Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

AzLogos AzLogos
., Mövqe
25 İyul 2022
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
Paylaş

“Rusiya Azərbaycanı qarışdırmaq istəyir”. “İran ölkəmizə diversant qüvvələr göndərib, aranı qatmağa çalışır”. “Bunun üçün təlimlər keçirilir”. “Azərbaycandan könüllülər gedir”. Cəlbedici tezislərdir. Maraqla oxunan məlumatlardır. İctimaiyyətdə həyəcan yaradan fikirlərdir. Amma peşəkarlar üçün bu nə qədər inandırıcıdır? Məlumatlı insanlarda belə açıqlamalar emosiya doğururmu? Təbii ki yox.

İki qonşu ölkənin bizə münasibətini yaxşı bilirik. Əllərinə imkan düşəndə Azərbaycanı aralarında bölüblər. Bölünmüş vətənimizi bir neçə dəfə yenə bölməyə çalışıblar, müxtəlif tarixi mərhələlərdə buna nail olublar. Azərbaycan təkcə Sovet hakimiyyəti dövründə və Boris Yeltsin iqtidarı zamanında nə qədər torpaq itirdi. Amma artıq qüvvələr nisbəti və bölgədəki proseslərin yönü dəyişir. Bu sərt reallığı nəzərə almalıyıq və bir az da məsuliyyətli davranmalıyıq. Azərbaycan cəmiyyətində 44 günlük Vətən müharibəsindən sonra yaranmaqda olan inam və cəsarəti darmadağın etməyə heç kimin haqqı yoxdur. Xalq əsrlərdir qorxu, səksəkə içindədir. Təzə-təzə özünə gəlir, onda görürsən, hərə özü üçün bir xoxan düzəldib, cəmiyyəti qorxutmağa, ictimai rəyi çaşdırmağa çalışır. Bu milləti gözüqıpıq, çarəsiz, qorxaq tərbiyə etməyə niyə bu qədər həvəsliniz, cənablar? Bundan qazancınız nədir axı?

Xalq güclənib, qələbəni dadıb. İndən sonra bu millətin torpağını işğal etmək, Vətənini yağmalamaq mümkün deyil. Bu, məsələnin emosional və mənəvi tərəfi.

Bir də məsələnin geopolitik tərəfləri var. Bunları sıralayaq.

Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi bizi bütün növ xarici hərbi-siyasi aqressiyadan müdafiə edən bir tarixi sənəddir. Qarabağda Türkiyə hərbi birlikləri var. Ordumuz Türkiyə ordusu ilə vaxtaşırı hərbi təlimlər keçir. İki ölkənin dövlət başçıları bir-birinə qardaş deyə xitab edirlər. Azərbaycan xalqı Türkiyəni özünün Vətəni, ordusunu ordusu, bayrağını bayrağı bilir. Bütün ölkə boyu Şəhidlərin xatirəsinə yaradılan xatirə bulaqlarında, lövhələrdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalanır.

Bir də işin görünməyən, duyulmayan məqamları var. Xüsusi xidmət orqanları, əks-kəşfiyyat, hərbi kəşfiyyat – bütün bunlar da son illər olduqca güclənmiş, peşəkar səviyyələrini yüksəltmiş dövlət qurumlarıdır. Onların diqqətindən, radarlarından bu cür prosesi gizlətmək olarmı? Rusiya və İran ölkəmizə qarşı bu cür geniş miqyaslı plan hazırlasın, Azərbaycan və onun ən yaxın dostu, müttəfiqi Türkiyə bundan xəbər tutmasın və buna qarşı tədbir gösrməsin…

Azərbaycanı özünün ən strateji müttəfiqi seçən İsrail imkan verərmi İran və Rusiya Azərbaycanla bağlı hansısa təxribat törətsin? Əsla!

Avropa Birliyi, ABŞ necə, bu mənzərəni sakit seyr edəcək qədər səbirli davranarmı? Həyatda olmaz! Çünki onların da bu bölgədə maraqları tamam başqadır və Güney Qafqazı Rusiyanın, İranın ixtiyarına buraxmazlar.

Yeri gəlmişkən, dinc və ya qanlı inqilablar, dövlət çevrilişləri, iğtişaşlar adətən Qərb siyasi texnoloqlarının hazırladığı və tətbiq etdiyi metoddur. Son 30 ildə qonşu dövlətlərdə, bölgə və dünya ölkələrində baş verənlər bunu təsdiqləyir. Gürcüstanda Qızılgül inqilabı, Ukraynada Maydan hərəkatı, Qırğızıstanda adına “At inqilabı” deyilən komik hakimiyyət dəyişikliyi, Yaxın Şərqi qana boyayan “Ərəb baharı” və s. hamısı Qərb paytaxtlarında hazırlanaraq, praktikada sınaqdan çıxarılmış layihələrdir. Bu ssenariləri yazan, bu olayları təşkil edib, həyata keçirən konkret mütəxəssislər, mərkəzlər var. Onları bütün dünya tanıyır. Biz də az yamamışıq həmin proseslər və o proseslərin müəllifləri barəsində.

Buna rəğmən, Qərb Azərbaycanı hazırkı mərhələdə qarışdırmaq istəmir. Burda hakimiyyəti dəyişmək kimi planları da yoxdur. Əksinə, mövcud hakimiyyətlə Avropa Birliyi nümunəsində əməkdaşlığı daha da dərinləşdirmək xətti tutub.

Sizə deyim, bu cür qorxulu tezislər, müsahibələr, açıqlamalar iqtidarın işinə yarayır. Xalqın sosial tələblərdən fikrini tamam əks yönə dəyişmək üçün hökumət üçün göydəndüşmə fürsət yaranır belədə. Hamı qorxur, səsini qısır və “birdən həqiqətən rus gəlib bizi… işğal edər, öldürər” düşüncəsi beyinlərə hakim kəsilir. Tərs kimi ortada Ukrayna kimi gözdağı var…

Azər Ayxan

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör