Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar haqqında

Seymur Baycan Seymur Baycan
., Kültür
04 Oktyabr 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Rus edebiyati 1200x675
Paylaş

Öz evində bozbaşı qoyub, qonşunun qayğanağına tamah salır.

Atalar məsəli

 

Dedim bir baxım görüm bizimkilər nə oxuyurlar, oxuduqları haqqında necə danışırlar, hansı kitabları oxumağı tövsiyə edirlər. Kitab blogerlərini nəzərdə tutmaqdayam.

Youtube-da eşələndim. Qarşıma bir gənc çıxdı. Gənc, Tolstoyun hekayələri haqqında danışırdı. Bura qədər hər şey yaxşıdır. Bir gəncin Tolstoyun hekayələrini oxumasına, Tolstoyun hekayələri haqqında danışmasına ancaq sevinmək olar. Amma…

Məsələnin amması ondan ibarətdir ki, bu gənc Tolstoyu türkcə oxumuşdu. Bir azərbaycanlı gənc ən azı aşağıdakı səbəblərə görə Tolstoyu türkcə oxumamalıdır.

1- Türk dilində oxumaq, gənclərdə tənbəllik, arxayınlıq (həmçinin xarici dil bilmək illüziyası) yaradır. Türk dilini bilmək, xarici dil bilmək sayılmır. Bunu hər bir kəs dərindən dərk etməlidir. Türkcəni bilməklə, türk dilində kitab oxumaqla heç kim özünü aldatmasın. Özünə hörmət edən, qarşısına ciddi məqsədlər qoymuş, öz məqsədlərinə doğru inamla, inadla addımlamaq istəyən gənclər alman, fransız, ispan, italyan, yapon dillərindən birini mütləq dərindən öyrənməlidirlər.

Sırf mövzumuza gəldikdə isə, gənc adam Tolstoyu rusca oxumalıdır. Niyə də yox? Bunun üçün sadəcə sosial şəbəkələrdə saatlarla avarlanmamaq, dil öyrənmək istiqamətində nizam-intizamlı olmaq, iradə nümayiş etdirmək, bu mübarək yolda əziyyət çəkmək lazımdır. Vəssalam!

2- Xüsusən yaradıcılıqla, yazı-pozu işləriylə məşğul olan gənclər türkcə oxumağı , türk kanallarına baxmağı özlərinə sərt şəkildə qadağan etməlidirlər. Türk dili Azərbaycan dilinə yaxın dil olduğu üçün türk dilində oxuyan, türk dilində filmlərə baxan adamların dili özlərinin də xəbərləri olmadan, özləri də hiss etmədən tədricən pozulur. Pozulmuş dili sonra bərpa etmək olduqca çətindir. Bunun üçün gərək Azərbaycan dilində yazılmış çoxlu əsərlər oxuyasan. Azərbaycan dilini kifayət qədər yaxşı bilən, şəxsən tanıdığım neçə-neçə adamın dilini türk dili pozdu. İndi nə yazdıqlarını heç özləri də başa düşmürlər. Tam türk dilində yaza bilmirlər. Azərbaycan dili də türkcə oxumağın, türk kanallarına baxmağın nəticəsində gorbagor olub. Qalıblar ortada. Necə deyərlər, ərdən də olublar, oynaşdan da.

Ümumiyyətlə, hansı mətndə türk sözünə rast gəlirəmsə, özümdən asılı deyil, mətn gözümdən tamam düşür, mətnə qətiyyən ciddi münasibət göstərə bilmirəm. Yaxınlarda Sevda Sultanovanın bir yazısında “duyğu sümürüsü” sözlərinə rast gəldim. Lütfən, Sevda müəllimə zərrə qədər də inciməsin, “duyğu sümürüsü” sözlərinə rast gələndə yazı gözümdən tamam düşdü. Müəllifə xeyli əsəbləşdim. Buna əsasım, haqqım vardı. Uşaq-muşaq “duyğu sümürüsü”, “alqılamaq”, “sorğulamaq”, “ayarlamaq”, “küçümsəmək” kimi əttökən sözlərdən istifadə edəndə, çətin də olsa hardasa onları başa düşmək, onları birtəhər yola vermək olur. Şah Abbası taxtda, Nadiri qundaqda görmüş Sevda Sultanova kimi təcrübəli qələm adamları əttökən türk sözlərindən yazılarda istifadə edəndə, onları başa düşmək heç cür mümkün olmur. Hər şeyi öz adı ilə çağırsaq, bunun adı banal yüngüllükdür.

3- Rus ədəbiyyatına, xüsusən rus klassikasına aid ciddi, vacib əsərlərin demək olar ki, hamısı (nadir istisnalar ola bilər) Azərbaycan dilinə tərcümə olunub. Bir türk tərcüməçisi hansısa bir rus romanını azərbaycanlı tərcüməçidən yaxşı tərcümə edə bilməz. Söhbət burada təkcə dili yaxşı bilib-bilməməkdən getmir. Söhbət burada ondan gedir ki, türklər ümumiyyətlə Rusiyanı, rusları yerli-dibli tanımırlar. Kim hansısa bir rus romanını türkcə oxuyubsa, belə hesab etsin ki, əsəri oxumayıb. Ən yaxşı halda əsərin məzmunu ilə tanış olub. Rus ədəbiyyatını Azərbaycan dilində oxumaq imkanı olduğu halda, rus ədəbiyyatını türkcə oxumaq, təxminən ona bənzəyir ki, bulaq suyunu kənara qoyub, gedib kanalizasiya suyu içirsən.

4- Ən nəhayət, bir türk təcüməsinə necə inanmaq, bir türk tərcüməçisinə necə etibar etmək olar? Bir türk tərcüməçisi sevgilisinə yazdığı məktubu, özünün həyata baxışını, həyat fəlsəfəsini tərcümə etdiyi əsərin içində çox rahatlıqla “əridə” bilər. Qəti şəkildə inanıram ki, bunu edənlər olub.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör