bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

“Emiqrant”. Roman. Doğrudan.

Sevda Sultanova Sevda Sultanova
., Kültür
21 Sentyabr 2020
[/vc_column][vc_column width="1/2"]
Unnamed (1)

Əli Əkbər. İsveçrə, 2018

[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Əli Əkbərin “Emiqrant” romanı müasir “Odisseya” əhvalatıdır. Söhbət, təkcə əsərin qəhrəmanı Rüstəm Avşarın sanki tanrının əliylə nizamlanan həyatından – çətin sınaqlarla qarşılaşmasından və edamlardan möcüzəli qurtuluşlarından getmir. Söhbət, həm də müəllifin təhkiyəsini mifoloji tonallıqda strukturlaşdırmaqdan, fentezisayağı estetikadan gedir. Doğrudan da, əsər bioqrafik olmasaydı, personajları haqda məlumatlı olmasaydım, onu yunan və roma miflərinin bədii emalı, fentezi janrının elementlərinin dekonstruksiyası kimi qəbul edərdim. Fakt isə odur ki, yazıçı oxucunu bədii-estetik çərçivə daxilində yazılmış sənədli gerçəkliklə üz-üzə qoyur…

Amerikalı araşdırmaçı, mifoloq Cozef Kempbell “Min üzlü qəhrəman” əsərində o nəticəyə gəlir ki, bütün miflərdə qəhrəmanlar səyahət edir, uzun yol gedir, mürəkkəb vəziyyətlərdən, sınaqlardan keçirlər. Və bu zaman səyahət daha çox ruhi, mənəvi məna daşıyır. Qəhrəmanlar qeyri-müəyyən, gözlənilməzliklə dolu səyahət zamanı yenilənir, təcrübə toplayır, seçimlərini edirlər və s.

Rüstəm Odissey kimi yoldadır. Düzdür, Odisseyin yolçuluğu on il çəkmişdi və məqsədi evinə, ailəsinə dönmək idi. Rüstəmin isə mühacirət yolçuluğu ömürlüküydü və onu sadəcə, qəhrəmanın fiziki məkan dəyişikliyi istəyi ilə məhdudlaşdırmaq doğru deyil. Əslində “Emiqrant” mənəvi, ruhi kamilləşməyə, yenilənməyə can atan, stixiyasında fasiləsiz hərəkət dayanan insanın hekayətidir. Bu mənada Rüstəmin yolçuluğu məkanla konkretləşmir – çünki yolçuluq daim yetkinləşməyə can atan ruhunda, şüurundadır.

Əsrin əvvəllərində ailəsi İrandan Bakıya gələn, burada doğulan, 1930-cu illərin repressiyasından Cənuba qayıtmağa məcbur olan və maddi yüksəlişinə baxmayaraq, uzun illər sonra hər şeyindən keçərək Şimala gizli yolla qayıdan Rüstəmin Bakı sevgisi heyrət doğrurur:

“Bakıda yaşamaq, bakılı olmaq böyük nemətdir. Bakıda yaşamaq fərqli arxitekturaların şahidi olmaq, onlarla ünsiyyətə girmək imkanı deməkdir. Bunlar mənim üçün qiymətsiz şeylər idi. İllər boyunca, mən bu şəhərə həm də onun təkrarsız binalarını görmək üçün can atmışdım.”

Lakin ailəsindən keçmək ona asan başa gəlmir, həmişə addımlarını analiz edir və özünə hesabat verirdi: “Onlar (yəni ailəsi-S.S) mənim Tehranda olduğumu düşünürlər, mən isə onlara xəbər vermədən İrandan qaçıram. Özüm öz gözümdə alçalırdım, bağışlanmağa layiq olmayan nankorun, ödləyin biri olduğumu düşünürdüm”.

119777398_10158860974273383_3610815569315185621_oBütün hallarda Rüstəm üçün Bakı sevgisindən də üstün dəyərlər vardı ki, onun nə olduğu zamanla romanın ayrı-ayrı passajlarında aydınlaşır: o, azadlıq, daim yeni fikir əraziləri axtarşındaydı. Sovet Bakısında yaşayanda qadağalara baxmayaraq, İranda yaşayan ailəsi ilə əlaqə qurmağa bir haqqı olduğunu dilə gətirməyi, formalaşan tənqidi düşüncəsi, sovet rejiminə məyusluğu, övladlarının insana dəyər verilən toplumda yaşamasını arzulaması onun tükənməz azadlıq sevdasından qaynaqlanırdı.

“Emiqrant” ruhuna görə qarışıq əsərdir. O mənada ki, bir qism epizod və diskussiyalar eyni zamanda fanilik və doğru bildiyin dəyərlər uğrunda mübarizə əzmi aşılayır.

“Emiqrant” həm də iç-içə girmiş və qırılan əhvalatlar, çeşidli xarakterlər və onların hekayələri, müxtəlif, qəfil zaman dönüşləri və dəyişən coğrafi əraziləri əhatələməsi baxımdan ilk baxışda qarışıq təəssüratı yaradır. Bununla romanın estetik və dramaturji pintiliyinə eyham vurmuram. Əksinə, Əli Əkbər çoxluq, qarışıqlıq içində azmır, nəqldə qırılmalar struktur, dramaturji diktəylə baş verir, personajlar dramaturji çıxılmazlıqda ilişib qalmır, onlar ədəbi missiyalarını yerinə yetirib, sonra harasa yoxa çıxırlar. Müəllifin öz mətnindən danimarkalı müxbirin mətninə, Rüstəm Avşarın xatirələrinə qəfil keçidləri əsərin ümumi ahəngini tamamlayır.

Əli Əkbər təmkinlə və tədricən qəhrəmanın taleyini pazl kimi, səliqə ilə mozaika texnikasında yığaraq keçmişi, indini və gələcəyi bir araya gətirir.

Ümumiyyətlə, Əli Əkbər provokativ, spesifik yumora malik yazıçıdır. Onun mətnaltı yumorunda – amansız həqiqətlə həssas, əxlaqi sinizm eyni anda birləşir. Və provakativ yanaşması, yumor spesifikliyi ilə o, ədəbiyyatımızda tək və yad kimi oyundankənar görünür. Sözsüz ki, Azərbaycan ədəbiyyatını təmsil edir, amma bu ədəbiyyatın nümayəndələri, yaradıcı çevrələr, birliklər, nəşrlər ilə təmas etmədən, qaynayıb-qarışmadan; emqirasiyaya getmədən xeyli əvvəldən özünü mühitdən təcrid edərək və snob görüntüsü yaradaraq. Romançılıq texnikası və süjet qurmaq bacarığı ilə zənnimcə mübahisəsiz ustadır. Onun emosiyaları gərən, düşüncəni qıcıqlandıran peripetiyalarının təmkinli, uyğun, dəqiq ifadəsi oxucuda emosional və bədii şok yaradır.

“Emiqrant”da bu mənada mühüm təcrübə verən bir epizod var: Rüstəmin Danimarkada doğulub böyüyən nəvəsi Kənan sevgilisi ilə İrana səyahət edəndə təsadüfən Tehranda siyasi aksiyanın mərkəzinə düşür və həbs olunur. Müəllif onun müstənqilərin sorğu-sualına tutulması səhnəsini detallı işləyir, psixoloji gərginlik, qorxulu gözlənti və saspens elementləri ilə yükləyir. Ki, oxucu Kənanla birgə özünü bir növ ip üstündə gəzən adam kimi hiss edir.

Əli Əkbərin mühüm bir üstünlüyü daha var, o, soyuqqanlı yazır, emosiyalarını havayı xərcləmir, neytrallığını – obrazlara, hadisələrə münasibətdə duyğu məsafəsini qoruya bilir. Eyni səciyyəni müəllifin nəsrimizin ən yaxşı əsərlərindən biri olan “Gilə” uzun hekayəsi də daşıyır.

2020-06-19-10-53-181592549598“Emiqrant” roman epopeyadır. Avşarların üç nəslinin hekayəsi ilə tanış oluruq və onların həyatının fonunda 1938-ci ilin Bakısından Pəhləvi İranına, Xiyabani hərəkatına, Pişəvəri dönəminə, müasir Bakıya və Kopenhagenə, oradan 1950-ci illər Bakısına və müasir İrana, dövrümüzün cürbəcür aktual siyasi problemlərinin içinə düşürük. Çağdaş Azərbaycanın siyasi-sosial, estetik-ekoloji təzadlarına, absurd normalara Kənanın, Merlenin gözü ilə baxırıq.

Üstəlik, müxtəlif hissələrdə fotoqraf Cahangir Yusif, onun obyektivinə tuş gələn, xəstəlikdən əziyyət çəkən hansısa Firuzə, təcridxanada intihar etmiş Rizvan adlı gənc, cənubi azərbaycanlılarla yaxınlaşan Mikayıl Müşfiq, Rüstəmə vaxtilə mənzil almaqda kömək etmiş Heydər Əliyev, Rüstəmin kinostudiyada işlədiyi dönəmdə tanış olduğu Həsən Seyidbəyli və onlarla başqa tanınan və tanınmayan obrazlar gəzişir. Bədii nəql tarixi hadisələrin təsviri ilə qırılaraq yerini sənədli xronikaya verir. Bütün bu zəruri dokumentallıq qəhrəmanın daxili vəziyyətini, addımlarını əsaslandırmaq, izah etmək üçündür.

Bu maraqlı detaldan isə heç cür yan keçə bilmirəm. Rüstəmin həyatında mühüm yer tutan, kinostudiyada operator işləyən Vladimir Zbudski haqda kiçik araşdırma etsəm də, haqqında nəsə tapmadım. Lakin onun operatoru olduğu Axundovun 150 illiyinə həsr olunmuş sənədli filmi (1962) izlədim. Həmişə sovet dönəminin filmlərinin titrlərində, sadəcə soyadı yazılan isimlər mənə maraqlı olub.

Həmin adamlar haqda məlumatlar yoxdur, kimliklərini bilmirik və onlar məşhur filmdə deyilidiyi kimi, sadəcə statistikadır. “Emiqrant”da belə bir statistik informasiyanın hekayəlləşdiyini gördüm və təkcə buna görə yazıçıya təşəkkür düşür.

“Emiqrant” bu gün istər kinoda, istər ədəbiyyatda tendensiyaya çevrilməyən intellektual romandır. Çünki əsərin qəhrəmanları intellektuallardır. İncəsənət, siyasi-tarixi, ictimai-mədəni söhbətlər təklif olunan vəziyyətlərdə yerinə oturur. Rüstəmin oğulları nevroloqlar Məsud və Səid alzheimer (Rüstəm qocalıq dönəmində alzheimer olmuşdu- S.S.) ataları ilə bağlı yaşadıqları təcrübəni bölüşür və kədərli hekayədən alınan nəticə budur: insan yaddaşını itirəndə bioloji varlığa çevrilir.

Yuxarıda dediyim kimi “Emiqrant” “Odisseya”dır. Odisseyin yolçuluğuna mane olmaqdan ötrü Zevs dənizdə fırtına qoparır. Və ya onu dəniz allahı Poseydonun qəzəbindən qorumaq üçün köməyə ilahə Afina gəlir. Rüstəmin həyatı belə sınaq-qurtuluş epziodları ilə zəngindir. Təbrizdə edamın tam yerinə yetirildiyi anda atasının dostu, məscidin axundu Molla Nağı onu xilas edir, ailəsi Təbriz küçələrində tam ümidsiz qaldığı halda xeyrixah, ipək bir qarıyla rastlaşırlar və maraqlıdır ki, bu sınaq və qurtuluş onun nəvəsi Kənanı da müşayiət edir: İranda ağır cəzadan xilas olunmasında babasına vaxtilə xəyanət etmiş dostu Qurbanın oğlu Hüseynin də rolu olur.

Postsovet dövründə aktuallaşmış, bədii ədəiyyatda az işlənən milli identifikasiya məsələsi romanın əsas polemik xətlərindən biridir. Bu məsələ milli kimliyini soğrulamaq şəklində olmasa da, xatirə-xiffət ruhunda “Gilə” əsərində də yer alıb. Milli, mədəni kimlik, hara aid olmaqla bağlı suallar Avşarlar nəslinin bütün nümayəndərlini düşündürür.

unnamed
Əli Əkbər. İsveçrə, 2020

Ata Əli 1930-cu illərdə düşünür: “Görəsən mənim vətənim haradır? Mənim vətənim İrandırmı? Yoxsa ailəmin xoşbəxt olduğu yerdirmi? Bəlkə eləcə bu evdir, bu məhəllə, bu qonşulardır?”

XX əsrin ortaları oğul Rüstəm düşünür: “Deməli, mən Bakıda da yarımçıq insan kimi yaşayacaqdım, çünki bir parça mən, həmişə Təbrizə meyl edəcəkdi”.

21-ci əsrdə nəvə Məsud: “Biz də Bakıda doğulmuşuq, bu şəhərdə böyümüşük və özümüzü iranlı yox, azərbaycanlı hesab etmişik. Ölkəndən uzaqdasansa, ikisindən biri baş verir – ya vətənini unudursan, ya da ona normadan artıq bağlanırsan. Qızıl ortanı tapmaq, hər məsələdə olduğu kimi, çox çətindir”.

21-ci əsr, Danimarkada doğulub böyüyən nəticə Kənanın düşüncəsi: “Mən nə oralıq, nə də buralığam – mən aralıq adamam. Özümü Azərbaycana aid edə bilmirəm, çünki valideynlərimin, babalarımın təcrübəsi məndə yoxdur. Əslində, Danimarkaya da çox aid edə bilmirəm. Valideynlərim mənim qulaqlarıma danimarkalı uşaqların eşitdiyi sözləri pıçıldamayıblar. Danimarkalı körpələrə ötürülən kodlar mənə ötürülməyib. Atamın, anamın həyat tərzi ilə Avropa həyat tərzi arasında mental baxımdan ziddiyyət yoxdur, məişətimiz danimarkalıların məişətindən heç nəyi ilə fərqlənmir.

Amma yenə də mənim valideynlərim öz kodlarını Azərbaycandan alıblar, mənə də onları ötürüblər”.

Müəyyən qənaət və cavablar olsa da, bütün hallarda sual açıqdır: Vətən nədir, haradır, milli identifikasiyanı necə həll etməli, insan hara daha çox aiddir: vətəninə, ya özünü tapdığı, rahat hiss etdiyi yerə?

“Emiqrant” həm də bu sualları ilə əhəmiyyətlidir.

 

Romanın ingiliscə versiyası

Romanın rusca versiyası

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör