Azlogos
  • Kimlər var
  • Bizi tanı

Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese Nəriman Nərimanov - 151 Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Robert Köçəryanın erməni təbliğatına vurduğu zərbə

AzLogos AzLogos
., Vətən müharibəsi
06 Dekabr 2020

Ermənistanın ikinci prezidenti, hərbi cinayətkar Robert Köçəryan “5-ci kanal” adlı erməni telekanalına müsahibə verib. Köçəryan sözügedən müsahibəsində öz həmvətənlərinin beyninə aşağıdakı ideyanı yeritməyə çalışıb – guya müharibənin başlamasına öz iyrənc, təxribatçı fəaliyyəti ilə məhz Paşinyan səbəb olub:

“Mən əminəm ki, hökumət müharibəni qaçılmaz etməkdən ötrü əlindən gələni elədi”.

Bu yerdə o, Ermənistanın keçmiş müdafiə naziri, qlamur David Tonoyanın “yeni ərazilər”in tutulması ilə bağlı sözlərini də xatırladır.

Lakin… Köçəryan həm də gözlənilmədən, ermənilərin təxribat saxtakarlıqlarını tamamilə darmadağın edir: “Hər şey erməni tərəfin iyul ayında Tovuz sərhədində münaqişə yaratmaq cəhdi ilə başladı!”. Daha sonra o, əlavə edir: “Bir ay ondan əvvəl Baş Qərargahın başçısının, Ermənistanın müharibəyə hazır olmadığı ilə bağlı məruzəsini nəzərə alsaq, bu, yolverilməz bir səhv idi.”

Yəni Köçəryan, iyul münaqişəsini təhrik edən tərəfin Yerevan olduğunu etiraf edir və təsdiqləyir.

Elə bilirsiniz, bundan sonra ermənilər peşman olub üzr istəyəcəklər? Axı, iyul hadisələrindən sonra Tovuz döyüşlərinin başlanmasında onlar məhz bizi – Azərbaycanı ittiham edirdilər!

Yəni onların hamısı – erməni KİV-ləri, cəmiyyəti, blogerləri, xaricdə bizim səfirliklərə soxulmağa, həmvətənlərimizə hücum etməyə çalışan, ancaq cavablarını alıb polisə şikayət edən diaspora təlxəkləri, rus və əcnəbi KİV-lərinin satın alınmış oyuncaqları (Solovyov, Zatulin, Peqov və digərləri) rus, xüsusilə də, fransız diplomatları – bizdən üzr istəyəcəkmi? Axı, artıq aydındır ki, Paşinyan hərbi əməliyyatları Ermənistanın ərazisinə keçirməyə və KTMT-ni müharibəyə cəlb etməyə çalışırdı.

Yox, üzr istəməyəcəklər. Çünki həyasız və utanmazdırlar. Amma eybi yox. Onsuz da tarix hər şeyi yerbəyer edəcək. Çevriliş nəticəsində Ermənistanda başqa quldurlar hakimiyyətə gələndə (fikir verin, orada heç bir prezident hakimiyyətə çevrilişsiz, qansız, dürüst seçkilər sayəsində gəlib-getməyib), biz payızda baş verən müharibə ilə bağlı çoxlu başqa təfərrüatlar da öyrənəcəyik. Ən əsası da – bu müharibədə ölən minlərlə erməni (təxminən, 9000-10000), uğursuz, pis hazırlanmış əməliyyatlar barədə (Cəbrayıldakı əks-hücum haqqında Paşinyan özü Feysbuk səhifəsində və digər sosial şəbəkələrdə məlumat vermişdi) eşidəcəyik.

Yeri gəlmişkən, Paşinyana daha çox zərbə vurmaq istəyən Köçəryan, erməni hökumətinin daha bir səhvi qismində “səmanı düşmən dronları üçün bağlaya bilmədiklərini” göstərir. O, deyir ki, dövlət məmurlarına mükafat kimi verilən 120 milyon dollara bir neçə müasir müdafiə vasitələri almaq mümkün idi.

Hərçənd, burada Robert əsl əclaf kimi davranır. Düz də eləyir! Öz dəbdəbəli sarayının terrasında oturub, üzünü, kürəyini massaj etdirə-etdirə, qəşəng səhər yeməyi yeyə-yeyə, Avropadan gətirtdiyi mütəxəssisə dırnaqlarını manikürlədərək, rahat-rahat, təkəbbürlə, ironiya ilə ermənilərin beyinlərini doldurur.

Serj Sarkisyanla Robert Köçəryan Ermənistanın ən varlı adamlarıdır, ölkədəki bütün biznesi bölüşdürüblər, hər şeyi çapıb-talayıblar. Bütün sahələrdə. Hətta orduda da. İlk növbədə orduda: dəbilqələri, betonu, tankları, HHM sistemlərini, raketləri, əsgər corablarını, azuqələri – hər şeyi! Payız müharibəsinin əsas günahkarları – Robert Köçəryan, Serj Sarkisyan və onların komandalarıdır, amma onlar özlərini qorumaq üçün məğlubiyyətdə təkcə Paşinyanın komandasını təqsirləndirəcəklər.

Nə deyə bilərik?! Kaş erməni cəmiyyəti bu vəziyyətə düşməyəydi. Təəssüf ki, bu, hələ son deyil.

Elxan Mirzəyev

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021

Redaktorun seçimi

Pafos barədə

Bibliyada təsvir olunan hadisələr uydurma imiş

Nobel mükafatçısını bütün fəxri adlardan məhrum ediblər

“Süddən çıxmış ağ qaşıqlar”

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

Yalanımız silahımızdır

Milli riyakarlığımız və Kleopatra

Homo. “Erectus”dan “sapiens”ə

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Siyahqələmin divləri, əcinnələri, küpəgirənləri

Qorxaqlığımız genetikdir?

Haikou sahil kitabxanası

Avropada gəlmələrin uşaqları əllərindən alınır?

İsveçrə Covid-19 üzərində qələbəyə iddialıdır

Dedi-qodu

Müharibə əleyhinə

Aydınlanma yollarında

İbrahim Tatlısəsin oxşarı

«Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müsahibə

Yalquzağın “üçküncbaşları”

Fəlsəfə niyə və nəyə lazımdır?

Müvəqqəti Azərbaycan

Karantin sancıları. Xalqın Bakı küçələrinə doğuşu

Seymur Baycanın kitabı nəşr olunub

Tolstoy və Şekspir

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Demokratiya maskası

Rəqəmsal konslager

Qalibiyyətə şübhə edən biçarələr

Manafzadələrin musiqi dünyası

Robert Köçəryanın erməni təbliğatına vurduğu zərbə

AzLogos AzLogos
., Vətən müharibəsi
06 Dekabr 2020

Ermənistanın ikinci prezidenti, hərbi cinayətkar Robert Köçəryan “5-ci kanal” adlı erməni telekanalına müsahibə verib. Köçəryan sözügedən müsahibəsində öz həmvətənlərinin beyninə aşağıdakı ideyanı yeritməyə çalışıb – guya müharibənin başlamasına öz iyrənc, təxribatçı fəaliyyəti ilə məhz Paşinyan səbəb olub:

“Mən əminəm ki, hökumət müharibəni qaçılmaz etməkdən ötrü əlindən gələni elədi”.

Bu yerdə o, Ermənistanın keçmiş müdafiə naziri, qlamur David Tonoyanın “yeni ərazilər”in tutulması ilə bağlı sözlərini də xatırladır.

Lakin… Köçəryan həm də gözlənilmədən, ermənilərin təxribat saxtakarlıqlarını tamamilə darmadağın edir: “Hər şey erməni tərəfin iyul ayında Tovuz sərhədində münaqişə yaratmaq cəhdi ilə başladı!”. Daha sonra o, əlavə edir: “Bir ay ondan əvvəl Baş Qərargahın başçısının, Ermənistanın müharibəyə hazır olmadığı ilə bağlı məruzəsini nəzərə alsaq, bu, yolverilməz bir səhv idi.”

Yəni Köçəryan, iyul münaqişəsini təhrik edən tərəfin Yerevan olduğunu etiraf edir və təsdiqləyir.

Elə bilirsiniz, bundan sonra ermənilər peşman olub üzr istəyəcəklər? Axı, iyul hadisələrindən sonra Tovuz döyüşlərinin başlanmasında onlar məhz bizi – Azərbaycanı ittiham edirdilər!

Yəni onların hamısı – erməni KİV-ləri, cəmiyyəti, blogerləri, xaricdə bizim səfirliklərə soxulmağa, həmvətənlərimizə hücum etməyə çalışan, ancaq cavablarını alıb polisə şikayət edən diaspora təlxəkləri, rus və əcnəbi KİV-lərinin satın alınmış oyuncaqları (Solovyov, Zatulin, Peqov və digərləri) rus, xüsusilə də, fransız diplomatları – bizdən üzr istəyəcəkmi? Axı, artıq aydındır ki, Paşinyan hərbi əməliyyatları Ermənistanın ərazisinə keçirməyə və KTMT-ni müharibəyə cəlb etməyə çalışırdı.

Yox, üzr istəməyəcəklər. Çünki həyasız və utanmazdırlar. Amma eybi yox. Onsuz da tarix hər şeyi yerbəyer edəcək. Çevriliş nəticəsində Ermənistanda başqa quldurlar hakimiyyətə gələndə (fikir verin, orada heç bir prezident hakimiyyətə çevrilişsiz, qansız, dürüst seçkilər sayəsində gəlib-getməyib), biz payızda baş verən müharibə ilə bağlı çoxlu başqa təfərrüatlar da öyrənəcəyik. Ən əsası da – bu müharibədə ölən minlərlə erməni (təxminən, 9000-10000), uğursuz, pis hazırlanmış əməliyyatlar barədə (Cəbrayıldakı əks-hücum haqqında Paşinyan özü Feysbuk səhifəsində və digər sosial şəbəkələrdə məlumat vermişdi) eşidəcəyik.

Yeri gəlmişkən, Paşinyana daha çox zərbə vurmaq istəyən Köçəryan, erməni hökumətinin daha bir səhvi qismində “səmanı düşmən dronları üçün bağlaya bilmədiklərini” göstərir. O, deyir ki, dövlət məmurlarına mükafat kimi verilən 120 milyon dollara bir neçə müasir müdafiə vasitələri almaq mümkün idi.

Hərçənd, burada Robert əsl əclaf kimi davranır. Düz də eləyir! Öz dəbdəbəli sarayının terrasında oturub, üzünü, kürəyini massaj etdirə-etdirə, qəşəng səhər yeməyi yeyə-yeyə, Avropadan gətirtdiyi mütəxəssisə dırnaqlarını manikürlədərək, rahat-rahat, təkəbbürlə, ironiya ilə ermənilərin beyinlərini doldurur.

Serj Sarkisyanla Robert Köçəryan Ermənistanın ən varlı adamlarıdır, ölkədəki bütün biznesi bölüşdürüblər, hər şeyi çapıb-talayıblar. Bütün sahələrdə. Hətta orduda da. İlk növbədə orduda: dəbilqələri, betonu, tankları, HHM sistemlərini, raketləri, əsgər corablarını, azuqələri – hər şeyi! Payız müharibəsinin əsas günahkarları – Robert Köçəryan, Serj Sarkisyan və onların komandalarıdır, amma onlar özlərini qorumaq üçün məğlubiyyətdə təkcə Paşinyanın komandasını təqsirləndirəcəklər.

Nə deyə bilərik?! Kaş erməni cəmiyyəti bu vəziyyətə düşməyəydi. Təəssüf ki, bu, hələ son deyil.

Elxan Mirzəyev

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel