək sənəti

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
15 Yanvar 2020

Günlərin bir günü qəfildən dərk etmişdim ki, mən öz ölkəmi müsəlman coğrafiyasıyla, xüsusilə Yaxın Şərqlə müqayisə etmirəm. Aydınlanma anı idi: qəfildən bir məkan hissimin olduğunu və bu məkan hissinin insanın taleyində necə həlledici rol oynadığını qavramışdım. Burada deyil, orada doğulsaydım; burada deyil, orada böyüsəydim, tərbiyələnsəydim, formalaşsaydım, dostluqlar qursaydım, aşiq olsaydım, tamamilə fərqli bir insan olardım. Bizi biz edən şey həm də yaşadığımız məkan, özümüzü aid etdiyimiz coğrafiyadır.

Heç fikir vermisinizmi, müqayisə etməli olduqda, bizim insanlar ölkələrini əsasən Gürcüstanla, Ukraynayla, MDB-nin qərb hissəsiylə, Avropa ilə müqayisə edirlər. Bu müqayisələrin əksəriyyətindən biz “nə gündəyik” kimi bir damğayla çıxsaq da, dərindən götürəndə, ürəyimizdə ən azından həmin ölkələrin sırasında olmağı arzulamaq kimi bir yanğı da var. Bizdə çox nadir hallarda insanlar ölkələrini Yaxın Şərq coğrafiyasıyla, İraqla, İranla, Suriyayla, Ərəbistanla və digərləriylə müqayisə edirlər. Biz ənənəvi müsəlman coğrafiyasından, həmin o problemli, xaotik, qatı məkandan çoxdan qopmuşuq çünki. Bunun bir səbəbi yüz illər boyunca təbəəsi olduğumuz dövlətlərin bizi bu coğrafiyadan fiziki şəkildə qoparması idisə, digər səbəbi də intellektual və kültür müstəvisində qoparılmağımız idi. Ta Mirzə Fətəli Axundovdan Rafiq Tağıya qədər intellektual və kültür tariximizin əsas qayəsi bu qoparılmanı həyata keçirmək cəhdindən ibarət olub və bu ənənə hələ də davam edir.  

Bizdə tək-tük istisnalar olmaqla, intelligensiya daim Azərbaycanı ənənəvi müsəlman cəmiyyətlərinin xaricində təsəvvür edib – həmçinin müstəqillikdən bəri dövlət də birbaşa və ya bilavasitə bu dünyagörüşə sadiq qalmağa çalışıb, hələlik. Sekulyarlığa, mütərəqqi modern dəyərlərə və modern kültürə canatma azərbaycanlı identikliyinin, məxsusiliyinin ən ümdə cəhətlərindən biri olub. Nə qədər ki, biz bu məxsusiliyimizin üzərində prinsipiallıqla dayanacağıq, tərəqqi imkanlarımız da çox olacaq; nə zamankı bu yoldan çıxacağıq, ənənəvi bir Şərq cəmiyyəti olmaq təhlükəsi də bir o qədər artmış olacaq. Və belə bir təhlükə hər zaman var.

Zaman heç də həmişə bütün dərdlərin dərmanı deyil, zamanın özü də bəzən bir xəstəlik ola bilir. Azərbaycanda yüzminlərlə insanın keyfiyyətli təhsil almaq imkanı yoxdur, universitetlərin diplom satdığı, azad akademik mühitin əngəlləndiyi, ifadə azadlığının və digər azadlıqların boğulduğu basqıçı mühitdə yaşayırıq, belə olan təqdirdə zaman əleyhimizə işləyir. Zaman keçdikcə, cəmiyyət daxilində keçmiş kodlar oyanır, bir vaxtlar üstü tələm-tələsik örtülmüş, görməzdən gəlinmiş ziddiyyətlər gün işığına çıxır, din, məzhəb, keçmiş adət-ənənələr, atalarının yaşayış tərzi və davaları insanların yadına düşür və başqa alternativlər olmadığından, keçmişin həsrəti çəkilməyə başlanır. Bu mənada indiki dövrdə xüsusilə mürtəce görünən ideyalara rəğbətin artması da təəccüblü olmamalıdır: məzhəbpərəstlik, ura-patriarxallıq, misoginiya (qadınsevməzlik) genişlənir, İran generalının ölümünə yas saxlayanların və edam hökmünün bərpa olunmasını tələb edənlərin sayı artır.

Bir mənada bu ola bilsin, başadüşüləndir, nə də olsa, Salman Rüşdünün təbirincə desəm, “əndazəsizlik kültürü”nün yayğın olduğu coğrafiyadan – o coğrafiyakı əndazəsiz emosionallıqdan, hay-küydən, kütləvilikdən, qeyri-fərdiyyətçilikdən, irrasionializmdən boldur – bizim də payımıza nələrsə düşüb. Zaman keçdikcə, bizdə də bu “əndazəsizlik kültürü”nün nümayəndələrinin hay-küyü ucadan çıxmağa başlayacaq. Bəlkə də təbiidir bu. Amma təbii olmayan və insanı ən azından yerində nigarançılıqla qurcuxmağa vadar edən bir məqam var: bu da intellektualların, oxumuşların özlərini bu əndazəsizlik axınına qapdırmalarıdır.

Şairanə mürtəce ideyaların təəssübünü çəkən, məzhəbpərəst, İran generalının ölümünə yas saxlayan və edam hökmünün bərpasını tələb edən intellektuallar, oxumuşlar boy göstərməyə başlayır. Halbuki bu keçilmiş yol olmalı idi, bu barədə nə danışılmalı idisə, danışılmış, nə yazılmalı idisə yazılmış, nə çəkilməli idisə çəkilmişdi. Görünür, mürtəce quruluşun mövcud olduğu bir cəmiyyətdə mütərəqqi ideyalardan dəm vurmağın mənası yoxdur, diskurs dəyişməyəcək, mürtəce quruluşda mütərəqqi ideyalar ayaq tutub yeriyə bilməz çünki

Nə etmək olar, çətin zamanlardan keçirik. Amma indiki məqamda tələsmədən, təkcə səbrlə müşahidə etməyin, gözləməyin özü də bir fəzilət ola bilərdi. Bizim mütərəqqi modern dünyadan götürdüyümüz dəyərlər – kültür, sənət, dünyagörüş – hər halda təkcə ağıllı danışmaq, ağıllı görünmək üçün deyil, həm də ağılla baxmaq, dinləmək, müşahidə etmək üçün lazımdır. 

Bizlərdən çoxumuz hər gün Bakının Avropai memarlıq üslubundakı binaların, heykəllərin, abidələrin, sərgi, səhnə salonlarının yanından anlaqsızca o tərəfə, bu tərəfə keçir, bir dəfə başımızı qaldırıb diqqətlə baxmağı (lap elə Azad Qadın heykəlinə!), müşahidə etməyi bacarmırıq, halbuki bunu etməyi bacarsaydıq, görərdik ki, keçilən yol nə qədər qiymətlidir.

Təmkinlə dayanıb baxmağı, müşahidə etməyi, birazca gözləməyi bacarsaydıq, məlum olardı ki, qanlı bir generala simpatiya bəsləməyə, yas saxlamağa başlamazdan əvvəl, təmkinlə gözləməkdə, müşahidə etməkdə nə böyük fayda var, çünki heç 3-4 gün keçməyəcək, məlum olacaqdı ki, qanlı generalın təmsil etdiyi rejim qaranlığı təmsil edir, o dərəcədə ki, gecənin qaranlığında sərnişin təyyarəsini gözünü qırpmadan vurub sala bilər.

Buna şahid olmaq üçün təkcə müşahidə etmək və səbrlə gözləmək kifayət edərdi. Səbrlə gözləyib, diqqətlə müşahidə edəndə, məlum olacaqdı ki, doğrudan da qaranlığı təmsil edənlər işıqlı işlər görə bilməzlər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel